Month: April 2021

  • Time назвал 100 самых влиятельных компаний

    Журнал Time составил список самых влиятельных компаний. Перечень опубликован на сайте издания. Список разделен на пять категорий — «Пионеры», «Лидеры», «Инноваторы», «Титаны» и «Сокрушители устоев».

    Так, в категории «Пионеры» первое место заняла американская медиакомпания Hello Sunshine, созданная актрисой и продюсером Риз Уизерспун. Здесь также оказались производитель нижнего белья Savage X Fenty от певицы Рианны и канадская фармацевтическая компания Tilray, которая специализируется на каннабисе.

    Категорию «Лидеры» возглавила Национальная баскетбольная ассоциация. Также сюда вошли производители электроники Apple и Sony, производитель спортивной одежды Nike, соцсеть Twitter и транснациональная финансовая корпорация Mastercard.

    В разделе «Инноваторы» первое место заняла аналитическая компания Gro Intelligence. Кроме того, в перечень включены биотехнологическая компания Moderna, стриминговый сервис Netflix, программа для организации видеоконференций Zoom, музыкальный сервис Spotify.

    Категорию «Титаны» возглавил производитель автомобилей General Motors. Также журнал внес в список крупнейшую соцсеть в мире и одноименную компанию Facebook, медиаконгломерат Disney, транснациональную корпорацию Google, производителя программного обеспечения Microsoft, торговую площадку Amazon.

    В разделе «Сокрушители устоев» на первой строчке компания Illumina. Сюда также попали производитель электромобилей Tesla, онлайн-площадка для размещения и поиска краткосрочной аренды частного жилья Airbnb, социальная сеть Clubhouse и сервис OnlyFans.

  • Ученые нашли способ уничтожить коронавирус за секунду

    Группа исследователей из Техасского университета A&M нашла способ уничтожить коронавирус SARS-CoV-2 за секунду. Выводы ученых опубликованы в пресс-релизе на сайте Phys.org, передает РИА Новости.

    Изобретение представляет собой секцию трубки из нержавеющей стали, через которую пропускается раствор с коронавирусом. При его нагревании до 72 градусов по Цельсию всего на полсекунды титр вируса в растворе уменьшается в 100 тысяч раз. Этого достаточно, чтобы коронавирус оказался полностью убит.

    По данным исследователей, термическая обработка позволит использовать данный метод в существующих системах отопления, вентиляции и кондиционирования.

  • Nazirliyin 900 əməkdaşı virusa yoluxub – RƏSMİ

    “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 10 minlik kollektivdən virusa yoluxan əməkdaşların ümumi sayı 900 olub”.

    Bu barədə nazir Sahil Babayev məlumat verib.

    O bildirib ki, virusa yoluxan əməkdaşlardan altı nəfəri həyatını itirib və onlar arasında valideynlərini itirənlərin sayı daha çoxdur:

    “Nazirliyin fəaliyyəti gündəlik vətəndaş qəbulu ilə bağlı olduğuna, quruma bağlı strukturlarda da gündəlik minlərlə insan qəbul edildiyinə və vətəndaş qəbuluna gələn insanların mühafizə qaydalarına riayət etmədiyinə görə əməkdaşlarımız və ailə üzvləri virusa yoluxur. Hazırda deyə bilərik ki, 40 yaş üzərində bütün əməkdaşlarımız vaksinasiyadan keçib”.

    Nazir qeyd edib ki, artıq vaksinin hər iki dozasını qəbul edib:

    “Həmçinin, bütün ailə üzvlərim də vaksinasiya prosesindən keçiblər. Onu da deyim ki, mənim də bir çoxları kimi qohumlarımdan və ailə üzvlərimdən koronavirusla bağlı itirdiyim insanlar olub”.

    //oxu.az

  • США приготовились вводить санкции против России

    В США заявили, что не хотят эскалации напряженности в российско-американских отношениях, однако приготовились вводить санкции против России. Об этом заявил на телефонном брифинге для журналистов представитель американской администрации высокого ранга, его цитирует ТАСС.

    По его словам, Соединенные Штаты заставят Россию платить за «неприемлемые действия».

    «Скажу, сделав шаг назад, что с первого разговора [Байдена] с президентом [России Владимиром] Путиным, с самого начала нашего пребывания у власти наш подход был последовательным. Мы не будем уклоняться от того, чтобы заставлять Россию платить за те действия, которые считаем переходящими все границы, неприемлемыми с точки зрения ответственного государства», — сказал источник.

    Американский чиновник уточнил, что в последние недели была видна «серия шагов» со стороны нынешней администрации. Как будут дальше развиваться события, зависит отчасти от прямых переговоров с правительством России, «в том числе от потенциальных очных переговоров между двумя президентами», заключил он.

  • США вывезут часть сотрудников посольства из Афганистана

    США вывезут часть сотрудников своего посольства из Афганистана. Об отъезде из посольства в Кабуле чиновников, которые могут выполнять свою работу удаленно, распорядился Госдепартамент, передает ТАСС.

    «Госдепартамент распорядился об отъезде из посольства США в Кабуле госслужащих <…>, должностные обязанности которых могут выполняться из других мест», — говорится в сообщении.

    Также Госдеп порекомендовал гражданам США воздерживаться от поездок в Афганистан «в связи с коронавирусом и опасностью терроризма», гражданскими беспорядками, а также вооруженным конфликтом и похищениями.

    Глава Центрального командования Вооруженных сил США генерал Кеннет Маккензи в свою очередь заявил, что посольство США в Кабуле продолжит свою деятельность, хотя часть сотрудников Госдепартамента в стране покинут ее вместе с уходом войск. По его словам, военное присутствие США будет минимальным, а ответственность за защиту будут нести «власти Афганистана».

  • Экс-игрок киевского «Динамо» пропал без вести

    Бывший игрок украинского “Динамо Киев” Ярослав Думанский пропал в Ивано-Франковской области страны. Об этом сообщает пресс-служба полиции области.

    20 апреля текущего года 61-летний Думанский вышел из своего дома и пропал без вести. С заявлением об исчезновении экс-игрока киевского “Динамо” в полицию обратилась его мать.

    “На поиски пропавшего ориентирован личный состав отдела полиции. Сведения по данному факту внесены в Единый реестр досудебных расследований по ч. 1 ст. 115 с пометкой “Без вести пропавший” Уголовного кодекса Украины”, — говорится в сообщении.

    Думанский выступал за “Карпаты”, киевское “Динамо”, “Металлист”, московское “Динамо”, “Прикарпатье” и другие команды. В 1990 году завершил профессиональную карьеру футболиста.

  • “Tədricən bütün Bakıda avtobus zolaqları təşkil ediləcək” – BNA rəsmisi

    “2020-ci ildə 23 küçə və prospektdə xüsusi zolağın təşkil edilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edilib”.

    Bunu Bakı Nəqliyyatı Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli bildirib:

    “İstənilən böyük şəhərlərdə vəziyyət belədir. Hazırda belə zolaqların 10-u bizdə təşkil edilib, 13-ü isə razılaşdırılıb. Əgər şagird avtobusla dərsə, vətəndaş işə gecikirsə, bu gün ərzində psixoloji təzyiq deməkdir. Bizim əsas məqsədimiz ictimai nəqliyyatı stimullaşdırmaqdır”.

    Qurum rəsmisi deyib ki, tədricən bütün Bakıda avtobus zolaqları təşkil ediləcək.

  • Əhalinin 49 faizi toyuq saxlayır – Maraqlı STATİSTİKA

    Azərbaycanda heyvan, quş və arı ailələrinin mövcudluğu ilə bağlı statistik müayinə aparılıb.

    Aparılan qiymətləndirməyə əsasən, ailələrin 48,6 faizi toyuq saxlayır. Hər ailəyə düşən toyuq sayı orta hesabla 21 başdır. Şəhər yerlərində ailələrin 19,3 faizi, kənd yerlərində isə 85 faizi toyuq saxlanılır.

    Bundan başqa əhalinin 17,2 faizinin hind toyuğu, 16 faizinin qaz-ördəyi var. Həm hind toyuğunda, həm də qaz-ördək saxlanılmasında böyük pay kənd yerlərinə düşür.

    Ailələrin 24 faizi inək, 9,7 faizi qoyun saxlayır. Hər ailə təsərrüfatında orta hesabla 2,6 baş inək, 22,7 baş qoyun saxlanılır.

    Nisbət baxımından sıralandıqda ailələrin 3,1 faizi keçiyə, 1,6 faizi ata, 0,9 faizi eşşəyə sahibdir. Statistik müşahidə göstərir ki, şəhər yerlərində az da olsa at və keçi saxlayanlar tapılsa da, eşşək saxlayana təsadüf edilməyib.

    Arı ailəsi saxlayanlar isə ailələrin 1,8 faizini təşkil edir.

  • Bu küçələrdə sıxlıq azalıb – SİYAHI

    “8 noyabr, Nobel küçəsi və Nargilə dairəsində orta ləngimə vaxtı 96 faiz azalıb”.

    Bunu Bakı Nəqliyyatı Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli bildirib.

    “Hərəkət problemli bu yollarda şərq üzrə 30, şimal üzrə 17 faiz azalıb.Yəni bu istiqamətdə 113 mindən çox sərnişin rahat daşınır. Statistika dairəsindən Tbilisi istiqaməti üzrə də layihəmiz var və bu istiqamət üzrə də problemlər, sıxlıq aradan qalxacaq”, – deyə qurum rəsmisi qeyd edib.

    //sfera.az

  • Bakıda qısqanc kişi arvadını yatdığı yerdə qantellə öldürüb – Təfərrüat

    Bakıda həyat yoldaşını qısqanclıq zəmnində qətlə yetirməkdə təqsirli bilinən İlham Əkbərovun cinayət işidir.

    Hadisə paytaxtın Nizami rayonu Məmməd Şərifli küçəsi 82a ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1980-ci il təvəllüdlü Əkbərov İlham Lütfəli oğlu həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əkbərova Cəvahir Telman qızını yatmış vəziyyətdə qətlə yetirib.

    İlham Əkbərov hadisəni törətdikdən sonra uşaqları ilə birlikdə Şəki şəhərinə gedib oradan isə polisə könüllü gələrək təslim olub.

    İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən İlham Ələkbərov ifadəsində bildirib ki, 2003-cü ildə Cəvahir Əkbəroa ilə ailə həyatı qurub və həmin nigahdan 2 övladları olub. 20 ilə yaxın qardaşı Füzuli Əkbərovun mülkiyyətində olan mənzildə ailə üzvləri ilə birlikdə yaşayıb. Bakı şəhərində ev alqı-satqısı ilə məşğul olub. Həyat yoldaşı Cəvahirlə əvvəlllər münasibətləri yaxşı olub. 3-4 il olar ki, aralarında xırda ailə daxili münaqişələri yaranıb.

    Arvadı son illərdə Sabunçu rayonunda yerləşən “Xeyir-şər” evində qabyuyan işləyib və gündəlik 20 manat əməkhaqqı alıb:

    “Cavahirin işləməyinə ümumiyyətlə razı olmamışam. Bir neçə dəfə bu barədə ona bildirmişəm. Cavahir işinin yaxşı olduğunu, istədiyi vaxt işlədiyi yeri görmək üçün oraya gedə biləcəyimi söylədi.

    Təxminən bir il yarım bundan əvvəl yaşadığımız mənzildə övladlarım və Cavahirlə televizor izləyərkən, arvadımın diqqətlə telefona baxdığını gördüm. Telefonda belə vacib nəyə baxdığından şübhələndim. Telefonu onun əlindən aldım, ekranda cavan oğlanın şəklini gördüm və həmin şəklin kimə məxsus olduğunu soruşdum.

    Cavahir həmin oğlanın işlədiyi mərasim evinin inzibatçısı Seymur olduğunu bildirdi. Ondan nə üçün Seymurun şəklinə baxdığını soruşdum. Arvadım sadəcə rastına çıxdığı üçün baxdığını söylədi. Buna görə də həmin hadisəyə çox da fikir vermədim”.

    İlham Əkbərov qeyd edib ki, təxminən 3-4 ay əvvəl Cavahirin istifadəsində olan mobil telefon nömrəsinin “WhatsApp” proqramının statusunda “Uzaqdan uzağa sevməkdə biz birinci yerdəyik” yazısını qoyduğunu görüb: “Həmin vaxt Cavahirə zəng vuraraq nə üçün belə bir status paylaşdığını soruşdum. Cavahir onu elə-belə qoyduğunu dedi. Bu danışıqdan təxminən beş dəqiqə sonra arvadım yazını sildi. Mənə xəyanət etməsindən şübhələnməyə başladım”.

    Hadisədən 5 gün əvvəl saat 23:00 radələrində arvadının Rəqsanə kimi qeyd etdiyi ona Seymurun əmisi qızı olduğunu bildirdiyi şəxsə “WhatsApp”la sevgi xarakterli videoçarxlar göndərdiyini görüb.

    Təqsirləndirilən şəxs bildirib ki, təxminən 2-3 ay əvvəl ev alqı-satqısından qazandığı 2000 manat pulu Cavahirə verərək işlərinin yolunda olduğunu söyləyib və işdən çıxmasını tələb edib: “Cavahir isə cavabında “10 min manat da versən, işimdən çıxmaram” dedi. İşi əziyyətli, amma azqazanclı olduğundan ora başqa məqsədlə getməsinə şübhələrim daha da artdı.

    Oktyabrın 7-si saat 16 radələrində Cavəharin işlədiyi “Xeyir-şər” evinə gedib. Məqsədi mərasim evinin 1 zalı işlədiyindən və həmin gün Nazilə adlı qadının növbətçi olduğu halda arvadının ora çağırılmasının səbəbini öryənmək olub.

    Mətbəxinə girəndə Nazilə ilə Cəvahirin qab yuduqlarını görüb. Onlara salam verdikdə Nazilə onunla salamlaşıb yoldaşı isə cavab verməyib:

    “Bundan sonra “Xeyir-şər evi”nin daxilində gəzməyə başladım. Həmin vaxt inzibatçı Seymur və müdir Elnur da orada idilər. Cavahir Naziləyə məni nəzərdə tutaraq “buna bax, o tərəf-bu tərəfə yeriyir, elə bir qarovulçudur”, – deyə söylədiyini eşitdim.

    Kənar şəxslərin yanında Cavahirlə dalaşmaq istəmədiyim üçün heç bir söz demədim. Orada olarkən Seymur məni gördü, salamlaşdı. Elnuru isə həmin gün ümumiyyətlə ilk dəfə görmüşdüm.

    Bir müddət sonra Nazilə və Cavahir zalı süpürərkən Cavahir mənim yanımda Seymura “get mənim telefonumu gətir, birdən itib eləyər”, – deyə bildirdi. Özümün yanında ola-ola arvadımın yad kişiyə bu sözü deməsindən əsəbiləşdim. Ancaq nə Cavahirə, nə də orada olan başqa şəxslərə heç bir söz demədim”.

    Saat 18 radələrində işdən birlikdə çıxaraq avtobusla metronun “Qara Qarayev” stansiyasının yaxınlığına gəliblər. Yolda Cəvahirə söhbət etmək üçün küçənin kənarında oturacaqda əyləşməyi təklif edib. Söhbət zamanı aralarında mübahisə yaranıb və birlikdə evə gəliblər. Evdə övladları yanlarında olduğundan çalışıb ki, çox səs-küy salmasın.

    İlham Əkbərovun sözlərinə görə, axşam saat 23 radələrində əsəbiləşdiyi üçün mətbəxdə təxminən 50 qram araq içib, otaqlarında olan çarpayıda uzandıqları vaxt gecə saat 3 radələrinə kimi söz-söhbətləri davam edib: “Bir qədər sonra Cavahir yuxuya getdi. Özüm isə əsəbləşdiyim üçün yata bilmədim. Tez-tez siqaret çəkmək üçün mətbəxə keçdim. Həmin vaxt övladlarım öz otaqlarında yatmışdılar.

    Gecə saat təxminən 4 radələrində əsəbimdən yataq otağına gələrək qapının yanında olan idman qantelini götürdüm, sonra çarpayının pəncərə tərəfdən yanına keçdim. Həmin vaxt Cavahir böyrü üstə, arxası pəncərəyə tərəf yatılı vəziyyətdə idi. Qanteli üç dəfə Cavahirin baş nahiyəsinə zərbə endirdim. Cavahir “ah-vay” deyə yavaş səs çıxardı, yatdığı üçün mənə heç bir müqavimət göstərə bilmədi. Qışqırar və uşaqlar oyanıb qorxar deyə balınclardan birini arvadımın sifətinə basdım. Bir az sonra səsinin çıxmadığını gördüm, qanteli pəncərənin qarşısına qoydum. Sonra mətbəxə keçdim. Bir müddət orada oturub siqaret çəkərək səhərin açılmasını gözlədim”.

    Səhərisi gün isə övladları ilə birlikdə Şəki şəhərində yaşayan anası gilə gedib və polisə təslim olub.

    Məhkəmə prosesi zamanı İlham Əkbərov ittiham üzrə özünü qismən təqsirli bilib.

    Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.

    Sonda məhkəmənin hökmü ilə İlham Əkbərov 16 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.