Month: April 2021

  • Kişi arvadını maşından zorla endirdi, küçədə lüt soyundurdu – Azərbaycanda biabırçı hadisə

    Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayon Aşağı Kəsəmən kənd sakini, 1982-ci il təvəllüdlü Azər Abdullayev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 29, 149.1-ci (zorlamaya cəhd etmə) maddələri ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Məhkəmə prosesində hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.

    Məlum olub ki, 1985-ci il təvəllüdlü Xavər Niyazovanın (şərti ad-soyad) həyat yoldaşı vəfat etdikdən sonra o, 2012-2014-cü illərdə həmkəndlisi Azər Abdullayevlə qeyri-rəsmi nikah münasibətində yaşayıb. Lakin onların birlikdəliyi uzun çəkməyib və ayrılıblar. Bundan sonra mütəmadi olaraq A.Abdullayev qeyri-rəsmi nikahda yaşadığı qadını döydüyü, ona fiziki işgəncələr verdiyinə görə o, Xavərin şikayətləri əsasında 3 dəfə məhkumluq həyatı yaşayıb. Sonuncu dəfə 2020-ci ildə cəzaçəkmə müəssisəsindən buraxılan Azər qadını güdmək və onunla haqq-hesab çəkmək qərarına gəlib.

    Hadisənin baş verməsi

    İttiham aktından məlum olur ki, A.Abdullayev azadlığa çıxıb kənddəki evinə qayıdandan bir müddət sonra Xavərin bacısı ilə birlikdə gecə saat 22 radələrində evdən çıxdığını görüb. O, məhəlləyə gəlmiş “Mercedes” markalı taksinin çınqıllı yolun əsas yola birləşdiyi ərazidə sürəti azaltmasından istifadə edərək maşına yaxınlaşıb və Xavərin oturduğu tərəfdən arxa qapını açaraq onu tutub. Qadını küçənin ortasında yumruq və təpiklə döyməyə başlayan Azər taksi sürücüsünün ona mane olmasına imkna verməyərək “Ailəmdir, uzaq dur”, deyib. Hadisə vaxtı Xavərlə birlikdə maşında olan bacısı Xumar (ad şərtidir) isə qaçaraq evdəkilərdən kömək istəməyə gedib.

    Küçənin ortasında zorla soyundurdu

    Bu zaman daha əvvəl qeyri-rəsmi nikahda yaşadığı qadını döyməyə davam edən A.Abdullayev onu sürüyərək yaxınlıqdakı bağ sahəsinə salıb və bütün paltarlarını sıraraq əynindən çıxarıb. O, özü də qurşaqdan aşağı soyunaraq Xavəri zorlamağa çalışıb. Bu zaman Xavərin qardaşı Ramin (ad şərtidir) özünü çatdırıb və onlar dalaşmağa başlayıblar. Xavər Niyazova isə lüt vəziyyətdə küçə ilə qaçaraq yaxınlıqdakı qonşunun evinə daxil olub. Burada qonşu qadın ona geyinməsi üçün paltarlar verib. Ailə üzvləri oraya gələrək onu evlərinə aparıblar. Zərərçəkmiş qadın bu barədə polisə zəng edərək məlumat verib.

    Tilovları götürüb balıq tutmağa getdi

    Hadisədən sonra evə gələn Azər balıq tilovlarını götürərək Kür çayının sahilinə gedib və polislərin onu axtaracağını bildiyi üçün 1 sutkaya yaxın evə gəlməyib. Hadisənin sabahsı günü günortadan sonra o, evə qayıtdıqda polislər tərəfindən saxlanılıb.

    Məhkəmədə ifadə verən A.Abdullayev Xavəri döysə də, onu zorlamaq fikrinin olmadığını deyib və ittihamı rədd edib. Şahid kimi ifadə verən qonşu qadın isə Xavərin onların evinə qaçaraq və üstü-başı bulaşmış vəziyyətdə tamamilə lüt vəziyyətdə gldiyini, Azərin də hadisə vaxtı küçədə qurşaqdan aşağı çılpaq olduğunu bildirib.

    Xavərin bacısı isə ifadəsində gecə saat 22 radələrində kəndə çağırdıqları taksi ilə Ağstafanın Poylu kəndində yaşayan bacısıgilə getmək istədiklərini bildirib.

    Məhkəmə qərar verdi

    Məhkəmə qeyd edilən maddələr üzrə A.Allahverdiyevi təqsirli bilərək onun 5 il müddətində azadlıqdan məhrum edilməsinə qərar verib.(publika.az)

  • Во всех терминалах MilliÖN можно будет пополнять баланс BakıKart

    Услуга пополнения баланса транспортных карт BakıKart будет доступна во всех терминалах MilliÖN.

    Об это сообщила руководитель отдела клиентского сервиса компании Komtec (оператор платежных терминалов MilliÖN) Ульвия Эфендиева, передает АПА-Экономикс.

    По ее словам, сейчас на остановках Баку установлено более 150 картоматов MilliÖN.

    “Клиентам не стоит беспокоиться по поводу их небольшого числа. Для решения этой проблемы готовится новый проект. Так, во всех терминалах MilliÖN можно будет пополнять баланс BakıKart”, – отметила У.Эфендиева.

  • Bütün “MilliÖN” köşklərində “BakıKart”ın balansını artırmaq mümkün olacaq

    “BakıKart” nəqliyyat kartlarının balansının artırılması xidməti bütün “MilliÖN” köşklərində əlçatan olacaq.

    Bunu “APA-Economics”ə “Komtec” (“MilliÖN” ödəmə terminallarının operatoru) şirkətinin müştəri xidmətləri bölməsinin rəhbəri Ülviyyə Əfəndiyeva deyib.

    Onun sözlərinə görə, hazırda paytaxtda avtobus dayanacaqlarında quraşdırılan “MilliÖN” kartomatlarının sayı 150-dən çoxdur.

    “Kartomatların sayının az olması müştəriləri narahat etməsin. Bu problemin köklü şəkildə həll olunması istiqamətində “BakıKart”la birgə yeni layihə hazırlanır. Belə ki, mövcud olan bütün “MilliÖN” köşklərində “BakıKart” kartlarının balansının artırılması mümkün olacaq”, – deyə Ü.Əfəndiyeva qeyd edib.

  • Названы суммы взяток, полученных экс-главой ИВ Шамкирского района

    Назван объем средств, присвоенных и полученных в качестве взятки экс-главой Исполнительной власти (ИВ) Шамкирского района Алимпашой Мамедовым.

    Как сообщила пресс-служба СГБ АР, А.Мамедов подозревается в присвоении денежных средств на сумму 218 тыс. манатов, перечисленных на счет ООО Ağstafasutikinti в связи с проведением работ по благоустройству на территории Шамкирского района, 382 тыс. манатов, которые были потребованы у отдельных лиц, выполняющих работы по строительству и благоустройству, капремонту, в том числе ремонту дорог за счет выделенных из госбюджета средств, а также в вымогательстве через своих подчиненных у отдельных граждан в связи с осуществлением на территории района предпринимательской деятельности и проведением жилищного строительства взяток в общем размере 217 тыс. манатов.

    Также расследуются данные о вымогательстве денежных средств А.Мамедовым в размере от 3-х до 10 тыс. манатов под разными предлогами у представителей ИВ в территориально-административных единицах района и других чиновников местных госучреждений.

  • Sabiq başçı nə qədər rüşvət alıb? – RƏSMİ

    Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun mənimsədiyi və rüşvət qismində aldığı vəsaitin həcmi açıqlanıb.

    Bununla bağlı məlumat Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən yayılıb.

    Bildirilib ki, Alimpaşa Məmmədovun Şəmkir rayon ərazisində abadlıq işlərinin görülməsi ilə bağlı “Ağstafasutikinti” MMC-nin hesabına köçürülmüş 218 min manat külli miqdarda pul vəsaitini nağdlaşdıraraq təkrar mənimsəmə yolu ilə ələ keçirməsinə, Şəmkir rayonu ərazisində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən ümumilikdə 382 min manat, rayon ərazisində sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan ümumilikdə 217 min manat vəsaiti tabeçiliyində olan şəxslər vasitəsi ilə rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

    Alimpaşa Məmmədovun həmçinin rayon icra hakimiyyəti başçısının ərazi icra nümayəndələri və digər yerli dövlət təsisatlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında 3 min – 10 min manat məbləğində pul vəsaitləri tələb edərək almasına dair əldə edilmiş məlumatlar üzrə araşdırma aparılır.

  • XİN-də struktur dəyişikliyi olub, nazir müavininin səlahiyyətləri artırılıb

    Xarici İşlər Nazirliyinin (XİN) strukturunda dəyişiklik edilib.

    “Report”un əldə etdiyi məlumata görə, bunun nəticəsində nazir müavini Fariz Rzayevin səlahiyyətləri artırılıb.

    Belə ki, o, bundan sonra XİN-in İkinci Avropa İdarəsi, Amerika İdarəsi, Asiya İdarəsi, Yaxın Şərq və Afrika İdarəsi, Nazirliyin İnspeksiyası, YUNESKO üzrə Milli Komissiyanın Daimi Katibliyi, Ümumi Katiblik, Xüsusi Şöbə və İşlər İdarəsinin fəaliyyətinə nəzarəti həyata keçirəcək. Bundan əvvəl həmin strukturlara nəzarəti XİN başçısının sabiq müavini Ramiz Həsənov yerinə yetirib.

    Bununla yanaşı, əvvəllər xarici işlər nazirinin kurasiyasında olan Dövlət Protokolu İdarəsi də F.Rzayevin nəzarətinə verilib.

    Daha əvvəl onun kurasiyasında nazirliyin Konsulluq İdarəsi, Linqvistika Təminat İdarəsi, Arxiv İdarəsi və Xüsusi Rabitə Təminatı İdarəsi olub. Beləliklə, XİN-də F.Rzayevin nəzarətində olan strukturların sayı 4-dən 14-ə çatıb.

    Qeyd edək ki, 44 yaşlı F.Rzayev 2020-ci ilin sentyabrından xarici işlər nazirinin müavinidir.

    Xatırladaq ki, Prezident İlham Əliyevin aprelin 19-da imzaladığı sərəncamla Ramiz Həsənov xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib. O, Azərbaycanın İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

  • Мировые цены на нефть растут

    Мировые цены на нефть растут в ходе торгов в четверг, 29 апреля, передает RT.

    Июньские фьючерсы на нефть WTI выросли на 0,20%, составив 63,99 доллара за баррель.

    Фьючерсы на нефть марки Brent с поставкой в июне увеличились на 0,25% – до 67,44 доллара за баррель.

  • Dünya bazarında neftin qiyməti

    Dünya bazarında neft bahalaşıb.

    Bu barədə RT məlumat yayıb.

    WTI markalı neftin iyun fyuçersləri 0,2 faiz bahalaşıb və bir barelinin qiyməti 63,99 ABŞ dolları təşkil edib.

    “Brent” markalı neftin iyun fyuçersləri də 0,25 faiz bahalaşıb və bir bareli 67,44 dollara satılıb.

  • Təhsil naziri koronavirusdan vəfat edən Mərkəz direktorunun layihəsindən bəhs etdi

    “Dəyərli həmkarım, peşəkar təhsil işçisi və dostum Namiq müəllimin vəfatı məni olduqca kədərləndirdi. Namiq müəllimi 2014-cü ildə ilk dəfə keçirilən direktor vəzifəsi üzrə işə qəbul imtahanında ən yüksək nəticə göstərmiş namizəd olaraq Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutuna işə dəvət etdik. Qısa müddət ərzində peşəkarlığı, dürüstlüyü, şəxsi keyfiyyətləri sayəsində təhsil islahatlarına yönəlik layihələrin icrasında yaxından iştirak etməyə başladı”.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin direktoru Namiq Nağıyevin vəfatı ilə bağlı bildirib.

    “Regionlarda şagirdlərin qiymətləndirilməsi, fənn olimpiadalarının keçirilməsi, məktəb monitorinqləri, müəllimlərin işə qəbulu imtahanlarında sualların tərtib edilməsi, ixtisasartırma təlimlərinin nəticələrinin qiymətləndirilməsi, liseylərə keçirilən qəbul imtahanları və s. sahələrdə əldə edilmiş uğurlarda Namiq müəllimin xidmətləri böyükdür. Şamaxı rayonunda fəaliyyəti qısamüddətli olmasına baxmayaraq müsbət təsirləri xüsusi qeyd edilməlidir. Sonuncu iclasımızda metodik xidmətin təkmilləşdirilməsinə dair müfəssəl layihə təqdim etmişdi. İndi bizimlə birlikdə olmasa da, bu ideyaların reallaşmasına nail olacağımıza inanıram.

    Ailəsinə və yaxınlarına səbr diləyirəm.

    Allah rəhmət eləsin!”, – deyə nazir qeyd edib.

    Xatırladaq ki, Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin direktoru Namiq Nağıyev bu gün koronavirusdan vəfat edib.

  • Yalnız bu hallarda ana südü vermək olmaz – Pediatr açıqladı

    “Yağlı və ya yağsız, duzlu, yaxud duzsuz, kalorili-kalorisiz, mikroblu-mikrobsuz ana südü olmur. Bu yanlış təsəvvürlərə görə neçə-neçə uşaq boş yerə bu nemətdən məhrum olur. Onsuz da psixologiyası gərgin olan, yeni ana olmuş qadınlara kənardan belə mənfi fikirlərlə təzyiq göstərməkdənsə, öz övladına bu dəyərli neməti verə bilməsi üçün onlara mənəvi dəstək olmaq lazımdır”.

    Median.Az xəbər verir ki, həkim-pediatr Günay Rəsulova sosial şəbəkədə ana südü barədə paylaşım edib.

    Həkim bildirib ki, yalnız aşağıdakı səbəblərə görə ana övladına süd verə bilməz:

    – Anada HİV infeksiyası (QİÇS) varsa;
    – Müalicə edilməmiş bruselyoz (müvəqqəti) varsa;
    – Aktiv vərəm (müvəqqəti) varsa;
    – Gilə ucu herpes səpkiləri olan analar (müvəqqəti);
    – Diaqnostika və ya müalicə məqsədilə radyoizotoplara məruz qalan analar (müvəqqəti);
    – Onkoloji müalicə (sitostatiklər) alan analar (müvəqqəti);
    – SMV seropozitiv anaların 1500 qramdan az və ya 32 həftədən tez doğulan uşaqlar;
    – H1N1 infeksiyası keçirən analar qızdırma düşənə qədər (müvəqqəti);
    – Süd vəzi absesi olan ana (müvəqqəti);
    – Şizofreniyalı ana (övladına zərər verə bilər).

    Ən çox sual doğuran digər məqamlar

    – Mənfi rezuslu ana süd verə bilər;
    – Mastitli (süd vəzisi şişkinləşmiş, qızarmış, qızdırma verən) ana (əksinə bol-bol əmizdirməlidir);
    – Qızdırmalı ana süd verə bilər;
    – Hamilə ana (obstetrik risk daşımırsa) övladına süd verə bilər;
    – Hepatit B, C-li ana gilə ucunda qanayan çat yoxdursa, əmizdirə bilər;
    – Koronaviruslu ana antiseptik qaydalara əməl etməklə, maska ilə körpəni əmizdirə bilər.

    Əgər ana çox narahatdırsa, südü sağıb məsafədən yedizdirə bilər. Koronavirus uşağa südlə keçmir. Bu virus hava-damcı yolu ilə keçdiyinə görə tövsiyələri nəzərə alaraq yenə də analar körpələrini öz südü ilə bəsləməyə davam edə bilər.

    “Ana südü körpə üçün çox vacib bir qidadır. Bu süd ilə qidalandırılan uşaqların immuniteti möhkəm olur. Ana südü yeyən, amma tez-tez xəstələnən uşaqlar isə əmizdirilməmiş olsaydı, hər xəstəliyi daha fəsadlı keçirə bilərdi. Ana südü təbii və ən möhkəm peyvənddir. Uşaqları ana südündən və peyvənddən məhrum etməyin”, – deyə həkim əlavə edib. /medicina.az