Month: May 2021

  • Для участия в Гран-при Азербайджана в Баку прибудут 42 пилота

    Баку полностью готов к Гран-при Азербайджана “Формулы-1”.

    Как передает Report, об этом сообщила начальник отдела по связям с общественностью Операционной компании Бакинское городское кольцо (Baku City Circuit) Аян Наджаф-Агаева.

    По ее словам, для участия в Гран-при, который пройдет с 4 по 6 июня, в столицу приедут 10 команд и 20 пилотов: “Параллельно с “Формулой-1” пройдет чемпионат “Формулы-2”. В этом чемпионате участвуют 11 команд, 22 пилота. Всего будут участвовать 42 пилота. Этапы тестирования на треке пройдут с пятницы по воскресенье”.

    ”Гран-при Азербайджана будут освещать более 70 представителей иностранных медиа и до 20 зарубежных телеканалов”, – сказала Аян Наджаф-Агаева.

  • Azərbaycan Qran-prisi üçün Bakıya 42 pilot gələcək – VİDEO – YENİLƏNİB

    “Paytaxt Bakı “Formula 1” üzrə Azərbaycan Qran-prisinə tam hazırdır. Yarış üçün nəzərdə tutulan bütün infrastruktur qurulub”.

    Bunu “Report”a açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva bildirib.

    Onun sözlərinə görə, 4 – 6 iyunda baş tutacaq Qran-pridə iştirak etmək üçün 10 komanda və 20 pilot gəlməyə başlayıb: “Formula 1″lə yanaşı, “Formula 2” çempionatı da paralel keçirilir. Bu çempionatda isə 11 komanda, 22 pilot yarışır. Ümumilikdə 42 pilot çıxış edəcək. BŞH komandaların qarajlarındakı işləri, demək olar ki, yekunlaşdırıb. Trek üzərində test və sıralama mərhələləri artıq cümə – bazar günləri baş tutacaq”.

    BŞH rəsmisi onu da vurğulayıb ki, Bakıdakı yarışın işıqlandırılmasına dünya mediasının marağı olduqca böyükdür: “Azərbaycan Qran-prisini 70-dən artıq əcnəbi media nümayəndəsi və 20-dək xarici telekanal işıqlandıracaq. Yerli medianın da akkreditasiyası artıq yekunlaşmaq üzrədir. Bu il yarışlar azarkeşsiz keçiriləcəyindən, onlar üçün nəzərdə tutulan əyləncə zonası, ümumiyyətlə, Bulvarda yerləşən “Formula 1” şəhərciyi olmayacaq”.

  • Çempionlar Liqasının rəmzi yığması açıqlanıb – FOTO

    UEFA 2020/21-ci illər mövsümü Çempionlar Liqasının rəmzi yığmasını açıqlayıb.

    Təşkilatın rəsmi saytı və sosial şəbəkə hesablarında yer alan siyahıya 7 “Çelsi” futbolçusunun adı daxil edilib.

    Daha bir maraqlı məqam isə yığmada Ronaldunun olmamasıdır.

    Beləliklə də, 23 oyunçudan ibarət rəmzi yığma aşağıdakı kimidir:

    Qapıçılar: Tibo Kurtua (Real Madrid), Eduar Mendi (Çelsi), Ederson (Mançester Siti)

    Müdafiəçilər: Antonio Ryudiqer (Çelsi), Ben Çiliuell (Çelsi), Devid Alaba (Bavariya), Ruben Diaş (Mançester Siti ), Markinyos (PSJ), Sesar Aspilikueta (Çelsi).

    Yarımmüdafiəçilər: Lula Modriç (Real Madrid), Serjio Oliveyra (Portu), Fil Foden (Mançester Siti), Jorjinyo (Çelsi), Meyson Maunt (Çelsi), Kante (Çesli), Kevin De Brüyne (Mançester Siti), İlkay Gündoğan (Mançester Siti).

    Hücumçular: Robert Levandovski (Bavariya), Kərim Benzema (Real Madrid), Neymar (PSJ), Erling Holland (Borussiya Dortmund), Kilian Mbappe (PSJ), Lionel Messi (Barselona).

  • Байрамов: Недопустимо, чтобы армянская сторона прибегала к провокациям

    31 мая состоялся телефонный разговор между главой МИД Азербайджана Джейхуном Байрамовым и специальным представителем ЕС по Южному Кавказу Тойво Клааром.

    Об этом Report сообщили в Министерстве иностранных дел Азербайджана.

    Стороны обменялись мнениями о текущей ситуации в регионе, реализации трехсторонних заявлений, а также недавней эскалации на границе.

    Министр Дж.Байрамов подчеркнул важность разрешения напряженности в пограничном вопросе, урегулирования существующих разногласий путем переговоров и выразил поддержку Азербайджанской Республики предложению о создании трехсторонней комиссии по делимитации и демаркации границы.

    Относительно шести армянских военнослужащих, задержанных в ходе провокации по минированию дорог на территории Азербайджана, было подчеркнуто, что в то время, когда Азербайджан обезвреживает многочисленные мины, заложенные Арменией на освобожденных территориях и представляющие прямую угрозу для человеческой жизни, подобные провокации со стороны армянской стороны недопустимы.

    Стороны также обсудили вопросы региональной безопасности.

  • Ceyhun Bayramov: “Ermənistan tərəfinin təxribatlara əl atması yolverilməzdir”

    31 may 2021-ci il tarixində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı baş tutub.

    Bu barədə “Report”a Azərbaycan XİN-dən məlumat verilib.

    Tərəflər bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası, habelə sərhəddə baş verən son gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

    Nazir Ceyhun Bayramov sərhəd məsələsi ilə bağlı gərginliyin aradan qaldırılmasının, bu xüsusda mövcud olan fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinin vacibliyini qeyd edib, Azərbaycan Respublikasının sərhədin delimitasiya və demarkasiyası üzrə müvafiq üçtərəfli komissiyanın yaradılması təklifini dəstəklədiyini qarşı tərəfin diqqətinə çatdırıb.

    Azərbaycan ərazisində yolların minalanmasına yönəlmiş təxribat törədərkən saxlanılan 6 erməni hərbçisinə gəldikdə isə, Azərbaycanın azad olunmuş ərazilərdə Ermənistan tərəfindən basdırılmış və insan həyatı üçün birbaşa təhlükə törədən çoxsaylı minaların təmizlənməsi ilə məşğul olduğu bir vaxtda, Ermənistan tərəfinin bu kimi təxribatlara əl atmasının yolverilməz olduğu vurğulandı.

    Tərəflər, habelə regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

  • Türkiyədə sabahdan toyların keçirilməsinə icazə veriləcək

    Türkiyədə yeni növ koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən sərt karantin rejimi sabahdan yumşaldılır.

    “Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

    Onun sözlərinə görə, iyun ayı ərzində komendant saatı həftə içi yerli vaxtla, saat 22:00-dan 05:00-a qədər qüvvədə olacaq. Bazar günləri isə 24 saatlıq komendant saatı tətbiq ediləcək. Odur ki, şənbə günü axşam saat 22.00-dan başlayan komendant saatı bazar ertəsi günü saat 05.00-dək qüvvədə olacaq.

    Kafelər, restoranlar, əyləncə mərkəzləri, idman zalları bazar günləri istisna olmaqla 07:00-dan 21:00-dək açıq olacaq. Bazar günü restoranların yalnız çatdırılma xidməti işləyəcək.

    Pandemiya qaydaları nəzərə alınaraq 1 iyun tarixindən etibarən qapalı və açıq məkanlarda toyların keçirilməsinə icazə verilir.

  • Şəhidin ad günü məzarı yanında qeyd olunub

    Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan İsmayıllı rayonunun Cülyan kəndindən olan Osmanlı Teymur Saday oğlununun ad günü uyuduğu qəbiristanlıqda məzarı yanında qeyd olunub.

    “Report” xəbər verir ki, mərasimdə rayon icra hakimiyyətinin məsul işçiləri, şəhidin yaxınları, kənd sakinləri iştirak ediblər. İştirakçılar şəhidin məzarı üzərinə gül-çiçək dəstələri düzüblər.

    Teymur Osmanlı yaşasaydı 26 yaşını qeyd edəcəkdi.

    Anım mərasimində şəhidin həyat yolundan danışılıb, 2020-ci il oktyabrın 17-də Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olduğu vurğulanıb. Şəhid Teymurun valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edib və buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildiriblər.

    Daha sonra Cülyan kəndindən olan, Birinci Qarabağ müharibəsi şəhidi Bağırov Çingiz Kərəm oğlunun da məzarı ziyarət edilib. Şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Tədbir çərçivəsində hər iki şəhidin adını daşıyan bulaq kompleksinin açılış mərasimi keçirilib.

    Tədbirdə Cülyan kənd tam orta məktəbinin şagirdləri tərəfindən hazırlanmış kompozisiya nümayiş etdirilib.


  • Лейла Алиева приняла участие в церемонии выпуска в воду мальков осетровых рыб – ФОТО

    31 мая,при совместной организационной поддержке Общественного объединения IDEA и Министерства экологии и природных ресурсов, в рамках широкомасштабного проекта “Богатые бассейны”, направленного на защиту и восстановление биоресурсов внутренних водных бассейнов Азербайджана, состоялась церемония выпуска в воду 550 тыс. мальков осетровых рыб, выращенных на рыбопромысловых заводах ООО Xıllı-Balıq , ООО AzVarvara и ООО Azerbaijan Fish Farm.

    Как сообщает АЗЕРТАДЖ, в мероприятии приняла участие вице-президент Фонда Гейдара Алиева, учредитель и руководитель Общественного объединения IDEA Лейла Алиева.

    Как известно, в течение последних десятилетий популяция редких видов рыб в Каспийском море в результате негативных последствий деятельности человека, загрязнения, контрабанды и чрезмерного вылова достигла точки угрозы исчезновения.

    Для всестороннего решения проблемы Общественное объединение IDEA совместно с Министерством экологии и природных ресурсов и “Фондом синего моря” Великобритании (BLUE) осуществляют различные меры по охране, восстановлению и общественному просвещению.

    Проект “Богатые бассейны” направлен на увеличение естественной популяции видов рыб, выпуск в естественную среду различных мальков рыб, выращиваемых на рыбных заводах, а также на сокращение загрязнения внутренних вод в бассейнах и реализацию мер по развитию рыболовства в законном и цивильном порядке.

    Следует отметить, что в рамках проекта, запущенного в мае прошлого года, на сегодняшний день в пруды выпущено более 3 млн мальков.

    Реализация проекта “Богатые бассейны” совпадает с объявленным 1 мая 4-месячным мораторием в связи с сезоном нереста рыб.

  • Leyla Əliyeva nərə balıqlarının suya buraxılması mərasimində iştirak edib – FOTO

    Mayın 31-də IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş genişmiqyaslı “Zəngin hövzələr” layihəsi çərçivəsində Xıllı-Balıq MMC, AzVarvara MMC, “Azerbaijan Fish Farm” MMC balıqartırma zavodlarında yetişdirilmiş 550000 ədəd körpə nərə balığının suya buraxılması mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

    Məlum olduğu kimi, son onilliklər ərzində Xəzər dənizinin nadir balıq növlərinin populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri, çirklənmə, qaçaqmalçılıq və həddən artıq ovlanma nəticəsində məhvolma təhlükəsi həddinə çatıb.

    Problemin hərtərəfli həlli məqsədilə IDEA İctimai Birliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Böyük Britaniyanın “Mavi Dəniz Fondu” (BLUE) ilə birlikdə müxtəlif mühafizə, bərpa və ictimai maarifləndirmə tədbirləri həyata keçirilir.

    “Zəngin hövzələr” layihəsi balıq növlərinin təbii populyasiyasının artırılması, balıqartırma zavodlarında yetişdirilən müxtəlif növ balıq körpələrinin təbii mühitə buraxılması, eləcə də daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

    Qeyd edək ki, ötən ilin may ayında start verilmiş layihə çərçivəsində indiyədək ümumilikdə 3 milyondan çox müxtəlifnövlü balıq körpələri su hövzələrinə buraxılıb.

    “Zəngin hövzələr” layihəsinin icrası müddəti balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may tarixindən elan olunan 4 aylıq moratoriuma təsadüf edir.

  • Ümumi təhsil müəssisələrində “Yay məktəbi” təşkil ediləcək

    “Mövcud vəziyyətlə əlaqədar olaraq, cari tədris ilinin əhəmiyyətli hissəsi distant formada təşkil edilmişdi. Pandemiya şəraitində məsafədən təhsil şagirdlərə bilik və bacarıqların mənimsənilməsində müəyyən çətinliklər yaratmış oldu”.

    Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, ötən həftə Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində “Yay məktəbi”inin təşkil edilməsi ilə bağlı sorğu keçirilib. Sorğuda iştirak edənlərin 44%-i bu təşəbbüsə müsbət rəy bildirib. Belə ki, mövcud vəziyyəti nəzərə alaraq, şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə 16 iyun 2021-ci il tarixindən etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi”nin təşkil edilməsi nəzərdə tutulur.

    30 iyun tarixinədək davam edəcək “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək.

    Bildirilib ki, “Yay məktəbi”nin təşkil edilməsi ilə bağlı bütün məlumatlar yerli təhsili idarəetmə orqanlarına təqdim olunacaq.

    Qeydiyyatdan keçmək istəyən vətəndaşlar iyunun 5-dən etibarən övladlarının təhsil aldıqları müəssisələrə və ya aidiyyəti üzrə rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) müraciət edə bilərlər.