Month: April 2021

  • Azərbaycanda 90 yaşdan yuxarı olan üç koronavirus xəstəsi sağalıb

    Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş və yaşı 90-dan artıq olan üç nəfər sağalıb.

    Trend-in məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov deyib. O bildirib ki, həmin şəxslərin 92, 94 və 95 yaşı olub:

    “Yaşla əlaqəli xəstəlik müxtəlif formalarda keçə bilər. Bəzən elə hallar olur ki, bu, gənclərdə ağır formada, yaşlılarda isə yüngül olur. Qeyd edim ki, hər üç ahıl pasiyentimiz sağalıb və evə buraxılıb. 95 yaşlı pasiyent də COVID-19-u nisbətən yüngül keçirib. Çünki onun yanaşı xəstəlikləri yox idi. Oksigenə tələbatı yaransa da, ağırlaşmadan xəstəlikdən sağaldı. Digər iki xəstədə oksigen tələbatı yüksək oldu və uzun müddət klinikada müalicə aldılar. Əsas odur ki, onlar sağalaraq evlərinə getdilər”.

    R.Qasımov deyib ki, yaşlı insanlar arasında kifayət qədər ölüm halları olub:

    “Çünki yanaşı xəstəliklər səbəbindən yaşlı insanların orqanizminin müqaviməti zəifləyir. Odur ki, belə insanları xəstəliklərdən qorumaq lazımdır”.

  • Vətəndaşların torpaqlarını qeyri-qanuni satan vəzifəli şəxslərin işi Bakı Ağır Cinayətlər Məhkəməsində

    Türkan qəsəbə sakinləri Xumara Şabanova və Əzizxanım Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla qanunsuz satılması faktı ilə bağlı prokurorluq orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaqla fərdi qaydada torpaq alqı-satqısı ilə məşğul olan Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirovun təhriki ilə Xəzər Rayon İcra Hakimiyyətinin başçısının Türkan qəsəbəsi üzrə sabiq nümayəndəsi Rahil Babayev və bələdiyyənin sabiq sədri Mehman Ağayevin, eləcə də ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulovun, sabiq rəis müavini Eldar Mirzəyevlə qabaqcadan əlbir olub öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində dəniz sahilində yerləşən ümumilikdə 1.12 ha ölçüdə, 190 min manat dəyərində torpaq sahəsinin ayrı-ayrı şəxslərin qanunsuz mülkiyyətinə vermələrinə əsaslı şübhələr müəyyən edilib.

    Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, istintaq zamanı Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda), 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə, Rahil Babayev, Mehman Ağayev, Zəfər Abdulov və Eldar Mirzəyev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələrlə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

    Təqsirləndirilən R.Babayev və Ç.Səfərov barəsində məhkəmənin qərarı ilə həbs, D.Nəsirov barəsində həbsə alternativ olan ev dustaqlığı, Z.Abdulov və E.Mirzəyev barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Mehman Ağayev və Qərib Nadirov isə istintaq orqanının çağırışlarına gəlməkdən qəsdən boyun qaçırdıqlarına görə barələrində axtarış elan edilib.

    29.04.2021-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Qeyd edilməlidir ki, axtarışa elan edilmiş Mehman Ağayev və Qərib Nadirov barəsində cinayət işi ayrıca icraata ayrılaraq Baş Prokurorluğun İstintaq idarəsində istintaqı davam etdirilir.

  • Синоптики рассказали о погоде в Азербайджане в мае

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды, которая ожидается на территории Азербайджана в мае.

    В следующем месяце средняя температура воздуха в основном будет близка к климатической норме, местами превысит ее. Количество осадков также будет в пределах нормы, местами выше нее.

    В начале первой декады на территории страны ожидаются нестабильные погодные условия, местами грозы и дожди, умеренный северо-западный ветер.

    В Баку и на Абшеронском полуострове среднемесячная температура составит 17-20 градусов тепла (ночью – 12-17, днем – 20-25, в отдельные дни – 27-32 градуса тепла), что близко к климатической норме или несколько превышает ее.

    Месячное количество осадков будет близким к климатической норме (18-21 мм), местами незначительно превысит ее.

    В Нахчыванской Автономной Республике среднемесячная температура составит 16-20 градусов тепла (ночью – 15-20 градусов тепла, днем – 22-27, в отдельные дни – 30-33 градуса тепла), что в пределах климатической нормы.

    Месячное количество осадков будет в пределах климатической нормы (33-62 мм).

    В Ханкенди, Шуше, Ходжалы, Ходжавенде, Губадлы, Зангилане, Лачине, Кельбаджаре, Дашкесане и Гедабее среднемесячная температура составит 10-15 градусов тепла (ночью – 8-13, днем – 13-18, в отдельные дни – 21-26 градусов тепла), что в пределах климатической нормы.

    Месячное количество осадков будет близким к климатической норме (68-122 мм).

    В Газахе, Гяндже, Геранбое, Тертере, Агдаме, Физули, Джебраиле среднемесячная температура составит 18-20 градусов тепла (ночью – 13-18, днем – 22-27, в отдельные дни – 30-32 градуса тепла), что близко к климатической норме и на 1 градус превышает ее.

    Месячное количество осадков будет в пределах климатической нормы (31-54 мм), местами превысит ее.

    В Балакене, Загатале, Гахе, Шеки, Огузе, Габале, Исмаиллы, Агсу, Шамахы, Хызы, Сиязани, Шабране, Губе, Гусаре, Хачмазе среднемесячная температура составит 15-18 градусов тепла (ночью – 12-17, днем – 19-24, в некоторые дни – 26-31 градус тепла), что близко к климатической норме и на 1 градус превышает ее.

    Месячное количество осадков будет также близко к климатической норме (26-166 мм).

    В Центральных низменных районах: Мингячевире, Евлахе, Гейчае, Агдаше, Кюрдамире, Имишли, Агджабеди, Бейлагане, Сабирабаде, Билясуваре, Саатлы, Ширване, Гаджигабуле, Сальяне, Нефтчале среднемесячная температура составит 19-21 градус тепла (ночью – 15-20, днем – 23-28, в отдельные дни – 30-35 градусов тепла), что близко к климатической норме и на 1 градус превышает ее.

    Месячное количество осадков будет в пределах климатической нормы (26-62 мм), местами незначительно превысит ее.

    В Масаллы, Ярдымлы, Лерике, Лянкяране, Астаре среднемесячная температура составит 14-19 градусов тепла (ночью – 13-18, днем – 20-25, в отдельные дни – 27-32 градуса тепла), что близко к климатической норме и на 1 градус превышает ее.

    Месячное количество осадков будет в пределах климатической нормы (41-72 мм).

  • Mayda 35 dərəcə isti olacaq: Aylıq proqnoz

    May ayına olan hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, may ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

    Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq. Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

    Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17, gündüzlər 20-25, bəzi günlərdə 27-32 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 18-21 mm) olacaq.

    Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 16-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 15-20, gündüzlər 22-27, bəzi günlərdə 30-33 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 33-62 mm) olacaq.

    Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 10-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 8-13, gündüzlər 13-18, bəzi günlərdə 21-26 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 68-122 mm) olacaq.

    Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 18-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 13-18, gündüzlər 22-27, bəzi günlərdə 30-32 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 31-54 mm) olacaq.

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 15-18 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 12-17, gündüzlər 19-24, bəzi günlərdə 26-31 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 26-166 mm) olacaq.

    Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 19-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 15-20, gündüzlər 23-28, bəzi günlərdə 30-35 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 26-62 mm) olacaq.

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 14-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 13-18, gündüzlər 20-25, bəzi günlərdə 27-32 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 41-72 mm) olacaq.

  • Ильхам Алиев выразил соболезнования президенту Израиля

    Президент Азербайджана Ильхам Алиев выразил соболезнования израильскому коллеге Реувену Ривлину в связи с трагическим инцидентом на горе Мерон, в результате которого погибли 45 человек, сообщает АЗЕРТАДЖ.

    В послании главы государства говорится:

    “Уважаемый господин Президент,

    Крайне потрясены известием о гибели и ранении большого числа людей во время религиозной церемонии на горе Мерон.

    От себя лично и от имени азербайджанского народа выражаю глубокие соболезнования Вам, семьям и близким погибших, дружественному израильскому народу в связи с произошедшей трагедией, желаю пострадавшим скорейшего выздоровления”.

  • İlham Əliyev İsrail prezidentinə başsağlığı verdi

    Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti Reuven Rivlinə başsağlığı məktubu ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    Meron dağında keçirilən dini mərasim zamanı çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi son dərəcə sarsıtdı.

    Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost İsrail xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

  • Двое военнослужащих ВС Турции погибли в ходе антитеррористической операции

    В ходе антитеррористической операции на севере Ирака погибли двое военнослужащих ВС Турции.

    Об этом говорится в сообщении Министерства национальной обороны страны.

    Один из военных был ранен 28 апреля в результате обстрела из управляемой противотанковой пушки. Несмотря на усилия врачей, он скончался.

    Второй военнослужащий получил ранение 30 апреля при посадке вертолета, который доставлял продовольствие. Раненого доставили в больницу, однако спасти его жизнь не удалось.

    Министерство выразило соболезнования семьям погибших.

  • Türkiyə ordusu iki şəhid verdi

    Türkiyə ordusunun iki hərbçisi şəhid olub.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Nazirliyin açıqlamasında qeyd olunub:

    “İraqın şimalında həyata keçirilən “Pəncə İldırım” əməliyyatı çərçivəsində 28 aprel 2021-ci il tarixində idarə olunan tank əleyhinə raketlə edilən hücum zamanı yaralanaraq xəstəxanaya çatdırılan qəhrəman silah yoldaşımız həkimlərin bütün müdaxilələrinə baxmayaraq xilas edilə bilməyib və 30 aprel 2021-ci il tarixində şəhid olub.

    Eyni zamanda “Pəncə İldırım” əməliyyatı çərçivəsində həyata keçirilən tədarük fəaliyyəti zamanı 30 aprel 2021-ci il tarixində helikopterdən eniş zamanı yıxılaraq yaralanan və dərhal xəstəxanaya çatdırılan daha bir qəhrəman silah yoldaşımızın həyatını xilas etmək mümkün olmayıb”.

    Türkiyənin Milli Müdafiə Nazirliyi şəhid olan hərbçilərin ailə üzvləri və yaxınlarına başsağlığı verib.

  • Госслужба принимает меры в связи с незаконным использованием земельных участков

    В Азербайджане регулярно проводятся мониторинги и рейды в связи с незаконным использованием земельных участков, сообщила Госслужба по имущественным вопросам при Министерстве экономики.

    За первый квартал текущего года выявлено 607 случаев нарушения земельного законодательства, больше всего – в Баку (191), составлены 354 административных протокола.

    Абшеронский район оказался лидером по количеству нарушений при строительстве жилых домов на землях сельскохозяйственного назначения.

    В Хазарском и Бинагадинском районах Баку зафиксированы случаи строительства посторонними лицами частных домов на земельных участках промышленного, транспортного, коммуникационного и иного назначения.

    Совместно с соответствующими госструктурами проведена необходимая работа по предотвращению незаконных строительных работ на не предназначенных для этого земельных участках.

    В Сабунчинском, Сураханском и Хазарском районах столицы в основном были зафиксированы случаи незаконного захвата земель, относящихся к охранной зоне, (высоковольтные линии электропередачи, автомобильные и железные дороги, магистральные нефте-, газо-, водопроводы и др.) и строительства на этих участках жилых домов, объектов предпринимательства и других.

    По указанным фактам составлены акты. Соответствующие структуры и правоохранительные органы проинформированы о нарушениях.

  • Özbaşına zəbt olunan torpaqlarla bağlı dövlət xidməti tərəfindən tədbirlər görülür

    Ölkə ərazisində torpaqlardan qanunvericiliyə zidd istifadə halları ilə bağlı monitorinqlər və torpaq reydləri keçirilir.

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata əsasən, cari ilin ilk rübü ərzində torpaq müfəttişləri tərəfindən torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 607 hal aşkar edilib, 354 inzibati protokol tərtib edilib.

    Aparılan monitorinqlərin nəticəsinə görə, ən çox torpaq qanunvericiliyinin tələblərinin pozulması halları 191 fakt olmaqla Bakı şəhərinin payına düşüb.

    Bu sahədə qanunazidd hadisələrin xarakteri və məqsədləri ayrı-ayrı regionlar üzrə bir-birindən fərqlənir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsasən yaşayış məqsədli tikinti işlərinin aparılması kimi pozuntular daha çox Abşeron rayonundadır.

    Abşeron rayonunun bir neçə qəsəbəsində vətəndaşların mülkiyyətinə verilmiş pay (əkin) torpaqlarında təyinatına zidd olaraq fərdi yaşayış evlərinin inşası aparılıb.

    Bakının Xəzər və Binəqədi rayonlarında kənar şəxslər tərəfindən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikilməsi halları aşkar olunub. Tikinti məqsədilə ayrılmayan torpaq sahələrində aparılan qanunsuz tikinti işlərinin qarşısının alınması üçün aidiyyəti dövlət qurumları ilə birgə işlər görülüb.

    Problemli məsələlərdən biri də kommunikasiya xətlərinin (yüksək gərginlikli elektrik xətləri, avtomobil və dəmir yolları, magistral neft, qaz, su boru kəmərləri və s.) mühafizə zolağına aid torpaqların zəbt edilərək orada yaşayış evlərinin, sahibkarlıq və digər təyinatlı obyektlərin tikintisidir. Paytaxtın Sabunçu, Suraxanı və Xəzər rayonlarında belə hallar müşahidə edilib.

    Qeydə alınan pozuntu hallarının qarşısının alınması ilə əlaqədar aşkar edilmiş faktlar aktlaşdırılıb, bu barədə aidiyyəti üzrə müvafiq qurumlara və hüquq-mühafizə orqanlarına məlumat verilib.