Month: April 2021

  • Bakı-Sumqayıt elektrik qatarı 9-16 may tarixlərində işləyəcək?

    Bakı-Sumqayıt elektrik qatarı bir həftə fəaliyyət göstərməyəcək.

    Bu barədə Trend-ə cavab olaraq, Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər.

    Qeyd olunub ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, mayın 9-dan 16-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması ilə əlaqədar həmin günlərdə Bakı-Sumqayıt-Bakı elektrik qatarları da hərəkətdə olmayacaq:

    “Dəyişikliyə əsasən, mayın 8-i və 16-sı iş günləri olduğundan, qatarlar həmin tarixdə ənənəvi qrafik üzrə hərəkət edəcək”.

  • Azərbaycanın İtaliyadakı səfiri erməni yalanlarını ifşa edib

    İtaliyanın kütləvi informasiya vasitələrində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin erməni tərəfinin Azərbaycana qarşı apardığı təxribatçı kampaniyaya, guya ki Azərbaycanda erməni müharibə əsirlərinin saxlanıldığı və onlarla pis rəftar olunduğu, işğaldan azad olunmuş ərazilərimizdə erməni xristian irsinin məhv edildiyi, Bakıda Hərbi Qənimətlər Parkı ilə bağlı cəfəng iddialarına qarşı çoxsaylı müsahibə və yazıları dərc olunub.

    Bu barədə Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyi məlumat yayıb.

    Bildirilib ki, İtaliyanın “ByoBlu” televiziya kanalında Ermənistanın İtaliyadakı səfirinin Azərbaycana qarşı yalan iddialarına cavab olaraq səfir Məmməd Əhmədzadə həmin proqramda çıxış edib.

    İtaliyanın nüfuzlu “La Verità” və “Avvenire” qəzetlərində erməni mənşəli italyan yazıçısı Antonia Arslanın təşəbbüsü ilə bir qrup erməni və italyan mənşəli şəxslərin Azərbaycana qarşı təxribatçı yazılarına münasibətdə Azərbaycan diplomatının həmin qəzetlərin redaksiyalarına ünvanlandığı məktublar dərc olunub.

    “Aci Stampa” mətbuat orqanı tərəfindən münaqişə və hərbi əməliyyatlardan sonrakı vəziyyətlə bağlı erməni tərəfinin iddialarına əsaslanan məqaləyə münasibətdə Azərbaycan diplomatının həmin mətbuat orqanına göndərdiyi məktubu da işıq üzü görüb.

    Ermənistanın İtaliyadakı səfirliyinin İtaliyanın “ANSA” xəbərlər agentliyində dərc olunmuş mətbuat açıqlamasına münasibətdə səfir Məmməd Əhmədzadənin həmin xəbərlər agentliyinin redaksiyasına göndərdiyi məktubu da dərc olunub. Bununla yanaşı, Azərbaycan diplomatının “ANSA” tərəfindən dərc olunmuş məktubu İtaliyanın “La Gazzetta del Mezzogiorno”, “Notizie Tiscali”, “Espansione TV”, “MSN Notizie” və digər mətbuat orqanları tərəfindən də yayılıb.

    Habelə Azərbaycan diplomatının İtaliyanın nüfuzlu “İl Foglio” qəzetində ermənipərəst jurnalistin ölkəmizə qarşı məqaləsinə münasibətdə həmin qəzetin redaksiyasına ünvanladığı məktubu da işıq üzü görüb.

    Müsahibə və yazılarında Azərbaycan diplomatı Ermənistanın Azərbaycana qarşı 30 il müddətində həyata keçirdiyi hərbi təcavüz, 1 milyondan çox azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti, istər birinci, istərsə də ikinci Qarabağ müharibələrində mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi müharibə cinayətləri və soyqırımı, işğal vaxtı həmin ərazilərdəki yaşayış məntəqələrimizi, Azərbaycanın tarixi, mədəni, dini irsini darmadağın etdiyi barədə danışıb.

    M.Əhmədzadə erməni tərəfinin hazırda Azərbaycana qarşı irəli sürdüyü erməni müharibə əsirləri və bölgədəki erməni xristian irsinin dağıdılması ilə bağlı yalan iddialarına, Bakıda Hərbi Qənimətlər Parkı ilə bağlı qarayaxma kampaniyasına tutarlı arqumentlərlə cavab verib. Diplomat, habelə ölkəmizin bölgədə davamlı sülh və sabitliyin təmin olunması istiqamətində atdığı addımlar barədə məlumat verib, erməni tərəfinin Azərbaycana qarşı revanşist və nifrət dolu fikirlər irəli sürməsi, üçtərəfli bəyanatın şərtlərini pozaraq Azərbaycan ərazisinə hərbçilər göndərməsi, minalanmış ərazilərin xəritələrini təhvil verməkdən imtina etməsi və bunun azərbaycanlı mülki əhali arasında çoxsaylı qurbanlara səbəb olması və bütün bunların da bölgədə sülhün təmin olunmasına ciddi təhdid olması barədə danışıb.

  • Polis mayorlarına yeni vəzifə verildi

    Daxili İşlər Nazirliyində iki kadr təyinatı həyata keçirilib.

    “Qafqazinfo” xəbər verir ki, nazirin əmri ilə polis mayoru Cahangir Hüseynov Masallı Rayon Polis Şöbəsinin İstintaq bölməsinə rəis təyin olunub. O, bundan əvvəl həmin bölmənin baş müstəntiqi olub.

    Digər əmrlə polis mayoru Firuz Nuriyev Hacıqabul rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin rəisi vəzifəsindən azad edilərək həmin RŞP-də əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

  • Türkiyədə FETÖ əməliyyatı: Yüksək rütbəli hərbçilər saxlanıldı

    Türkiyənin İzmir şəhərində FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən şəxslərə qarşı geniş əməliyyat həyata keçirilib, saxlanılanlar var.

    “HaberGlobal” məlumat verir ki, istintaq İzmir və İstanbul Baş Prokurorluğu tərəfindən başladılıb.

    Əməliyyat nəticəsində 459-u hərbçi olmaqla 532 şəxs barədə həbs qərarı çıxarılıb.

    Qeyd olunur ki, saxlanılan hərbçilər arasında Türkiyə Jandarma Qüvvələrinin, Quru Qoşunları Komandanlığının, Hava Qüvvələri Komandanlığı və Dəniz Qüvvələri Komandanlığının yüksək rütbəli hərbçiləri var. /Oxu.az

  • İcra Hakimiyyətinin qarşısında şok hadisə – özünü yandırmaq istədi

    Aprelin 24-də saat 01.30 radələrində Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında şəhər sakini E.Babayev gətirdiyi yanacağı üzərinə tökərək özünü yandırmağa cəhd göstərib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Masallı Rayon Mühafizə Bölməsi əməkdaşlarının çevikliyi və operativliyi nəticəsində cəhdin qarşısı alınıb və o, saxlanılaraq Rayon Polis Şöbəsinə təhvil verilib.

    E.Babayev izahatında əmisi oğlu R.Babayevin onu təhqir etdiyi üçün intihar etməyə cəhd göstərməsini bildirib.

    Araşdırmalar aparılır.

  • AzTV-də yubiley filmi – Heydər Əliyevin nadir kadrları – VİDEO

    Azərbaycan Televiziyası Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasının 50 illiyinə həsr olunmuş televiziya filmi hazırlayıb.

    “Sabahın zabitləri” adlı filmdə liseyin tarixinə nəzər yetirilib, burada təhsil alanların müsahibələrinə yer ayrılıb.

    Çəkilişlər liseydə aparılıb, təhsil ocağının Vətən müharibəsində iştirak etmiş qəhrəmanlarından da bəhs edilib.

    Filmdə nadir kadrlar da yer alıb. Belə ki, Ulu Öndər öz təşəbbüsü ilə 1971-ci ildə yaradılmış liseyin 1973-cü ildəki ilk buraxılışında iştirak edib. Liseyin ilk məzunlarının da əks olunduğu nadir kadrlar filmdə nümayiş olunub.

    Xatırladaq ki, 2019-cu ildə liseyin binası əsaslı təmirdən sonra istifadəyə verilib. Prezident İlham Əliyev açılışda iştirak edib. Həmin açılışdan olan kadrlar da filmdə əks olunub.

    “Sabahın zabitləri” filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Elvin Mirzəyev, operatoru Adil Abbasovdur.

  • Sabahdan birinci siniflərə şagird qəbulu başlayır

    Sabahdan, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılır.

    Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

    Birinci sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq.

    Aprelin 29-dan Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi və dövlət ümumi təhsil müəssisələrinin tədrisin digər dillərdə aparıldığı birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək. Dövlət ümumi təhsil müəssisələrinin tədrisin digər dillərdə aparıldığı birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi iyunun 8-də başa çatacaq. Müsahibələrin 4 may – 14 iyun tarixlərində onlayn həyata keçirilməsi nəzərdə tutulur.

    Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.

  • Bakıda iki marşrut xəttinin hərəkət qrafiki dəyişdirildi

    Təmirlə əlaqədar Bakıda iki marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edilib.

    Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

    Bildirilib ki, Yeni Günəşli qəsəbəsi, Abbas Fətullayev küçəsinin Mərkəzi küçəsi ilə kəsişməsindən İnqilab İsmayılov küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq avtomobillərin hərəkəti məhdudlaşdırıldığı üçün 36 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilərək məhdudiyyətə uyğun altrenativ küçələrdən təşkil edilməsinə zərurət yaranıb.

  • МИД Азербайджана резко отреагировал на армянский вандализм в Лос-Анджелесе

    Министерство иностранных дел (МИД) Азербайджана прокомментировало инцидент с “казнью” завернутого в азербайджанский флаг манекена во время акции, организованной радикальными армянскими силами в Лос-Анджелесе (штат Калифорния, США).

    Как заявила журналистам глава пресс-службы МИД АР Лейла Абдуллаева, это достаточно серьезный вопрос.

    “Как вы знаете, мы уже не в первый раз сталкиваемся с подобными враждебными, даже преступными действиями радикальных армянских группировок. Хотелось бы напомнить, что еще в июле прошлого года сотни радикальных армянских дашнаков совершили зверское нападение на немногочисленных азербайджанцев перед зданием Генконсульства Азербайджана в Лос-Анджелесе и нанесли им ранения.

    В связи с этим Департамент полиции американского города начало расследование по статье о преступлении на почве ненависти. Несмотря на задержание двух причастных к насилию, совершенному в отношении азербайджанцев, двое других лиц, проявивших особую активность в этом деянии, все еще остаются на свободе.

    Вызывает большое сожаление и удивление тот факт, что по прошествии около 10 месяцев с момента инцидента основные подозреваемые в совершении преступлений на почве ненависти не были найдены и привлечены к ответственности. В связи с этим наша сторона выразила недовольство в официальном порядке.

    Очевидно, именно безнаказанность в Лос-Анджелесе подталкивает радикальных армян совершать очередные преступления на почве ненависти. Наша серьезная озабоченность по этому вопросу будет еще раз доведена до посольства США в нашей стране”, – сказала она.

  • XİN-dən Los-Ancelesdəki erməni vandalizminə KƏSKİN REAKSİYA

    Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Los-Anceles şəhərində radikal erməni qüvvələri tərəfindən təşkil olunan aksiyada Azərbaycan bayrağına bürüdülmüş müqəvvanın edam edilməsi səhnəsi ilə bağlı məsələyə münasibət bildirib.

    XİN-in mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva mətbuata açıqlamasında bildirib ki, bu, kifayət qədər ciddi məsələdir:

    “Bildiyiniz kimi, ilk dəfə deyil ki, radikal erməni qruplarının bu kimi nifrətə əsaslanan, hətta cinayət tərkibli əməlləri ilə üzləşirik. Xatırlatmaq istərdim ki, hələ ötən ilin iyul ayında yüzlərlə radikal erməni daşnakları Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun qarşısında azsaylı azərbaycanlılara vəhşicəsinə hücum edərək onlara xəsarət yetirmişdilər.

    Los-Anceles Polis İdarəsi azərbaycanlılara qarşı həyata keçirilmiş bu zorakılıqla bağlı nifrət zəminində törədilən cinayət maddəsi üzrə araşdırma başlatmışdı, bu zorakılıqda iştirak edən iki nəfər saxlanılsa da, bu prosesdə xüsusi fəallıq göstərmiş digər iki nəfərin axtarışı hələ də davam edir.

    Hadisədən 10 aya yaxın müddətin keçməsinə baxmayaraq, nifrət zəminində cinayətin törədilməsində şübhəli bilinən əsas şəxslərin tapılıb məsuliyyətə cəlb edilməməsi böyük təəssüf və təəccüb doğurur. Bununla bağlı tərəfimizdən qarşı tərəfə rəsmi narazılığımız bildirilib”.

    “Göründüyü kimi, məhz cəzasızlıq səbəbindən, Los-Ancelesdə radikal ermənilərin nifrət zəminində cinayətlərinin növbəti təzahürünü görürük. Bu məsələ ilə bağlı ciddi narahatlığımız ABŞ-ın ölkəmizdəki səfirliyinə bir daha çatdırılacaq”, – deyə XİN rəsmisi əlavə edib.