Month: May 2021

  • Вынесено решение в отношении судьи, обвиняемого в убийстве жены

    Состоялось заседание Судебно-правового совета в формате видеоконференции.

    Как сообщает Report, в нем было рассмотрено представление Генерального прокурора об осуществлении уголовного преследования в отношении судьи Сабунчинского районного суда города Баку Фагана Ахмедова, обвиняемого в убийстве своей супруги Парваны Ахмедовой.

    В настоящее время расследуются причина и обстоятельства совершения преступления, а также другие важные обстоятельства по делу.

    На заседании Судебно-правового совета было принято решение удовлетворить представление.

  • OPEC: Bazarda kəsir artacaq

    2021-ci ildə neft bazarındakı kəsir aprel ayında güman edildiyindən daha böyük olacaq.

    “Report” “Bloomberg”-ə istinadən xəbər verir ki, bu barədə OPEC-in sənədlərində bildirilir. Belə ki, neft bazarında gündəlik tələbatın təklifi üstələməsi aprel ayındakı dəyərləndirmədəki 1,2 milyon barelə qarşı 1,4 milyon barel həcmində gözlənilir.

    Eyni zamanda cari ildə neftə tələbatın artımına dair proqnoz əvvəlki kimi 6 milyon barel səviyyəsində saxlanılıb.

    Həmçinin sentyabr – dekabr dövründə ehtiyatlarının gündəlik 2 milyon barel azalacağı da qeyd olunur.

    Bu proqnozlar OPEC+ ekspertlər komitəsinin bu gün keçiriləcək iclasında açıqlanacaq.

  • Yol polisindən “Formula 1″lə bağlı daha bir açıqlama

    “Formula 1” Azərbaycan Qran Prisi ilə əlaqədar Bakı şəhəri ərazisində avtomobillərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə 8 iyun tarixinədək bağlanacaq və istiqaməti dəyişdiriləcək küçə və prospektlər barədə təqdim etdiyimiz məlumata əlavə olaraq bildirmək istəyirik ki, xüsusən yük avtomobillərinin sürücüləri, onların hərəkətlərini tənzimləyən fiziki və hüquqi şəxslərdən paytaxtın mərkəz istiqamətinə səfərlərini məhdudlaşdırmağı, şəxsi nəqliyyat vasitəsi ilə hərəkət edən vətəndaşlarımızın isə paytaxtın mərkəzi küçə və prospektlərində parklama imkanlarının azaldığını nəzərə alıb ictimai nəqliyyata üstünlük vermələrini, xüsusilə bu dövrdə dayanma və durma qaydalarına əməl etmələrini, sürücülərdən Dövlət Yol Polisi əməkdaşlarının tədbir keçirilən ərazilərdə nizamlayıcı qismində verdiyi işarələrə düzgün əməl edilməsini bir daha tövsiyə edirik”.

    “Report” xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli “Formula 1” Azərbaycan Qran Prisi ilə əlaqədar vətəndaşlara müraciət edərkən bildirib.

  • В Национальных парках Азербайджана пройдет день открытых дверей – ФОТО

    По случаю 1 июня – Международного дня защиты детей, в Национальных парках Азербайджана объявляется день открытых дверей. Дети, вместе с членами семьи, освобождаются от платы за вход.

    Об этом сообщили в Министерстве экологии и природных ресурсов.

    По словам представителя Службы охраны биоразнообразия Арзу Самедовой, в национальных парках, расположенных в разных регионах Азербайджана, посетители смогут ознакомиться с очаровательной природой нашей страны и продуктивно провести время.

    “В то же время для юных посетителей в национальных парках будут организованы образовательные и развлекательные мероприятия.

    По случаю Международного дня защиты детей приглашаю всех отдохнуть на природе и насладиться ее красотой”, – добавила Арзу Самедова.

    Отметим, что в стране 10 национальных парков, в которых имеется 114 экотуристических маршрутов, охватывающих различные природные экосистемы.

  • Metroda 5 yaşlı uşaq tapılıb

    Bakı metrosunun “Əhmədli” stansiyasında valideylərini itirən uşaq polis tərəfindən müəyyən olub.

    5 yaşlı Eminin valideynləri müəyyən olunaraq, metro polis şöbəsinə dəvət olunub. Sərnişinlərin verdiyi məlumata görə, uşaq valideyni ilə artıq telefonla danışdırılıb.

  • Səfirlik azərbaycanlının qətli ilə bağlı Rusiya dövlət qurumlarına müraciət edib

    Azərbaycan səfirliyi mayın 28-də Novosibirskdə azərbaycanlı Vəkil Yaqub oğlu Abdullayevin qətli ilə bağlı Rusiya dövlət orqanlarına müraciət edib.

    Bu barədə” Report”un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

    “Səfirlik tərəfindən faciənin obyektiv və hərtərəfli araşdırılması üçün Rusiyanın aidiyyəti qurumlarına müraciət olunub”, – məlumatda qeyd olunub.

    “Mayın 28-də Novosibirsk şəhərində baş vermiş faciə ilə əlaqədar həyatını itirmiş Vəkil Yaqub oğlu Abdullayevin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verilib. Allah rəhmət eləsin!”, – səfirlikdən vurğulanıb.

  • MAR-da Rusiyanın 3 hərbi təlimatçısı öldürülüb

    Mərkəzi Afrika Respublikasında (MAR) Rusiyanın 3 hərbi təlimatçısı öldürülüb.

    Bunu Rusiyanın MAR-dakı səfiri Vladimir Titorenko bildirib.

    Onun sözlərinə görə, hadisə Kamerundan MAR-ın paytaxtı Banqi şəhərinə gedən həyati vacib yolun nəzarətə götürülməsi uğurunda gedən döyüşlərdə baş verib. Rusiyalı təlimçilər yerli hərbçilərə yardım edirmişlər.

    Polisdən isə bildirilib ki, hadisə nəticəsində 5 nəfər ölüb, onlardan ikisi polis əməkdaşıdır.

  • Mübariz İbrahimov adına liseyin şagirdləri üçün imtahan keçiriləcək

    Dövlət İmtahan Mərkəzi əldə edilmiş razılığa əsasən bu il Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin V-XI sinif şagirdlərinin qiymətləndirilməsi üçün buraxılış və qəbul imtahanlarının əhatə etdiyi fənlər üzrə imtahanlar keçirəcək.

    Mərkəzdən “Report”a verilən məlumata görə, imtahanlar Biləsuvar şəhərində yerləşən Mübariz İbrahimov adına Təhsil Kompleksinin inzibati binasında təşkil olunacaq.

    İmtahanlar cədvəldə qeyd olunan siniflər və fənlər üzrə Azərbaycan dilində aparılır. İmtahan müxtəlif günlərdə 2 mərhələdə keçiriləcək. Hər bir mərhələdə sualları cavablandırmaq üçün şagirdlərə 120 dəqiqə vaxt verilir.

    İlk imtahanın keçirilməsi iyun ayında nəzərdə tutulub və dəqiq tarix barədə məlumat veriləcək.

  • Avtomobillərdə maskadan istifadə ilə bağlı rəsmi açıqlama

    “Bu gündən Azərbaycanda açıq havada maska taxmaq məcburiyyəti ləğv edilib, amma bu qərar qapalı məkanlara, o cümlədən ictimai nəqliyyata aid deyil”.

    “Report” xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Namidan Piriyev deyib.

    O, hərəkət iştirakçılarına müraciət edib: “Açıq havada maska taxmaq məcburiyyətinin ləğv edilməsi o demək deyil ki, ictimai nəqliyyatda və şəxsi avtomobillərdə maska taxmamaq olar. İctimai nəqliyyatdan və taksi xidmətlərindən yararlanan insanlar tibbi maskadan mütləq istifadə etməlidir”.

    “Şəxsi nəqliyyat vasitələrinə gəlincə isə sürücü avtomobildə tək və ya ailə üzvləri ilə birgə gedirsə, maskadan istifadə etməyə bilər. Lakin avtomobildə digər şəxslər olduqda həm sürücü, həm də sərnişin tibbi maskadan mütləq istifadə etməlidir. Əks halda İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilir”, – şöbə rəisi qeyd edib.

  • “Bakı Metropoliteni” “Sumqayıt Texnologiyalar Parkı”ndan kabel alacaq

    “Bakı Metropoliteni” QSC müxtəlif növ rabitə, siqnal və güc kabellərinin satınalınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

    “Report” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Sumqayıt Texnologiyalar Parkı” (STP) MMC-yə məxsus “STP Global Cable” MMC-dir.

    Qalib şirkətə 1,778 milyon manat ödəniləcək.