Month: April 2021

  • İlham Əliyev Dünya Bankının regional direktorunu qəbul etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Dünya Bankının regional direktoru Sebastian Molineusu qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • “Avroviziya” müsabiqəsinə tamaşaçılar da buraxıla bilər

    “Avroviziya” müsabiqəsinin təşkilatçıları izləyicilərinə may ayında keçiriləcək yarışmada iştirak etməyə icazə verə bilərlər.

    TASS-ın məlumatına görə, bu, Niderland hökumətinin müvafiq qərarından sonra mümkün olub.

    Bildirilir ki, “Avroviziya” Mahnı Müsabiqəsinin icraçı direktoru Martin Osterdal qərarı alqışlayıb.

    “Təşkilatçılar mövcud olan variantları nəzərdən keçirəcək və önümüzdəki həftələrdə tədbirin vaxtı barədə daha ətraflı məlumatı elan edəcəklər”, – deyə o, vurğulayıb.

  • Diqqət! Tibbi sığortadan yararlanmaq üçün bunları etməlisiniz

    Aprelin 1-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək.

    Median.Az xəbər verir ki, baku.ws icbari tibbi sığortadan yararlanmaq istəyən vətəndaşların hansı proseduru keçməli olduğunu araşdırıb.

    İlk növbədə aprelin 1-dən etibarən təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaşlar səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət edilməlidir. İlkin səhiyyə müəssisələrinə poliklinika, Ailə Sağlamlıq Mərkəzi və həkim tibb məntəqələri aiddir.

    Daha sonra bu müəssisələrdə çalışan ailə həkimləri xəstəni müalicə və müayinə edirlər. Ehtiyac olduqda diaqnostik müayinələrin aparılması üçün göndəriş vərəqəsi ilə təmin edirlər.

    Xidmətlər zərfinə bunlar daxildir:

    İlkin səhiyyə xidməti
    Təcili və təxirəsalınmaz tibbi yardım xidməti
    İxtisaslaşdırılmış ambulator yardım xidməti
    Laboratoriya
    Fizioterapiya
    Stasionar tibbi xidmətlər
    Xidmətlər zərfində olan, lakin TƏBİB-in nəzdindəki tibb müəssisəsində göstərilməsi mümkün olmayan tibbi xidmətlər üçün göndəriş vərəqəsi verilir. Bu vərəqənin etibarlılıq müddəti 10 iş günüdür və həmin vərəqə TƏBİB-in nəzdindəki tibb müəssisəsi tərəfindən verilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrində göndəriş vərəqəsi ilə tibbi xidmət almaq mümkündür.

    Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində bu gündən tətbiq olunan icbari tibbi xidmət zamanı vətəndaşların istifadə edə biləcəyi xidmətlərin bir hissəsini təqdim edirik:

    Yoluxucu xəstəliklər mənbəyində xəstə ilə təmasda olan şəxslər arasında profilaktik müayinələrin aparılması və/və ya ehtiyac yaranarsa, müvafiq ixtisas həkiminə göndərişlərin verilməsi
    Uroloqun müayinəsi USM ilə
    Ginekoloqun müayinəsi USM ilə
    Göz yaşı kanalının açılması, uşaqlarda
    Doğuşa əllə yardım – Normal doğuş
    Klassik qeysəriyyə kəsiyi əməliyyatı (qeysəriyyə kəsiyi əməliyyatı və dölün çıxarılması)
    Epilepsiya əməliyyatı materialı müayinəsi
    Onurğa beyni strukturlarında digər bərpa xarakterli və plastik əməliyyatlar
    Qaraciyər koması ilə ağırlaşan A hepatiti
    Qaraciyər koması baş vermədən müşayiət olunan delta-amilli (koinfeksiya) kəskin B hepatiti
    Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi
    Fəqərə sınığının bərpası (osteosintez)
    İnsulindən asılı şəkərli diabet, koma ilə
    Yumurtalıqlarda aparılan diaqnostik prosedurlar (diaqnostik laparoskopiya)
    Sünnət
    Döl və yenidoğulmuşun, ananın alkoqollu içkilərdən istifadə etməsi ilə əlaqədar zədələnmələri
    Ürək qapağı protezi ilə bağlı mexaniki mənşəli ağırlaşma
    Uşaqlıq, gənclik və presenil katarakta

    Qeyd edək ki, “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin tam siyahısına BURADAN baxa bilərsiniz.

  • Gəncədə avtomobil ustası müştərisinə xəsarət yetirdi

    Gəncədə avtomobil ustası mübahisə zəminində müştərisinə xəsarət yetirib.

    “Report”un məlumatına görə, hadisə Gəncə şəhər ərazisində yerləşən avtomobil sexlərinin birində baş verib.

    Daşkəsən rayon sakini, 1983-cü il təvəllüdlü Emin İsmayılovla avtomobilini təmir edən usta arasında ödəniləcək vəsaitlə bağlı mübahisə yaranıb.

    Bu zaman avtomobil ustası müştərisinə kəsici alətlə xəsarət yetirib. Xəstəxanaya aparılan E.İsmayılovun vəziyyətinin normal olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • İlham Əliyev Vladimir Putinlə Qarabağ və koronavirusla mübarizəni müzakirə etdi

    Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.

    Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

    Liderlər telefon söhbəti zamanı Qarabağdakı vəziyyəti müzakirə ediblər.

    “Məmnunluqla qeyd olunub ki, vəziyyət ümumilikdə stabildir, atəşkəs rejimi isə ciddi şəkildə gözlənilir”, – deyə Kremldən bildirilib.

    Tərəflər həmçinin koronavirusla mübarizə sahəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

  • Azərbaycan nefti beş faiz bahalaşıb

    2021-ci ilin mart ayında Azərbaycanın “Azeri Light” markalı xam neftinin bir barelinin orta qiyməti 65,95 ABŞ dolları dəyərində olub.

    Bu göstərici 2021-ci ilin fevral ayındakı neftin bir barelinin orta qiyməti ilə müqayisədə 3,21 ABŞ dolları qədər və ya 5,12 faiz daha çoxdur.

    Mart ayında neftin bir barelinin orta qiymətinin ən yüksək həddi 12 mart tarixində qeydə alınıb və 69,84 ABŞ dollarına bərabər olub. İlin əvvəlindən ilk dəfədir ki, “Azeri Light” 70 dollar həddinə bu qədər yaxınlaşıb.

    Azərbaycan neftinin qiymətinin ən aşağı həddi isə 25 mart tarixində qeydə alınıb və məhsulun qiyməti 61,31 ABŞ dollarını təşkil edib.

    Ötən ay ərzində neftin qiyməti ilk dəfə 5 mart tarixində 69 dollar həddini ötərək, 69,26 ABŞ dollarına bərabər olub.

    Xatırladaq ki, “Azeri Light” markalı neftin fevral ayında bir barelinin orta qiyməti 62,74 ABŞ dollarına bərabər olub.

  • Sabah hava dumanlı olacaq

    Aprelin 2-də gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 14-19, Bakıda gecə 8-10, gündüz 16-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

    Aprelin 2-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 4-8, gündüz 17-22, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 4 dərəcə şaxta, gündüz 5-10, bəzi yerlərdə 13-16 dərəcə isti olacaq.

    Aprelin 2-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Bakıda dələduz dövlət qurumunun adından istifadə edib vətəndaşlardan pul aldı

    Bakıda dələduz xeyli sayda insanı aldadıb.

    Bu barədə Oxu.Az-ın redaksiyasına müraciət ünvanlanıb. Xəzər rayonu, Binə qəsəbəsi yeni yaşayış massivində yaşayan sakinlərdən birinin sözlərinə görə, özünü “Azəriqaz” İstehsalat Birliyinin (İB) nümayəndəsi kimi təqdim edən şəxs onlardan sayğacın dəyişdirilməsi üçün pul alıb:

    “Bizdə hazırda mexaniki qaz sayğacıdır. Özünün “Azəriqaz” İB-nin əməkdaşı kimi təqdim edən şəxs hazırkı sayğacları Smart-kart tipli sayğaclarla əvəz edəcəyini deyərək bizdən 100 AZN məbləğində pul alıb. Şəxsin foto və videogörüntüləri var. Biz bu barədə rəsmi olaraq Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə də müraciət etmişik”.

    Məsələ ilə bağlı “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərova sorğu ünvanladıq. O, Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, üç gün əvvəl quruma bu barədə bir neçə abonent tərəfindən şikayət daxil olub:

    “Abonentlərdən daxil olan şikayət əsasında bizə verilən ad və soyada uyğun olaraq araşdırma aparıldı. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən aparılan araşdırma nəticəsində bizim belə bir işçimizin olmadığı məlum oldu. Abonentləri diqqətli olmağa çağırırıq. Bu kimi dələduzluğa aldanan abonentlər olub. Biz onlara da rəsmi olaraq hüquq-mühafizə orqanlarına bu barədə məlumat vermələrini tövsiyə etmişik. Vətəndaşlar əməkdaşlarımızdan sənəd tələb edə bilərlər. Saxta sənəd həmin dəqiqə hiss olunur. Eyni zamanda sakinlər ərazi üzrə xidmət aparan qurum əməkdaşlarını da yaxşı tanıyırlar. Bu kimi hallarda diqqətli olmaqda hər zaman fayda var”.

    C.Səfərov onu da qeyd edib ki, “Azəriqaz” İB-nin nümayəndələrinin abonentdən ödəniş almaq hüququ yoxdur:

    “Heç vaxt bizim qurumun əməkdaşlarına pul vəsaiti verməyin. Əməkdaşlarımızın abonentlərə ödənişli xidmət göstərmək kimi səlahiyyəti yoxdur. “Azəriqaz” İB-i abonentlərlə müqavilə əsasında yalnız qazın alqı-satqısını həyata keçirir. Bu həm əhali, həm də qeyri-əhali qrupuna aiddir. Təkrar edirəm ki, bənzər hallarla rastlaşan abonentlər bu barədə polisə, hətta Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin də qaynar xəttinə müraciət etsinlər”.

  • Zəvvarların diqqətinə: Bu il Həcc ziyarəti olacaqmı? (RƏSMİ)

    Azərbaycandan bu il Həcc ziyarəti baş tutmayacaq.

    APA-nın əldə etdiyi məlumata görə, pandemiya səbəbindən ziyarət bu il də həyata keçirilməyəcək.

    Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından Azərbaycana məktub daxil olmayıb.

    Qeyd edək ki, COVİD-19 pandemiyası səbəbindən ötən il də Azərbaycandan Həcc ziyarəti təxirə salınmışdı.

  • Установлены личности погибших при перестрелке в Стамбуле – ОБНОВЛЕНО + ВИДЕО

    Установлены личности погибших в перестрелке в Стамбуле между гражданами Грузии и Чеченской Республики Российской Федерации.

    Ими оказались граждане России чеченского происхождения Рагим Рагимли и Гасан Юсуфов, сообщает Haber Türk.

    * * * * *

    В столице Турции произошла перестрелка между двумя группировками, сообщает İHA.

    Конфликт в районе Башакшехира закончился перестрелкой. В результате два человека погибли на месте, еще двое получили ранения.

    По данному факту полиция проводит расследование.