Month: April 2021

  • İstanbuldakı atışmada ölənlərin kimliyi məlum oldu – YENİLƏNİB + VİDEO

    İstanbulda baş verən atışmada ölən şəxslərin kimliyi məlum olub.

    “Haber Türk” məlumat verir ki, Gürcüstandan və Rusiya Federasiyasının Çeçenistan Respublikasından olan vətəndaşlar arasında baş verən atışmada ölənlər çeçen mənşəli Rusiya vətəndaşı Rahim Rahimli və Həsən Yusufovdur.

    * * * *

    Türkiyənin İstanbul şəhərində iki qruplaşma arasında atışma baş verib.

    İHA xəbər verir ki, Başakşehirdə baş verən mübahisə atışma ilə sona çatıb.

    Nəticədə iki nəfər hadisə yerində həyatını itirib, iki nəfər yaralanıb.

    Polis qaçanları yaxalamaq üçün araşdırma başladıb.

  • Nazirlik rəsmisi: “Karantin qaydaları sərtləşdirilə bilər” – VİDEO

    “Karantinin sərtləşdirilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılıdır. Təbii ki, epidemik durum nəzərə alınaraq müvafiq qərar qəbul edilə bilər”.

    Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.

    Novruz bayramı ilə əlaqədar bir neçə günlük ictimai nəqliyyatın fəaliyyət göstərməməsinə baxmayaraq, yoluxma sayında artım baş verdiyini qeyd edən nazirlik rəsmisi karantin qaydalarına əməl edilməsi ilə bağlı nəzarətin gücləndirilməsinin lazım olduğunu bildirib:

    “Hamımıza bəllidir ki, ictimai nəqliyyat koronavirusun yayılmasında ən başlıca amillərdən biridir”.

    N.Seyidov onu da qeyd edib ki, hazırkı vəziyyətdə regionların qorunmasına ehtiyac var. Onun sözlərinə görə, mütəxəssislər bu ilin sonunadək pandemiyanın azala biləcəyini proqnozlaşdırır.

  • Bu şəxslərə icbari tibbi sığorta 3 illik pulsuz olacaq – RƏSMİ

    Pensiyaçılar və işsiz vətəndaşlar 2024-cü ilə kimi icbari tibbi sığorta zərfindən pulsuz istifadə edəcəklər.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Departament rəhbəri Aynurə Əhmədova deyib.

    Onun sözlərinə görə, icbari tibbi sığorta zərfində “chek up” müayinələr nəzərdə tutulmayıb:

    “Yalnız səhhətində müəyyən problemlər hiss edildikdə ailə həkiminə müraciət etmək olar. Ailə həkimi həmin insanı müayinə, müalicə edə bilər. O həmçinin ehtiyac duyulan laborator, diaqnostik müayinələrin aparılması üçün göndəriş vərəqəsi verə, dar ixtisaslı həkimə yönləndirə bilər”.

    Xatırladaq ki, bu gündən etibarən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edir. Belə ki, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək.

  • Bakıda 25 yaşlı qız özünü binadan atdı

    Pirallahı rayonunda intihara cəhd hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, rayonun Səməd Vurğun küçəsində yaşayan 1996-ci il təvəllüdlü Zeynalova Fatimə Yusif qızı binanın 6-cı mərtəbəsində yataq otağının pəncərəsindən özünü yerə atıb.

    O, təcili tibbi yardım xidmətinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Xəstəxananın həkimlərinin verdiyi məlumata görə, F.Zeynalovanın vəziyyəti ağırdır.

    Faktla bağlı hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən araşdırma aparılır.

  • Fransa hökuməti koronavirusa görə lokdaun elan etdi

    Fransa Prezidenti Emmanuel Makron koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ilə bütün ölkə ərazisində dörd həftəlik lokdaun(qapanma) elan ediləcəyi xəbərini verib.

    Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

    Qapanmanın aprelin üçündən etibarən tətbiq ediləcəyi qeyd olunur.

    Xatırladaq ki, Fransa pandemiyadan ən çox zərər çəkmiş ölkələrdən biridir.

    Son məlumata əsasən, Fransada 95 640 nəfər koronavirusun qurbanı olub.

  • Ильхам Алиев принял зампреда правительства России

    1 апреля Президент Азербайджана Ильхам Алиев принял заместителя председателя правительства Российской Федерации Алексея Оверчука.

    Как сообщает АЗЕРТАДЖ, приветствуя А.Оверчука, глава государства сказал:

    – Рад снова вас видеть. Добро пожаловать. Работа в рамках трехсторонней рабочей группы идет успешно. Очень интенсивные консультации ведутся. Мне периодически докладывают об этом. Я рад, что решение, которое было принято, подтверждает свою правоту, а самое главное есть уже конкретный результат. То есть, уже пять, насколько я знаю, заседаний прошло и в очном формате, и в формате видеоконференции. Так что есть тема для обсуждения, и она сегодня важна и с точки зрения экономических преференций, и с точки зрения регионального сотрудничества, и укрепления безопасности и мира в нашем регионе. Тем более, что постконфликтная ситуация в целом развивается позитивно, риски эскалации минимальные. Чем больше будет элементов сотрудничества, тем, естественно, будут и крепче безопасность и стабильность. Поэтому сегодня мы эти вопросы обсудим и наметим дальнейшие шаги и действия. Еще раз добро пожаловать.

    Заместитель председателя правительства России Алексей Оверчук сказал:

    – Спасибо, уважаемый Ильхам Гейдарович. Хочу выразить свою благодарность за возможность встретиться с Вами и обсудить работу, которая ведется в рамках трехсторонней рабочей группы вице-премьеров по деблокированию экономических и транспортных связей в регионе. Как Вы отметили, мы встречались пять раз и в очном режиме, и в формате видеоконференции. Действительно, у нас есть определенный прогресс и работа ведется в тесном контакте. Мы постоянно находимся на связи с азербайджанской и армянской сторонами. Действительно, контакт налажен очень хороший.

  • İlham Əliyev Rusiya Hökuməti sədrinin müavinini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuku qəbul edib.

    AZƏRTAC xəbər verir ki, Rusiya Hökuməti sədrinin müavinini salamlayan Prezident İlham Əliyev dedi:

    – Sizi yenidən görməyimə şadam. Xoş gəlmisiniz. Üçtərəfli işçi qrupu çərçivəsində işlər uğurla gedir. Çox intensiv məsləhətləşmələr aparılır. Bu məsələ barədə mənə vaxtaşırı məruzə edirlər. Şadam ki, qəbul edilmiş qərarın düzgün olması təsdiqlənir, ən başlıcası, artıq konkret nəticə var.

    Bildiyimə görə, artıq həm əyani, həm də videokonfrans formatında beş iclas keçirilib. Beləliklə, müzakirə üçün mövzu var və bu mövzu həm iqtisadi preferensiyalar, həm regional əməkdaşlıq, həm də bizim regionda təhlükəsizliyin və sülhün möhkəmlənməsi baxımından vacibdir. Xüsusən ona görə ki, münaqişədən sonrakı dövrdə vəziyyət bütövlükdə müsbət istiqamətdə inkişaf edir, eskalasiya riskləri minimaldır. Təbii ki, əməkdaşlıq elementləri nə qədər çox olsa, təhlükəsizlik və sabitlik də bir o qədər möhkəm olacaq. Ona görə də biz bu gün həmin məsələləri müzakirə edəcək, sonrakı addımlarımızı və fəaliyyətimizi planlaşdıracağıq. Bir daha xoş gəlmisiniz.

    Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuk dedi:

    – Sağ olun, hörmətli İlham Heydər oğlu. Sizinlə görüşmək, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə Baş nazirlərin müavinlərinin üçtərəfli işçi qrupu çərçivəsində aparılan işləri müzakirə etmək imkanına görə təşəkkürümü bildirmək istəyirəm. Siz qeyd etdiyiniz kimi, biz həm əyani, həm də videokonfrans rabitəsi rejimində beş dəfə görüşmüşük. Həqiqətən işimizdə müəyyən tərəqqi var və sıx əlaqəli şəkildə işləyirik. Biz həm Azərbaycan tərəfi, həm də Ermənistan tərəfi ilə daim əlaqədəyik. Həqiqətən burada çox yaxşı əlaqə yaradılıb.

  • Васиф Талыбов уволил начальника отдела

    Начальник отдела по вопросам гуманитарной политики и работе с общественными организациями аппарата Верховного Меджлиса Нахчыванской Автономной Республики Сура Сейид освобождена от занимаемой должности.

    Соответствующее распоряжение подписал председатель Верховного Меджлиса НАР Васиф Талыбов, сообщает Report.

  • Vasif Talıbov şöbə müdirini işdən çıxardı

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri işdən çıxarılıb.

    “Report” xəbər verir ki, bununla bağlı Ali Məclisin sədri Vasif Talıbov sərəncam imzalayıb.

    Sərəncama əsasən, Surə Namidar qızı Seyid Ali Məclis Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsindən azad edilib.

  • В Нахчыване назначен председатель ЗАО “Телевидение и радиовещание”

    Сегодня председатель Верховного меджлиса Нахчыванской Автономной Республики (НАР) Васиф Талыбов подписал указ о назначении Сахиля Тахирли председателем закрытого акционерного общества “Телевидение и радиовещание”.

    Об этом сообщает информационное агентство Nuhçıxan.

    До этого назначения с марта 2013 года он занимал должность председателя Госкомитета по телевидению и радиовещанию НАР.

    В разные годы С.Тахирли работал завотделом общественно-политических вопросов в редакции газеты Şərq qapısı, консультантом в отделе печати и связей с общественностью Аппарата Верховного Меджлиса НАР, председателем Совета по телевидению и радио Нахчывана.

    В 2011 году был назначен заведующим отделом печати и связей с общественностью Аппарата Верховного Меджлиса Нахчыванской Автономной Республики.

    Напомним, 17 марта председатель Верховного меджлиса НАР Васиф Талыбов подписал указ о создании закрытого акционерного общества (ЗАО) “Телевидение и радиовещание Нахчыванской Автономной Республики”.