Month: April 2021

  • 165 min manat pulu mənimsəyən şəxs HƏBS OLUNDU

    Hüquq-mühafizə orqanlarında istintaq edilən cinayət işlərinin icraatına xitam verilməsi adı ilə vətəndaşların pulunu ələ keçirmiş şəxsin qanunsuz əməlləri ifşa edilib.

    Baş Prokurorluqdan verilən məlumata görə, barələrində prokurorluq və daxili işlər orqanlarında aparılan cinayət işlərinin icraatına xitam verilməsi adı ilə vətəndaşların yaxınlarından külli miqdarda pul alınmasına dair daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    Aparılan istintaqla Cavanşirov Fəxrəddin Süleyman oğlunun Baş Prokurorluğun İstintaq idarəsində və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaqı aparılan ayrı-ayrı cinayət işləri üzrə icraata xitam verilməsi və seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsinə köməklik göstərəcəyini həmin işlər üzrə təqsirləndirilən şəxslərin yaxınlarına yalandan vəd verərək onlardan guya münasibəti olduğu səlahiyyətli vəzifəli şəxslərə vermək adı ilə ümumilikdə 165 min manat məbləğində pulu almasına, bu qanunsuz əməlləri ilə də vətəndaşları vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən olunub.

    İş üzrə toplanan ilkin sübutlarla Fəxrəddin Cavanşirova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4,312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

  • Bu gün 30-dək azərbaycanlı Almaniyadan deportasiya olunacaq

    Almaniyanın Şimali Reyn Vestfaliya əyalətində yaşayan 30-a yaxın azərbaycanlının bu gün deportasiya ediləcəyi gözlənilir.

    “Report”un əldə etdiyi məlumatda deyilir ki, onlar əsasən sığınacaq istəyi rədd edilən və barəsində deportasiya qərarı çıxarılan şəxslərdir.

    Əyalətin müxtəlif şəhərlərindəki ünvanlarından polis və miqrasiya idarəsinin əməkdaşları ilə birgə Düsseldorf şəhərinə gətirilən azərbaycanlılar hava limanının yaxınlığında yerləşən və deportasiya ediləcək şəxslər üçün nəzərdə tutulan yataqxanaya yerləşdiriliblər.

    Onların bu gün xüsusi çarter reysi ilə Azərbaycana göndərilməsi gözlənilir. Təyyarə Bakı vaxtı ilə 17:00-da Heydər Əliyev adına Beynəlxaq Hava Limanına eniş edəcək.

    Məlumat üçün bildirək ki, Almaniyadan kütləvi belə deportasiya sonuncu dəfə bu ilin mart ayında həyata keçirilib. Bu ölkədə qanunsuz yaşayan 50-yə yaxın Azərbaycan vətəndaşı çarter reysi ilə Vətənə gətirilib.

  • TƏBİB-dən vətəndaşlara maska ilə bağlı MÜRACİƏT

    “Bu gün bir çox insan COVID-19-la əlaqəli inkubasyon dövrdəkiləri sağlam şəxs kimi qəbul edirlər. Ancaq nəzərə almaq lazımdır ki, həmin şəxslərdə koronavirusa yoluxma halı baş verib, sadəcə kliniki simptomlar hələ ortaya çıxmayıb. Yəni həmin insan xəstəliyi yaya bilir”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn görüşdə çıxışı zamanı deyib.

    TƏBİB rəsmisi bildirib ki, inkubasyon şəraitdə müalicə alan şəxslər kliniki sağlam olsalar da, xəstəliyi ötürə bilirlər.

    Y.Qarayeva əlavə edib ki, onlayn rejimdə işləyən iş yerlərindəki ixtisaslar üzrə çalışanlar arasında yoluxma riski adətən aşağı olur:

    “Hər zaman qeyd edilən qızıl qaydalar eynidir və buna mütləq əməl edilməlidir. Bəzən böyük şirkətlərdə qoruyucu tədbirlərə ciddi əməl edilsə də, yemək yeyən vaxt istər-istəməz maska çıxarılır və yoluxma təhlükəsi meydana çıxır. Ona görə də böyük şirkətlər bu məsələni tənzimləyə bilərlər. Bəzi obyektlərdə işçilərə məcburi əlcək taxdırılır. Əlcəkdən düzgün istifadə edilməməsi zamanı yoluxma sayı arta bilər. Bunun əvəzinə əl gigiyenasına əməl edilsin. İnsanların işə 15 dəqiqə fərqlə gəlməsi təmin edilsə, ictimai nəqliyyatlarda olan sıxlığı da aradan qaldırmaq mümkün ola bilər”.

  • Bu tarixlərdə məktəbəhazırlıq və ibtidai siniflərdə tətil olacaq

    Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq və ibtidai siniflərində 1-5 may tarixləri tətil günləridir.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu məsələ Nazirlər Kabinetinin Qərarında əks olunub.

    Cari tədris ilində də 1-5 may tarixləri məktəbəhazırlıq və ibtidai siniflər üçün tətil günləri hesab olunur. Həmin günlərdə məktəbəhazırlıq və ibtidai siniflərdə tədris və təlim prosesi (əyani və ya distant) dayandırılır.

  • Azərbaycanda fırıldaqçılıq – Bu yolla bütün pulunuzu oğurlaya bilərlər – VİDEO

    “Azərpoçt”un saxta saytı yaradılıb.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, vətəndaş bir müddət öncə geyim satışı üçün şəkillərini nömrəsi ilə bərabər onlayn alqı-satqı səhifəsinə yerləşdirib. Dünən axşam saatlarında kiberdələduz alıcı qismində Qırğızıstana məxsus saxta nömrə ilə “WhatsApp”dan vətəndaşa yazıb. O, məhsulu almaq istədiyini bildirib.

    Ödənişin həyata keçirilməsi üçün “Azərpoçt” MMC-nin adına açılan saxta sayta daxil olaraq kart hesabı məlumatlarını daxil etməsini istəyib.

    Vətəndaş bildirib ki, son zamanlar dostları da tez-tez bu halla qarşılaşırlar. “Azərpoçt” MMC-nin aparıcı mütəxəssisi Mehman Balabəyov vətəndaşlar tərəfindən bu problemlə bağlı müraciətlərin artdığını bildirib.

    Mütəxəssis onu da qeyd edib ki, bildirişlərə inanaraq bank məlumatlarını təqdim edən vətəndaşlar dərhal bu barədə müştərisi olduğu banka məlumat verməlidirlər. Həmçinin Elektron Təhlükəsizlik Xidmətinə də müraciət edə bilərlər.

  • Ильхам Алиев принял президента и гендиректора компании Boeing Commercial Airplanes

    28 апреля Президент Азербайджана Ильхам Алиев принял президента и генерального исполнительного директора компании Boeing Commercial Airplanes Стэнли Дила, сообщает АЗЕРТАДЖ.

    Новость обновляется

  • İlham Əliyev “Boeing Commercial Airplanes” Şirkətinin prezidenti və baş icraçı direktorunu qəbul etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də “Boeing Commercial Airplanes” Şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edib.

    AZƏRTAC xəbər verir ki, Stenli Dil dedi: “Boeing” şirkəti adından Azərbaycanla əməkdaşlıq məsələsində liderliyinizə görə Sizə təşəkkürümü ifadə etmək istəyirəm.

    Prezident İlham Əliyev: Təşəkkür edirəm.

    Stenli Dil: Biz Azərbaycanla bağlı bütün işləri həyata keçirə bilmişik.

    Prezident İlham Əliyev: Bəli, artıq iyirmi ildən çoxdur.

    Stenli Dil: Bəli, iyirmi ildir ki, iş birliyi aparırıq.

    Prezident İlham Əliyev Azərbaycanın “Boeing” şirkəti ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirdi, bu əməkdaşlığın hava yollarımızın inkişafında rolundan danışdı. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərimizdə yeni hava limanlarının inşa olunduğu dedi və bu baxımdan təyyarə parkımızın genişlənəcəyini vurğuladı.

    Prezident İlham Əliyev: Sizin də bildiyiniz kimi biz Azərbaycanda bir neçə hava limanı tikmişik və üç əlavə hava limanı da…

    Stenli Dil: Tikilməkdədir?

    Prezident İlham Əliyev: Bəli, işğaldan azad edilmiş ərazilərdə inşa olunacaq.

    Stenli Dil: Bilirəm, bu, çox vacibdir.

    Prezident İlham Əliyev: İki gün bundan əvvəl onlardan birinin təməlini qoydum. Tikintisinə bir neçə ay bundan öncə başladığımız birinci hava limanı isə sentyabrda istismara veriləcək.

    Stenli Dil: İşlər çox sürətlə gedir.

    Dövlətimizin başçısı, eyni zamanda, ölkəmizin yükdaşıma təyyarələri parkının potensialını da vurğuladı və bu sahədə də əməkdaşlıq üçün imkanları qeyd etdi.

    Prezident İlham Əliyev: Əminəm ki, bizim uğurlu əməkdaşlığımız davam edəcək. Həmçinin siz bizə yükdaşıma üçün təyyarə parkının inkişafında da kömək etmisiniz.

    Stenli Dil: Bəli, bu, çox vacibdir.

    Prezident İlham Əliyev: Bəli, hesab edirəm ki, Azərbaycan yükdaşıma təyyarələri parkının potensialına görə aparıcı ölkələr sırasındadır.

    Stenli Dil: Elədir ki, var. 2020-ci ildə hava yolu ilə yükdaşımaları sahəsində ən yaxşı daşıyıcı olmaq şərəfinə nail olmağı, bu prosesin iyirmi il öncə başladığını və sizin bu sahədə artıq liderə çevrildiyinizi nəzərə alaraq bu, təqdirəlayiqdir.

    Prezident İlham Əliyev: Bəli, hesab edirəm ki, bu, böyük nailiyyətdir. Çünki bizim regionda belə güclü yükdaşıma parkına o qədər də çox ölkə sahib deyil. Bu, bizə kömək edir və əməkdaşlığa xidmət edir.

    Stenli Dil: Yükdaşıma bacarığına nail olmaq strateji bir məsələdir.

  • Azərbaycanda keçmiş nazirin şirkəti ləğv olunur

    “Improtex Group” MMC-yə daxil olan “Improtex Trading” MMC ləğv olunaraq holdinqin digər şirkəti – “Improtex Motors” MMC-yə qoşulduğunu elan edib.

    “Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

    Xatırladaq ki, sözügedən şirkətlər qrupu Azərbaycanın keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur. O, nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı İradə Ələkbərova rəhbərlik edib.

  • Bakıda yol polisi ilə sürücü arasında yaranan mübahisə ilə bağlı AÇIQLAMA – VİDEO

    “Yasamal rayonunda yol polisi ilə sürücü arasında yaranan mübahisə ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar ziddiyyətlidir, qərəzlidir”.

    Bu sözləri Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a açıqlamasında deyib.

    Onun sözlərinə görə, aprelin 25-də paytaxtın “Şamaxinka” kimi tanınan ərazisində “Mercedes” markalı 90-RN-261 dövlət qeydiyyat nişanlı avtomobil davamlı olaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə yol polisi tərəfindən ona “saxla” əmri verilib. Polisin qanunu tələblərinə məhəl qoymayan 51 yaşlı Miradəm Nağıyevin idarə etdiyi avtomobil əraziyə çağırılan əlavə naryad qrupu tərəfindən yaradılan süni tıxacla dayandırılıb. Avtomobili tərk edərək qaçmağa cəhd göstərən sürücü saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə təhvil verilib.

    “Əlavə edim ki, sürücü qanunsuz əməlindən polisi yayındırmaq üçün bədən xəsarəti alması ilə bağlı təcili yardıma zəng vurub. Qeyd edilən iddiaların təfərrütının araşdırılıması ilə bağlı ekspertiza təyin edilib. Hazırda polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir”, – deyə Vaqif Əsədov bildirib.

  • Bakıda bu evlər plana düşdü – 3 min manata qədər təklif…

    Bakının Yasamal rayonunda plana düşən mənzillərin söküntüsünə başlanılacaq.

    Belə ki, Space TV və 125 saylı məktəbin yaxınlığında, əsasən Ələsgər Ələkbərov və Mikayıl Müşviq küçələrinə düşən evlərin sökülüb, yerində yeni yaşayış binalarının tikintisi planlaşdırılır. Hazırda evlərin sakinləri ilə danışıqlar aparılır.

    Sakinlərə evlərinin əvəzinə yeni binadan mənzillər və yaxud pul təklif olunur. Sakinlər bildirirlər ki, özəl tikinti şirkətinin nümayəndələri onlarla danışıqlar aparıb. Danışıqlarda sakinlərə mənzilin kvadratına görə 1500-3000 manat arası pul təklif olunur.

    Yasamal rayon İcra Hakimiyyətindən BAKU.WS-ə bildirilib ki, işləri özəl şirkət həyata keçirəcək. İşlər sakinlərin könüllü razılaşması əsasında həyata keçiriləcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq sərəncamları və icazələri var.

    Qiymətləri həmin özəl şirkət müəyyən edir. Lakin çalışırlar ki, sakinlərə artıq kvadratlı evlərin verilməsinə üstünlük verilir.

    Şirkət ailələrlə fərdi qaydada razılaşma əldə edir və müqavilələr də fərdi qaydada bağlanılır. Razılaşmaya görə, ya sakinlərə pul verilir, yaxud da, evlərinin yerində yeni binadan mənzillər verilir. Vətəndaşların kirayə haqqı, daşınma üçün lazım olan vəsait və digər xərclər özəl şirkət tərəfindən ödənilir.

    Sökülən binanın yerində yeni bina tikiləndən sonra vətəndaşlara hazırkı mənzillərinin sahəsindən çox kvadratlı yeni mənzillər verilir.