Month: April 2021

  • DİN-dən həkimin xəstəni döyməsi iddiasına reaksiya – YENİLƏNİB + VİDEO

    Daxili İşlər Nazirliyi Tovuz Rayon Mərkəzi Xəstəxanasının həkimi Sona Hüseynovanın vətəndaşı döyməsi ilə yayılan videoya münasibət bildirib.

    DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, Tovuz rayon sakini Fərid Yusifov Tovuz Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək rayon xəstəxanasında həkim-psixoloq işləyən Sona Hüseynova tərəfindən döyülməsi ilə bağlı müraciət edib:

    “Vətəndaşın müraciəti əsasında RPŞ-in Təhqiqat Bölməsində araşdırma başlanılıb, ekspertiza təyin olunub. Ekpertizanın rəyindən sonra araşdırılması üçün toplanan material rayon prokurorluğuna göndəriləcək”.

    * * * * *

    Tovuz rayon sakini iddia edir ki, həkimlər onu döyüb.

    Bu barədə məlumat sosial şəbəkədə yayılıb.

    Məsələ barədə Tovuz Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq.

    Xəstəxananın psixiatrı Sona Hüseynova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaş altı il öncə xəstəxanada qeydiyyatda olub:

    “O, epilepsiyadan əziyyət çəkir və ona 3-cü qrup əlillik təyin olunub. Son beş ildə müayinə üçün müraciət edilməyib. Vətəndaşın dediyinə görə, Bakıda fəaliyyət göstərən özəl tibb müəssisələrinin birində müalicə alıb. Müayinə zamanı növbəlilik prinsipini pozaraq otağa Vətən müharibəsi qazisi adı ilə daxil olub. Lakin onun qazi olmadığı, hətta hərbi xidmət keçmədiyi məlum olub”.

    Həkim bildirib ki, pasiyent müayinə edilən zaman onda ciddi şəxsiyyət pozuntusu aşkar olunmayıb:

    “Əlilliyin təyin olunması ilə bağlı isə özünə məlumat verilməyib. Çünki əlilliyin meyarlarına görə epileptik tutmalarının sayı vacibdir.

    Son beş ildə stasionar müalicə ilə bağlı bir sənədi belə yoxdur. Epileptik tutmasının olması, şəxsiyyət dəyişkənliyinin olub-olmaması barədə tək psixiatr kimi diaqnoz qoymağa hüququm yoxdur. Buna görə mənə stasionar müalicə barədə sənəd, epiqriz lazım idi. Lakin vətəndaş stasionar müalicəyə razı olmadığını bildirdi, məni qanunsuzluqda ittiham edərək cinayət işi törətməkdə günahlandırdı.

    Videoçəkiliş etməyə icazə olmadığını bildirsəm də, məni videogörüntüyə almağa cəhd göstərdi. Bir xanım kimi məni təhqir edərək nalayiq təkliflər etdi. Məqsədim telefonu onun əlindən almaq olub. Videonun yayılmaması üçün məni şantaj etməyə başladı. Bildirdi ki, ya 3 000 manat pul verəcəksən, ya da videonu yayaraq səni rüsvay edəcəyəm”.

  • Вундерваффе ВС Армении по чертежам сирийских террористов – ВИДЕО

    Чтобы оправдать свое тотальное поражение, ржавый механизм армянской агитационной машины довольно часто выдает скрипы по теме террористов, якобы воевавших на азербайджанской стороне во время последней освободительной войны.

    В отличие от противника, команда Caliber всегда апеллирует весомыми и убедительными фактами, на примере которых можно отчетливо понять, кто и какими преступными технологиями воевал на стороне армянских террористов против Азербайджана…

    Подробнее – в очередном материале аналитического проекта Caliber:

  • Ermənistan Silahlı Qüvvələrinin suriyalı terrorçuların layihəsi üzrə “Vundervaffe”si – VİDEO

    Erməni təbliğat maşınının paslanmış mexanizmi öz total məğlubiyyətinə haqq qazandırmaq üçün son qurtuluş müharibəsində guya Azərbaycan tərəfində döyüşmüş terrorçular mövzusunda tez-tez hay-küy salır.

    Qarşı tərəfdən fərqli olaraq, “Caliber” komandası həmişə samballı və inandırıcı faktlar əsasında çıxış edir. Məhz bu nümunələr sayəsində kimin, hansı cinayətkar texnologiyalarla erməni terrorçularının tərəfində Azərbaycana qarşı vuruşduğunu aydın şəkildə anlamaq mümkündür…

    Ətraflı “Caliber” analitik layihəsinin növbəti materialında:

  • В Азербайджане 20-летняя мать покончила жизнь самоубийством

    В селе Джавад Сабирабадского района зарегистрирован факт суицида, сообщает МВД.

    Местная жительница Самая Зейналова (2001 г.р.) повесилась на дереве во дворе своего дома. У нее остался годовалый сын.

    Председатель Союза детей Азербайджана Кямаля Агазаде написала в социальной сети, что погибшая хотела развестись, но ее мать была против.

    “В период замужества С.Зейналова неоднократно жаловалась своим родителям, что ее муж, свекор и свекровь морально-психологически издевались над ней, доводили до суицидальных мыслей. По этой причине она хотела развестись.

    Отец девушки согласился на развод, но мать была категорически против. Кстати, матери молодых супругов – двоюродные сестры”, – сообщила К.Агазаде.

    Отметим, что по данному факту возбуждено уголовное дело по статье 125 (доведение до самоубийства) УК АР.

  • 20 yaşlı qadın intihar etdi: Atası razı olsa da, anası boşanmasına qarşı çıxıb – TƏFƏRRÜAT

    Sabirabad rayonunda intihar hadisəsi baş verib.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Rayonun Cavad kənd sakini, 2001-ci il təvəllüdlü Səmayə Zeynalova özünü yaşadığı evin həyətindəki nar ağacından asıb.

    S.Zeynalovanın 1 yaşlı oğlu var.

    Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə bildirib ki, qız boşanmaq istəsə də, anası buna razı olmayıb:

    “Qız ailəli olduğu dövrdə valideynlərinə həyat yoldaşı, qayınatası, qayınanasının ona mənəvi, psixoloji işgəncə verdiklərini və onu bezdirib intihar həddinə çatdırdıqlarından dəfələrlə şikayət edib, boşanmaq istəyib.

    Qızın atası onun boşanmasına razılıq verib, amma anası qəti etiraz edib. “Getmisən, dolan, otur, boşanma” deyib. Yeri gəlmişkən, qızın anası ilə oğlanın anası əmiqızlarıdır”.

    Qeyd edək ki, Sabirabad rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddə ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlayıb.

  • В общественных местах выявлены больные коронавирусом

    Сотрудники органов внутренних дел в выходные дни задержали в общественных местах пятерых активных больных коронавирусом, сообщает пресс-служба МВД.

    Они покинули места своего проживания вопреки предписаниям врачей, тем самым нарушив правила карантинного режима и создав угрозу широкого распространения COVID-19.

    С ними провели разъяснительную беседу и вернули домой с соблюдением медицинских процедур.

    В отношении трех человек возбуждены уголовные дела по статье 139-1.1 (нарушение противоэпидемического и карантинного режимов) УК АР.

    В настоящее время продолжаются следственные мероприятия.

  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

    Daxili işlər orqanlarının əməkdaşları tərəfindən şənbə və bazar günlərində respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

    Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 3 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

  • Похоронен ставший шехидом военнослужащий азербайджанской армии – ОБНОВЛЕНО

    Похоронен скончавшийся минувшим днем военнослужащий азербайджанской армии Гусейн Халилов, полгода находившийся в коме.

    Он был предан земле в родном поселке Нардаране.

    * * * * *

    В Баку проходит церемония прощания с военнослужащим азербайджанской армии Гусейном Халиловым, ставшим шехидом Отечественной войны.

    Солдат получил тяжелые ранения в боях за Шушу и скончался 25 апреля спустя полгода пребывания в состоянии комы.

    В мероприятии принимают участие близкие погибшего и руководство Исполнительной власти Сабунчинского района столицы.

    Г.Халилов будет похоронен на кладбище в родном поселке Нардаране.

  • Azərbaycan ordusunun şəhid hərbçisi dəfn edildi – YENİLƏNİB

    Altı ay komada qaldıqdan sonra dünən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseyn Xəlilov dəfn edilib.

    O, doğulduğu Nardaran qəsəbəsində torpağa tapşırılıb.

    * * * * *

    Ötən gün şəhid olan hərbi qulluqçumuz Hüseyn Xəlilovla vida mərasimi keçirilir.

    Mərasimdə Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi və şəhidin yaxınları iştirak edir.

    Şəhidimiz Nardaran qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.

    Qeyd edək ki, H.Xəlilov Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində doğulub. O, Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Altı ay komada qalandan sonra aprelin 25-də şəhidlik zirvəsinə ucalıb.

  • Сколько человек в Азербайджане получают социальные пособия по возрасту? – ЗАЯВЛЕНИЕ

    По состоянию на март 2021 года число граждан, получающих ежемесячное социальное пособие по возрасту, составляет более 102 тыс. человек.

    Об этом сообщили в ГФСЗ при Министерстве труда и соцзащиты населения АР.

    8,5 % из них составляют мужчины и 91,5% – женщины.