Month: April 2021

  • Bahalı iftar süfrələri: Restoranlar qiymətləri kəllə-çarxa qaldırıb

    Ötən ilə müqayisədə bu il restoranlarda iftar menyularının qiymətləri xeyli artıb. Bunun əsas səbəbi isə pandemiya ilə izah olunur.

    Sputnik Azərbaycan restoranlardakı iftar menyularının qiymətlərini öyrənib.

    “Zafo Pub & Restaurant”da iftar menyusunun qiyməti 16 manatdır. Menyuya salat, isti yemək, şorba, içki, qarnir və desertlər daxildir.

    Salat olaraq 3 çeşid, isti yemək olaraq 4 çeşid, şorba olaraq 3 çeşid, qarnir olaraq 3 çeşid, desert olaraq isə xurma və paxlava təklif edilir.

    “Buta Art Club”da isə iftar menyusunun qiyməti 12 manatdır. Menyuya 3 çeşid salat, 3 çeşid şorba, kabab və dolmadan ibarət müxtəlif çeşidlər daxildir. Məsələn, tikə kabab, lülə kabab, toyuq kababı, toyuq lülə kababı, yarpaq dolması, kələm dolması, taxta içi quzu (quzu əti, zoğal turşusu, badımcan, bibər, kartof, pomidor), taxta içi toyuq (toyuq filesi, zoğal turşusu, badımcan, bibər, kartof, pomidor), səbzi plov, mal ətindən qovurma (mal əti, kartof, pomidor), çoban qovurması (mal əti, bolqar bibər, göbələk, pomidor), “Stroganoff” (toyuq filesi, qaymaq, göbələk), file qovurması (toyuq filesi, kartof, pomidor), qarnirlər və içkilər daxildir”.

    “The Mood Bistro&Grill”-də isə iftar menyusu 25-30 manat arasında dəyişir.

    “Dreamland”da isə iftar menyusu 30-35 manat arasında dəyişir. İftar menyusuna şorba, zeytun növləri, yunan salatı, quzu kababı, desert olaraq mövsüm meyvələri və ərəb xurması, həmçinin içkilər daxildir.

    “Prive Steak Gallery Baku”da bir nəfərlik iftar menyusunun qiyməti 45 manatdır.

    Azərbaycanın ən bahalı restoranı hesab edilən “Teleqüllə”də isə 2 nəfərlik menyunun qiyməti 55 manatdır. Öncədən depozit olaraq 20 manat ödənilir və həmin pul da menyuya daxildir. Menyuya isə isti, soyuq yeməklər, salat və içkilər daxildir.

    Bir çox restoranlar qiymətlərin daha öncəki illə müqayisədə artdığını bildirir. Onlar bunun səbəbini pandemiyanın olması və bir müddət restoranların bağlı qalması ilə izah edirlər.

  • Kubokun final matçı azarkeşsiz olacaq

    Futbol üzrə Almaniya kubokunun final matçı azarkeşsiz keçiriləcək.

    Median.Az “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

    Mayın 13-də, Berlin Olimpiya stadionunda keçiriləcək qarşılaşma Berlində koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətlərə görə azarkeşsiz olacaq.

    Qeyd edək ki, Almaniya kubokunda yarımfinal mərhələsinin görüşləri aprelin 30 və mayın 1-də keçiriləcək. “Leyptsiq” “Verder”lə, Dortmund “Borussiya”sı isə “Holştayn Kil”lə qarşılaşacaq.

  • Nazirlik əməkdaşları üç nəfəri xilas etdi

    Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın, qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

    FHN-dən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 16 yanğına çıxış və iki halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

    Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində üç nəfər xilas edilib.

  • Azərbaycandakı siyasi partiyalar Baydenin mövqeyi ilə bağlı bəyanat yaydı

    Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair bəyanat yayıb.

    Median.Azbəyanatı təqdim edir.

    “Tarixi saxtakarlıqlar üzərində qurulmuş erməni dövlətçiliyi bütün dövrlərdə müxtəlif təxribatlara əl atıb. Onilliklər ərzində erməni təbliğat maşını və onun havadarları Osmanlı imperiyasında ermənilərə qarşı “soyqırımı” törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstərib. Həqiqət isə odur ki, Birinci Dünya müharibəsi zamanı çətin döyüş şəraiti, daxili münaqişələr, aclıq və xəstəliklər üzündən çoxlu sayda erməni həyatını itirib. Lakin məqsədyönlü şəkildə unudulur ki, həmin dövrdə ermənilərdən daha çox türklər həlak olub.

    Əgər məqsəd tarixi faktların obyektiv araşdırılmasıdırsa, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməli və iş bu sahədə ixtisaslaşdırılmış beynəlxalq tədqiqat institutlarına, həmçinin tanınmış tarixçilərə həvalə edilməlidir. Türkiyə öz arxivlərini tarixçilərə açmağa hazır olduğunu dəfələrlə bildirib və həqiqəti üzə çıxarmaq naminə birgə komissiyanın yaradılması təklifini irəli sürüb.

    Rəsmi İrəvanın məkrli siyasətinin arxasında onlara təzminat ödənilməsi və Türkiyə ərazisinin bir hissəsinin Ermənistana verilməsi kimi cəfəng tələb və iddialar durur. Erməni ədəbiyyatında Türkiyənin şərq əyalətlərinin “Qərbi Ermənistan” adlandırılması da həmin iddiaların rəsmiləşdirilməsinə xidmət edir.

    Ermənistanın tarixi faktların saxtalaşdırılması və ekspansiya siyasəti yalnız qardaş Türkiyəyə qarşı deyil, uzun illər ərzində Azərbaycana qarşı da həyata keçirilib. Təkcə 1918-ci ilin mart soyqırımı zamanı 12 mindən çox türk-müsəlman öldürülüb. Onların çoxunun meyitləri tapılmayıb. XX əsrin digər faciəsi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansız cinayət törədildi. Baş vermiş bu faciələr təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Aqressiv erməni siyasətinin bariz təcəssümü olan bu cinayətlərin uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almaması ikili standartlar siyasətinin təcəssümüdür.

    Son dövrlər qondarma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarı təkcə Ermənistan və erməni lobbisi deyil, həmçinin regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir. Qondarma “erməni soyqırımı” anlayışı yalnız siyasi təzyiq alətidir və ikili standartlar siyasətinin təzahürüdür. Yaxşı olardı ki, “tarixi həqiqətlər axtarışı”nda olan qüvvələr erməni millətçilərindən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabını istəyərdilər.

    Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər. Ölkələr və xalqlar arasında dözümsüzlük təlqin edən bu cür yanaşmalar ayrı-ayrı regionların və ümumilikdə bəşəriyyətin dayanıqlı sülhpərvər inkişafına təhdid törədir.

    1. Yeni Azərbaycan Partiyasının sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov

    2. Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı

    3. “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı

    4. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev

    5. Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa

    6. Vəhdət Partiyasının sədri Tahir Kərimli

    7. Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev

    8. Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə

    9. Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev

    10. Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev

    11. REAL Partiyasının sədri İlqar Məmmədov

    12. Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağa-zadə

    13. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev

    14. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn

    15. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu

    16. Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev

    17. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev

    18. Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə

    19. Ağ Partiyanın sədri Tural Abbaslı

    20. “Ədalət” Partiyasının sədri İlyas İsmayılov

    21. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev

    22. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev

    23. Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər

    24. Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev

    25. “Milli Vəhdət” Partiyasının sədri Yunus Oğuz

    26. Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli

    27. Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov

    28. Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə

    29. Yeni Zaman Partiyasının sədri Musa Ağayev

    30. Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova

    31. Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev

    32. Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimov

    33. “Birlik” Partiyasının sədri Xudadat Xudiyev

    34. Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov

    35. Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov

    36. Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov

    37. Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov

    38. Azadlıq Partiyasının sədri Əhməd Orucov

    39. Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu

    40. Azərbaycan Milli Demokrat Partiyasının sədri Tufan Kərimov

    41. Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan

    42. “Qorqud” Partiyasının sədri Firudin Kərimov

    43. Milli Demokrat İdrak Partiyasının sədri Osman Əfəndi

    44. Milli Konqres Partiyasının sədri İxtiyar Şirinov

    45. Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu

    46. Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimov

    47. Azərbaycan Kommunist Partiyası – Hacı Hacıyev, Rauf Qurbanov

    48. “Azərbaycan Mübarizləri” Partiyasının sədr müavini Səadət Müslümova

  • “Instagram”da yeni funksiya əlçatan olacaq

    “Instagram”da istifadəçilərə təhqiramiz ifadələrdən ibarət mesajları gizlətməyə imkan verəcək yeni funksiya əlçatan olacaq. Yeni funksiya istəkdən asılı olaraq aktivləşdirilə bilər.

    Median.Az ictnews.az-a istinadən bildirir ki, yeni funksiyanın alqoritmi istifadəçilərə təhqiramiz sözlər və ifadələrdən ibarət mesaj sorğularını avtomatik gizlətməyə imkan verir. “Bu alət şəxsi mesajlara sorğular üçün nəzərdə tutulub, çünki məhz bu bölmədə istifadəçilər adətən təhqiramiz mesajlar alırlar” – “Instagram”ın nümayəndələri qeyd ediblər.

    Məlumata görə, filtrasiya istifadəçi postlarının altında yazılan şərhlərin filtrinə uyğun şəkildə işləyəcək. Məhdudiyyətlər məxfilik sazlamalarındakı yeni xüsusi bölmə vasitəsilə həm aktiv, həm də deaktiv edilə biləcək. Şirkət bu funksiyanın artıq bir neçə ölkədə tətbiqinə başlanıldığını bildirib və yaxın aylarda sözügedən funskiya digər ölkələr üçün də əlçatan olacaq.

  • Azərbaycan nə vaxt turist qəbul edəcək? – VİDEO

    Pandemiyanın ən çox zərər vurduğu sahələrdən biri turizm sektorudur. Qadağalar dünya miqyasında inkişaf etmiş ölkələrin belə kəskin gəlirlərinin aşağı düşməsinə səbəb olub. Mənfi dalğa ölkəmizdən də yan keçməyib. Bu ilin birinci rübündə də ölkəmizə gələn turistlərin sayında 4.4 dəfə azalma olub. Bəzi ölkələr yeni mövsümdə sərhədlərini turistlərin üzünə açmağa hazırlaşır. Mütəxəsislərin fikrincə , Azərbaycan da bəzi ölkələrlə sərhədlərini açmalı və turistləri qəbul etməlidir. Əksa halda turizm sektorunda müşahidə edilən çöküş daha da qabarıq şəkildə özünü büruzə verəcək.

    Bu ilin birinci rübündə də ölkəmizə 117 min əcnəbi gəlib .Bu ötən illə müqayisədə bir neçə dəfə azdır.

    Dövlət Sərhəd Xidmətinin məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə az xarici gəlib. Səfər edənlərin çoxu əsasən qeyri-turizm məqsədilə ölkəmizə gəliblər. COVID- 19 pandemiyasının aktiv olduğu dövrdə ölkəmizə gələn turistlərin sayının azalması gözlənilən idi. Bununla belə yeni turizm mövsümünün başlanmasına az zaman qalmış ölkəyə səfərlə bağlı sərt qaydaların dəyişdirilməsinə ehtiyac olduğu bildirilir.

    Millət vəkili Vüqar Bayramovun sözlərinə görə,bir sıra avropa ölkələri pandmeiyaya baxmayaraq sərhədlərini turistlər üçün açıb.Hətta yoluxma sayı yüksək olan ölkələr də neqativ test cavabı olan turistləri ölkəyə buraxır.

    Millət vəkilinin sözlərinə görə,ölkəmizdə də bu addımların atılmasın ehtiyac var. Yoluxma sayının stabil olması və vaksinasiyanın sürətli aparılması buna imkan verir.

    Qeyd edək ki, mövcud qaydalara əsasən, ölkəyə yalnız akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər.(xəzərxəbər)

  • Fuad Oktay ABŞ-a səsləndi: “Həqiqətləri görmək istəyənlərə arxivimiz açıqdır”

    “Siyasi hesab uğruna tarixin təhrif edilməsinin bir nümunəsi olan Baydenin 1915-ci il hadisələrinə dair qiymətləndirməsini rədd edirik”.

    “Haber Global”ın məlumatına görə, bu sözləri Türkiyə Prezidentinin köməkçisi Fuad Oktay deyib.

    “Ermənilər tərəfindən qurulmuş əsassız iddialara söykənən və erməni üsyançılar tərəfindən qətlə yetirilən türklərin əzablarını, ağrılarını gözardı edən bu açıqlamanın millətimiz və tarix qarşısında heç bir dəyəri yoxdur. Həqiqətləri görmək istəyənlərə arxivimiz açıqdır”, – deyə F.Oktay bildirib.

  • Ramazan ayının 12-ci gününün imsak, iftar və namaz vaxtları

    Sabah Ramazan ayının 12-ci günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 25-də imsak vaxtı saat 04:10-da, iftar vaxtı isə 19:44-dədir.

    Aprelin 25-i üçün namaz vaxtları:

    Sübh azanı 04:20
    Zöhr azanı 12:39
    Əsr azanı 17:29
    Məğrib azanı 19:44
    İşa azanı 20:52

    12-ci günün imsak vaxtı üçün duanı təqdim edirik:

    “Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin!”

    Tərcüməsi: “İlahi, bu gün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bu gün mənə qənaət və kifayətçilik libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi!”

    İftar duası:

    “Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

    Tərcüməsi: “İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”

    Allah orucunuzu qəbul etsin!

  • Ərdoğan və İlham Əliyev arasında telefon danışığı olub

    Azərbaycan Respublikasının Prezident İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

    Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, telefon danışığı əsnasında dövlət başçıları ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınadılar.

    Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırdı.

    Dövlətimizin başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğuladı.

    Söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirdi.

    Dövlətimizin başçısı Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd etdi.

    Prezident Rəcəb Tayyib Ərdoğan dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırdı.

    Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə etdilər.

  • Fransız aktyor İv Ranye vəfat etdi

    Fransız aktyor və rejissor İv Ranye (Yves Ragnier) 79 yaşında ürək tutmasından vəfat edib.

    Median.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə LCI telekanalı bildirib.

    Məlumata görə, aktyor cümə günündən şənbə gününə keçən gecə Nöyi-sür-Sendəki (Parisin ətrafı) evində ölüb.

    Ranyeyə ən böyük populyarlığı hazırda Fransada 8 mövsümü olan eyniadlı serialda Komissar Mulen (Moulin) rolu qazandırıb.

    O həmçinin “Qraf Monte Kristo” (“Le Comte De Monte Cristo”, 1961-ci il, rejissor Klod Otan-Lara), “Çılğın” (“Frantic”, 1988-ci il, rejissor Roman Polanski), “Təşəkkür edirəm, həyat” (“Merci La Vie”, 1991-ci il, rejissor Bertran Bliye) kimi məşhur filmlərdə kiçik rollar da ifa edib.

    Ümumilikdə, Ranye 50-dən çox filmdə və serialda çəkilib.