Month: April 2021

  • Tramp öz tərəfdarlarının mitinqlərini bərpa etməyə hazırlaşır

    ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarları ilə mitinqləri bərpa etməyə hazırlaşır.

    Bu barədə CNN məlumat yayıb.

    Məlumatda bildirilir ki, eks-prezident “Amerikanı yenidən ən böyük edək!” (Make America Great Again) şüarı altında keçirilən mitinqlərin bərpası barədə müzakirə açıb.

    Analoji mitinqlər 2016-cı ildə Trampın seçkiabağı təbliğat kampaniyası zamanı və sonrakı hakimiyyəti illərində geniş vüsət alıb.

    Telekanalın məlumatına görə, yeni mitinqlərin keçirilməsi may ayına planlaşdırılıb.

    Qeyd edək ki, bir müddət öncə siyasətçi 2024-cü ildəki prezident seçkilərində iştirakını istisna etməyib.

  • UEFA Avropa Liqasının finalı tamaşaçılarla keçirilə bilər

    Polşanın Qdansk şəhərində keçiriləcək UEFA Avropa Liqasının final matçı zamanı stadiona tamaşaçıların buraxılacağı gözlənilir.

    Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

    Məlumata əsasən, UEFA ilə Polşa hökuməti arasında müvafiq məsələ ilə bağlı razılıq əldə edilib. Razılaşmaya görə, idman meydançasının tribunalarına onun tutumunun 25%-i qədər izləyici buraxılacaq ki, bu da 10 min tamaşaçı deməkdir.

    Faktla bağlı təşkilatın həftə ərzində rəsmi açıqlama verəcəyi bildirilib.

    Xatırladaq ki, Avropa Liqasının final görüşü mayın 17-də “Enerqa-Qdansk” arenasında baş tutacaq.

  • Türkiyə Müdafiə Nazirliyi İncirlik bazasının kimə məxsus olduğunu açıqladı

    Türkiyənin Milli Müdafiə Nazirliyi İncirlik hərbi bazasının istifadəsi ilə bağlı açıqlama yayıb.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    “İncirlik bazasında müəyyən müəssisələrin istifadəsi Türkiyə ilə ABŞ arasında 29 mart 1980-ci il tarixində imzalanan Müdafiə və İqtisadi Əməkdaşlıq Anlaşması əsasında aparılır. Bu anlaşmada deyilir ki, Türkiyə Respublikası hökuməti İncirlikdəki Türkiyə Silahlı Qüvvələri müəssisələrində birgə müdafiə tədbirlərində iştirak üçün ABŞ hökumətinə icazə verir.

    İncirlik bazası TSQ-yə aid Hərbi Hava Qüvvələrimizin bazalarından biridir, Türkiyənin bazasıdır, üzərindəki bütün müəssisələrlə birlikdə Türkiyə Respublikası dövlətinə aiddir”, – deyə Türkiyə MN-dən bildirilib.

  • Moldovada növbədənkənar parlament seçkiləri keçiriləcək

    Moldova prezidenti Mayya Sandu ölkə parlamentinin buraxılması və növbədənkənar seçkilərin təyin olunması ilə bağlı fərman imzalayıb.

    TASS xəbər verir ki, fərman Konstitusiya Məhkəməsinin parlament tərəfindən tətbiq olunmuş fövqəladə vəziyyəti qanunsuz sayaraq ləğv etməsindən dərhal sonra imzalanıb.

    Sənədə əsasən, Moldovada keçiriləcək növbədənkənar parlament seçkiləri iyulun 11-nə təyin olunub.

  • Сегодня на некоторых территориях Хырдалана и Абшерона будет ограничена подача газа

    Управление экспорта газа Государственной нефтяной компании Азербайджана (SOCAR) планирует провести ремонтные работы на 47-м километре магистрального газопровода высокого давления Гарадаг-Сумгайыт диаметром 530 мм.

    Об этом сообщили в ПО “Азеригаз”.

    Так, новая часть магистрального трубопровода длиной 144 м, проложенная на пересечении автомобильной дороги Баку-Губа-государственная граница с Россией, будет подключена к системе транспортировки газа.

    По этой причине с утра 29 апреля до завершения работ будет ограничена подача газа в Абшеронском районе, городе Хырдалане, жилом массиве Атъялы, селах Хокмали, Гобу, Даш-Гюздек, Ашагы Гюздек, поселке Мушвигабад, жилом массиве Чичек, поселке 28 мая, жилом массиве Чайлы-Гобустан, поселках Перекишкюль, Джейранбатан и Сарай.

  • Xırdalanda və Abşeronun bəzi yerlərində qaz fasilələrlə veriləcək

    SOCAR-ın Qaz İxrac İdarəsi diametri 530 mm olan “Qaradağ-Sumqayıt” yüksək təzyiqli magistral qaz kəmərinin 47-ci kilometrliyində təmir işləri aparmağı planlaşdırır.

    Magistral kəmərin Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun kəsişməsində yeni çəkilmiş 144 metr uzunluğunda olan hissəsi qaz nəqli sisteminə birləşdiriləcək.

    Təmir zamanı bu gün səhər saat 09:00-dan etibarən işlər başa çatanadək Abşeron rayonu, Xırdalan şəhəri, Atyalı yaşayış massivi, Hökməli, Qobu, Daş-Güzdək, Aşağı Güzdək kəndləri, Müşviqabad qəsəbəsi və qəsəbədəki Qaçqınlar Şəhərciyi, Çiçək yaşayış massivi, 28 May qəsəbəsi, Çaylı-Qobustan yaşayış massivi, Pirəkəşkül, Ceyranbatan və Saray qəsəbələrində qaz təchizatında müvəqqəti məhdudiyyətin yaranacağı gözlənilir.

  • Армяне покидают Ханкенди – ВИДЕО

    Армяне покидают Ханкенди через Лачинский коридор.

    Соответствующие кадры распространены в социальных сетях.

    На них запечатлено, как армянские военные автомобили и бронетехника двигаются через Лачинский коридор из Ханкенди в направлении Армении.

    Примечательно, что каких-либо официальных заявлений по этому поводу сделано не было.

  • Ermənilər Xankəndini boşaldırlar – Video

    Ermənilər Laçın dəhlizi vasitəsilə Xankəndini boşaldırlar.

    Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

    Bu gün çəkilən görüntülərdə ermənilərə məxsus hərbi avtomobillərin və zirehli texnikanın Laçın dəhlizi vasitəsilə Xankəndini tərk edərək Ermənistana keçməsi əks olunub.

    Məsələ ilə bağlı hələ ki, heç bir rəsmi açıqlama verilməyib.

  • Zelenski Putinlə Vatikanda görüşmək istəyir

    Ukayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüş üçün Vatikanın ideal məkan olduğunu bildirib.

    Bu barədə o, “la Repubblica” nəşrinə müsahibə zamanı məlumat verib.

    Ukrayna dövlət başçısı qeyd edib ki, Rusiya prezidentli ilə Donbasdakı sülh prosesini müzakirə etmək istəyir.

    Zelenskinin bu sözlərinə münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hələ ki məsələ ilə bağlı rəsmi təklif almadıqlarını deyib.

    Vatikandan isə bu barədə, ümumiyyətlə heç bir məlumata malik olmadıqları qeyd edilib.

  • Aşıq Ulduz 145 min manatlıq torpağı haqda açıqlama verdi – “Bizdən pul qoparmaq istəyirlər” – VİDEO

    Binəqədi rayonu Azadlıq metrosunun yaxınlığında, 8-ci mikrorayon Süleyman Sani Axundov və İbrahimpaşa Dadaşov küçəsinin kəsişməsində yerləşən və Aşıq Ulduza məxsus olan torpaq sahəsinin ətrafında yaranan qalmaqal səngimək bilmir.

    Bina sakinlərinin etirazına görə, həmin bu torpaq sahəsi Binəqədi İcra Hakimiyyəti tərəfindən qeyri-qanuni şəkildə vətəndaş Ulduz Quliyevaya satılıb. Bundan başqa bina sakinləri iddia edir ki, ərazi 145 min manat satışa çıxarııb və torpaq sahəsində olan ağaclar məhv edilərək, yeində 4 mərtəbəli obyekt tikiləcək.

    Buna görə məhkəməyə müraciət olunub. Məsələyə baxan Binəqədi Məhkəməsi, Ulduz Vəliyevanın xeyrinə qərar çıxarıb, daha sonra Apelyasiya məhkəməsidə Binəqədi məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bununla razılaşmayan bina sakinləri ilə adı çəkilən yeri hasara almaq üçün əraziyə gələn məhkəmə icra nümayəndələri arasında qarşıdurma yaşanıb. 

    “Bu torpağı Sumqayıtdakı evimizi satıb almışıq”

    Məsələ ilə bağlı Bizim.Media-ya danışan Aşıq Ulduzun qızı Sədaqət Ulduz bildirib ki, bina sakinləri mənim şərəf və ləyaqətimi alçaldaraq, ərazinin mənə hansısa yüksək ranqlı məmur tərəfindən hədiyyə olunduğunu iddia ediblər.

    “O, ərazini mənə heç kəs bağışlamayıb. 2013-cü ildə Sumqayıtdakı evimizi satıb, oranı almışıq. Bütün sənədlərimiz var və hər biri də qanun çərçivəsindədir. Həmin o şəxslər bu dəqiqə nəsə axtarırlar ki, bizə şər atsınlar. Bura Bakının mərkəzində olan yerdir, dərabəylik deyil ki, istədiyimiz yeri gedək zəbt edək.

    Biz 2013-cü ildə o ərazini aldıqdan sonra həmin o, şikayətçiləri başına yığan Bahar Əliyeva adlı qadın və onun atası qəsdən o torpağ zəbt etmək, bu cür ixtişaş yaratmaq üçün o ərazidə ağac əkməyə başladı.

    Dəfələrlə qardaşım ona ərazidə ağac əkməməyi desə də o, bizim sözümüzə məhəl qoymadan öz işi ilə məşğul olub. Gəlin, mən sizə Bahar adlı bu qadın haqqında qısa məlumat verim. Bu qadın dəfələrlə xuliqanlıq üstündə məhkum olunub. Bütün günü qalmaqallı işlərlə məşğul olan bir insandır. Camaatı başına toplayıb belə qalmaqalarla gün keçirir. Bu, hamıya məlumdur”.

    “Bahar Əliyeva torpaq sahəmizə kamera quraşdırıb izləyir”

    O, bildirib ki, həyətlərinin o binanın ərazisinə heç bir aidiyyatı yoxdur və oranın ərazisi deyil: 
     

    “O qadının evi bizim həyətdən çox aralıdır. Biz o torpağı zülm – zillətlə əldə etmişik, indi də halal ərazimizdən istifadə edə bilmirik. Evimizi satmışıq, min bir əziyyətlə torpaq əldə edib, istəmişik orada iş quraq.

    3 il boyunca oranın sənədlərini qaydaya saldıq, gəldik 4 ildir bu insanlar bizə zülm edir. Birinci orada ağac deyil, nar kolluqları var. O göstərdikləri qalın, hündür ağacların bizim əraziyə heç bir aidiyyatı yoxdur. Bahar Əliyeva adlı bu qadın hətta əraziyə kamera da yerləşdirib ki, torpaq sahəmizə yaxınlaşanda xəbəri olsun, görsün bizi daha necə şərləyə bilər”. 

    “Bizim onlara veriləcək 10 qəpiyimiz belə yoxdur”

    Məsələnin daha dərinliklərindən danışan Sədaqət Ulduz torpaqlarına görə bu ailə tərəfindən şantaj olunduqlarını da qeyd edib:

    “İlk dəfə o torpağa ayaq basanda bu qadın ailəlikcə ayağa qalxıb, bizdən pul tələb etdilər. Bunların məqsədləri bilirsiz nədir? Deməli, biz ərazimizə yaxınlaşanda gəlib bizə desinlər ki, burada biz ağac əkmişik, bizdə problemi həll etmək üçün tələb etdikləri pulu bunlara verək və yola salaq. Əvvəldən gəlib xoş dillə bizimlə razılaşmağa cəhd etsəydilər bəlkə də biz bəzi güzəştlərə gedərdik, lakin onlar bizi məhkəməyə verdilər, bizə belə maneələr yaratdılar bununla da öz şanslarını itirdilər.
     

    Hazırda Apelyasiya məhkəməsinin əlimizdə qərarı var ki, bu torpaq bütün qanuni sənədləri ilə bizə aiddir. Bir sözlə bu insanlar bizdən pul tələb edərək, bizi şantaj edirlər.

    Bütün məhkəmə instansiyalarından keçdiyimiz qanunu ərazimizdə biz bu cür qanunsuzluqla qarşılaşırıq. Bir daha bildirirəm ki, bizim onlara veriləcək 10 qəpiyimiz belə yoxdur. Məhkəmənin qərarına görə, torpaq sahəsi əvvəlki halına gətirilib bizə qaytarılmalıdır. Onu da qeyd edim ki, ağaclar onların iddia etdikləri kimi 1985-ci ildə deyil, 2013-cü ildən bəri əkilib”.

    Sədaqət Ulduz torpağın 145 min manata satışa çıxarılması barədə səsləndirilən iddialara da aydınlıq gətirib:

    “Qeyd edim ki,  biz torpağımızı satışa çıxarmamışıq. Sadəcə, o ərazidə sahəsi 3.5 sot olan torpaq payı var. Onun 1.5 sotu bizim, digər 2 sotu isə başqa insana aiddir. Yəqin ki, həmin o şəxs öz torpaq payını satışa çıxarıb. Biz ərazimizdən özümüz istifadə etmək istəyirk. Lap istəsək gələcəkdə o sahəni satışa çıxara da bilərik. Öz torpağımızdır, qərarı da biz verəcəyik”.

    “Onların zəbt etdiyi əraziləri icra hakimiyyəti ləğv edib”

    Aşıq Ulduzun oğlu Fuad Quliyev isə Bizim.Media-ya açıqlamasında bildirib ki, dəfələrlə öz torpaq sahələrində  həmin insanlar tərəfindən təhqir və söyüşlərə məruz qalıblar: 

    “Baxmayaraq ki, torpaq sahəsinin bütün sənədləri qanuni şəkildə qaydasındadır, biz Bahar Əliyevanın yalandan və əsassız yaratdığı qalmaqala görə, ərazimizə gedə bilmirik. Bu ailə, başda Bahar Əliyeva, bacısı Şəfəq Əliyeva, onun atası İsmayıl Əliyev və Samir Əliyev olmaqla, bizə böhtan atır, bizdən külli-miqdarda pul tələb edir və bizim olan ərazini aləmə car çəkərək qeyri qanuni adlandırır”.

    Söhbət əsnasında Fuad Quliyev Bahar Əliyeva və ailəsinin özlərinin qeyri-qanuni olaraq onlara məxsus olmayan ərazini zəbt etdiyini də bildirib:
     

    “Bu ailə özləri binanın birinci mətrəbəsində yaşayırlar və binanın ön və arxasını qeyri-qanuni zəbt edib, artırma tikib, hasarlayıblar. Onların qeyri-qanuni tikintiləri barədə Binəqədi İcra Hakimiyyəti və Binəqədi Bələdiyyəsi akt tərtib edərək, tikilini qeyri-qanuni olduğunu təsdiq edib.

    Ancaq qanunsuz işlərlə məşğul olan bu dəstə bizə böhtan ataraq, torpağımızı zəbt etməyə çalışırlar. Mən sizə onların qeyri-qanuni tikililəri haqqında Binəqədi Bələdiyyəsi və İcra hakimiyyətinin tərtib etdiyi aktları və öz torpağımızın sənədlərini təqdim edəcəyəm”.

    Məsələylə bağlı Aşıq Ulduzun fikirləri

    Əməkdar incəsənət xadimi Aşıq Ulduz Quliyeva isə Bizim.Media-ya açıqlamasında məsələ barədə danışarkən qızı Sədaqətin və oğlu Fuadın dediklərini təsdiq edib. O, 2013-cü ildə aldığı torpağın bütün sənədlərinin qaydasında olduğunu  və Apelasiya məhkəməsinin də təsdiq etdiyi kimi ərazinin ona məxsus olduğunu deyib: 
     

    “Bu ailənin tək dərdi bizə şər atıb, şantaj edərək bizdən pul tələb etməkdir. Orada qeyri qanuni heç nə olmayıb və bütün sənədlərimiz də qaydasındadır.

    Əgər bu torpaq qanunla mənə məxsusdursa, niyə axı mən bu qədər əziyyət çəkməliyəm? Mən el sənətkarıyam, illərlə əziyyət çəkib, tər tökmüşəm. Mən axı haqqımı niyə başqalarına yedirtməliyəm? Burada haqq olan tərəf bizik”,- deyə o, fikrini tamamlayıb.