Month: May 2021

  • В Кыргызстане арестовали брата экс-президента

    Бывшего спикера парламента Кыргызстана Асылбека Жээнбекова арестовали на два месяца по подозрению в коррупции.

    Как передает Report со ссылкой на РИА Новости, об этом сообщает пресс-служба Госкомитета Нацбезопасности республики.

    “В рамках уголовного дела по фактам коррупции на различных этапах реализации проекта по разработке месторождения “Кумтор” межведомственной следственной группой продолжаются следственные действия с участием лиц, имеющих отношение к данному уголовному делу. После производства ряда следственных действий по подозрению в совершении преступления, предусмотренного ст.319 ч.2 (Коррупция) УК КР, было вручено уведомление о подозрении в совершении указанного преступления депутатам Жогорку Кенеша (парламента, – ред.) Асылбеку Жээнбекову и Торобаю Зулпукарову”, – заявили в пресс-службе.

    Как сообщается, в этот же день Первомайским районным судом Бишкека рассмотрено ходатайство следствия, и в отношении Жээнбекова и Зулпукарова избрана мера пресечения в виде заключения под стражу на два месяца.

    Отметим, что Асылбек Жээнбеков – родной брат бывшего президента Сооронбая Жээнбекова, подавшего в отставку на фоне массовых протестов в октябре 2020 года. Депутат парламента, с 2011 по 2016 год занимал пост спикера парламента Киргизии. Зулпукаров – также депутат парламента, ранее занимал пост заместителя спикера.

  • Qırğızıstanın keçmiş prezidentinin qardaşı həbs edildi

    Qırğız Respublikasının eks prezidenti Sooronbay Jeenbekovun qardaşı, ölkə parlamentinin keçmiş spikeri Asılbek Jeenbekov həbs edilib.

    Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

    Korrupsiyada ittiham edilən Aslıbek barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.

  • Yoluxan, yoxsa peyvənd olunan – Hansının virusa immuniteti daha güclüdür?

    Virusoloqlar canlı olaraq virusa yoluxub xəstəliyi keçirənlərlə koronavirus peyvəndi olunan insanların virusa qarşı immunitetini müqayisə ediblər.

    Hər ikisində antitel yaranır, bəs hansı daha effektivdir?

    Median.Az xəbər verir ki, rusiyalı virusoloq Aleksandr Semenov vaksindən yaranan immunitetin xəstəlikdən sonra yaranandan daha effektiv olması qənaətinə gəlib.

    Vaksin bir neçə ştamma qarşı təsir edir və koronavirusun növlərini əhatə edir. Xəstəlik isə həmin dövrdə aktiv olan ştammın antitelini formalaşdırır.

    Məsələn, ötən ilin iyun ayında xəstələnən insan bu il virusun başqa ştammına yoluxa bilər və hətta ağır keçirər.

    Vaksinlər isə virusu ümumilikdə öyrənib.

    Ona görə indiki halda peyvənd immuniteti müdafiə baxımından daha yaxşıdır.

    Həkim qeyd edib ki, vaksin olunanlar da, yoluxub sağalanlar da antitelləri olsa da maska taxmalı və insanlardan aralı durmalıdır. /medicina.az

  • Открывается сухопутная граница Грузии с Азербайджаном

    Грузия открывает сухопутные границы с 1 июня.

    Как сообщает грузинское бюро Report, решение об этом принял Межгосударственный координационный совет страны.

    Так, с сегодняшнего дня можно будет путешествовать по суше из Азербайджана в Грузию.

  • Gürcüstan Azərbaycanla quru sərhədlərini açıb

    Bu gündən Azərbaycandan Gürcüstana quru yolla səfər etmək mümkün olacaq.

    “Report”un yerli bürosu xəbər verir ki, qonşu ölkə yeni növ koronavirus pandemiyası səbəbindən bir ildən çoxdur bağlı saxladığı quru sərhədlərini açıb.

    Gürcüstana daxil olacaq şəxslərdən son 72 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb ediləcək. Koronavirusa qarşı tam peyvəndlənmə kursunu keçənlər də həmin sənədi təqdim etməli olacaqlar.

    Ziyarətçilər Gürcüstanda uzun müddət ərzində qalacaqları təqdirdə 72 saatın tamamında öz hesablarına təkrar test yoxlamasından keçməli olacaqlar. Əks təqdirdə 2 min lari (614 ABŞ dolları) məbləğində cərimə nəzərdə tutulub. Arayış tələbi yaşından asılı olmayaraq uşaqlara da şamil edilir.

    Əcnəbi vətəndaşlara COVID-19-dan müalicəni nəzərdə tutan tibbi sığorta əldə etmək tövsiyə olunub.

    Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında quru sərhədlər vasitəsilə sərbəst gediş-gəliş ötən ilin martın 14-dən dayandırılmışdı.

  • İmtahandan öncə zehni POZAN QİDALAR: Qərar vermək çox çətin olacaq

    Bəzi qidalar şagirdlərin və tələbələrin idrak funksiyalarını pozur, imtahanlara hazırlaşma qabiliyyətlərini mənfi təsir göstərir.

    Median.Az xarici KIV-ə istinadla bu qidaların siyahısını təqdim edir:

    Şirniyyat

    Tərkibi yüksək olan qidalar beyinə zərərlidir. Həm qısamüddətli, həm də uzunmüddətli yaddaşa mənfi təsir göstərir. Bu səbəbdən imtahanlara hazırlaşan insanlara pəhrizdəki şirniyyat miqdarını azaltmaları tövsiyə olunur.

    Qızardılmış yemək

    Qızardılmış qidalar da beyinə mənfi təsir göstərir. Çünki doymuş yağlar və xolesterol beyinə qan axınını qismən bloklayır.

    Trans yağlı qidalar

    “Fast food” da daxil olmaqla yüksək yağlı qidalar zehni qabiliyyəti azaldır, qərar vermə prosesini ləngidir. İnsanların imtahanlar zamanı vacib olan şeyləri düşünmələrini, saymalarını və etmələrini maneə törədir.

    Bütün sadalanan qidalar əvəzinə vitaminlər və minerallarla zəngin balanslı pəhriz istifadə etmək tövsiyə olunur.

    Bu cür qidalar beynin daha yaxşı işləməsinə və imtahanlara daha asan hazırlaşmağa kömək edir. //publika.az

  • Şimali Koreya əsl rəqibini açıqladı

    Şimali Koreyanın rəqibi Cənubi Koreya deyil, müttəfiqindən sadəcə “istifadə edən” ABŞ-dır.

    Bu barədə “Korean Central News Agency” məlumat verir.

    “Hədəfimiz Cənubi Koreya əsgərləri deyil, okeanın o tayındakı Amerika Birləşmiş Ştatlarıdır. Cənubi Koreyadan istifadə edərək hegemonluq hədəfini həyata keçirməyi planlaşdıran ABŞ-ın hesablaması bir insanın gözlərini öz barmaqları ilə çıxartması kimi ağılsız bir davranışdır. Atalar deyib ki, nə əkərsən, onu da biçərsən”, – deyə məlumatda bildirilir.

    Qeyd olunur ki, Vaşinqton və Seul təcavüzkar ambisiyalarını açıq şəkildə nümayiş etdiriblər.

  • Rusiya Türkiyə ilə uçuşlara qoyulan məhdudiyyətləri uzadacaq

    Rusiya iyunun 1-dən sonra da Türkiyə ilə hava əlaqələrini məhdud rejimdə saxlayacaq.

    Bu barədə TASS Rusiya operativ qərargahındakı mənbələrinə istinadən məlumat yayıb.

    Qeyd edək ki, hazırki məhdudiyyətlərin müddəti iyunun 1-də başa çatır.

    Xatırladaq ki, aprelin 15-də Rusiya koronavirus pandemiyasının kəskinləşməsi səbəbiylə Türkiyə ilə hava əlaqələrinə müəyyən məhdudiyyətlər tətbiq edib. Qarşılıqlı razılaşma əsasında ölkələr arasında hava yolları ilə sərnişin daşınması üzrə reyslər həftədə iki dəfəyə endirilib. Aviareysləri “Aeroflot” və “Turkish Airlines” şirkətləri icra edib.

  • Rusiyada azərbaycanlını öldürən yol polisi həbs olundu

    Rusiyanın Novosibirsk vilayətində azərbaycanlı gənci öldürən polis əməkdaşı barədə iki aylıq həbs qərarı verilib.

    Rusiya KİV-də yayılan məlumata görə, vəzifə səlahiyyətlərini aşmaqda və ehtiyatsızlıqdan 19 yaşlı Vəkil Abdullayevin qətlində ittiham olunan Aleksandr Qusev həbs müddətini istintaq təcridxanasında keçirəcək.

    Xatırladaq ki, mayın 28-də Novosibirskdə polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Sürücü şəxsiyyətinin müəyyən olunması üçün polisin xidməti avtomobilinə tərəf aparılıb.

    Bu vaxt sərnişinlərdən biri – 19 yaşlı Vəkil Abdullayev polisə müqavimət göstərməyə başlayıb. Hüquq mühafizəçisi güc işlədərək gəncin qollarını geri qanırıb və onu kapotun üstünə uzandırıb. Bu zaman ehtiyatsızlıqdan əlindəki tapancadan atəş açıb.

    Hadisə ilə bağlı “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “ehtiyatsızlıqdan adam öldürmə” maddələri ilə cinayət işi açılıb.

  • Bakıda iki qardaş yol qəzasında ağır yaralandı

    Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    “Report” xəbər verir ki, hadisə Türkan qəsəbəsində qeydə alınıb.

    Belə ki, qəsəbə ərazisində minik avtomobili “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

    Nəticədə minik avtomobilində olan, 1990-cı il təvəllüdlü Ağayev Alim Fəxrəddin oğlu və onun qardaşı 1995-ci il təvəllüdlü Ağayev Məhəmməd Fəxrəddin oğlu xəsarət alıb.

    Hər iki yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

    Alim Ağayevə qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi, Məhəmməd Ağayevə isə sağ dirsəyin sınığı, başın əzilməsi diaqnozları qoyulub.

    Faktla bağlı araşdırma aparılır.