Month: May 2021

  • Uhan laboratoriyası həkiminin həyat yoldaşı pandemiyadan öncə COVID-19-dan ölüb

    ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, koronavirusun mənşəyini öyrənən komissiyanın üzvü Devid Aşer bəyan edib ki, hələ 2019-cu ilin dekabr ayında Uhan laboratosiyası həkiminin həyat yoldaşı COVID-19 səbəbilə vəfat edib.

    Bu barədə “Daily Caller” məlumat yayıb.

    “Bu fakt koronavirusun hələ o zaman yayıldığını təsdiq edir. Halbuki, Çin rəhbərliyi növbəti bir ay ərzində xəstəliyin laboratoriya divarlarından kənara çıxaraq, insanlar arasında yayılmasını inkar edib və qlobal pandemiyanın qarşısını vaxtında almayıb”, – deyə Aşer bildirib.

  • Ramzan Kadırov sənədli film müəllifi olacaq

    Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovla ortaq şəkildə sənədli filmin müəllifləri olacaqlar.

    Bu barədə nazir özü TASS-a məlumat verib.

    O, bildirib ki, sənədli film Çeçenistan ərazisindəki tarixi mədəniyyət abidələrinə həsr olunacaq.

    Kadırov isə öz növbəsində qeyd edib ki, respublika ərazisindəki tarixi-mədəni irsin qorunub saxlanması üzrə genişmiqyaslı plan hazırlanır və yaxın vaxtlarda onun icrasına başlanacaq.

  • Bakıda yol qəzasında 65 yaşlı kişinin ayağı sındı

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Qarabağ rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması zamanı 1956-cı il təvəllüdlü Bağışov Fərhad Bağış oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağın sınığı diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Gimnastımız dünya kubokunda bürünc medal qazanıb

    Aerobika gimnastlarımızın Vətəndə dünya çempionu olduqdan sonra daha bir medal xəbəri Bolqarıstanın Varna şəhərindən gəldi.

    Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, idmançımız Varnada keçirilən idman gimnastikası üzrə dünya kubokunda fərqlənib. Yarışda ölkəmizi idman gimnastikası üzrə yığma komandanın üzvləri İvan Tixonov və Nikita Simonov təmsil ediblər.

    Yarışda 3 final mərhələsinə adlamış İ.Tixonov kubok yarışlarının sonuncu günündə dayaqlı tullanma aləti üzrə icra etdiyi çıxışına görə bürünc medal qazanıb. Paralel qollar üzrə finalda isə gimnastımız medalın bir addımlığında dayanıb. Halqalarla nümayiş etdirdiyi proqrama görə 5-ci olub.

  • Ukrayna şəhəri suyun altında qalıb – VİDEO

    Ukraynanın Jitomir şəhəri leysan yağışlar nəticəsində suyun altında qalıb.

    Bu barədə yerli KİV məlumat yayıb.

    Sosial şəbəkələrdə su başmış şəhər küçələrinin görüntüləri paylaşılıb.

    Videolarda küçələrin əsl su hövzələrinə çevrildiyi, sakinlərin hidroskuterlərlə hərəkət etdiyi görünür.

  • В Хырдалане мужчину убили, перерезав горло

    На улице Галубийя города Хырдалан произошло убийство.

    Как сообщает Qafqazinfo, инцидент зарегистрирован на территории хырдаланского рынка. Документов, удостоверяющих личность, на убитом не оказалось, однако знакомые сообщили, что его зовут Сардар. Выяснилось, что он работал продавцом на рынке.

    В настоящее время к месту происшествия привлечены сотрудники правоохранительных органов.

    По информации, мужчине перерезали горло.

    По данному факту проводится расследование.

  • Xırdalan bazarında kişi boğazı kəsilərək qətlə yetirildi

    Xırdalan şəhərinin Qalubiyyə küçəsində qətl hadisəsi baş verib.

    “Qafqazinfo”nun məlumatına görə, hadisə Xırdalan bazarı ərazisində baş verib. Öldürülən şəxsin üzərindən heç bir sənəd çıxmasa da, tanıyanlar onun Sərdar adlı şəxs olduğunu bildiriblər. Həmin şəxsin bazarda satıcı işlədiyi məlum olub.

    Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    Məlumata görə, ölən şəxs boğazı kəsilərək qətlə yetirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda amansız qətl: Ata bir yaşlı oğlunu boğaraq öldürdü

    Bakının Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, 28 yaşlı Vüsal Əliyev 1 yaşlı oğlu R.-i boğaraq qətlə yetirib.

    V.Əliyev tutulub.

    Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

  • В ИВ Тертерского района прокомментировали недовольство граждан – ОБНОВЛЕНО + ВИДЕО

    В Исполнительной власти (ИВ) Тертерского района прокомментировали ситуацию, возникшую между гражданами и главой администрации района Мустагимом Мамедовым.

    Как сообщили Oxu.Az в ИВ, в связи с проектированием и строительством четырехполосной автомобильной дороги Барда-Агдам протяженностью 48 км согласно соответствующему распоряжению Президента, Государственное агентство автомобильных дорог Азербайджана совместно с сотрудниками оценочной компании провели работы на указанной территории.

    В ходе них выяснилось, что в проходящей через территорию Тертерского района части планируемой дороги есть не прошедшие регистрацию объекты предпринимательства, что делает невозможным выплату им компенсации за снос.

    “Исполнительная власть района предупредила владельцев объектов, о которых нет сведений в Государственном реестре недвижимости. Это и вызвало недовольство граждан. Во время встречи главы ИВ Мустагима Мамедова с предпринимателями двое из них проявили неэтичное поведение и не представившись начали снимать беседу на телефон, в связи с этим им было сделано замечание”, – говорится в информации.

    * * * * *

    Глава Исполнительной власти Тертерского района Мустагим Мамедов повел себя неэтично на встрече с гражданами.

    Об этом свидетельствует видеозапись, оказавшаяся в распоряжении Oxu.Az.

    Из кадров становится ясным, что местные жители выражают обеспокоенность тем, что глава ИВ не интересуется их проблемами.

    Заметив, что некоторые пытаются снять его на камеру мобильного телефона, М.Мамедов в грубой форме потребовал у своих помощников забрать гаджеты у граждан.

  • Tərtər icra başçısı ilə vətəndaşlar arasındakı narazılıqla bağlı açıqlama – VİDEO

    Tərtər Rayon İcra Hakimiyyəti vətəndaşlarla icra başçısı Müstəqim Məmmədov arasında yaranmış narazılıqla bağlı məsələyə aydınlıq gətirib.

    İcra Hakimiyyətindən Oxu.Az-a verilən açıqlamada bildirilib ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən uzunluğu 48 kilometr olan dördzolaqlı Bərdə-Ağdam avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı Azərbaycan Respublikası Avtomobil Yolları Dövlət Agentliyi qiymətləndirmə şirkətinin əməkdaşları ilə birlikdə siyahıyaalma işləri aparıb. Bu zaman müəyyən olunub ki, sözügedən layihə çərçivəsində yolun Tərtər rayonunun ərazisindən keçən hissəsində tikinti zolağına düşən və vətəndaşların istifadəsində olan, lakin Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməyən çox sayda sahibkarlıq obyektləri mövcuddur ki, onlara qeydiyyatları olmadığı üçün kompensasiyanın ödənilməsi qeyri-mümkündür.

    “Layihənin əhəmiyyətini və vaxt məhdudiyyətini nəzərə alaraq avtomobil yolunun tikintisi altına düşən və kompensasiya ödənilməyən həmin obyektlərin tikinti zolağından uzaqlaşdırılması ilə bağlı Azərbaycan Respublikası Avtomobil Yolları Dövlət Agentliyindən Tərtər Rayon İcra Hakimiyyətinə 5 may 2021-ci il tarixdə 3/16-9056 nömrəli məktub və siyahı daxil olub. Həmin məktuba əsasən rayon icra hakimiyyəti tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməyən obyektlərin sahiblərinə yolun tikintisinə maneə törədən qeyri-qanuni tikililərin sökülməsi ilə bağlı xəbərdarlıq edilib. Bu isə sahibkarların etirazına səbəb olub.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bununla bağlı “4 yol” adlanan ərazidə olub, sahibkarlarla söhbət edərkən qeyri-etik davranış nümayiş etdirən iki nəfər şəxs özlərini təqdim etmədən telefonla çəkiliş etməyə başlayıblar. Naməlum şəxslər özlərini kobud apardıqları və heç bir təqdimat etmədikləri üçün onlara çəkiliş etməyə icazə verilməyib. Həmin şəxslərin sahibkarlarla icra hakimiyyətinin nümayəndələri arasında narazılıq yaranmasına təşəbbüs göstərmələrinə baxmayaraq, icra başçısı sahibkarlara müvafiq izahat verərək bildirib ki, tikinti zolağına düşən və Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməyən obyektlərə qeydiyyatları olmadığı üçün kompensasiya ödənilməsi qeyri-mümkündür”, – deyə məlumatda qeyd edilib.

    * * ** *

    Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov vətəndaşlarla kobud davranıb.

    Bu barədə videogörüntü Oxu.Az-ın redaksiyasına göndərilib.

    Görüntülərdən məlum olur ki, vətəndaşlar icra başçısının onların problemləri ilə maraqlanmamasından narahatlıqlarını bildirirlər.

    Bu zaman bir neçə vətəndaş M.Məmmədovla görüşü lentə almaq istəsə də, o, telefonların yığışdırılması barədə göstəriş verir.