Month: May 2021

  • Ronaldunun sevgilisi onun gələcək karyerasına aydınlıq gətirib

    “Yuventus”un hücumçusu Kriştianu Ronaldunun sevgilisi supermodel Corciniya Rodriges futbolçunun gələcək karyerasına aydınlıq gətirən açıqlama verib.

    Bu barədə AS nəşri məlumat yayıb.

    Supermodel bəyan edib ki, portuqaliyalı oyunçu “Yuve”də çıxışını davam etdirəcək.

    Qeyd edək ki, 36 yaşlı hücumçunun klubla müqaviləsinin müddəti 2022-ci ilin yayında bitir.

  • СМИ: Байден может выдвинуть дочь Кеннеди на должность посла в Австралии

    Президент США Джо Байден рассматривает кандидатуру дочери 35-го главы американской администрации Джона Кеннеди (1961-1963), Кэролин Кеннеди, для выдвижения на должность посла в Австралии. Об этом сообщил новостной портал Axios, пишут “Известия”.

    Байден также обсуждает возможность выдвижения вдовы младшего брата 35-го президента США и сенатора Теда Кеннеди Викки на пост главы американского дипломатического представительства в одну из западных стран.

    По данным издания, Байден планирует вернуть в центр внимания самую известную политическую династию Америки, а также почтить покойного наставника и друга.

    Кэролин Кеннеди во второй администрации президента Барака Обамы работала послом в Токио с 2013 по 2017 год. Отмечается, что она “хорошо разбирается” в вопросах Азиатско-Тихоокеанского региона.

    В Белом доме не прокомментировали изданию кадровые предложения.

    22 апреля сенатор Джон Кеннеди заявил, что внутренняя политика нынешнего президента США Джо Байдена может привести к “аду” в жизни американцев. Он отметил, что американский лидер разочаровал его, так как действия политика якобы основываются на ненависти к собственной стране.

  • Bayden Kennedinin qızına vəzifə verir

    ABŞ Prezidenti Co Bayden ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qızı Kerolin Kennedinin Avstraliyaya səfir vəzifəsinə namizədliyini nəzərdən keçirir.

    Bu barədə “Axios” portalı məlumat yayıb.

    Mənbə yazır ki, K.Kennedi Barak Obamanın dövründə – 2013-2017-ci illərdə Tokioda səfir işləyib.

    Xəbərdə həmçinin qeyd olunur ki, Kerolin Kennedi Asiya-Sakit okean bölgəsi məsələləri üzrə mütəxəssisdir.

  • В Баку автомобиль сбил 17-летнюю девушку

    В Бинагадинском районе столицы произошло ДТП с наездом на пешехода, сообщает Report.

    Автомобиль сбил переходившую дорогу Тюркян Агададашеву (2004 г.р.).

    Пострадавшая была госпитализирована с травмами различной степени тяжести.

    По данному факту ведется расследование.

  • Bakıda 17 yaşlı qızı avtomobil vurdu

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

    Yolu keçən 2004-cü il təvəllüdlü Ağadadaşova Türkan Əjdər qızını avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Google признали незаконный сбор данных о местоположении пользователей

    Сотрудники Google знали, что компания усложнила пользователям смартфонов поиск настроек конфиденциальности с целью заполучить информацию об их местоположении.

    Об этом сообщил Business Insider со ссылкой на материалы судебного процесса, пишет РИА Новости.

    В прошлом году генеральная прокуратура штата Аризона подала иск против Google, обвинив корпорацию в незаконном сборе данных.

    Компания продолжала получать сведения о геолокации, даже когда эта функция в телефоне была отключена. Также Google заставляла производителей “прятать” от пользователей настройки конфиденциальности “посредством активного искажения и/или сокрытия фактов”.

    Согласно документам, корпорация использует различные способы сбора данных о местоположении, включая Wi-Fi и даже сторонние приложения, не связанные с Google.

  • “Google” istifadəçiləri gizli şəkildə izlədiyini etiraf edib

    “Google” əməkdaşları istifadəçilərin yerlərini müəyyən etmək üçün şirkətin məxfilik tənzimləmələrini bilərəkdən çətinləşdirdiyi barədə xəbərdar olublar.

    Bu barədə “Business Insider” nəşri məhkəmə işinin materiallarına istinadən məlumat yayıb.

    Ötən il ABŞ-ın Arizona ştatı prokurorluğu IT nəhənginə qarşı məhkəmə iddiası qaldıraraq, onu geolokasiya məlumatlarının qanunsuz yığmında günahlandırıb. İddiaya görə, telefonda müvafiq funksiya söndürüldükdə belə “Google” sözügedən məlumatları əldə edə bilir. Bu məqsədlə Wi-Fi kimi ənənəvi üsullarla yanaşı, şirkətə heç bir aidiyyəti olmayan kənar tətbiqlərdən də istifadə olunur.

  • Kanada məktəbində 215 uşaq cəsədinin qalığı tapılıb

    Kanadanın Kamlups şəhərində yerli xalqların assimilyasiyası üçün nəzərdə tutulmuş keçmiş internat-məktəbin ərazisində 215 uşağa aid olan cəsədlərin qalıqları aşkar olunub.

    Bu barədə BBC məlumat yayıb.

    Yerli hindu icmasının rəhbəri Roza Kazimirin sözlərinə görə, qalıqlar itkin düşmüş və ölümü sənədləşdirilməmiş uşaqlara aiddir. Onlardan bəziləri 3 yaşında olub.

    Cəsədlərin qalıqları georadar vasitəsilə tapılıb. Hazırda uşaqların ölüm səbəbləri araşdırılır.

    Kanadanın Baş naziri Castin Tryudo hadisəni ölkə tarixinin qaranlıq və rüsvayçı səhifəsi adlandırıb.

    Qeyd olunub ki, məktəb 1890-1978-cu illər ərzində fəaliyyət göstərib.

  • Avropa İttifaqı ABŞ-a Rusiya və Çinə qarşı birləşməyi təklif edib

    Avropa İttifaqı ABŞ-a Rusiyaya qarşı fəaliyyətdə birgə hərəkət etməyi təklif edib.

    Bu barədə “Bloomberg” məlumat yayıb.

    Məlumata əsasən, təklif Aİ-ABŞ sammitinin yekun bəyanatı layihəsində yer alıb. Sənəd razılaşdırılması üçün Vaşinqtona göndərilib.

    Bəyanatın ilkin variantında, həmçinin Qərb müttəfiqlərinin Çinə qarşı atılacaq addımlar üzrə də birgə hərəkət etməsinin vacibliyi vurğulanıb.

    Qeyd edək ki, Aİ-ABŞ sammiti iyunun 15-də Brüsseldə baş tutacaq.

  • ABŞ və Çin rəhbərlərinin danışığı baş tutub

    ABŞ prezidenti Co Bayden Çin rəhbəri Si Cinpinlə telefonla danışdığını bildirib.

    Bu barədə “RİA Novosti” məlumat yayıb.

    “Bir neçə saat əvvəl prezident Si ilə uzunmüddətli söhbətim oldu. Mən aydın şəkildə bildirdim ki, biz bütün dünyada insan haqları barədə danışırıq və başqa cür edə bilmərik. Çünki biz beləyik”, – deyə Bayden ölkənin milli bayramı olan “Xatirə günü” münasibətilə çıxışı zamanı bildirib.