Month: April 2021

  • Gürcüstan Rusiyanın humanitar yardım adı altında göndərdiyi hərbi yükü Ermənistana buraxmayıb

    Gürcüstan Rusiyadan yola çıxan və güllə keçirməyən jiletlərlə yüklənmiş iki yük maşınını Ermənistana buraxmayıb.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Ermənistan mətbuatı və feysbuk sosial şəbəkəsində məlumatlar yayılıb.

    Bildirilib ki, “humanitar yük” daşıyan nəqliyyat vasitələri bir aya yaxındır Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsi yaxınlığındakı neytral zonada saxlanılır.

    Yük maşınları Moskvadan martın 5-də yola salınıb və martın 28-də gürcü sərhədçilər sürücülərin və yüklərin sənədlərini müsadirə edərək onların hərəkətinə qadağa qoyub.

    Sürücülərdən birininin sözlərinə görə, onları saxlayan gürcü sərhədçiləri yüklərin xüsusi təyinatlı olduğunu qeyd edərək Gürcüstanın Müdafiə Nazirliyindən icazənin tələb edildiyini bildiriblər.

    Ermənistan Xarici İşlər Nazirliyindən “Sputnik Armenia” agentliyinə bildirilib ki, məsələnin tez bir zamanda həlli ilə bağlı Gürcüstanın müvafiq dövlət qurumları ilə iş aparılır.

    Feysbukda yük maşınları və onların daşıdığı güllə keçirməyən jiletlərin yer aldığı videogörüntülər yayılıb.

  • Bakıda qəsəbələrarası yeni avtobuslar xəttə buraxılacaq

    Ötən dövrdə ümumi daşıyıcıların sayı 51 faiz optimallaşdırılıb.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli məlumat verib.

    Onun sözlərinə görə, 2020-ci ildə 16 yeni xətt açılıb:

    “26 xəttin hərəkət sxemi dəyişdirilib, 12 xətt üzrə müsabiqə elan edilib. Ötən il 21 faiz daşıyıcı sayı optimallaşdırılıb”.

    V.Kərimli onu da əlavə edib ki, Bakı şəhərini həm əlçatanlıq, həm də mobillik baxımından Avropa şəhərləri sırasında ilk onluğa gətirməkdir:

    “Qəsəbələrə sərnişindaşıma vacib məsələlərdəndir. Gətirilən 9 metrlik avtobusların bu istiqamətdə xəttə buraxılması nəzərə tutulur. Son 5 ildə şəhərətrafı 15 yeni xətt istifadəyə verilib. Orta hesabla 665 min sərnişin bu xətlərdən istifadə edib” – deyə o qeyd edib.

  • В Азербайджане будет создана новая структура с целью охраны природы

    При поддержке Германского федерального фонда окружающей среды на базе Загатальского государственного заповедника будет создан Балакено-Загатальский биосферный резерват.

    Об этом заявил журналистам замминистра экологии и природных ресурсов Азербайджана Вугар Керимов в рамках визита в Физули и Ходжавенд.

    Он отметил, что статус новой структуры будет ниже, чем у заповедника, но выше национального парка.

    “В целом территория охватит высокогорные массивы Загатальского и Балакенского районов”, – сказал замминистра.

  • Azərbaycanda təbiəti qorumaq üçün yeni qurum yaradılacaq

    “Almaniya Ətraf Mühit Fondunun dəstəyi ilə Zaqatala Dövlət Qoruğunun bazasında Balakən-Zaqatala Biosfer Rezervatı yaradılacaq”.

    Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov Füzuli və Xocavəndə səfər çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

    Nazir müavini bildirib ki, bu qurum qoruqdan aşağı, milli parkdan yuxarı statusa malik olacaq: “Qurumun ümumilikdə ərazisi Zaqatala və Balakən rayonlarının yüksək dağ massivlərinin əhatə edəcək”.

  • В Трудовой кодекс будут внесены кардинальные изменения – ОФИЦИАЛЬНО

    Подготовлен обширный проект изменений в Трудовой кодекс.

    Об этом сообщил министр труда и социальной защиты Сахиль Бабаев.

    Он отметил, что обсуждение изменений с большинством госструктур уже завершено.

    “Также ведутся обсуждения с Конфедерацией профсоюзов, Национальной конфедерацией организаций предпринимателей и другими социальными партнерами”, – добавил министр.

    По его словам, 11 статей поправок к Трудовому кодексу охватывают вопросы, связанные с охраной труда.

    С.Бабаев добавил, что главная цель созданного соответствующим указом Президента Ильхама Алиева Фонда охраны труда – обеспечить полное применение страхования от несчастных случаев на рабочих местах совместно с Бюро обязательного страхования.

  • Əmək Məcəlləsinə köklü dəyişikliklər ediləcək – RƏSMİ

    “Əmək Məcəlləsinə çox geniş dəyişiklik layihəsi hazırlanıb”.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev məlumat verib.

    O bildirib ki, artıq əksər dövlət qurumları ilə dəyişikliklərin müzakirəsi yekunlaşdırılıb:

    “Eləcə də Həmkarlar İttifaqı Konfederasiyası, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası və digər sosial tərəfdaşlarımızla müzakirələr aparılır. Onların rəyləri də alınıb”.

    Nazirin sözlərinə görə, Əmək Məcəlləsinə dəyişikliyin 11 maddəsi məhz əməyin mühafizəsi ilə bağlı məsələləri əhatə edir.

    Sahil Babayev əlavə edib ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan Əməyin Mühafizəsi Fondunun da əsas məqsədi İcbari Sığorta Bürosu ilə birgə iş yerlərində bədbəxt hadisələrdən sığortalanma məsələlərinin tam şəkildə tətbiqinin təmin edilməsinə yönəlib.

    //oxu.az

  • В Азербайджане свекровь жестоко избила беременную невестку – ОБНОВЛЕНО + ВИДЕО

    В Лянкяране начато расследование в отношении женщины, избившей свою невестку.

    Как сообщили в пресс-службе МВД, ведомство осведомлено о видеозаписи. В Лянкяранском РОП ведется расследование.

    По информации, на видео запечатлены жительницы села Юхары Нювяди Лянкяранского района Гирданаз Гурбанова (1946 г.р.) и ее невестка (1990 г.р.).

    * * * * *

    В соцсетях распространился видеоролик, на котором видно, как свекровь жестоко избивает невестку.

    Сообщается, что инцидент произошел в селе Юхары Нювяди Лянкяранского района.

    По информации, девушка ежедневно подвергается насилию со стороны свекрови. Отмечается, что у нее нет родителей и она находится в положении.

  • Azərbaycanda qayınana hamilə gəlinini vəhşicəsinə döydü – YENİLƏNİB + VİDEO

    Xəbər verdiyimiz kimi, qayınananın gəlinini döyməsi ilə bağlı görüntülər paylaşılıb. Görüntülərin Lənkəran Rayonun Yuxarı Nüvədi kəndində çəkildiyi iddia edilib.

    DİN Mətbuat xidmətindən bildirilib ki, sosial şəbəkələrdə yayılan 1946-cı il təvəllüdlü Girdənaz Qurbanovanın 1990-cı il təvəllüdlü gəlinini döyməsini əks etdirən videogörüntülərlə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat aparılır:

    “Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

    * * * * *

    Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində qayınanın gəlini döyməsi ilə bağlı videogörüntü yayılıb.

    Kənd icra nümayəndəsi Raifə Məmmədzadə qafqazinfo-ya bildirib ki, qayınana ruhi xəstədir və dispanserdə xəstə kimi qeydiyyatdadır:

    “Girdənaz xanım əvvəllər də müalicə olunub. Sonuncu müalicədən sonra yaxşılaşmışdı, evinə qayıtmışdı. Son vaxtlar heç bir problemi olmayıb. Özü də dispanserdə xəstə kimi qeydiyyatdadır. Hadisə günü yenidən əsəbləri pozulub və gəlinini döyüb. Həmişə döymür, birinci dəfədir. Bu hadisədən sonra qızı gəlib Bakıya apardı, indi orada yenidən müalicə olunur”.

    R.Məmmədzadə qeyd edib ki, bununla bağlı polis şöbəsində araşdırma aparılıb:

    “Qadının hamilə olması ilə bağlı deyilənlər yalandır. Gəlinin 3 uşağı var. Özü də polisə ifadəsində şikayəti, narazılığı olmadığını deyib və hadisənin qayınanasının əsəb xəstəsi olduğuna görə baş verdiyini bildirib”.

  • Госагентство предупреждает граждан в связи с WhatsApp

    На днях появилась новая версия WhatsApp под названием WhatsApp Pink.

    Как сообщили в Центре реагирования на компьютерные инциденты Государственного агентства особой связи и информационной безопасности, хотя данная версия и набирает популярность, в действительности это совершенно вредоносное приложение.

    Сообщается, что оно распространяется в виде ссылок через группы WhatsApp.

    WhatsApp Pink сначала запрашивает ваши регистрационные данные, а затем крадет вашу личную информацию.

  • Dövlət xidmətindən vətəndaşlara “WhatsApp” XƏBƏRDARLIĞI

    Bu günlərdə “WhatsApp Pink” adlı “WhatsApp”ın yeni bir versiyası ortaya çıxıb.

    Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən verilən məlumata əsasən, bu versiya populyarlıq qazanmağa başlasa da, əslində isə tam zərərli bir tətbiqdir.

    Bildirilir ki, bu zərərverici APK link şəklində “Whatsapp” qruplar vasitəsilə yayılmaqdadır.

    Belə ki, “WhatsApp Pink” əvvəlcə qeydiyyat məlumatlarınızı soruşur və bundan sonra şəxsi məlumatlarınızı oğurlayır.