Month: April 2021

  • Yeni nazir dörd əsas fəaliyyət prinsipini AÇIQLADI

    “Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu gün bütün sahələrdə gənc, peşəkar, vətənsevər kadrlara etimad göstərilir”.

    Median.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev aprelin 24-də kollektivə təqdim olunan zaman deyib.

    O qeyd edib ki, fəaliyyəti zamanı dövlətçilik, yüksək peşəkarlıq, şəffaflıq və ədalət prinsiplərini daim özünə rəhbər tutacaq.

    T.Musayev ona göstərilən yüksək etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

  • Şuşada silah-sursat aşkar edilib

    İşğaldan azad edilmiş ərazilərdə partlamamış silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizlik Xidmətinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı Şuşa şəhəri ərazisindən 11 ədəd müxtəlif növ raket qurğusu, 4 ədəd qumbaraatan, 1 ədəd avtomat, 14 ədəd müxtəlif növ qumbara, 4 ədəd qumbarataatan mərmisi, 32 ədəd avtomat darağı, 1 ədəd rabitə qurğusu, 19140 ədəd müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

  • Masazır sakinlərindən etiraz: “Azərsu” problemimizi həll etmir – VİDEO

    Abşeronun Masazır kəndində tullantı sularından göl əmələ gəlib.

    Bu barədə “ARB 24”ün “İş vaxtı” verilişində yayımlanan süjetdə bildirilib.

    Sakinlər açıq əraziyə axıdılan çirkab suları səbəbindən ətrafa üfunətli qoxu yayıldığını qeyd ediblər. Onlar aidiyyəti qurumları xəbərdar etsələr də, müraciətin cavabsız qaldığını deyirlər.

    Məsələ ilə bağlı açıqlama verən “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı qurumun bundan xəbərdar olduğunu bildirərək, ərazidə tullantı su infrastrukturun olmadığını deyib.

    O, dövlət büdcəsindən ayrılan vəsait hesabına Abşeronda mərhələli şəkildə mərkəzləşdirilmiş kanalizasiya infrastrukturun yaradılmasının nəzərdə tutulduğunu bildirib.

    Daha ətraflı süjetdə:

  • Azərbaycanda torpaq sürüşməsi baş verdi, bir kəndin yolu bağlandı

    Tovuz rayonuna yağan aramsız yağış nəticəsində rayonun dağ kəndlərindən olan Qaralar kəndində torpaq sürüşməsi baş verib.

    Hadisə nəticəsində kəndin əsas avtomobil yoluna düşən iri qaya və daş parçaları sözügedən kəndin avtomobil yolunda hərəkətin dayanmasına səbəb olub.

    Hazırda əraziyə aidiatı üzrə mütəxəssislər cəlb edilib və yolda hərəkətin bərpası istiqamətində tədbirlər görülür.

  • Azərbaycanda təşkilat sədri koronavirusdan vəfat etdi

    “İstedadlı Əlillər İctimai Birliyi”nin sədri Cavad Qasimov vəfat edib.

    Bu haqda AZXEBER.COM-a onun yaxınları məlumat verib.

    Məlumata görə, təşkilat sədri koronavirusdan vəfat edib.

  • Bakıda dezinfeksiya olunan küçələrin sayı 550-ni ötdü

    Bu gün paytaxtda növbəti dəfə gücləndirilmiş dezinfeksiya tədbirləri keçirilib.

    Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, səhər saatlarından etibarən cari ildə dördüncü, pandemiyanın əvvəlindən isə 22-ci dəfə həyata keçirilən gücləndirilmiş dezinfeksiya işləri zamanı 551 küçə dezinfeksiya olunub.

    Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcəkdir.

  • Türkiyə PKK-nın əsas üzvlərindən birini məhv edib

    Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın şimalındakı əməliyyatı çərçivəsində PKK terror təşkilatının əsas üzvlərindən biri məhv edilib.

    Median.Az Türkiyə mediasına istinadla xəbər verir ki, PKK-nın qolu olan KCK-nın “icraiyyə komitəsi”nin üzvü Sinan Mirhan kod adlı Dalokay Şanlı İnterpolun axtarışında olub.

    Onun terror təşkilatına 1999-cu ildə Yunanıstandan qatıldığı bildirilir. Dalokay Şanlı Türkiyədə törədilən təxribat, sui-qəsd, yanğın və digər terrorçu hərəkətləri üçün terrorçuların təlimat aldığı “Apollo Akademiyası”nın rəhbərliyində təmsil olunub.

  • Başlıbeldə ermənilərin qətlə yetirdiyi şəxslərin cəsədlərinin basdırıldığı yerlər müəyyən edilib

    Məlum olduğu kimi, ötən əsrin 90-cı illərindən başlayaraq Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən beynəlxalq hüququn əsas norma və prinsipləri pozulmaqla Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisinə və ona bitişik rayonlarına silahlı hərbi təcavüz aktları başlayıb.

    Azərbaycan Respublikası Baş Prokurorluğundan “Report”a verilən məlumata görə, qeyd olunan cinayətlərin gedişində Azərbaycan Respublikasının digər rayonları ilə yanaşı 1993-cü ilin aprel ayının əvvələrində hərbi təcavüz nəticəsində Kəlbəcər rayonu da işğal olunub.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, bu kimi cinayətlərin tam və hərtəfəli istintaq olunması istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

    Belə ki, Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonunun Başlıbel kəndində mülki əhaliyə qarşı törətdiyi cinayətlər barədə məlumatlar daxil olmuş və vəhşicəsinə qətlə yetirilmiş şəxslərin cəsədlərinin basdırıldığı yerlər müəyyən edilib.

    Bu gün Baş Prokurorluğun əməkdaşları tərəfindən digər aidiyyəti dövlət orqanlarının nümayəndələri ilə birgə qətlə yetirilmiş şəxslərin cəsədlərinin aşkar edilməsi məqsədi ilə qazıntı axtarış işlərinə başlanılıb. Cinayət işi üzrə aparılan istintaq hərəkətlərinin nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.

  • Avropada koronavirusdan ölümün ən çox olduğu ölkələr

    Avropada hər milyon nəfərə görə ölüm sayının statistikasına görə Macarıstan ilk yerdədir.

    10 milyona yaxın əhalisi olan bu ölkə 2 692 ölüm hadisəsi ilə Çex Respublikasını üstələyib.

    Belə ki, 10,7 milyon əhalisi olan Çex Respublikasında koronavirusdan 2 688 ölüm hadisəsi qeydə alınıb.

    Son iki həftəyə qədər ilk sırada olan respublikada 1 844 044 nəfər artıq peyvənd edilib.

    1 618 068 yoluxmanın qeydə alındığı Çex Respublikasında 28 920 xəstə koronavirusdan həyatını itirib.

  • Azərbaycanlı güləşçi erməni idmançıya tatamini dar etdi – VİDEO

    Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatında Sənan Süleymanov (77 kq) bu gün təsəlliverici görüşdə qalib gələrək bürünc medal uğrunda görüşdə iştirak etmək şansı əldə edib.

    Son Avropa çempionumuz Varujan Qriqoryana (Ermənistan) 11:0 hesabı ilə qalib gəlib.

    O bununla da bu gün bürünc medal görüşündə Dmitri Pişkova (Ukrayna) rəqib olub.

    Qeyd edək ki, bu gün Eldəniz Əzizli (55 kq) də bürünc medal görüşünə çıxacaq. Taleh Məmmədov (63 kq) isə karyerasında ilk dəfə Avropa çempionatında final görüşünə çıxacaq.
    //oxu.az