Month: April 2021

  • “iOS 15” əməliyyat sistemi ilə bağlı yeni detallar məlum olub

    “Apple”ın qurğuları üçün nəzərdə tutulmuş “iOS 15” versiyası yenilənmiş interfeys və əlavə funksiyalar əldə edəcək. Bu haqda “Engadget” nəşri yazıb.

    Median.Az ictnews.az-a istinadən bildirir ki, siyahıda dəyişdirilmiş bildirişlər yer alıb – istifadəçi nə ilə məşğul olmasından asılı olmayaraq onların davranışını idarə etmək imkanına yiyələnəcək. Əməliyyat sisteminin planşet versiyasında bloklama ekranı və ev ekranının işi təkmilləşdiriləcək.

    İnsayderlərin məlumatına görə, “iMessage” messenceri yenilənəcək, onu sosial şəbəkəyə çevirmək istəyirlər. Lakin populyar proqramın nə dərəcədə dəyişiləcəyi bilinmir.

    “iOS” və “iPadOS” əməliyyat sistemlərinin yeni versiyaları rəsmən iyunda keçiriləcək “WWDC” konfransında təqdim ediləcək.

  • Ramazan ayında bu içkilər məsləhətdir

    Oruc tutarkən ən önəmli məsələlərdən biri maye qəbuludur.

    Median.Az maide.az-a istinadən bildirir ki, maye qəbulunun normada olması lazımdır.

    Bundan başqa, hansı mayelərin qəbuluna da diqqət yetirilməlidir. Elə mayelər seçilməlidir ki, həm sərinləşdirməli, həm də susuzluğun qarşısını almalıdır.

    Türkiyəli məşhur dietoloq Aslıha Altuntaş bu barədə oruc tutanlara bəzi məsləhətlər verib:

    – İmsaka qalxarkən öncə su için

    Yetkin insanların günlük maye qəbulu norması 2-2,5 litrdir. Bunun 1-1,5 litri su halında, qalan hissəsi isə qidaların tərkibində qəbul edilməlidir. İmsakda yeməkdən öncə 400 qram, iftarda isə 1-2 stəkan su içilməsi məsləhətdir. Digər hissəni də iftarla imsak arasında içmək olar.

    – Suya müxtəlif dadlandırıcı vasitələr qataraq su içməyi daha keyfli vəziyyətə gətirmək olar:

    1. 3-4 dilim qabıqlı limon, 3-4 yarpaq nanə, biraz nanə, 1 ədəd kiçik xiyar

    2. Bir neçə ədəd çiyələk, 3-4 yarpaq nanə, biraz şüyüd

    3. Yarım limonun suyu, barmağın üçdə biri qədər zəncəfil, yaşıl almanın yarısı, 3-4 yarpaq

    Bu qarışıqları 1-1,5 litr suya qoymaq və 2-3 saat soyuducuda gözlətdikdən sonra az-az içilməlidir.

    Bundan başqa, ifatrdan 1-1,5 sat sonra kefir, qatıq və ya süd içə bilərsiniz. Bunlar həm maye ehtiyacınızı qarşılayır, həm də orqanizmi bol vitaminlə təmin edir.

  • Azərbaycanda xarici valyutada kreditlər 20% azalıb – HESABAT

    Bu il aprelin 1-nə Azərbaycanda milli valyutada kreditlər 10 mlrd 575 mln manat təşkil edib.

    Median.Az Report.az-a istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 1,6 %, ilin əvvəlinə nisbətən 3,6 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,3 % çoxdur.

    Martın sonuna xarici valyutada kreditlər 4 mlrd 153 mln manat olub ki, bu da, fevralın sonu ilə müqayisədə 1,4 % az, ilin əvvəlinə nisbətən 4 % az, illik müqayisədə isə 20 % azdır.

  • Bayden “erməni soyqırımı” ifadəsindən istifadə etdi

    ABŞ prezidenti Co Bayden uydurma “erməni soyqırımı”nın növbəti ildönümü ilə bağlı ənənəvi açıqlamasında “soyqırım” ifadəsindən istifadə edib.

    Bayden “erməni soyqırımı” ifadəsini işlədən ilk ABŞ prezidentidir.

  • Yevlaxda yol qəzası olub, ölən və xəsarət alan var

    Yevlax şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi başverib.

    Hadisə şəhərin 7 saylı Orta Məktəbin yaxınlığında qeydə alınıb.

    Hadisə nəticəsində bir nəfərin öldüyü və bir nəfərin də xəsarət aldığı bildirilir.

    Hadisənin təfərrüatları araşdırılır.

  • Avropa çempionatı: Eldəniz Əzizli bürünc medal qazandı

    Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

    55 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Fabian Şmittlə (Almaniya) üz-üzə gəlib.

    Rəqibini məğlub edən Əzizli qitə çempionatının bürünc medalına sahib çıxıb.

    Qeyd edək ki, Taleh Məmmədov (63 kq) bu gün finalda Cambolat Lokyayevin (Rusiya) müqavimətini qırmağa çalışacaq. Son Avropa çempionu Sənan Süleymanov (77 kq) bürünc medal uğrunda Dmitri Pışkovla güləşəcək.

  • “TƏBİB ilə FHN və ya onun xəstəxanası arasında hər hansı müqavilə bağlanmayıb” – AÇIQLAMA

    Bəzi Kütləvi İnformasiya Vasitələrində yer alan məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “Zığ” Modul Tipli Hospitalının həbs olunan baş həkimi İmran Ağayev və digər əməkdaşları TƏBİB-lə müqavilə əsasında işləyiblər.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    TƏBİB-in açıqlamasında qeyd olunub:

    “Birmənalı şəkildə bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir. TƏBİB ilə Fövqəladə Hallar Nazirliyi və ya onun xəstəxanası arasında hər hansı müqavilə bağlanmayıb. Hospital FHN-nin Tibb Xidməti nəzdində fəaliyyət göstərir və TƏBİB tərəfindən həmin hospitalın baş həkim və əməkdaşlarının fəaliyyətinə bu və ya digər formada müdaxilə və ya nəzarətdən söhbət gedə bilməz.

    Onu da bildirək ki, TƏBİB olaraq dəfələrlə ictimaiyyətə hər hansı neqativ hallarla rastlaşdıqda hüquq mühafizə orqanlarına məlumat vermələri barədə müraciət etmişik. Bundan başqa, fəaliyyətində nöqsanlara yol verən tibb işçilərinin ifşası istiqamətində tərəfimizdən də indiyədək müəyyən tədbirlər görülüb. Nöqsanlara yol verən, qanunsuz əməllərlə məşğul olanlar tutduğu vəzifədən uzaqlaşdırılıb, bir çox tibb müəssisəsinin rəhbəri dəyişdirilib.

    Bundan sonra da TƏBİB tərəfindən bu istiqamətdə ciddi mübarizə aparılacaq, kimliyindən asılı olmayaraq neqativ hallara yol verən şəxslərə qarşı hüquq-mühafizə orqanları ilə birlikdə müvafiq tədbirlər görüləcək”.

  • Gürcüstandakı diplomatik korpuslar Ermənistanın mina xəritələrini verməməsi barədə məlumatlandırılıb

    Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) Tbilisidə akkreditə olunmuş diplomatik nümayəndəliklərə Ermənistanın Azərbaycana mina xəritələrini verməməsi barədə ingilis, rus və gürcü dillərində məlumatın yer aldığı məktub ünvanlayıb.

    Bu barədə GAİM-in yaydığı məlumatda bildirilib.

    Sənəddə qeyd olunub ki, Ermənistan 30 illik işğal müddətində Azərbaycan torpaqlarında çoxlu sayda minalar basdırıb və beynəlxalq humanitar hüquqa əsasən bu, Azərbaycanın mülki əhalisinin hüquqlarını kobud şəkildə pozur: “Ermənistan minalardan məqsədli şəkildə istifadə edərək bunu Azərbaycanın mülki əhalisinə yönəldib. Bu, Ermənistanın hərbi cinayətlərinin nümunəsidir və Ermənistanın beynəlxalq öhdəliyinə ziddir. Ermənistan tərəfi Azərbaycan tərəfinə minalanmış ərazilərin xəritəsini təqdim etmir. Bu, eyni zamanda, Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasətinin və qətliamın davam etdirilməsidir”.

    Məktubda xüsusilə vurğulanıb ki, erməni tərəfi hərbi əhəmiyyəti olmayan mülki əraziləri minalayıb, bu isə mülki vətəndaşlar üçün təhlükə mənbəyi yaradır: “Minalanmış ərazilər birbaşa olaraq mülki əhalini məqsədli şəkildə məhv etməyi hədəflədiyi üçün müharibə cinayəti kimi təsnif olunmalıdır. Buna görə də, humanitar böhran vəziyyətini dərinləşdirdiyinə və mülki əhalini hədəfə aldığına görə beynəlxalq hüquq müstəvisində Ermənistana qarşı hüquqi prosedurlar başlanmalıdır”.

    GAİM bildirib ki, 30 il öz yurd-yuvalarından didərgin düşüb, qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş insanların haqları kəskin şəkildə pozulur: “Ərazilər təhlükəli olduğundan onlar hələ də öz evlərinə dönə bilmirlər. İşğaldan azad edilmiş torpaqların minalanması bu gün orada aktiv quruculuq işlərinin həyata keçirilməsinə də mane olur. 44 günlük Vətən müharibəsindən əldə olunmuş tarixi Qələbədən sonra azad olunmuş ərazilərdə geniş quruculuq işləri həyata keçirmək üçün ilk növbədə həmin yerlərin minalardan, partlamamış hərbi sursatlardan təmizlənməlidir. Amma Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə hər yeri, hətta, hərbi təyinatı olmayan əraziləri də minalayan Ermənistan minalı sahələrin xəritələrini verməməkdə israrlıdır. Bunun üçün də növbəti məkrli plana əl atır və yalandan minalanmış ərazilərin xəritəsinin olmadığını bildirir”.

    Sənəddə deyilir ki, Ermənistanın məqsədi mümkün qədər çox mülki şəxsin həlak olmasıdır: “Bu da yerli sakinlərin qayıdışını çətinləşdirməyə, müddətini uzatmağa yönəlmiş bəşəri cinayətidir. Bunun hərbi cinayət olduğuna dair beynəlxalq qanunvericilik və konvensiyalar mövcuddur. Ermənistan istəyir ki, Azərbaycan minaaxtaranları və yerli əhali arasında çox tələfat olsun. İkinci məqsəd bərpa işlərini ləngitməkdir. Həmçinin istəyirlər ki, Azərbaycan qısa zamanda Böyük Qayıdış planını həyata keçirə bilməsin. Bu cür psixologiya humanizm prinsiplərindən, haqqdan və ədalətdən uzaqdır”.

    Məktub 30-dan çox beynəlxalq təşkilata da göndərilib.

  • Müdafiə Nazirliyinin üç generalı İŞDƏN ÇIXARILDI

    Müdafiə Nazirliyinin üç generalı işdən çıxarılıb.

    Unikal.org-un əldə etdiyi məlumata görə, AR Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynov, MN-nin İdealoji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanlığının Təşkilat-İnspeksiya rəisi general-mayor Lənkəran Əliyev tutduğu vəzifədən azad oluranaraq, təqaüdə göndərilib.

  • Nyu-Cersi ştatının senatoru azərbaycanlı diaspor rəhbərinə cavab verib

    Amerika Azərbaycanlılarının Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabovanın Nyu-Cersi ştatının senatoruna Qarabağda ermənilərin minalar basdırması, Xocalı faciəsi və 44 günlük vətən müharibəsi barədə göndərdiyi məktuba senatordan cavab gəlib.

    Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Demokrat Partiyasının üzvü, Nyu-Cersidən olan ilk Afro-Amerikalı ABŞ senatoru Kori Bukerin imzaladığı məktub qeyd edilir ki, Amerika müəyyən ayrılmaz və universal insan hüquqlarına inam üzərində qurulmuş ölkədir. ABŞ bütün vətəndaşlarımıza bərabər hüquqların təmin edilməsi uğrunda mübarizəni davam etdirir.

    Məktubda qeyd edilir ki, Azərbaycan 1990-cı ildə Qara Yanvar olaraq bilinən şiddətli basqılara məruz qaldı. 1992-ci ilin fevralında erməni və rus hərbçilərinin üzvləri Xocalı şəhərində günahsız Azərbaycan xalqını qətlə yetirərək dəhşətli bir hərbi cinayət törətdilər. Bu hadisə, hər bir insan həyatının dəyərli və mənalı olduğu sadə həqiqəti alt-üst etdi.

    “Yenə də mənə yazdığınız üçün təşəkkür edirəm. Sizi Amerika Birləşmiş Ştatları Senatında təmsil etməkdən qürur duyuram, dövlətimizin və millətimizin üzləşdiyi mövzuları daim eşitməyə hazıram” – deyə məktubda bildirilir.