Month: April 2021

  • Peyvənd olunanların sayı açıqlandı

    Azərbaycanda bu gün 16 639 nəfər vaksinasiya olunub.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 328, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 311 nəfər təşkil edib.

    Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 488 218, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 966 132, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 522 086 nəfər təşkil edir.

  • Almaniya Əfqanıstandan texnikalarını çıxarmağa başlayıb

    Almaniya Silahlı Qüvvələrinin Əfqanıstandakı missiyası başa çatır, Bundesver texnika və qoşunların geri çəkilməsinə başlayır.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

    “Tapşırığımız başa çatıb. Bu gündən etibarən, çıxarılmaya (qoşun və texnikanın – red.) başlayırıq. Çoxməqsədli helikopterlərdən tutmuş, avtokranlara qədər hər şey Almaniyaya daşınır”, – qurumdan bildiriblər.

    İlk mərhələdə 123 texnikanın çıxarılması nəzərdə tutulur. Prosesin təhlükəsizliyi KSK Xüsusi Təyinatlı Qüvvələri tərəfindən təmin edilir. Əfqanıstandakı Almaniya kontingentində əsasını hərbi təlimatçıların təşkil etdiyi 1 000-ə yaxın hərbçi var. Qoşunların geri çəkilməsinin sentyabr ayına qədər davam edəcəyi gözlənilir.

    Xatırladaq ki, dünən NATO-nun “Qətiyyətli dəstək” əməliyyatında iştirak edən qüvvələrinin Əfqanıstandan koordinasiyalı və nizamlı şəkildə çıxarılmasına başladığı barədə məlumat yayılmışdı.

  • Avropa Liqası: Həftənin oyunçusu bəlli oldu

    UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

    Bu ada İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Brunu Fernandeş layiq görülüb.

    Portuqaliyalı oyunçu evdə İtaliya “Roma”sını 6:2 hesabı ilə məğlub etdikləri matçda 2 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub.

    Qeyd edək ki, yarımfinalın cavab oyunları mayın 6-da keçiriləcək.

  • Hərbi prokuror ölkədə baş verən cinayətlərdən danışdı

    Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda kollegiya iclası keçirilib.

    Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Vətən müharibəsindən, qazandığımız möhtəşəm qələbədən bəhs etməklə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən danışıb.

    Ədliyyə general-leytenantı Xanlar Vəliyev, həmçinin vurğulayıb ki, ölkəmizin hərtərəfli inkişaf edərək daha da qüdrətlənməsində və qazanılan ardıcıl uğurlarda, eləcə də dövlətimizin beynəlxalq əlaqələrinin genişləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

    Hərbi prokuror Xanlar Vəliyev xüsusi vurğulayıb ki, 2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış cinayətlər ümumilikdə 36,1%, hərbi xidmət əleyhinə olan cinayətlər 47,6%, qeyri hərbi cinayətlər isə 18,6% azalıb. Eləcə də, qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 30%; qəsdən adam öldürməyə cəhd cinayətləri 71,4% və baş vermiş özünü öldürməyə cəhd hadisələri 60% azalıb.

    Sonda vurğulanıb ki, cinayət hadisələrinin, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınması istiqamətində Hərbi Prokurorluğun aidiyyəti qurumlarla birgə fəaliyyəti uğurla davam etdiriləcək.

  • İqor Korotçenko: “Makron Fransanın, yoxsa Fransa erməniləri ittifaqının prezidentidir?”

    İrəvanda Ermənistan prezidenti Armen Sarkisyanla Fransa parlamentinin Fransa-Ermənistan dostluq qrupu sədrinin müavini Qi Tesyenin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Fransız millət vəkilləri Ermənistana və keçən payızda Qarabağda məhv edilən separatçı quruluşa dəstək verməyə davam edəcəklərini söyləyiblər.

    Bu azmış kimi Ermənistandakı müxalif Milli Demokrat Qütbü hərəkatı Fransa prezidenti Emmanuel Makrona təcili olaraq “Fransa sülhməramlılarını” Ermənistanın cənub sərhədlərinə yerləşdirməklə bağlı müraciət edib.

    Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, dünya silah ticarətinin təhlili mərkəzinin direktoru İqor Korotçenko Caliber.Az-a müsahibəsində Milli Demokrat Qütbü hərəkatına daxil olan erməni siyasi təşkilatlarının çağırışına münasibət bildirib.

    “Əlbəttə bu, təxribatçı bəyanatdır. Ancaq onun da öz münbit əsasları var. Fransa prezidenti Emmanuel Makronun hərəkətləri tamamilə destruktiv xarakter daşıyır. Bəzən, istər-istəməz özünə bir sual verirsən: Makron Fransa prezidentidir, yoxsa Fransadakı ermənilərin müəyyən birliyinin prezidenti? Aydın bir cavab tapmaq sadəcə mümkün deyil.

    Paris Azərbaycanın Qarabağ bölgəsində qalan qanunsuz rejimin qalıqlarını qanuniləşdirmək üçün bölgəyə zorla daxil olmağı və özünə yer tutmağı hədəfləyən bir oyuna başlayıb. Ermənistanın strateji maraqlarını dəstəkləməyə yönəlmiş Fransa diplomatiyasının kəskin intensivləşməsini görürük. Buna görə bir daha deməliyəm ki, Fransa təxribatçı və destruktiv rol oynayır. Parisin bu oyundakı ortaqları, fəaliyyətlərini Fransanın İrəvandakı səfirliyi və Fransa xarici kəşfiyyat xidmətinin İrəvandakı ofisi ilə sinxronlaşdıran nüfuzlu erməni elitalarıdır. Bu Parisin xarici siyasət əməliyyatıdır”, – deyə Korotçenko bəyan edib.

    Ekspert qeyd edib ki, Ermənistanın birinci düşməni elə erməni millətçiliyidir.

    “Erməni dövlətçiliyini təhdid edən, ilk növbədə, erməni millətçiliyi və Hitlerin həmkarı olmuş Qaregin Njdenin ideyalarının inkişafıdır. Əsas təhlükə bax budur. Kənar təhlükələrə gəlincə isə Ermənistanın sərhədləri beynəlxalq səviyyədə tanınır və heç kim bu sərhədlərə müdaxilə etmir”, – deyə o əlavə edib.

  • Güləşçimiz finalda erməni ilə qarşılaşacaq

    Rusiyanın Yakutsk şəhərində olimpiya, dünya və Avropa çempionu Roman Dmitriyevin xatirə turniri start götürüb.

    Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, gənc sərbəst güləşçilər arasında keçirilən ənənəvi yarışın ilk günündə finalçılar müəyyənləşib.

    Murad Haqverdiyev iki Rusiya güləşçisinə qalib gələrək 1/4 finala yüksəlib. Ancaq yarımfinala gedən yolda digər yerli idmançıya məğlub olub.

    Mübarizəyə 1/4 finaldan qoşulan Sabir Cəfərov iki rəqibi üzərində inamlı qələbə qazanaraq adını finala yazdırıb.

    Cəbrayıl Hacıyev ilk iki mərhələdə Rusiya təmsilçilərinə heç bir şans tanımayıb. Yarımfinalda Qırğızıstan idmançısından da güclü olan Hacıyev finala vəsiqə qazanıb.

    Qeyd edək ki, final qarşılaşmaları mayın 1-də keçiriləcək.

    57 kq
    Təsnifat: Murad Haqverdiyev – Yulian Qriqoryev (Rusiya) 10:0
    1/8 final: Murad Haqverdiyev – Yeqor Naxodkin (Rusiya) 8:6
    1/4 final: Murad Haqverdiyev – Artyom Qobayev (Rusiya) 2:6

    65 kq
    1/4 final: Sabir Cəfərov – İqor Upxoyev (Rusiya) 6:1
    1/2 final: Sabir Cəfərov – Sayan Jiqzimayev (Rusiya) 7:0
    Final: Sabir Cəfərov – Danil Xarçilava (Rusiya)

    70 kq
    1/8 final: Cəbrayıl Hacıyev – Nurgun Andreyev (Rusiya) 10:1
    1/4 final: Cəbrayıl Hacıyev – Ruslan Abiyev (Rusiya) 10:0
    1/2 final: Cəbrayıl Hacıyev – Orozobek Toktomambetov (Qırğızıstan) 10:3
    Final: Cəbrayıl Hacıyev – Arsen Balayan (Rusiya)

  • Azərbaycanın rəsmi milyonçuları – SİYAHI

    Ölkənin rəsmi milyonçularının siyahısını tərtib edilib. Söhbət bankların və sığorta şirkətlərinin səhmdarlarından gedir. Haşiyəyə çıxaraq qeyd edək ki, yalnız bank və sığorta sektorunda hesabatlılığın əlçatan olması araşdırmaya təsirsiz ötüşməyib.

    Median.Az xəbər verir ki, İndex.az hesablama zamanı yalnız saytlarda yerləşdirilən hesabatlara istinad edib.

    Əsas meyar kimi həmin şəxslərin səhmdar (nizamnamə) kapitalındakı payı götürülüb. Üstəlik, əlavə olaraq oxucularımız üçün səhmdarların 2020-ci ildə əldə etdiyi dividendlərin həcmini də təqdim edirik. Lakin istənilən şəxs bankın/sığorta şirkətinin hesabatına daxil olaraq onların ötən illər ərzində əldə etdiyi qazanca nəzər sala bilər. Index.az mütəmadi olaraq auditaroyasını iş adamlarının indiyədək əldə etdiyi dividendlər barədə məlumatlandırır.

    Araşdırmalar göstərir ki, “Premium Bank”ın sahibi Zərifə Mehdiyeva ölkənin ən zəngin səhmdarıdır. O, adıçəkilən bankın səhmdar kapitalına 130.6 milyon manat yatırıb. Ötən il isə “Premium Bank” ona əlavə olaraq 3.3 milyon manat qazandırıb. Bu şəxsi tanımayanlar üçün qeyd edək ki, Zərifə Mehdiyeva “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun həyat yoldaşıdır. O həm də “Gazelli” şikrətlər qrupunun təsisçisidir.

    Vaxtilə Hikmət İsmayılov “Bank of Baku” və “AFB Bank”ın səhmlərini alanda mətbuat bu şəxsə bu cür iltifat etmişdi: “Ölkənin ilk milyonçusu…”

    Təbii ki, İsmayılov ilk milyonçu deyildi. Bu şəxs haqqında məlumat tapmaq çətindir. Mətbuat yazır ki, o, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. Yeri gəlmişkən, onun haqqında bu yaxınlarda Index.az saytında geniş yazı dərc olunub. Hikmət İsmayılov “AFB Bank” və “Bank of Baku”ya toplamda 86.4 milyon manat yatırıb. Təkcə 2020-ci ildə iş adamı iki bankdan 15 milyon manat qazanıb.

    Ölkənin tanınmış bankirlərindən olan Eldar Qəribovun, necə deyərlər, bir əli “Unibank”ın üstündədir. İndiyədək investor banka dəfələrlə yatırım edib və son məlumata əsasən, bankın səhmdar kapitalında 108.6 milyon manatı var. O, səhdmar qismində ötən il 9.5 milyon manat qazanc əldə edib. Qəribov həm də bankın Müşahidə Şurasının sədridir.

    Bank sektoruna yatırım edən şəxslər sığorta sektorundan da pul qazana bilir.

    Məsələn, Hikmət İsmayılovun qazancı yalnız “AFB Bank” və “Bank of Baku” ilə kifayətlənmir. Bu şəxs “AzSığorta” şirkətinin yeganə səhmdarıdır. Başqa sözlə, o, sığorta şirkətinin 20.3 milyon manatlıq səhmdar kapitalının tamamına sahibdir. Üstəlik, şirkət ötən il iş adamına 1.9 milyon manat qazandırıb.


    “Rabitəbank” səhmdarları da sığorta sektorunda gələn gəlirlərdən cibini doldurub. Məsələn, Rauf Əliyevin aktivində 5.5 milyon manat var. Nəzakət İsmayılova və Zaur Quliyev isə “Rabitəbank”da pay sahibi olmasalar da, “Meqa Sığorta”da Rauf Əliyev ilə eyni məbləğdə vəsaiti mövcuddur.

    “İpək Yolu” sığorta şirkətinin səhmdarları arasında olan Cəmilə və Məlahət Əsgərovalar ayrı-ayrılıqda 38.74% paya sahibdir. İki bacının şirkətdə 5.7 milyon manatı var. Şirkət xanımlara təkcə 2020-ci ildə 760 min manat qazandırıb. Qeyd edək ki, onlar AZAL rəhbəri Cahangir Əsgərovun və “Premium Bank”ın sahibi Zərifə Mehdiyevanın qızlarıdır.

    Əlavə edək ki, səhmdarlar əksər hallarda həm də bankın və ya sığorta şirkətinin menecmentində (adətən Müşahidə Şurasında) təmsil olunur. Bu isə onlara əməkhaqqı və bonus qazanmağa şərait yaradır. Hesabatlarda ödənilən əməkhaqqı və bonusların məbləği ümumiləşdirilib göstərildiyindən, hər şəxs üçün ayrıca hesablamaq mümkün deyil. Lakin təxmin etmək çətin deyil ki, söhbət minlərlə manatdan gedir.

  • Torpaqların istifadəsi ilə bağlı qanunazidd hallar aşkar edilib – Dövlət Xidməti

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ölkə ərazisində torpaqlardan qanunvericiliyə zidd istifadə halları ilə bağlı monitorinqlər və torpaq reydləri keçirilir.

    Qurumdan Valyuta.az-a verilən xəbərə görə, monitorinqlərin məqsədi torpaqların təyinatından kənar və əsassız istifadə edilməsi, özbaşına zəbt olunması və qanunsuz tikintilərin aparılması hallarını müəyyən etmək, torpaqdan təyinatı üzrə istifadə edilməsinə nəzarətin gücləndirilməsidir.

    Cari ilin ilk rübü ərzində torpaq müfəttişləri tərəfindən torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 607 hal aşkar edilib, 354 inzibati protokol tərtib edilib. Aparılan monitorinqlərin nəticəsinə görə, ən çox torpaq qanunvericiliyinin tələblərinin pozulması halları 191 olmaqla Bakı şəhərinin payına düşüb.

    Bu sahədə qanunazidd hadisələrin xarakteri və məqsədləri ayrı-ayrı regionlar üzrə bir-birindən fərqlənir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsasən yaşayış məqsədli tikinti işlərinin aparılması kimi pozuntular daha çox Abşeron rayonundadır. Abşeron rayonunun bir neçə qəsəbəsində vətəndaşların mülkiyyətinə verilmiş pay (əkin) torpaqlarında təyinatına zidd olaraq fərdi yaşayış evlərinin inşası aparılıb.

    Bakının Xəzər və Binəqədi rayonlarında kənar şəxslər tərəfindən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikilməsi halları aşkar olunub. Tikinti məqsədilə ayrılmayan torpaq sahələrində aparılan qanunsuz tikinti işlərinin qarşısının alınması üçün aidiyyəti dövlət qurumları ilə birgə işlər görülüb.

    Problemli məsələlərdən biri də kommunikasiya xətlərinin (yüksək gərginlikli elektrik xətləri, avtomobil və dəmir yolları, magistral neft, qaz, su boru kəmərləri və s.) mühafizə zolağına aid torpaqların zəbt edilərək orada yaşayış evlərinin, sahibkarlıq və digər təyinatlı obyektlərin tikintisidir. Paytaxtın Sabunçu, Suraxanı və Xəzər rayonlarında belə hallar müşahidə edilib. Qeydə alınan pozuntu hallarının qarşısının alınması ilə əlaqədar aşkar edilmiş faktlar aktlaşdırılıb, bu barədə aidiyyəti üzrə müvafiq qurumlara və hüquq-mühafizə orqanlarına məlumat verilib.

  • Ödəniş sistemləri haqda qanun mayda hazır olacaq

    “Ödəniş sistemləri ilə bağlı yeni qanun layihəsinin mayda hazır olması gözlənilir”.

    Median.Az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova məlumat verib.

    K. Qurbanova bildirib ki, qanun layihəsi üzrə Maliyyə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə müzakirələr tamamlanıb:

    “Hazırda Dövlət Vergi Xidməti və Ədliyyə Nazirliyi ilə müzakirələr davam edir. Mayın sonuna qədər qanun layihəsinin aidiyyatı üzrə razılaşdırıb təqdim edilməsi gözlənilir”.

  • В Азербайджане за сутки выявлено 1 196 новых случаев инфицирования коронавирусом – ФОТО

    В Азербайджане за минувшие сутки выявлено 1 196 новых случаев инфицирования коронавирусом, 2 162 человека вылечились и были выписаны домой.

    Об этом 30 апреля сообщает оперативный штаб при Кабинете министров.

    За прошедшие 24 часа от COVID-19 скончались еще 27 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 319 109 человек, 4 517 – скончались, 289 460 – вылечились, 25 132 – находятся в активной фазе лечения в больницах особого типа.

    В республике проведены 3 241 186 тестов на COVID-19 (за последние 24 часа – 11 319).