Month: April 2021

  • Şəmkirdə ana-balanı bıçaqlayan şəxslər ələ keçdi – VİDEO

    Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxslərin kimliyi məlum olub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis şöbəsinə rayonun Əliyaqublu kənd sakini olan bir qadının və onun yetkinlik yaşına çatmayan oğlunun müxtəlif bıçaq xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmələri barədə məlumat daxil olub.

    Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər bir neçə dəfə məhkum olunmuş Amil Sadiqov və Müsahib Miskinli saxlanılıb. Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılanların zərərçəkən şəxsin evinə daxil olmaları və oradan nağd pul, qızıl-zinət əşyalarını götürmələri barədə əvvəlcədən razılığa gəlmələri məlum olub.

    Şübhəli şəxslər istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

  • Разоблачены незаконные деяния ряда сотрудников бакинской больницы

    На основании обращений граждан в связи с незаконными действиями высокопоставленных и других сотрудников объединенной городской больницы №18 Баку в Главном управлении по борьбе с коррупцией при генеральном прокуроре возбуждено уголовное дело по статьям 308.1 (злоупотребление должностными полномочиями) и 313 (служебный подлог) УК АР.

    Об этом сообщает пресс-служба Генпрокуратуры.

    У следствия возникли обоснованные подозрения в том, что чиновники медучреждения и работники регистратуры, войдя в предварительный сговор и злоупотребив своими должностными полномочиями, за взятки вводили в информационный портал ложные данные об обследовании и вакцинации от COVID-19 отдельных граждан и предоставляли им поддельные справки.

    В настоящее время устанавливается круг причастных к совершению данных преступлений и осуществляется уточнение обстоятельств уголовного дела.

  • Azərbaycanda vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi – RƏSMİ

    18 saylı Birləşmiş şəhər xəstəxanasının vəzifəli şəxslərinin və qeyrilərinin qanunsuz əməlləri ilə əlaqədar vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

    Bununla bağlı Baş Prokurorluqdan məlumat verilib.

    Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri ilə tibb qeydiyyatçılarının qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif pul məbləğləri müqabilində ayrı-ayrı vətəndaşların guya COVID-19 pandemiyası əleyhinə vaksinasiya prosesində müayinədən keçərək peyvənd olunmaları barədə yalan məlumatları müvafiq informasiya portalına daxil etmələri və bununla əlaqədar digər zəruri saxta sənədləri tərtib etmələrinə əsaslı şübhələr yaranıb.

    Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

  • В пяти селах Бардинского района задержаны организаторы поминок

    Сотрудники Бардинского районного отдела полиции в ходе рейдов выявили факты организации на территории пяти сел поминок в нарушение правил карантинного режима.

    Об этом сообщила бардинская региональная группа пресс-службы МВД.

    В отношении 24 нарушителей, в том числе организаторов мероприятий, были составлены протоколы об административном правонарушении.

  • Bərdənin beş kəndində yas mərasimi təşkil edənlər ələ keçdi

    Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rayonun 5 kəndində sanitar-epidemioloji normaları pozaraq yas mərasimləri təşkil edən şəxslər müəyyən edilib.

    Qayda pozuntusuna yol verən ümumilikdə 24 nəfər barəsində inzibati qaydada protokollar tərtib edilib.

  • ГТК обнаружил более 43 кг наркотиков, помещенных в мебельный гарнитур – ВИДЕО

    Государственным таможенным комитетом (ГТК) пресечена попытка незаконного провоза через границу более 43 кг наркотиков.

    Так, на Астаринском таможенном посту был досмотрен грузовой автомобиль Renault Magnum (P159005/ AK712905), которым управлял гражданин России, перевозивший мебельный груз из Ирана в Россию транзитом через территорию Азербайджана.

    Хотя водитель заявил, что в транспортном средстве, которым он управлял, не было никаких предметов, подлежащих декларированию, в том числе наркотиков и психотропных веществ, собака кинологической службы среагировали на прицеп грузовика. После проверки через стационарный рентгеновский аппарат и выявления подозрительных предметов, груз был выгружен и автомобиль был тщательно осмотрен.

    Во время повторной проверки служебная собака среагировала на выгруженные шесть кресел и два дивана. В ходе досмотра в подлокотниках диванов и кресел, было обнаружено 34 свертка, обернутые фольгой. В них было найдено 43 кг 491 г гашиша.

    По данному факту ведется расследование.

  • Gömrükdə mebel dəstinə yerləşdirilmiş külli miqdarda narkotik vasitə aşkarlandı – VİDEO

    Gömrükçülərin həyata keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində 43 kiloqramdan artıq narkotik vasitə olan həşişin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi cəhdinin qarşısı alınıb.

    Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) xəbər verib.

    Belə ki, DGK-nın Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına mebel yükü aparan Rusiya vətəndaşının idarə etdiyi “Renault Magnum” markalı “P159TE05/ AK712905” dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib.

    Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də, kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verdiyindən yük nəqliyyat vasitəsi Astara gömrük postunun inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan keçirilib. Qurğuda şübhəli cizgilər müşahidə edildiyindən həmin nəqliyyat vasitəsi əsaslı yoxlanılıb və yük boşaldılıb.

    Təkrar yoxlama zamanı xidməti it yerə boşaldılan altı ədəd kreslonun və iki ədəd divana reaksiya verib. Yoxlama zamanı yerə boşaldılmış divan və kresloların qoltuqluqlarında xüsusi düzəldilmiş yerdə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş gümüşü rəngli falqaya yerləşdirilən 34 ədəd bağlama aşkar edilib. Baxış zamanı bağlamalara 43 kq 491 qram olan qara rəngli, kəskin iyli narkotik vasitə olan həşişin yerləşdirildiyi məlum olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Prezident Azərbaycandakı vaksinasiya prosesindən DANIŞDI

    COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoymuşdur. Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atmışdır. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilmişdir.

    Bu sözləri Prezident İlham Əliyev BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyasında çıxışı zamanı deyib.

    “Biz yanvar ayından etibarən vaksinasiyaya başlamışıq. Bu günədək 1.4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalimizin 14 faizini təşkil edir.

    Lakin yalnız milli səviyyədə həyata keçirilən səylər dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmir.

    Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və onu uğurla keçirmişdir. Bizim təşəbbüsümüzlə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilmişdir.

    “Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib.

    Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir.

    Bu yaxınlarda BMT-nin İnsan Hüquqları Şurası Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş, ölkələrin vaksinlərə bərabər çıxışı ilə bağlı qətnaməni yekdilliklə qəbul etmişdir.

    Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir”, – deyə dövlət başçısı qeyd edib.

  • В Азербайджане в ИВ проведена спецоперация, есть задержанные

    Сотрудники правоохранительных органов провели спецоперацию в Исполнительной власти (ИВ) Шамкирского района, передает Unikal.org.

    В результате были задержаны бывший первый заместитель главы ИВ, ныне начальник отдела образования Гудрат Алиев, главный архитектор Ильгар Гулиев, представитель ИВ в городе Шамкире Парвиз Ибрагимов и начальник Жилищно-коммунального и эксплуатационного управления Теймур Гаджиев.

    Сообщается, что в числе задержанных глава ИВ Шамкирского района Алимпаша Мамедов.

    Позднее общественности будет представлена более подробная информация.

  • Azərbaycanda icra hakimiyyətində əməliyyat: İcra başçısı və vəzifəli şəxslər saxlanıldı

    Şəmkir Rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.

    Unikal.org-un əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində icra başçısının sabiq birinci müavini, hazırkı təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və Mənzil-Kommunal İstismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb.

    Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da saxlanıldığı bildirilir.

    Əlavə məlumat veriləcək.