Month: April 2021

  • Adil Əliyev söküntü ərazisinə getdi – “Heç bir əlaqəm yoxdur” (FOTO)

    Milli Məclis sədrinin müavini, millət vəkili Adil Əliyev bu gün Nərimanov rayonunda Ceyhun Hacıbəyli küçəsində gecə saatlarında vətəndaşın evindən çıxarılması ilə bağlı sakinlərlə görüşüb.

    Bina sakini Alim Məmmədovun övladları Sadıq və Rauf dünən axşam saatlarında binanın yaxınlığında sosial şəbəkə hesablarında çıxış edərək şirkətin Adil Əliyevə məxsus olduğunu və deputatın adamlarının onları evlərindən zorla çıxardığını iddia edib.

    “Qafqazinfo” xəbər verir ki, A.Əliyev bu gün söküntü gedən binanın yaxınlığında həmin sakinlərlə görüşüb və həmin ərazidən millət vəkili seçildiyi üçün, həm də adının hallandığı üçün məsələyə aydınlıq gətirmək istədiyini bildirib.

    Adil Əliyev qeyd edib ki, onun həm burada tikinti aparan şirkətlərlə, həm də ümumiyyətlə, hər hansı bir tikinti şirkəti ilə heç bir əlaqəsi, marağı yoxdur:

    “Dünəndən mənə deyirlər ki, sosial şəbəkələrdə təhqir olunursunuz, şərəf və ləyaqətiniz alçaldılır. Mən araşdırdım, bu tikinti şirkətlərindən birinin adı Adildir, qardaşının da adı Məhərrəmdir. Orxan Əliyev deyilən ortaqlardan biri də Kikboks Federasiyasının yeni prezidentidir. Ola bilsin bununla bağlı səhvən mənim adım hallanır. Mən o federasiyanın köhnə prezidentiyəm, indi yeni prezidenti var.

    Bu şirkətin mənə aid olduğunu hansı sübutlarla, dəlillərlə iddia edirlər? Mən buradan rəsmən bəyan edirəm ki, mənim, qardaşımın, ailə üzvlərimin heç birinin tikinti şirkəti yoxdur. Mənim qohumlarımdan kimin bir çayxanası varsa, tez götürüb yazırlar ki, bu obyekt Adil Əliyevindir”.

    A.Əliyev bildirib ki, vətəndaş Alim Məmmədov və övladlarının sözləri əsasında onun adını çəkən şəxslər barəsində hüquq-mühafizə orqanlarına müraciət edəcək: “Mən özüm də həmin şəxslərlə görüşəcəyəm. Görək niyə mənim adımı çəkirlər? Əgər mənim adımı çəkdiklərini etiraf edərlərsə, lazımi hüquqi addımlar atılacaq”.

    Millət vəkili qeyd edib ki, seçiciləri kimi həmin şəxslərin problemləri ilə bağlı rəsmi qurumlara müraciət etməyə hazırdır: “Xahiş edirəm, siz rəsmi qaydada mənə müraciət edin. Mən də bir ərizə əlavə edərək sizin müraciətinizi Bakı Şəhər İcra Hakimiyyətinə, Baş Prkokurorluğa, Daxili İşlər Nazirliyinə göndərim”.

    Nərimanov Rayon İcra hakimiyyətinin şöbə müdiri Rüfət Əhmədzadə həmin görüşdə bildirib ki, istismar müddəti bitən dörd mərtəbəli binanın qəzalı olması barədə rəsmi rəy verilib:

    “Bu ünvanda pilot layihə çərçivəsində “N-TURAN” MMC tərəfindən 130 ailənin köçürülməsi planlaşdırılıb, hazırkı tarixə şirkət tərəfindən qarşılqlı razılaşma əsasında müqavilə bağlanaraq aylıq kirayə haqları ödənilməklə 129 ailə köçürülüb.

    Pilot layihə çərçivəsində bir qayda olaraq sakinlərə əvvəlki mənzillərinin ölçüsündən 20-25 faiz artıq ölçüsü olan yeni mənzillərin ayrılması nəzərdə tutulduğu halda “N-Turan” şirkəti tərəfindən vətəndaşa 240 kv.m. ölçüdə, yəni 70 faizdən artıq sahəsi olan, tam təmirli yeni mənzil və aylıq 700 manat kirayə haqqı təklif olunub.

    Sakin Alim Məmmədov reallığa uyğun olmayan, astronomik şərtlər tələb edir. Ona məxsus 140 kv.m. mənzil üçün 185 kv.m.-lik və 95 kv.m.-lik 2 ədəd təmirsiz mənzil, 2 ədəd qaraj, kirayə haqqı və təmir pulu olaraq əvvəlcədən 100 000 manat pul istəyirlər.

    Bu da tikinti işlərinin uzun müddətə gecikdirilməsinə səbəb olub. Tikinti şirkətinə sakinlərin köçürməsi tam bitmədən söküntü işlərinin aparılmasının mümkünsüzlüyü barədə dəfələrlə xəbərdarlıq edilib. Yaranmış mübahisəli məsələ tam həll olunanadək söküntü işləri, o cümlədən tikinti işləri artıq dayandırılıb”.





  • Postpandemiya dövründə neftin qiymətinin yüksək olacağı proqnozlaşdırılır

    Neft bazarı son 10 gündə “qara qızıl” ehtiyatlarının gah azalması, gah da artması ilə əlaqəli məlumatlarla ciddi şəkildə həyəcanlandırır. Aydındır ki, bu cür statistik məlumatlar və xüsusən də ona verilən şərhlər əsasən bazar qiymətlərinə təsir göstərmək məqsədi ilə vaxtaşırı gündəmə gətirilir və ümumilikdə qısamüddətli effektə malikdir. Bu dəfə stavka qiymət artımından yana edildi və gözlənilən reaksiya, şübhəsiz ki, Azərbaycan da daxil olmaqla, neft istehsal edən dövlətlərin xeyrinə oldu.

    Daha az ehtiyat – daha yüksək qiymət

    Məlum olduğu kimi, “Bloomberg” keçən həftə koronavirus pandemiyası səbəbindən meydana gələn böhran zamanı yaranmış misli görünməmiş neft ehtiyatlarının demək olar bitdiyini xəbərini yaydı. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatlarına istinad edərək bildirildi ki, fevral ayında saxlanclarda yığılmış yanacaq həcminin beşdə birindən az hissəsi qalıb, mart və aprel ayının əvvəllərində isə bu həcm daha da azalıb. IEA-nın qitmətləndirməsinə görə, 2020-ci ilin iyul ayında – ehtiyatların saxlanclarda toplanmasının pik dövründə dünya saxlancda olan ehtiyatların həcmi 2015-2019-cu illər üzrə orta göstəricidən 249 milyon barel çox idi, 2021-ci ilin fevralında isə bu izafi həcm 57 milyon barelə düşdü.

    “Pandemiya zamanı yığılan dünya ehtiyatlarının qalıqları indi demək olar tamamilə daim neft ehtiyatı yaradan Çində cəmlənib”, – təbii resurslar bazarının araşdırma rəhbəri Ed Morze bildirib. ABŞ-da da anbarlardakı ehtiyatlar demək olar bitib: ümumi neft və neft məhsulları ehtiyatları 1,28 milyard barelə düşüb.

    “Citigroup” tələbat bərpa edildikcə neft ehtiyatlarının 2021-ci ilin ikinci yarısında gündəlik 2,2 milyon barel azalmağa davam edəcəyini, bununla da “Brent” markalı neftin qiymətinin bir barel üçün 74 ABŞ dollarına və ya daha yüksək qiymətə yüksələ biləcəyini proqnozlaşdırır.

    Bununla belə, bu xəbərlər və eyni zamanda Çin və ABŞ iqtisadiyyatının pandemiya sonrası bərpa olunmağa başladığını göstərən statistik məlumatlar artıq bazara müsbət təsir edib. Neft qiymətləri tərəddüd eləməyə davam etsə də, bir barel üçün 66-67 ABŞ dolları civarında sabitdir və hətta bir neçə gün əvvəl 68 ABŞ dollarına çatmağı bacarıb.

    Əsas amil pandemiyadır

    Qeyd etmək lazımdır ki, ümumilikdə ekspertlər yaxın gələcəklə bağlı bazar haqqında müsbət fikirdədirlər – pandemiya dünyanın əksər ölkələrində bezdirməyə davam etsə də, bu gün hökumətlər iqtisadiyyatları əvvəlki səviyyələrinə qaytarmaq üçün tədbirlərə diqqət yetirməyi üstün tuturlar. Belə ki, artıq bildirildiyi kimi, Çinin Dövlət Statistika İdarəsinin məlumatları 2021-ci ilin birinci rübündə Çin ÜDM-inin rekord templə – ötən ilin eyni dövrü ilə müqayisədə 18,3% artdığını göstərir.

    ABŞ-a gəlincə, okeanın o tayında işsizlik müavinətləri almaq üçün yeni müraciətlərin sayı pandemiya başlayandan bəri ən aşağı səviyyəyə düşüb, mart ayında pərakəndə satış artım tempi keçən ilin may ayından bəri ən yüksək olub və proqnozları xeyli dərəcədə üstələyib.

    “ABŞ və Çindən gələn son iqtisadi məlumatlar qlobal iqtisadiyyatın bərpa templərinin sürətləndiyini və postkovid dövrünə doğru əhəmiyyətli irəliləyiş olduğunu göstərir ki, bu da neft “öküzlər”inin “Brent” markalı neftin qiymətlərinin 70 dollar/barelə yüksələcəyinə ümidlərini gücləndirir”, – “S&P Global Platts” FXTM analitiki Han Tandan sitat gətirib.

    Eyni zamanda, pandemiyanı artıq hesabdan silmək hələ çox tezdir və o, demək olar hər gün özünü neft bazarında hiss etdirir. Belə ki, investorlar bir sıra Asiya ölkələrində, o cümlədən Hindistan və Yaponiyada koronavirusa yoluxma hallarının yenidən artmağa başlamasından narahatdırlar.

    “Neftə qlobal tələbatın bərpası bərabərsəviyyəli olmayacaq və ara-sıra bu cür yavaşladıcı amilləri görəcəyik. Bununla belə, böyük regionlarda neftə tələb artmaqda davam edir”, – “Australia & New Zealand Banking”in xammal sektoru üzrə analitiki Deniel Hayns söyləyib.

    Nə qədər yüksək olsa, bir o qədər yaxşıdır

    Bu arada, IEA bütün bu tərəddüdləri nəzərə alaraq yenə də bu il neftə olan tələbatın gündəlik 96,7 milyon barelə çatacağı proqnozuna meyl edir ki, bu da 2020-ci ildəkindən 5,7 milyon barel/gün çoxdur.

    Burada xatırladaq ki, bu proqnozlara baxmayaraq, OPEC+ ölkələri aprel ayının əvvəlində bərpa olunmaqda olan qlobal iqtisadiyyata daha çox xam neft tədarük etmək üçün həm daxili, həm də xarici təzyiqlərə cavab olaraq may ayından iyul ayına qədər neft hasilatının tədricən artması barədə razılığa gəliblər. Qeyd edək ki, Azərbaycan da 2021-ci ilin may-iyul aylarında neft hasilatını gündəlik 25 min barel artıracaq.

    Bundan irəli gələrək bir çox təşkilat bazarda qiymətlərin əhəmiyyətli dərəcədə artması perspektivləri barədə hələ də ehtiyatlı davranırlar. Məsələn, Beynəlxalq Valyuta Fondu (BVF) neft qiymətlərinin orta hesabla bir barel üçün 58,5 ABŞ dolları civarında müyyənləşəcəyini hesab edir. Bu, bir çox digər qlobal təşkilatların proqnozlaşdırdığından azdır, lakin elə BVF-nin özünün bu ilin yanvar ayındakı proqnozundan 8,5 ABŞ dolları çoxdur.

    Bu arada, Azərbaycan üçün neftin bahalaşmasına dair istənilən proqnoz iqtisadi sabitlik baxımından vacibdir. Azərbaycan Mərkəzi Bankının bu yaxınlardakı açıqlamasında bildirildiyi kimi, dünya bazarında neft qiymətlərindəki artım tendensiyası tədiyyə balansına müsbət təsir göstərir və ölkənin valyuta bazarındakı balansı qoruyur. “Aparıcı analitik mərkəzlər son hesabatlarında cari il üçün neft istehlakı və qiymətləri ilə bağlı proqnozlarını bir qədər artırıb”, – AMB-dən bildiriblər.

    Bir sözlə, hələlik neft bazarındakı vəziyyət xüsusi narahatlıq yaratmır. “Bloomberg”in məlumatına görə, aprelin 28-nə alyansın Monitorinq Komitəsinin iclası təyin olunsa da, bu, heç bir qlobal qərarla bağlı deyil və neft hasilatının planlaşdırılan artımı ilə bağlı dəyişiklik gözlənilmir. Odur ki, hələ ki müsbət proqnozlara inanmaq olar.

    //report

  • Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

    Azərbaycanda bu gün 16 090 nəfər vaksinasiya olunub.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 830, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 260 nəfər təşkil edib.

    Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 412 481, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 934 906, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 477 357 nəfər təşkil edir.

  • Bulvarda kirayələmədiyimiz skuteri orada sürə bilmərik? – İdarə susur

    Dənizkənarı Bulvarda kənardan gətirilən elektrikli skuter sürmək qadağan edilib.

    Bu barədə Orxan Əkbərov adlı sosial şəbəkədə istifadəçisi məlumat paylaşıb.

    O bildirib ki, dostu ilə birlikdə Neftçilər prospektində yerləşən mağazalarının birindən elektrik skuter kirayə götürüblər:

    “Yeraltı keçidlə Dənizkənarı Bulvara keçdik, yeni bulvarda velosiped və skuterlər üçün ayrılmış yerə getdik. Elə təzə skuter sürməyə başlamışdıq ki, Dənizkənarı Bulvar İdarəsinin mühafizəsi hər addım başı bizi saxladı. Bizə bildirdi ki, skuteri bulvardakı kirayə yerindən götürmədiyimiz üçün burda sürməyə icazə yoxdur.

    Bildirdim ki, skuter özümə məxsusdur. Mühafizə də əlavə etdi ki, bunu sübut etməliyəm. Yəni cibinizdə skuteri aldığınıza dair çeklə gəzməlisiniz”.

    Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsi ilə əlaqə saxlasaq da, cavab ala bilmədik.

  • В Азербайджане за сутки выявлены 1 676 новых случаев инфицирования коронавирусом – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 1 676 новых случаев инфицирования коронавирусом, 2 168 человек вылечились и были выписаны домой.

    Об этом 24 апреля сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще 35 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 311 465 человек, 4 342 – скончались, 276 934 – вылечились, 30 189 – находятся в активной фазе лечения в больницах особого типа.

    В республике проведены 3 178 044 теста на COVID-19 (за последние 24 часа – 13 070).

  • Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: Onlarla ölən var – FOTO

    Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 676 yeni yoluxma faktı qeydə alınıb, 2 168 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Son sutkada 35 nəfər COVID-19-dan vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 311 465 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 276 934 nəfər müalicə olunaraq sağalıb, 4 342 nəfər vəfat edib.

    Aktiv xəstə sayı isə 30 189 nəfər olub.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 070, bu günə qədər isə ümumilikdə 3 178 044 test icra olunub.

  • DİN-də yeni TƏYİNAT

    Daxili işlər orqanlarında növbəti kadr islahatı aparılıb.

    Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) Cinayət axtarış bölməsinin rəisi Nuriyev Firuz Qabil oğlu vəzifəsindən azad edilib.

    Nazirin digər əmri ilə o, Hacıqabul RPŞ-nin əməliyyat üzrə rəis müavini təyin edilib.

  • Bir neçə kafe və restoran cərimələndi – TAM SİYAHI

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 477 ictimai iaşə obyektində 794 monitorinq keçirib.

    AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 26 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

    Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:

    1. Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən, fiziki şəxs Əliyeva Marina Vladimirovna qızına məxsus restoran;

    2. Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küçəsi 912 ünvanında yerləşən, fiziki şəxs Qasımov Elşən Kamal oğluna məxsus kafe;

    3. Bakı şəhəri, Sabunçu ‎rayonu, Bilgəh qəsəbəsi döngə 5 ünvanında yerləşən, fiziki şəxs Babayev Həsən Yaqub oğluna məxsus kafe;

    4. Bakı şəhəri, Binəqədi ‎rayonu, 6-cı mikrorayon, ev 3248 ünvanında yerləşən fiziki şəxs Kərimli Kənan Əzim oğluna məxsus kafe;

    5. Bakı şəhəri, Səbail ‎rayonu, Zərifə Əliyeva küçəsi, ev 3 ünvanında yerləşən, fiziki şəxs Amiranoviç Əli İbrahimoğlu oğluna məxsus “Toto Pizza Chips” restoranı;

    6. Bakı şəhəri, Xətai ‎rayonu, Hadi küçəsində yerləşən, fiziki şəxs Ağayev Abil Əliş oğluna məxsus dönər evi;

    7. Bakı şəhəri, Nəsimi rayonu, ‎ Nizami küçəsi, ev 83 ünvanında yerləşən, fiziki şəxs Çoban Samed Batuhana məxsus kafe;

    8. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 18 ünvanında yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus restoran;

    9. Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesinin 14-cü kilometrliyində yerləşən, fiziki şəxs Əbilova Gültəkin Qulu qızına məxsus “Dəniz” kafesi;

    10. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 43 ‎ ünvanında yerləşən, fiziki şəxs Nəsibov Yunis Sərdar oğluna məxsus kafe;

    11. Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsi, ev 36A ünvanında yerləşən, fiziki şəxs Əskərli Toğrul Hikmət oğluna məxsus çayxana;

    12. Bakı şəhəri, Binəqədi rayonu, S. S. Axundov küçəsi, ev 1A ünvanında yerləşən, fiziki şəxs Nəbiyev Səfa Rəşadət oğluna məxsus restoran;

    13. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 3067 ünvanında yerləşən, fiziki şəxs Əliyev Kənan Eldar oğluna məxsus dönər evi;

    14. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 27 ünvanında yerləşən, fiziki şəxs Allahverdiyeva Fidan Faiq qızına məxsus restoran;

    15. Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 109 ünvanında yerləşən, fiziki şəxs Səfərov Vəliyəddin Xasay oğluna məxsus kafe;

    16. Oğuz rayonu, Kərimli kəndində yerləşən, fiziki şəxs Yusifov Samir Oktay oğluna məxsus kafe;

    17. Şabran rayonunda yerləşən, fiziki şəxs Səddərov Hacıməmməd Eyyub oğluna məxsus kafe;

    18. Quba rayonu, 22-ci məhəllədə yerləşən, fiziki şəxs Xəlilov Toğrul Ağalar oğluna məxsus dönər evi;

    19. Salyan rayonu, Boranı kəndində yerləşən, fiziki şəxs Əliyev Səxavət Tofiq oğluna məxsus kafe;

    20. Şirvan şəhəri, 1 May küçəsində yerləşən, fiziki şəxs Rüstəmli Şaiq Lazər oğluna məxsus kafe;

    21. Ucar rayonu, Koroğlu küçəsində yerləşən, fiziki şəxs Nəsirli Nihad Mehman oğluna məxsus dönər evi;

    22. Şamaxı rayonu, Şəhriyar küçəsində yerləşən, fiziki şəxs Xəlilov Müşfiq Mehrab oğluna məxsus kafe;

    23. Gəncə şəhəri, Şah İsmayıl Xətai küçəsi 50 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Fərhad Fərid oğluna məxsus kafe;

    24. Gəncə şəhəri, M. Abbas Abbaszadə küçəsində yerləşən, fiziki şəxs Qurbanov Elvin Bayram oğluna məxsus kafe;

    25. Qazax rayonu, Azadlıq prospektində yerləşən, fiziki şəxs İsayev Elvin İlham oğluna məxsus kafe;

    26. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, fiziki şəxs Babayev Xeyrulla Fətulla oğluna məxsus “Vüsal” kafesi.

    Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

  • Mal-qaranı otarmağa getdi: Ölü tapıldı

    Quba rayonunda ruhi xəstə olduğu bildirilən kişi çöldə ölü tapılıb.

    “Report”un məlumata görə, hadisə Püstəqasım kəndində qeydə alınıb.

    Belə ki, həmin kəndin sakini, 1983-cü il təvəllüdlü Zakir Cabir oğlu Hacəliyev ötən gün mal-qaranı evə gətirmək üçün çöllük əraziyə gedib və gecəni geri qayıtmayıb.

    Narahat olan ailə üzvləri onu axtararkən çöldə ölmüş vəziyyətdə tapıblar.

    Qeyd edək ki, Z.Hacəliyev ailəlidir, ruhi xəstəlikdən əziyyət çəkirdi.

    Faktla bağlı araşdırma aparılır.

  • “Bu yaşlı kişini tənqid edənlərin görəsən öz ataları yoxdur? – Brilliantdan Mirələmova dəstək

    Xalq artisti Brilliant Dadaşova bir neçə gündür yayılan videosu ilə gündəmdən düşməyən sabiq deputat Hüseynbala Mirələmovu tənqid edənlərə cavab verib.

    Median.Az Axşam.az-a istinadən xəbər verir ki, müğənni sosial şəbəkədə onun videosuna yazılan şərhlərə etiraz edib.

    “Bu yaşlı kişini bu qədər tənqid edənlərin görəsən öz ataları yoxdur? Öldürməsəniz əl çəkməyəcəksiniz?”, – müğənni fikir bildirib. Dadaşovanın sözlərinə sosial şəbəkə izləyiciləri də biganə qalmayıblar. Onlar ifaçının özünü tənqid etməyə başlayıblar.

    B.Dadaşova ünvanına yazılanlara “Belə şeylər mənim xasiyyətimə uyğun deyil. Səninkimilərin əxlaqdan danışması heç kimi təəccübləndirmir. Mən həmdən həmə, siz dəmdən dəmə. Səninkimilər mənim nə demək istədiyimi heç vaxt qanmaz” sözləri ilə cavab verib.

    Qeyd edək ki, sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik videosu yayılıb. O, ADNSU-da Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri idi. Həmin görüntülərin də universitetin Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir.