Month: May 2021

  • В Баку задержан судья, подозреваемый в убийстве жены – ОФИЦИАЛЬНО + ОБНОВЛЕНО

    Генеральная прокуратура распространила информацию об убийстве, произошедшем вчера ночью в Баку.

    В сообщении говорится, что по указанию руководства Генпрокуратуры расследование по уголовному делу, возбужденному в прокуратуре Сабунчинского района по статье 120.1 (умышленное убийство) Уголовного кодекса АР по факту умышленного убийства жительницы столицы Парваны Ахмедовой 30 мая, было поручено провести Следственному управлению надзорного ведомства.

    Возникли обоснованные подозрения в том, что Фаган Ахмедов, открыв огонь из принадлежащего ему охотничьего ружья, умышленно убил П.Ахмедову.

    Ф.Ахмедов привлечен к следствию в качестве подозреваемого, продолжаются необходимые следственные мероприятия.

    * * * * *

    В Баку произошло убийство.

    Как сообщает Qafqazinfo, инцидент зафиксирован прошлой ночью около 23:30 в одном из частных домов в Сабунчинском районе столицы (сады “Лехиш”).

    Судья Сабунчинского районного суда Фаган Ахмедов застрелил из охотничьего ружья свою жену. Неизвестно, было ли событие совершено по неосторожности или преднамеренно.

    По данному факту в Сабунчинской районной прокуратуре проводится расследование.

    У семейной пары трое детей.

    Отметим, что Фаган Ровшан оглу Ахмедов (1976 г.р.) с 2016 года является судьей Сабунчинского районного суда.

  • Bakıda arvadını öldürməkdə şübhəli bilinən məhkəmə hakimi tutuldu – RƏSMİ

    Mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsində tapşırılıb.

    Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Fəqan Əhmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

    * * * * *

    Bakıda məhkəmə hakimi arvadını öldürüb.

    “Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gecə saat 23:30 radələrində paytaxtın Sabunçu rayonu, Ləhiş bağlarında baş verib.

    Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədov evində ov tüfəngindən açılan atəşlə həyat yoldaşının ölümünə səbəb olub. Hadisənin ehtiyatsızlıqdan, yaxud qəsdən törədildiyi məlum deyil.

    Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

    Məlumata görə, cütlüyün üç övladı var.

    Qeyd edək ki, 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir.

  • Kanadada 215 uşağın qalıqları olan kütləvi məzarlıq tapıldı

    Kanadanın Britiş Kolumbiya ştatında yerlilərin qaldığı köhnə məktəbin həyətində kütləvi məzarlıq aşkarlanıb.

    1978-ci ildə bağlanan məktəbdə 215 uşağın qalıqları tapılıb.

    Hinduların təhsil aldığı internat məktəbindən tapılan uşaqların ölümlərinin qeydə alınmadığı bildirilib.

    Qeyd olunub ki, uşaqların ən kiçiyinin üç yaşı olub, ölümlərinin vaxtı və səbəbi hələlik müəyyənləşdirilməyib.

    Məsələ ilə bağlı istintaq başlayıb.

  • Həkimlər poliklinikaların birləşdirilməsinə etiraz edir

    Bakıda yerləşən 7 saylı Uşaq Poliklinikasının həkimləri xəstəxananın 8 saylı Şəhər Poliklinikası ilə birləşdirilməsinə etiraz edir.

    Bu barədə “Qafqazinfo” ya müraciət edən həkimlər bildirir ki, koronavirus pandemiyasının davam etdiyi dövrdə uşaqlarla böyükləri bir arada qəbul etmək çətindir:

    “Uşaq poliklinikası əsasən əlil uşaqlara xidmət edir. Onların valideynləri də birləşdirilmə məsələsindən narazıdırlar. Çünki həmin uşaqları xəstəxanaya gətirmək üçün məsafə də çoxalıb. Eyni zamanda, pandemiya şəraitində xəstəxanada sıxlıq çox olur. Bundan əlavə, 8 saylı Şəhər Poliklinikasının vaksinasiya məntəqəsi olması da sıxlığı daha da artırır”.

    “Qafqazinfo” sözügedən məsələylə bağlı İcbari Tibbi Sığorta Agentliyinə sorğu göndərib. Sorğumuza cavab olaraq bildirilib ki, ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı həyata keçirilən islahatlar çərçivəsində əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi məqsədi ilə səhiyyə sistemində optimallaşdırılma işləri aparılmaqdadır.

    Bununla əlaqədar olaraq, ilkin səhiyyə xidməti və ixtisaslaşdırılmış tibbi yardımın ayrı-ayrı tibb müəssisələrində göstərilməsi nəzərdə tutulub. Struktur dəyişikliklərinin tərkib hissəsi olaraq Nərimanov rayonu ərazisində yerləşən 4 və 37 nömrəli şəhər poliklinikalarının, 7 və 14 nömrəli uşaq poliklinikalarının, 7 nömrəli Qadın Məsləhətxanasının bazasında ilkin səhiyyə xidməti üzrə tibbi müəssisələri – Ailə Sağlamlıq Mərkəzləri (ASM) yaradılıb.

    Bu yeniliyin əhali üçün əhəmiyyəti ondan ibarətdir ki, bütün ailə üzvləri bir məkanda – ASM-də tibbi xidmətdən yararlana biləcəklər. Əvvəllər böyüklər, uşaqlar üçün 2 ayrı poliklinika fəaliyyət göstərirdi. İndi isə valideyn özünün və övladının səhhəti ilə bağlı narahatlıq yarandığı zaman bir tibb müəssisəsinə, yəni ASM-ə müraciət edəcək. Bu, vətəndaşların ilkin səhiyyə xidməti üzrə tibbi xidmətləri bir məkanda əldə etməklə onların rahatlığına xidmət edəcək.

    İlkin səhiyyə xidməti pasiyentlərin ilk müraciət etdiyi tibbi xidmət pilləsi olub əlçatanlıq, bərabərlik prinsiplərinə əsaslanan, davamlı və ilkin tibbi-sanitar xidmətləri özündə birləşdirən səhiyyə sisteminin mühüm tərkib hissəsidir. Bu baxımdan tibbi sığorta mexanizmində ilkin səhiyyə xidmətinin səmərəli təşkili və ailə həkimi institutunun formalaşmasının ən əsas amil olduğunu nəzərə alaraq, qeyd olunan tibb müəssisəsində yalnız ailə həkimlərinin fəaliyyət göstərməyi məqsədəuyğun hesab edilir.

    Struktur dəyişiklikləri çərçivəsində ixtisaslaşdırılmış tibbi yardım isə Nərimanov rayonunda yerləşən 5 tibb müəssisəsində göstərilir. Bunlar 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasının ambulator-poliklinik şöbəsi, 6 nömrəli Uşaq Poliklinikası, 8 və 18 nömrəli Şəhər Poliklinikaları, 5 nömrəli Şəhər Klinik Xəstəxanası və onun nəzdindəki Yanıq Mərkəzinin ambulator-poliklinik şöbəsidir.

    İxtisaslaşdırılmış tibbi yardımın ilkin səhiyyə xidmətindən ayrılaraq ambulator-poliklinik müəssisələrdə təşkil olunması poliklinikalardakı ixtisaslı həkimlərin xəstəxanalarda çalışmasına imkan verəcək.

    İxtisaslaşdırılmış tibbi yardım göstərən tibb müəssisələrində USM, rentgenoqrafiya, laborator müayinələr kimi diaqnostik xidmətlər vətəndaşlara təqdim olunur. Həmin tibb müəssisələri müxtəlif profilli həkimlərlə komplektləşdirilir.

    Məlumat üçün bildiririk ki, 2021-ci il aprel ayının 1-dən etibarən icbari tibbi sığortanın ölkə miqyasında tam tətbiqinə başlanılıb. İcbari tibbi sığortanın tətbiqinin əsas məqsədi əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması, tibbi xidmətlərin keyfiyyətinin artırılması və vətəndaşların sağlamlıqla bağlı maliyyə yükünün azaldılmasıdır.

  • “WhatsApp”ın gizlilik şərtini qəbul etməyənlərin nəzərinə

    Yanvar ayında istifadəçilərə təqdim etdiyi gizlilik müqaviləsinin təsdiqlənmə tarixini mayın 15-dək uzadan “WhatsApp” məsələ ilə bağlı yeni açıqlama verib.

    “Qafqazinfo”nun xəbərinə görə, bu barədə “Telegraph” məlumat yayıb.

    Nəşr “WhatsApp”ın istifadəçilərə təqdim etdiyi gizlilik müqaviləsini qəbul etməyənlərin hər hansı sanksiya ilə üz-üzə qalmayacağını yazıb.

    Qeyd olunub ki, “WhatsApp”ın bu qərarı almasında istifadəçi sayındakı azalma və bir sıra hökumətlərin buna qarşı çıxmasının böyük təsiri olub.

    “Bir sıra rəsmilər və gizlilik mütəxəssisləri ilə maparılan son müzakirələrə baxsaq, hazırda yeniliyi hələlik qəbul etməmiş istifadəçilərə qarşı hər hansı məhdudiyyət planımız olmadığını açıq şəkildə bildirmək istəyirik”, – şirkətdən qeyd olunub.

    O da əlavə olunub ki, müxtəlif vaxtlarda şirkət istifadəçilərə yeniliklə bağlı xatırlatma edəcək.

  • Azərbaycanda 18 yaşlı gənc qız intihar edib

    Goranboy rayonunda xalası gilə qonaq gələn şəxs intihar edib.

    Hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

    Tərtər rayonundan Goranboya xalası evinə qonaq gələn 2003-cü il təvəllüdlü Zəhra İsmayılova özünü asaraq intihar edib.

    Onun hansı səbəbdən intihar etməsi isə hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

  • Konqoda vulkanın aktivləşməsi nəticəsində 61 zəlzələ qeydə alınıb

    Konqo Demokratik Respublikasında Niraqonqo vulkanın püskürməsi nəticəsində son 24 saat ərzində azı 61 zəlzələ qeydə alınıb.

    APA xəbər verir ki, bu barədə yerli Seysmoloji xidmət məlumat yayıb.

    Ardıcıl baş verən yeraltı təkanların vulkanın ərazisində davam edən maqmatik proseslərlə bağlı olduğu bildirilir.

  • Hərbi xərclərinə görə dünyanın 10 ən güclü ölkəsi

    “Visual Capitalist” saytı 2020-ci ildə dünyada hərbi xərclərinə görə ilk onluqda qərarlaşan ölkələrin adını açıqlayıb.

    Müdafiə xərcləri üzrə ilk onluqda qərarlaşan dövlətlər bunlardır:

    1. ABŞ – 778 milyard dollar
    2. Çin – 252 milyard dollar
    3. Hindistan – 72.9 milyard dollar
    4. Rusiya – 61.7 milyard dollar
    5. Böyük Britaniya – 59.2 milyard dollar
    6. Səudiyyə Ərəbistanı – 57.5 milyard dollar
    7. Almaniya – 52.8 milyard dollar
    8. Fransa – 52.7 milyard dollar
    9. Yaponiya – 49.1 milyard dollar
    10. Cənubi Koreya – 45.7 milyard dollar.

    Qeyd edək ki, 2020-ci ildə dünya dövlətləri hərbi xərclər üçün 2 trilyon dollar sərf edib. Bu məbləğin 75%-i, yəni 1 trilyon 482 milyard dolları bu 10 dövlətin payına düşür.//axar.az

  • Azərbaycanda 4 ayda nə qədər adam iş tapıb? (STATİSTİKA)

    Azərbaycanda məşğul əhalinin sayı 4 milyon 898,7 min nəfərdir.

    Dövlət Statistika Komitəsi may ayının 1-nə olan vəziyyəti açıqlayıb.

    Qeyd edək ki, bu ilin əvvəlinə olan göstəricilərlə müqayisədə məşğul əhalinin sayı 22,1 min nəfər çoxdur. Belə ki, yanvar ayının 1–nə olan göstəricilərə görə, ölkədə iqtisadi fəal əhalinin 4 milyon 876,6 min nəfərini məşğul əhali təşkil edib.

  • Vaksin vurdurduqdan sonra çimmək olarmı?

    Vaksinasiyadan sonra çimmək olmaz mifi hələ də moddadır. Ekskluziv olaraq yalnız Azərbaycanda. Bu qeyri-adi qadağanı camaata hansı əsrdən qalma həkim qoyub? Vaksin vurduranlar elə həmin gün çimə bilər. Vaksin vurulan sahəyə su dəyməsinin heç bir təhlükəsi yoxdur.

    Qaynarinfo xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.

    Vaksinin təsirindən söz açan həkim immun çatışmazlığı olan insanlara COVID-19 vaksinin zərərli olmadığını bildirib: “İmmun çatışmazlıqlı insan dedikdə kimya, şüa terapiyası alan onkoloji xəstələr, ağır şəkərli diabet, QİÇS, anadangəlmə immun çatışmazlığı sindromları, orqan köçürülmüş xəstələr və autoimmun xəstəliklərə görə təyin olunmuş immun supressant dərman qəbul edən xəstələr nəzərdə tutulur. Onlara vaksin vurulması təhlükəli deyil, aseptik şəraitdə vurulubsa, digər insanlarda olduğu kimi əlavə təsirlərin görülməsi istisnadır.

    Amma bu qrup xəstələrdə vaksin işə yaramaya bilər. Vaksinin onlarda COVID-19-a qarşı immunitet yaratma ehtimalı azdı. Ona görə hətta tam vaksinasiya olunmuş immun çatışmazlıqı olan xəstələr COVID-19-a qarşı özlərini ciddi qorumağa davam etməlidirlər”.