Month: April 2021

  • Azərbaycan Dillər Universitetinin əməkdaşı vəfat edib

    Azərbaycan Dillər Universitetinin (ADU) əməkdaşı vəfat edib.

    Universitetin İnformasiya Texnologiyaları kafedrasının dosenti Güləhməd Məlikov uzun sürən xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib.

    ADU rəhbərliyi və kollektivi mərhumun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.

    Allah rəhmət eləsin!

  • DTX rəisi Gürcüstanda rəsmi səfərdə olub

    Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev aprelin 27-28-də Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvilinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub.

    Median.Az DTX-nin saytına istinadən xəbər verir ki, səfər çərçivəsində general-polkovnik Əli Nağıyev Ümummilli Lider Heydər Əliyevin Tbilisidə ucaldılmış abidəsini ziyarət edib, əziz xatirəsini dərin ehtiramla yad edərək abidəsi önünə əklil qoyub.

    Sonra şəhərin Qəhrəmanlar meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların şərəfinə ucaldılmış abidə ziyarət olunmuş, önünə əklil qoyulub.

    Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili ilə keçirilmiş görüşdə regionda möv­cud əməliyyat şəraiti və ona təsir göstərən amillər, beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin təkmilləşdirilməsi, təcrübə və səmərəli məlumat mübadiləsi sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, habelə dünyada ciddi siyasi-iqtisadi fəsadlara səbəb olmuş koronavirus pandemiyası ilə bağlı meydana çıxan yeni təhdid­lərə qarşı birgə mübarizənin effektivliyinin artırılması və təhlükəsizliklə bağlı digər aktual məsələlər müzakirə olunub.

    Eyni zamanda, general-polkovnik Əli Nağıyev Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri ilə də görüşüb. Tərəflər üçün əhəmiyyət kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb, bölgədə təhlükəsizliyin etibarlı təmin olunmasının, terrorçu və digər cinayətkar qruplara qarşı mübarizədə birgə səylərin artırılmasının vacibliyi qeyd edilib. Tərəflər bundan sonra da hər iki ölkənin hüquq mühafizə orqanları arasında əməkdaşlığın yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə ediblər.

    Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycanla Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edən Baş nazir İrakli Qaribaşvili təhlükəsizlik sahəsində ölkələr arasında əlaqələrin davamlı inkişaf etdiyini və bu əməkdaşlığın bölgədə sülh və əmin-amanlığın bərqərar olmasına öz töhfəsini verdiyini vurğulayıb.

    İsti qarşılanmaya və yüksək qonaqpərvərliyə, həmçinin təhlükəsizlik sahəsində tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi üzrə məsələlərin müzakirəsi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirən Xidmət rəisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb. General-polkovnik Əli Nağıyev ölkələr arasında olan mövcud münasibətlərin regional təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini qeyd edərək bundan sonra da müvafiq orqanların dövlətlərin milli təhlükəsizliyinə yönələn beynəlxalq təhdid və hədələrə qarşı birgə mübarizə istiqamətində daim sıx əməkdaşlıq edəcəyinə əminliyini bildirib.

    Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

  • Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

    Hazırda Gürcüstan həbsxanalarında Azərbaycanın 107 vətəndaşı cəza çəkir.

    Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin mart ayı üzrə hesabatında bildirilib.

    Aylıq müqayisədə Azərbaycan vətəndaşlarının sayı 1 nəfər azalıb. Onların 10-u ittiham olunan, 97-si isə məhkumdur. Məhkumların 3-ü yeniyetmədir.

    Gürcüstanda probasiya nəzarətində saxlanılan 25 nəfər Azərbaycan vətəndaşı var. Onların sayı aylıq müqayisədə 5 nəfər azalıb. Həmin şəxslərin 22-si kişi, 3-ü qadındır.

    Qonşu ölkədə ümumilikdə 531 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs həbs cəzası çəkir, probasiya nəzarətində isə 221 nəfər xarici ölkə vətəndaşı saxlanılır.

  • Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 3 dəfə azalıb

    Bu ilin yanvar-mart aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları ilə 83,9 milyon ABŞ dolları pul xərcləyib.

    Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda bildirilib.

    Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60,4% və yaxud 2,5 dəfə azdır.

    Təkcə mart ayında xaricilərin bank kartları ilə xərcləmələri isə 33,4 milyon dollar olub. Bu isə 1 il əvvələ nisbətən 38% və yaxud 1,6 dəfə azdır.

  • Lüksemburq – Azərbaycan oyunu yeni stadionda keçiriləcək

    Futbol üzrə Lüksemburq yığması 2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycana qarşı ev oyununu yeni stadionda keçirəcək.

    Bu barədə Lüksemburq bələdiyyəsinin sədri Lidi Polfer “Paperjam” nəşrinə açıqlamasında məlumat verib.

    O bildirib ki, məqsədləri Lüksemburq – Azərbaycan oyununu yeni stadionda təşkil etməkdir.

    “Stade de Luxembourg” arenasının inşasına 76 milyon avrodan çox vəsait xərclənib, azarkeş tutumu isə 9385-dir.

    Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək Lüksemburq – Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

  • Bakıda motosiklet sürücüsü yeniyetməni vuraraq hadisə yerindən qaçdı

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Yasamal rayonunda qeydə alınıb. Qədirli küçəsində evlərinin yanında yolu keçən 2007-ci il təvəllüdlü Vəlibəyov Nihad Nazim oğlunu motosiklet vuraraq hadisə yerindən qaçıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

    Hadisənin təfərrüatı rayon Polisi tərəfindən araşdırılır.

  • Xırdalanda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

    Abşeronda sərnişin avtobusunda insident baş verib.

    Həmin görüntülər sosial şəbəkələrdə yayılıb.

    Belə ki, sürücü 10-TG-080 dövlət qeydiyyat nişanlı avtobusa arxa qapıdan daxil olan sərnişinə marşrut xəttinin kart sistemi ilə fəaliyyət göstərdiyini və ön qapıdan daxil olaraq ödəniş etməsini bildirib.

    Bu zaman sərnişin sürücüyə hücum edib, ona yumruqla zərbə endirərək bədən xəsarətləri yetirib.

  • Мать шехида Худаяра Юсифзаде: Мне известно об избиении того парня, я сама это организовала

    Я знаю о том, что того парня избили за высказывания о шехиде Худаяре Юсифзаде, я сама это организовала. И я объявляю об этом во всеуслышание.

    Об этом ölkə.az сказала мать погибшего военнослужащего Радя Юсифзаде.

    “Я обращалась в нужные инстанции. Мне сказали, что я должна лично написать заявление в полицию. А куда мне можно обратиться посредством соцсети?

    Мои дети, я сама писали тому парню, чтобы он прекратил. После того как этого не произошло, я была вынуждена заставить его замолчать через моих двух других сыновей.

    Могила моего сына-шехида еще свежа. Со мной так шутить нельзя. Тот парень пошутил над Насими, над Иззетом. Переписка с ним сохранилась у нас. Он пишет, что никто не может запретить ему шутить. И теперь он насмехается над шехидом, чтобы все смеялись?! Значит, все должны смеяться над нашим шехидом?! Сию же минуту еду в Баку, прямиком в СГБ.

    Я знаю, кто его избил. Я сама сказала, чтобы ему переломали пальцы и он в будущем не смог ничего писать в социальной сети”, – сказала она.

    По словам Р.Юсифзаде, не только она, но и все матери шехидов готовы своими руками наказать оскорбителя.

    “Все 3 000 матерей шехидов, кто жив, хотят поддержать меня и наказать его. В ту же минуту подам на него в суд.

    Его просто избили кулаками, не пытали, не привязывали к столу. Это было сделано на глазах у толпы, перед камерой. Ему говорили, чтобы он взял свои слова обратно, больше не делал этого, мол это наш шехид и т.д. После этого он снова начал насмехаться над погибшими солдатами. И ему дали достойный ответ”, – сказала мать шехида.

    Р.Юсифзаде считает, что тот, кто сегодня шутит над Худаяром, завтра сделает это с другим шехидом.

    “Если этот парень одет в красную кофту и кроссовки, сидит в кафе, пьет чай, развлекается и говорит о моем сыне, то он жив именно благодаря этим 3 000 сыновьям, которые пожертвовали своей жизнью. Он не тот, кто встанет на защиту Родины, а два моих живых сына последуют примеру Худаяра. Наказавшие его молодые люди тоже встанут на защиту Родины, когда вновь потребуется. А такие, как он, могут завоевать популярность, только оскорбляя шехидов в соцсети.

    Я подам на него в суд, потребую компенсацию. Я читала комментарии поклонников Худаяра, но не видела, чтобы хоть один из них заставил замолчать того парня.

    Я обратилась в Баку. Сказали, чтобы я лично написала заявление, но я поняла что это не имеет никакого смысла. Ну, вызовут его и скажут, чтобы впредь так не делал. Еще я недовольна тем, что ребята не переломали ему пальцы. Ему их нужно отрезать, чтобы он никогда не посмел впредь что-либо писать о шехидах”, – сказала она.

  • Xudayarın anası: “Oğlanın döyülməsindən xəbərim var, onu özüm etdirmişəm”

    “Xudayar haqqında danışan oğlanın döyülməsindən xəbərim var, onu özüm etdirmişəm. Mən gəlib o sözü efirlərdə də deyəcəyəm”.

    Bu barədə “Ölkə.az”a Xudayar Yusifzadənin anası Radə Yusifzadə deyib:

    “Hara lazımdır ora müraciət olunmuşdu. Mənə demişdilər ki, siz əyani surətdə gəlin ərizə yazın. Deyirəm ki, mən sosial şəbəkədən hara müraciət edə bilərəm?

    Uşağa, özüm yazdım ki, bunu dayandır. O etməyəndən sonra məcbur idim ki, erməninin üstünə göndərdiyim oğulun biri şəhid olub, ikisi buradadırsa, onlara da deyəm ki, bunu susdurun, içimizdəki ermənini susdurun.

    Mənim oğlumun hələ qanı qurumayıb. O mənimlə elə zarafat edə bilməz. Nəsimi ilə zarafat edib, İzzətlə zarafat edib. Onun mesajı var bizdə. Deyir ki, zarafat edirəm, məni heç kim susdura bilməz. İndi də şəhidlə zarafat elədin ki, hamı gülsün?! Deməli, bizim şəhidimizə hamı gülməlidir?! İndi bu dəqiqə çıxıram, Bakıya, düz DTX-ya gəlirəm.

    Onu döyənlər bilirəm kimlərdir. Mən özüm demişəm ki, onun barmaqları qırılsın, o bir də sosial şəbəkədə heç nə yaza bilməsin”.

    R.Yusifzadə söyləyib ki, nəinki o, hətta bütün şəhid anaları öz əlləri ilə onun cəzasını verməyə hazırdırlar:

    “3 min şəhidimizin hansının anası sağdırsa, mənim yanıma gəlib onu cəzalandırmaq istəyir. İndi bu dəqiqə gedirəm onu məhkəməyə verəm”.

    Onu yumruqla təpiklə döyüblər, işgəncə etməyiblər, stola bağlamayıblar. Onu kameranın altında camaatın içərisində tutublar. Ona yalvarıblar ki, bunu götür, belə eləmə, şəhidimizdir və s. Ona bu sözləri deyəndən sonra başladı şəhidlərlə lağlağı etməyə. Ona göstərdilər necə lağlağı etmək olar”.

    R.Yusifzadənin sözlərinə görə, bu gün Xudayarla zarafat edən sabah başqa şəhidlə zarafat edər:

    “O qırmızı koftasını, qırmızı idman ayaqqabısını geyinib kafedə oturub, çay içib məzələnib mənim uşağım haqqında danışırsa, o, bu gün şəhid olan 3000 oğulun hesabına orada salamat oturub. O gedib yenidən vətən qoruyacaq biri deyil, amma mənim yerdə qalan iki oğlum necə Xudayar etmişdisə, canını vətən üçün vermişdisə, onlar da gedəcək. Onun cəzasını verən oğlanlar yenə gedib vətəni qoruya bilər. Onun kimisi isə ancaq sosial şəbəkədə şəhidi təhqir etməklə reytinq qazana bilər.

    Məhkəməyə verib ondan təzminat tələb edəcəyəm. Mən Xudayarı sevənlərin yazdıqlarını oxuyurdum. Amma görmədim ki, bir nəfər hüquqi şəxs çıxa, bunu susdura.

    Mən Bakıya müraciət etmişəm. Dedilər ki, gəlib ərizə yazmalısız baxdım ki, mənasız yerədir. Onu çağıracaqlar deyəcəklər ki, belə etmisən, bir də eləmə. Hələ mən uşaqlarımdan narazıyam ki, onun barmaqlarını qırmayıblar. Onun barmaqları kəsilməli idi ki, bir də hansısa şəhid haqqında bu cür söz yaza bilməsin”.

  • Участникам Второй мировой войны выплатят 1 500 манатов – РАСПОРЯЖЕНИЕ

    29 апреля Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о предоставлении единовременной материальной помощи лицам, участвовавшим во Второй мировой войне в 1941-1945 годах, вдовам погибших или впоследствии скончавшихся участников войны и лицам, награжденным орденами и медалями за самоотверженный труд в тылу.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, лицам, участвовавшим во Второй мировой войне в 1941-1945 годах, будет оказана единовременная материальная помощь в размере в размере 1 500 манатов, вдовам погибших или впоследствии скончавшихся участников войны, лицам, награжденным орденами и медалями за самоотверженный труд в тылу в годы войны, работникам специальных формирований, выполнявшим в годы Великой Отечественной войны задачи в интересах армии и флота по тыловым рубежам боевых фронтов или в пределах оперативных зон действующих флотов, лицам, награжденным медалями и нагрудными знаками за оборону Ленинграда, а также пережившим блокаду этого города, – 750 манатов.

    На эти цели из резервного фонда Президента АР, предусмотренного в госбюджете на 2021 год, будет выделено 4 млн 800 тыс. манатов.