Month: May 2021

  • Pensiyası kəsilənlərin yenidən müraciəti niyə aylarla çəkir?

    Bir müddətdir ki, sosial şəbəkələrdə əlilliyi olan şəxslərin pensiya və müavinətlərinin bu ilin aprel ayından dayandırılması barədə şikayətlər yer alır.

    Şikayətçilər təkrar müraciət etdikdə növbənin çox olduğu əsas gətirilərək yoxlamaların noyabr, dekabr aylarına salındığını bildirirlər. İddia olunur ki, aylarla çəkən yubanma yoxlamaların ancaq bir neçə tibb müəssisəsində aparılması ilə əlaqədardır. Məsələn, gözdən əlillərin əlillik təyinatı ilə bağlı müayinəsi yalnız Bakıda – Milli Oftalmologiya Mərkəzində aparılır.

    Bir həkimdən rəy almaq üçün vətəndaşlar bəzən 3-4 dəfə rayondan Bakıya gəlməli olduqlarını bildirirlər. Bu da rayonlararası marşrutların işləmədiyi vaxtda böyük xərc tələb edir və digər tərəfdən vətəndaşlara göndərişlərə cavab verilməyən ayların da pulunu heç kim ödəmir. Həmçinin tibb müəssisələrində də pandemiya dövründə izdihamların yaranmasına səbəb olur.

    Yoxlamaların paralel olaraq digər dövlət xəstəxanalarında, o cümlədən, yerli poliklinikalarda niyə aparılmaması ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdik.

    Agentlikdən bildirildi ki, əlilliyin təyin edilməsi ilə bağlı Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər vermək hüququ olan TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin nəzdində Həkim Məsləhət Komissiyaları fəaliyyət göstərir. Həmin Komissiyalar tərəfindən müəyyən edilmiş qaydada vətəndaşların sağlamlıq vəziyyətinin və əmək qabiliyyətinin müvəqqəti və ya tam itirilməsinin ekspertizasını aparmaq, TSEK tərəfindən müəyyənləşdirilmiş əlillik müddətinin bitməsi ilə əlaqədar təkrar müayinələrin həyata keçirilməsi, əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar müayinə edilməsi, əlilliyin səbəbinin dəyişdirilməsi, əlillərin texniki və digər reabilitasiya vasitələrinə ehtiyaclarının qiymətləndirilməsi və s. işlər aparılır:

    “Qeyd edilən məsələlərlə bağlı TSEK-ə göndərişləri rəsmiləşdirmək istiqamətində tibb müəssisələri tərəfindən Forma 088 tərtib olunur. Tibb müəssisələrinə əlilliyin müəyyən edilməsi ilə bağlı müayinədən keçmək istəyən vətəndaşların çoxluğunu nəzərə alaraq mövcud sənədlərin hazırlanması müəyyən zaman müddətində həyata keçirilir. Tibb müəssisələrində əlilliyin müəyyən edilməsi ilə bağlı hər bir vətəndaşın növbəli şəkildə TSEK-ə göndərişi rəsmiləşdirilir”.

    Agentlikdən, həmçinin bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gözün və onun əlavə aparatının xəstəlikləri üzrə əlilliyin təyin olunması üçün yalnız Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəylərinə əsasən sənədləri qəbul edir. Mərkəz Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisəsi olduğundan bu durumla bağlı sualları nazirlik cavablandıra bilər.

    “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi gözün və onun əlavə aparatının xəstəliklərinin müayinəsinin paralel olaraq digər tibb müəssisələrində aparılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə müzakirələr aparır. Hazırda xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi ilə bağlı müayinələrin aparılması üçün TƏBİB-in tabeliyində olan 163 tibb müəssisəsinin Həkim Məsləhət Komissiyası fəaliyyət göstərir”./Qafqazinfo

  • Xətaidə minik avtomobili yanıb

    Bakının Xətai rayonunda “QAZ” markalı minik avtomobilinin salonu və yük yeri yanıb.

    Fövqəladə Hallar Nazirliyindən “Report”a verilən məlumata görə, avtomobilin qalan hissəsi və yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Kərəm Mustafayev: “Naxçıvan güclü müdafiə qüdrətinə malikdir”

    Naxçıvan Qarnizonu Qoşunlarında peşəkar hərbçilər yetişdirən ixtisas hazırlığı kurslarının başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.

    Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, mərasimdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi yad edilib. Dövlət himnimiz səsləndirildikdən sonra polkovnik Mübariz Rzayev kurslar zamanı hər bir kursantın müasir hərb elminə aid yeni biliklərə yiyələndiyini və praktiki vərdişlərinin təkmilləşdirildiyini qeyd edib.

    Məzunlar adından çıxış edən Vətən müharibəsi iştirakçısı Siruz Musayev keçirilən kursların əhəmiyyətindən danışıb, xidmət müddətində və kurslarda qazandıqları yeni taktiki bilikləri hər bir döyüş tapşırığının icrası zamanı uğurla tətbiq edəcəklərinə söz verib.

    Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılan zaman bildirilib ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 18 illik siyasi rəhbərliyi dövründə daim Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi məsələsini diqqət mərkəzində saxlayıb. Göstərilən diqqət və qayğı nəticəsində doğma Naxçıvanımız güclü müdafiə qüdrətinə və müzəffər Əlahiddə Ümumqoşun Orduya malikdir. Muxtar respublikanın müdafiəsində uğurla dayanan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları 44 günlük Vətən müharibəsində də qəhrəmancasına və şücaətlə döyüşərək düşmənə sarsıdıcı zərbələr endirib, işğal altında olan torpaqlarımızın azad edilməsində iştirak ediblər. İnanırıq ki, kursları uğurla başa vuran hərbi qulluqçular da döyüşlərdə iştirak etmiş yoldaşlarının təcrübəsindən yararlanaraq Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacaqlar.

    Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib, nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.

    Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və tribuna önündən təntənəli keçid olub.

    Sonda xatirə şəkli çəkdirilib.

  • Блогер из Казахстана о Гяндже: Я потрясен увиденным

    Война есть война, но по отношению к мирным жителям так поступать нельзя. Это отражено и в законах, и в официальных документах, и в декларациях ООН…

    Как передает Report, об этом журналистам заявил блогер из Казахстана Даулет Мукаев во время визита в Гянджу, который состоялся в рамках проекта Show Me Azerbaijan, реализуемого при содействии расположенного в Баку Евразийского регионального центра Молодежного форума Организации исламского сотрудничества (ОИС).

    «Я потрясен увиденным. Пусть будет мирное небо и мирная жизнь!» – добавил он.

    Напомним, что 29 мая иностранные блогеры посетили Гянджу. Для ознакомления с преступлениями, совершенными армянами, подвергшими ракетному удару Гянджу во время Отечественной войны, группа блогеров посетила район, где погибли мирные жители и произошли разрушения.

  • Həftədə 5- 6 gün işləmək ürək və beyini məhv edir – ÜST-dən yeni təklif

    Son 5 ildə dünyanın inkişaf etmiş ölkələrinin sosial əmək və səhiyyə mütəxəssisləri işçi qüvvəsinin 4 həftəlik iş rejiminə keçməsini aktiv müzakirə edir.

    Artıq Yeni Zelandiya, Niderland, İsveç kimi ölkələrdə dövlət səviyyəsində qısaldılmış iş həftəsinə keçid olunub və bu proses davam edir.

    Dünya Səhiyyə təşkilatı həftədə 5-6 gün iş rejiminin insanın orqanizminə mənfi təsir etdiyindən narahatlığını bildirib.

    2 il əvvəl Cenevrədə Beynəlxalq əmək təşkilatının 108-ci sessiyasında qeyd edilib ki, insanların işdə uğur uğrunda daim qaçması, həftənin 5 günü beyninin yalnız əmək və işlə məşğul olması və daha çox işdə faydalı olmaq barədə düşünməsi ümumi sistemdə xroniki yorğunluq və stresslə nəticələnir. Bu da əmək qabiliyyəti və effektivliyini azaldır. İnsanların sağlamlığını tez sıradan çıxarır.
    Medicina.az xəbər verir ki, gənclərin əsas işdən əlavə işlərə və gəlir qazanmaq üçün məşğuliyyətlərə üz tutması onların gündə 11-12, bəzən 13, həftədə 60 saatdan çox işləməsinə səbəb olur.

    Təkcə 2016-cı iıdə həddən artıq uzun iş saatları 750 mindən çox orta yaşlı insanın insult və infarktdan ölümünə səbəb olub.

    Elmi araşdırmalar sübut edib ki, normada həftədə 35-40 saat əvəzinə 55-60 saat işləyən insanlarda insult riski 35%, ürəyin işemik xəstəliyi – 18% artır.

    Çox uzun gün və saat işləmək – iş yeridən asılı olmayaraq – sağlamlığa ziyandır və erkən ölümə səbəb ola bilər.
    ÜST rəhbəri Tedros Qebreyesus bildirib ki, pandemiya dövründə evdən onlayn işləmək evlə iş yeri arasındakı sərhədi də aradan götürüb və insan bəzən evdə olduğu dövrdə də işinə qayıtmağa və işləməyə məcbur olub.

    “Bir çox iş yerləri işçi ixtisarı apararaq, yerdə qalan əməkdaşları normadan artıq yükləmiş və digərlərinin də yerinə işləməyə vadar etmişdir. Çox zaman insanlar iş yerlərini itirməmək, karyera və maaş naminə bunui problem etmir və bacaracağını düşünür. Lakin bunun fəsadları gələcəkdə sağlamlıqda özünü göstərəcək. Heç bir gəlir və iş insult və infarkt riskinə dəyməz” – deyə Tedros bildirib.

    Az işləmək daha faydalı və uğurludur

    Dünyanın ən zəngin Mikrosoft şirkəti 2019-cu ildən 50% işçisini 4 həftəlik iş rejiminə keçirib. Digər əməkdaşlar da gündə 8 saatdan artıq işləmir.

    Mikrosoft işçilərinin işləməkdən çox yaxşı dincəlib, yeni həftəyə enerji yığmasının vacibliyini vurğulayır.
    Belə rejimə keçəndən sonra şirkətin uğurlarında heç bir geriləmə olmayıb.

    Bu hələ 1970-ci illərdə alimlər tərəfindən sübut edilib ki, iş həftəsinin qısa olması həm əməkdaşların sağlamlığına, həm də onların əmək faydalılığına müsbət təsir edir. Şirkətlər bundan uduzmur.

    4 günlük iş həftəsində çalışan insan az yorulur, fiziki və zehni gücü tükənmir, az xəstələnir, daha çox motivasiya alır, işinə ürəklə gəlir, tapşırıqları dəqiq yerinə yetirir, işinin nəticəsi daha uğurlu olur.

    Ümid edirik ki, keçmiş Sovetlər Birliyinə daxil olan ölkələr də 6 günlük iş həftəsi və gündə 9-10 saat işləmək rejimindən xilas ola biləcək. Çünki məhz bu rejimə görə hazırda Azərbaycanda insanlar təqaüd yaşına çatmadan insult və infarktdan ölür, illərlə can qoyduğu işinin nəticəsi təqaüdünü belə rahatlıqla ala bilmir.

  • Tərtər sakini Goranboyda intihar edib

    Goranboy rayonunda xalası gilə qonaq gələn şəxs intihar edib.

    Hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

    Tərtər rayonundan Goranboya xalası evinə qonaq gələn 2003-cü il təvəllüdlü Zəhra İsmayılova özünü asaraq intihar edib.

    Onun hansı səbəbdən intihar etməsi isə hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

  • Qazaxıstanlı bloger: “Gəncədə gördüklərimdən sarsılmışam”

    “Müharibənin öz qanunları olsa da, dinc sakinlərə qarşı belə əməllər yolverilməzdir. Bu, BMT bəyannamələrindən tutmuş bir çox hüquqi sənədlərdə əksini tapıb”.

    “Report”un Qərb Mərkəzi xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Show Me Azerbaijan” layihəsi çərçivəsində Gəncəyə səfər edən bir qrup xarici blogerlər arasında olan qazaxıstanlı bloger Doulet Mukayev jurnalistlərə bildirib.

    “Burada gördüklərimdən sarsılmışam”, – qazaxıstanlı bloger deyib və Azərbaycana sülh, əmin-amanlıq arzulayıb.

    Qeyd edək ki, əcnəbi blogerlər Gəncədə İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu tərəfindən raket hücumu nəticəsində dinc sakinlərin həlak olduqları məhəllələrə baş çəkiblər.

  • Goranboyda 47 yaşlı kişini ildırım vurub öldürdü

    Goranboy rayonunda ildırım 47 yaşlı kişini vuraraq öldürüb.

    Hadisə rayonun Ballıqaya kəndində qeydə alınıb. Kənd ərazisindəki yaylaqda mal-qara otaran Laçın rayon sakini, 47 yaşlı Əhməd Əhmədovu ildırım vurub. O, hadisə yerindəcə ölüb.

    Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Ağstafa sakini tapılaraq ailəsinə təhvil verilib

    Bir neçə gün öncə itkin düşən Ağstafa sakini tapılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Ağstafa rayon sakini, 1998-ci il təvəllüdlü Gülnar Salahova polis əməkdaşları tərəfindən Bakı şəhərində tapılıb və artıq ailəsinə təhvil verilib.

  • Villebrand xəstəliyinin təhlükəli əlamətləri

    Villebrand xəstəliyi – irsi hemorragik diatezlərin növüdür.Bu xəstəlik genetik patologiyadır.
    Villebrand xəstəliyi müxtəlif intensivlikli hemorragik sindromla təzahür edir. Xəstəliyin ağırlığından və variantından asılı olaraq əsasən petexial-göyümtül ləkələr, göyümtül ləkələr-hematom, nadir hallarda hematom tipli olur. Villebrand xəstəliyinin I və II tipinin yüngül formaları spontan burun qanaxmaları, dəri içinə və dərialtı az və mülayim qansızma, travmalardan və cərrahi manipulyasiyalardan sonra davamlı qanaxma ilə xarakterizə olunur. Qızlarda menorragiya, uşaqlıq qanaxmaları, uşaq dünyaya gətirən qadınlarda doğuş zamanı həddən artıq qan itkisi qeyd olunur.
    Villebrand xəstəliyinin qazanılmış formaları sistem, ürək, onkoloji xəstəliklər fonunda çoxsaylı hemotransfuziyalardan sonra ağırlaşma kimi meydana çıxa bilər. Villebrand xəstəliyinin profilaktikası məqsədilə xəstələr (o cümlədən qohumlar) arasında nigahın istisnası, diaqnoz qoyulduqda QSİƏP, antiaqreqantlar qəbul etməmək, travmalardan qaçmaq, həkimin tövsiyələrinə dəqiq əməl etməkdən ibarətdir.