Month: April 2021

  • Zaqatalada altı ay əvvəl istifadəyə verilən subartezian quyusu çöküb

    Zaqatalada altı ay əvvəl istifadəyə verilən subartezian quyusu çöküb.

    APA xəbər verir ki, hadisə rayonun Yeni Suvagil kəndində baş verib.

    Hadisə nəticəsində yaxınlıqdakı bir evə ciddi ziyan dəyib.

    Qeyd edək ki, 2020-ci ilin sentyabr ayında bölgü əsasında Zaqatala rayonunun Suvagil kəndində yeni subartezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. 78 metr dərinlikdə qazılan artezian quyusu istifadəyə verildiyi gündən ətrafda yaşayan 100-ə yaxın ailənin içməli suya olan ehtiyacını ödəyib. Bir müddət öncə, yağan yağışlardan sonra artezianın suyu bulanmağa və artmağa başlayıb. Bir neçə gün öncə isə gecə saatlarında artezian quyusu 10 metr diametrliyində, 5 metr dərinliyində çöküb. Hadisə gecə saatlarında baş verdiyindən xəsarət alan olmayıb. Yalnız yaxınlıqdakı bir evə ziyan dəyib.

    İlkin ehtimallara görə, subartezian quyusunun çökməsinə səbəb 20-25 metr dərinlikdən gələn qurunt sularıdır. Hal-hazırda ərazidə lazımi təhlükəsizlik tədbirləri görülməklə aidiyyəti qurumlara məlumat verilib.

    Əraziyə Bakıdan mütəxəssislər cəlb edilib.

  • Gürcüstan koronavirusla mübarizə üçün əlavə resurslar səfərbər edir

    Gürcüstan baş nazirinin tapşırığına əsasən, ölkənin Səhiyyə Nazirliyi koronavirusla mübarizə üçün əlavə çarpayı, dərman vasitələri, oskigen və testlərin əldə olunması üzrə plan hazırlayıb.

    Bu barədə ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurasının Operativ Qərargahının rəisi Giorgi Qibradze bildirib.

    Onun sözlərinə görə, ölkə hadisələrin ən pis inkişaf ssenarisinə hazır olacaq: “Vəziyyət nəzarət altındadır və dövlət prosesə tam nəzarət edir”.

    Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya mayın 10-dək koronavirus xəstələri üçün 6 min çarpayının əlavə olunacağını deyib. O deyib ki, hazırda ölkə üzrə aktiv xəstə sayı 14 min nəfər təşkil edir.

    //Report

  • Büdcədən maliyyələşən müəssisələrdə çalışan məcburi köçkünlərlə bağlı qərar dəyişdi

    Nazirlər Kabineti Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında müvafiq normativ aktlarında dəyişikliklər edib.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Bildirilib ki, Nazirlər Kabinetindən “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” qərara verilən izahda bildirilib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək Məcəlləsinin 159-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” qərarına əsasən aidiyyəti orqanlarla razılaşdırmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarında 1 nömrəli əlavə – “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın “Qeyd” hissəsi ləğv edilib.

    Ləğv edilən Qeyddə bu müddəalar öz əksini tapmışdı: “Əraziləri işğal olunmuş rayonların büdcədən maliyyələşdirilən müəssisələrində və təşkilatlarında çalışan məcburi köçkünlərin əmək haqlarına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) minimum miqdarı həmin müəssisələrin və təşkilatların yerləşdiyi ərazilərdən asılı olmayaraq saxlanılır.”

  • Bakıda 22 yaşlı gənc intihar etdi

    Bakıda intihar hadisəsi baş verib.

    “Report”un xəbərinə görə, Xətai rayonu, Aşıq Qurban küçəsindəki evlərdən birində yaşayan 22 yaşlı Hacı Muradov intihar edib.

    İntiharın səbəbi hələ məlum deyil.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Ermənistan-İran sərhədi bağlandı

    Ermənistan və İran arasında Mehri nəzarət-buraxılış məntəqəsi yaxınlığında fəaliyyət göstərən gömrük postu bağlanıb.

    Bu barədə News.am məlumat yayıb.

    Gömrük postunun bağlanması ilə əlaqədar Ermənistan-İran sərhədində çoxlu sayda yük maşını toplanıb.

    Nəşr gömrük postunun bağlanmasının əmrinin Ermənistanın Dövlət Gəlirlər Komitəsinin sədr müavini Şuşanik Nersisyan tərəfindən verildiyini qeyd edib.

  • Siyasət İqtisadiyyat Sosial Maqazin İdman Dünya Kriminal KORONAVİRUSA YOLUXANLARIN SAYI – CANLI STATİSTİKA Başlıbeldə qətlə yetirilən şəxslərin meyitlərinin qalıqları ekshumasiyası edilib – RƏSMİ

    1993-cü ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunun Başlıbel kəndinə hücumu zamanı düşmənin vəhşiliklərindən qaçaraq, mağaralarda gizlənən yerli sakinləri atəşə tutması nəticəsində 12 nəfər qətlə yetirilib.

    Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, öldürülən şəxslər 63 yaşlı Səmədov Yaqub İsa oğlu, 54 yaşlı Əhmədova Büsat Əliş qızı, 12 yaşlı Əhmədova Zövqiyyə Binnət qızı, 60 yaşlı Əmralıyev Məhəmməd Abış oğlu, 29 yaşlı Əmralıyev Surxay Məhəmməd oğlu, 21 yaşlı Əmralıyev Çingiz Məhəmməd oğlu, 16 yaşlı Əmralıyeva Aygün Məhəmməd qızı, 67 yaşlı Həsənova Çiçək Mikayıl qızı, 68 yaşlı Cəfərova Gülara Cəfər qızı, 95 yaşlı Cəfərova Gülgəz Qədim qızı, 22 yaşlı Abdullayev Vüqar İsa oğlu və 52 yaşlı Əsgərov Əhliman Əvəz oğludur.

    Qeyd edilib ki, sağ qalmış Başlıbel kənd sakinləri ermənilərin kəndə hücumundan sonrakı tarixlərdə iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənib, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq, 12 may 1993-cü ildə gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilmiş 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə (hər cərgədə 6 qəbir olmaqla) qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar.

    Baş Prokurorluğunun İstintaq idarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən, 24 aprel 2021-ci il tarixində Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilərək, 50 santimetr dərinlikdə torpağa basdırılmış kəskin çürüməyə məruz qalaraq skeletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkar edilib.

    Zərərçəkmişlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün meyit qalıqlarından və dəfn edilmiş şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən DNT-nin (dezoksiribonuklerin turşusu) təyini məqsədilə nümunlər götürülərək molekulyar-genetik və digər xüsusatların araşdırılması üçün tibbi-kriminalistik ekspertizalar təyin edilib.

  • Başlıbeldə qətlə yetirilən şəxslərin meyitlərinin qalıqları ekshumasiyası edilib – RƏSMİ

    1993-cü ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunun Başlıbel kəndinə hücumu zamanı düşmənin vəhşiliklərindən qaçaraq, mağaralarda gizlənən yerli sakinləri atəşə tutması nəticəsində 12 nəfər qətlə yetirilib.

    Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, öldürülən şəxslər 63 yaşlı Səmədov Yaqub İsa oğlu, 54 yaşlı Əhmədova Büsat Əliş qızı, 12 yaşlı Əhmədova Zövqiyyə Binnət qızı, 60 yaşlı Əmralıyev Məhəmməd Abış oğlu, 29 yaşlı Əmralıyev Surxay Məhəmməd oğlu, 21 yaşlı Əmralıyev Çingiz Məhəmməd oğlu, 16 yaşlı Əmralıyeva Aygün Məhəmməd qızı, 67 yaşlı Həsənova Çiçək Mikayıl qızı, 68 yaşlı Cəfərova Gülara Cəfər qızı, 95 yaşlı Cəfərova Gülgəz Qədim qızı, 22 yaşlı Abdullayev Vüqar İsa oğlu və 52 yaşlı Əsgərov Əhliman Əvəz oğludur.

    Qeyd edilib ki, sağ qalmış Başlıbel kənd sakinləri ermənilərin kəndə hücumundan sonrakı tarixlərdə iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənib, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq, 12 may 1993-cü ildə gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilmiş 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə (hər cərgədə 6 qəbir olmaqla) qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar.

    Baş Prokurorluğunun İstintaq idarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən, 24 aprel 2021-ci il tarixində Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilərək, 50 santimetr dərinlikdə torpağa basdırılmış kəskin çürüməyə məruz qalaraq skeletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkar edilib.

    Zərərçəkmişlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün meyit qalıqlarından və dəfn edilmiş şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən DNT-nin (dezoksiribonuklerin turşusu) təyini məqsədilə nümunlər götürülərək molekulyar-genetik və digər xüsusatların araşdırılması üçün tibbi-kriminalistik ekspertizalar təyin edilib.

  • FHN-dən hava şəraiti ilə bağlı – Xəbərdarlıq

    Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

    Median.Az həmin müraciəti təqdim edir:

    “Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 27-də ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi gözlənilir.

    Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edir.

    Bununla yanaşı, əgər güclü külək sizi küçədə haqlayıbsa, yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bu zaman diqqətli hərəkət edərək yaxınlıqdakı binanın zirzəmisində və ya möhkəm tikilidə daldalanmağa çalışmaq lazımdır.

    Həmçinin, güclü külək zamanı xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsinin mürəkkəbliyi nəzərə alınaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi tövsiyə olunur.

    Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

    Təhlükə zamanı “112”-yə zəng edin!”

  • Ermənilərin Başlıbel faciəsində qətlə yetirdiyi şəxslərin SİYAHISI

    Əvvəllər məlumat verildiyi kimi, 1993-cü ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunun Başlıbel kəndində mülki əhalinin kütləvi şəkildə vəhşicəsinə qətlə yetirdiyi şəxslərin cəsədlərinin basdırıldığı yerlərin müəyyən edilməsi faktları üzrə Baş prokurorluq tərəfindən cinayət işi başlanaraq intensiv istintaq hərəkətləri davam etdirilir.

    Baş Prokurorluqdan verilən məlumata görə, cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, Azərbaycan Respublikasının digər rayonları ilə yanaşı, 1993-cü ilin aprel ayının əvvələrində Ermənistan silahlı qüvvələri hərbi təcavüzlə Kəlbəcər rayonunu işğal edərkən həmin rayonun Başlıbel kəndində mülki əhaliyə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdiriblər.

    İstintaq materiallarına əsasən, işğaldan əvvəl 259 fərdi yaşayış evi, 1 orta məktəb, 1 uşaq bağçası, 1 xəstəxanası olan Başlıbel kəndi Kəlbəcər rayonunun ən böyük kəndlərindən biri olmaqla əhalisinin sayı 1996 nəfər olub, 3232 hektar ərazisi olan kənd iki dağ çayının qovuşduğu yerdə, dəniz səviyyəsindən 2000 metr hündürlükdə Dəlidağın ətəyində rayon mərkəzindən 64 kilometr məsafədə yerləşib.

    Müəyyən edilib ki, 3 aprel 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri Başlıbel kəndinə silahlı hücum edərək kütləvi surətdə kənd sakinlərinə məxsus evləri qarət edib və tamamilə yandırıblar. Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 kilometr aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınıb. 62 nəfərdən 48 nəfər Başlıbel, 1 nəfər Taxtabaşı kənd, 4 nəfər Laçın rayon sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olublar.

    Törətdiyi vəhşiliklə kifayətlənməyən Ermənistan silahlı qüvvələrinin avtomat və iriçaplı silahlarla silahlanan ünsürləri öz azğınlıqlarını davam etdirərək 18 aprel 1993-cü il tarixində silahsız mülki şəxslərin öz doğma kəndlərində qayalara sığındığı yerləri axtararaq aşkar edib, həmin gün saat 15-dən 21 radələrinədək köməksiz vəziyyətdə qalan mülki şəxslərin gizləndiyi mağaraları atəşə tutmağa başlayıblar.

    Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər (1 nəfər 12 yaşlı uşaq, 1 nəfər 16 yaşlı yeniyetmə, o cümlədən 6 qadın, 6 kişi olmaqla) – 63 yaşlı Səmədov Yaqub İsa oğlu, 54 yaşlı Əhmədova Büsat Əliş qızı, 12 yaşlı Əhmədova Zövqiyyə Binnət qızı, 60 yaşlı Əmralıyev Məhəmməd Abış oğlu, 29 yaşlı Əmralıyev Surxay Məhəmməd oğlu, 21 yaşlı Əmralıyev Çingiz Məhəmməd oğlu, 16 yaşlı Əmralıyeva Aygün Məhəmməd qızı, 67 yaşlı Həsənova Çiçək Mikayıl qızı, 68 yaşlı Cəfərova Gülara Cəfər qızı, 95 yaşlı Cəfərova Gülgəz Qədim qızı, 22 yaşlı Abdullayev Vüqar İsa oğlu və 52 yaşlı Əsgərov Əhliman Əvəz oğlu sığındıqları yerdə qəsdən öldürülüb.

    Hücum nəticəsində 14 nəfər (3 nəfər 2, 13 və 15 yaşlı uşaqlar, o cümlədən 10 qadın, 4 kişi) – 93 yaşlı Babayeva Kubra Qədim qızı, 23 yaşlı Əmralıyeva Arzu Binnət qızı, 56 yaşlı Əhmədov Binnət Əbdüləli oğlu, 13 yaşlı Əhmədov Niyyət Binnət oğlu, 15 yaşlı Əhmədova Şərqiyyə Binnət qızı, 56 yaşlı Əmralıyeva Zibeydə Abış qızı, 67 yaşlı Həsənova Leyli Əli qızı, 58 yaşlı Həsənova Mərmər Cavad qızı, 63 yaşlı Həsənova Şamama Hüseyn qızı, 36 yaşlı Həsənova Zeynəb Mahmud qızı, 63 yaşlı Qasımova Tutu Alı qızı, 2 yaşlı Məhəmmədov Hökmdar Surxay oğlu, 73 yaşlı Yusifova Şamama Ağa qızı və 65 yaşlı Mənsimov Hüseyn İbrahim oğlu girov götürülüb. Həmin şəxslər sonradan girovluqdan azad edilsələr də, onlardan 9 nəfəri aldıqları mənəvi və psixoloji sarsıntılardan vəfat ediblər.

    İstintaq materialları ilə həmçinin müəyyən edilib ki, cinayətkar qruplaşmanın üzvlərinin əlindən digər mağaralara qaçaraq gizlənən və vəhşilərdən canını qurtarmağa çalışan 36 şəxsdən yeddi nəfəri də, mühasirə şəraitində aldıqları xəsarətlərdən Kəlbəcər rayonunun müxtəlif kəndlərində dünyasını dəyişiblər.

    Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənib, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq, 12 may 1993-cü ildə gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilmiş 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə (hər cərgədə 6 qəbir olmaqla) qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar.

    19 aprel 1993-cü ildən sonrakı tarixlərdə isə sağ qalmış 29 nəfər şəxs – 21 yaşlı Əhmədova Sevil Binnət qızı, 55 yaşlı Əhmədov Hümmət Əbdüləli oğlu, 45 yaşlı Ələsgərov Ələkbər Ələsgər oğlu, 36 yaşlı Ələsgərova Sərmayə Sadıq qızı, 16 yaşlı Ələsgərov Habil Ələkbər oğlu, 14 yaşlı Ələsgərov Rüstəm Ələkbər oğlu, 12 yaşlı Ələsgərova Samirə Ələkbər qızı, 9 yaşlı Ələsgərova Tacirə Ələkbər qızı, 33 yaşlı Əmralıyev Xasay Məhəmməd oğlu, 31 yaşlı Əmralıyeva Nərgiz Mənsim qızı, 6 yaşlı Əmralıyev Elmdar Xasay oğlu, 4 yaşlı Əmralıyev Şəhriyar Xasay oğlu, 27 yaşlı Əzizov Elşad Həsən oğlu, 25 yaşlı Əzizov İsmət Hüseyn oğlu, 23 yaşlı Cəfərov Mahir Məhyəddin oğlu, 58 yaşlı Qədimov Qədim Muxtar oğlu, 32 yaşlı Həsənov Qəzənfər Mahmud oğlu, 38 yaşlı Həsənov Yahya Mahmud oğlu, 25 yaşlı Əsgərova Həcər Əhliman qızı, 23 yaşlı Əsgərova Laləzər Əhliman qızı, 15 yaşlı Əsgərov Vəkil Əhliman oğlu, 23 yaşlı Abbasov Cəllət Ağaverdi oğlu, 19 yaşlı Mehdiyev Səlim Yusifəli oğlu, 22 yaşlı Abbasquluyev Məzahir Talıb oğlu, 23 yaşlı Abbasov Ədalət Ərzuman oğlu, 25 yaşlı Abdullayev Müzahim Məhərrəm oğlu, 23 yaşlı Əhmədov Xəlil Süleyman oğlu, 22 yaşlı Əsgərov Müşfiq Gülbaba oğlu və 23 yaşlı Muradov Füzuli Əkrəm oğlu 113 gün mühasirə həyatı yaşadıqdan sonra çətin dağ relyefinə malik yollarla Kəlbəcər rayonunun Çaykənd kəndinə, oradan Tərtər çayını və Qoşqar dağını keçməklə Daşkəsən rayonu istiqamətində meşələrlə irəliləyərək 1993-cü ilin iyul ayında Daşkəsən rayonunun Zivlən kəndinə çatmaqla həyatlarını xilas edə biliblər.

    Baş Prokurorluğunun İstintaq idarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən, 24 aprel 2021-ci il tarixində Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilərək, 50 santimetr dərinlikdə torpağa basdırılmış kəskin çürüməyə məruz qalaraq skeletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkar edilib.

    Bundan başqa istintaq hərəkəti zamanı cinayət hadisəsinin baş verdiyi yerdə mülki şəxslərin gizləndiyi mağaralarda aşkar edilmiş müxtəlif məişət əşyaları, mülki şəxslərin qəsdən öldürülməsini sübut edən giliz və güllələr cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən qablaşdırlaraq rəsmiləşdirilib. Başlıbel kəndinə dron vasitəsilə keçirilmiş baxış zamanı həmçinin kənd ərazisində işğaldan əvvəl mövcud olmuş bütün yaşayış evlərinin, inzibati binaların, infrastrukturun tamamilə bünövrəsinə kimi dağıdıldığı aşkar edilib.

    Zərərçəkmişlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün meyit qalıqlarından və dəfn edilmiş şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən DNT-nin (dezoksiribonuklerin turşusu) təyini məqsədilə nümunlər götürülərək molekulyar-genetik və digər xüsusatların araşdırılması üçün tibbi-kriminalistik ekspertizalar təyin edilib. Hazırda hadisənin sağ qalmış şahidlərinin müəyyən edilməsi, onların dindirilməsi və iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi istiqamətində digər zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Baş prokurorluğu tərəfindən Ermənistanın keçən əsrin 90-ci illərindən başlayaraq Azərbaycan vətəndaşlarına qarşı sülh və insanlıq əleyhinə törətdiyi cinayətlərin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək milli və beynəlxalq məhkəmə məsuliyyətə cəlb edilməsi istiqamətində fəaliyyət davam etdiriləcək.

  • Bakıda yükqaldırıcı qurğu aşıb: Ölən və yaralanan var

    Bakıda tikintidə yükqaldırıcı qurğunun qırılması nəticəsində faciə baş verib.

    Hadisə paytaxtın Səbail rayonu, Neftçi Qurban küçəsi 29 ünvanında qeydə alınıb.

    Çoxmərtəbəli binanın tikintisi zamanı ərazidə yuxarı mərtəbəyə yük qaldıran qurğunun trosu qırılıb. Hadisə nəticəsində qurğuda olan fəhlələrdən bir nəfər ölüb, bir nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    ///Trend