Month: May 2021

  • Sumqayıtda ağac kəsilməsi faktı ilə bağlı cinayət işi açıldı

    Bəzi kütləvi informasiya vasitələrində Sumqayıt şəhərində qanunsuz olaraq 2 ağacın kəsilməsi nəticəsində 2 min 700 manat məbləğində ziyan dəyməsi barədə məlumatlar yayılıb.

    Baş Prokurorluqdan verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müraciəti əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılmaqla müəyyən edilib ki, Sumqayıt şəhəri, Sülh küçəsində köküstə yaş halda 1 ədəd sərv və 1 ədəd şam ağacları kəsilib məhv edilib və nəticədə təbiətə 3 min manat məbləğində ziyan dəyib.

    Bu gün fakta görə Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması şəhər Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.

    Hazırda iş üzrə istintaq aparılmaqla təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri təmin ediləcək.

  • Koronavirusun yeni variantı aşkarlandı

    Vyetnam alimləri koronavirusun Britaniya və Hindistan ştammlarının hibridindən əmələ gələn yeni variantını müəyyən ediblər.

    Bu barədə respublikanın Səhiyyə naziri Nquen Than COVID-19 xəstəliyinin yayılmasına nəzarət və onun profilaktikası məsələlərinə həsr olunan ümummilli iclasda çıxış edərkən deyib.

    Nazirin sözlərinə görə, hələ ad qoyulmayan yeni ştamm daha yoluxucudur və hava yolu ilə asan ötürülür.

    Nquen Than Vyetnamda aprelin 27-də başlayan dördüncü koronavirus dalğası zamanı xəstəliyin əsas ocaqlarına çevrilən ölkənin şimal rayonlarında – Bakzyang və Baknin əyalətlərində qeydə alınan kütləvi yoluxmalara məhz koronavirusun yeni ştammının səbəb olduğunu qeyd edib.

    İndiyədək ölkədə “Britaniya”, “Braziliya”, “Hindistan” və “Cənubi Afrika” variantları da daxil olmaqla koronavirusun 7 ştammı aşkarlanıb.

    Qeyd edək ki, Vyetnamda pandemiya dövrü ərzində qeydə alınmış 6 min 713 yoluxmanın yarıdan çoxu – 3 min 643-ü son ayda baş verib.

    Həmçinin bu müddət ərzində xəstəlik səbəbindən 47 nəfər həlak olub. Hazırda ölkənin tibb müəssisələrində 3 min 770 koronavirus xəstəsi müalicə alır.

  • Vətən müharibəsində düşmənin HHM vasitələrinin məhv edilməsinin görüntüləri – VİDEO

    Müdafiə Nazirliyi Vətən müharibəsi zamanı düşmənin HHM vasitələrinin məhv edilməsinin görüntülərini yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Nazirlər Kabineti tikinti ilə bağlı yeni qərarın detallarını açıqladı

    Ölkə ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün daha dəqiq hesab olunan resurs metodu tətbiq ediləcək.

    Bununla bağlı Nazirlər Kabineti müvafiq qərar qəbul edilib.

    Qəbul edilən qərar ölkə ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün bu ilin oktyabrın 1-dən daha dəqiq hesab olunan resurs metodunun tətbiq ediləcəyi ilə əlaqədar aşağıdakı limitləşdirilmiş xərc normalarının müəyyənləşdirilməsi, təsdiq və tətbiq edilməsi məqsədilə hazırlanıb:

    – Tikintidə üstəlik xərclərin normativləri;

    – Tikintidə smeta gəlirinin normativlərı;

    – Tikilməkdə olan müəssisələrin və digər obyektlərin müdiriyyətinin (texniki nəzarətin) saxlanılması xərclərinin smeta normativləri;

    – Nəzərdə tutulmamış işlər və xərclər üzrə ehtiyat vəsaitinin səviyyəsinin müəyyənləşdirilməsi üçün normativlər;

    – Müəllif nəzarəti üzrə vəsaitin miqdarının təyin edilməsi üçün normativlər;

    – Küləyin təsiri ilə əlaqədar olan xərclərin təyin edilməsi üçün normativlər;

    – Müvəqqəti bina və qurğuların tikintisi üzrə sərflərin smeta normaları;

    – Tikinti-quraşdırma işlərinin qış vaxtında yerinə yetirilməsi ilə əlaqədar olan əlavə xərclərin smeta normaları.

    Qərar oktyabrın 1-dən qüvvəyə minir.

  • Kafe və restoranlarda kobud pozuntular aşkarlandı

    May ayının 28-də ölkə üzrə 403 ictimai iaşə obyektində 709 monitorinq keçirilib.

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata əsasən, monitorinqlər zamanı 12 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

    Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

  • В Баку близ станции метро “20 Января” произошел пожар – ОБНОВЛЕНО

    В Насиминском районе Баку (близ станции метро “20 Января”) на огороженной территории загорелись сухая трава и пластиковый контейнер для бытовых отходов, сообщает пресс-служба МЧС.

    Расположенные вблизи деревья и другие мусорные баки были защищены от огня.

    Пожар потушен.

    * * * * *

    Возле станции Бакинского метрополитена “20 Января” произошел пожар.

    Огонь вспыхнул на огороженном пустыре между 3-м микрорайоном и станцией метро.

    Об инциденте немедленно было сообщено в Госслужбу пожарной охраны МЧС.

    В настоящее время принимаются меры по локализации пожара.

  • “20 Yanvar” metrostansiyası yaxınlığında yanğın olub – YENİLƏNİB

    Bakı şəhərinin Nəsimi rayonunda (“20 Yanvar” metrostansiyasına yaxın ərazi) hasara alınmış ərazidə təqribən 1 ha sahədə quru ot və 1 ədəd plastik zibil qutusu yanıb.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, yaxınlıqdakı ağaclar və digər zibil qutuları yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    * * * * *

    Metronun “20 Yanvar” stansiyası yaxınlığında yanğın olub.

    3-cü mikrorayon dairəsindən “20 Yanvar” metrostansiyasına qalxan istiqamətdə hasarlanmış boş ərazidə yanğın olub.

    İlkin məlumatlara görə, yanğın barədə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadasına məlumat verilib.

    Yanğın məhdudlaşdırılıb, ətrafdakı ərazilərə yayılmasının qarşısı alınıb.

  • В Киеве на азербайджанцев напали с холодным оружием, есть раненые – ФОТО

    В столице Украины, Киеве, группа азербайджанцев подверглась нападению.

    По данным Report, инцидент произошел вечером 28 мая на одном из рынков.

    Братья Аливерди и Фикрет Мамедовы, а также еще несколько азербайджанцев были избиты неизвестными лицами в полицейской форме.

    Против наших соотечественников были применены кастеты, которые являются холодным оружием.

    Пострадавшие азербайджанцы были госпитализированы в Киевский городской травматологический центр.

    По данному факту проводится расследование.



  • Kiyevdə bir qrup azərbaycanlıya soyuq silahla hücum edildi: Yaralananlar var – FOTO

    Ukraynanın paytaxtı Kiyevdə bir qrup azərbaycanlı hücuma məruz qalıb.

    “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, hadisə mayın 28-də axşam saatlarında bazarların birində qeydə alınıb.

    Belə ki, Əliverdi və Fikrət Məmmədov qardaşları, eləcə də daha bir neçə azərbaycanlı polis geyimində olan naməlum şəxslər tərəfindən döyülüblər.

    Soydaşlarımıza qarşı “beşbarmaq” adlı soyuq silahdan istifadə edilib.

    Yaralı azərbaycanlılar Kiyev şəhər Travmatologiya Mərkəzinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

    Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə azərbaycanlıların döyülməsi faktını nəzarətə götürüb. Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bununla bağlı müvafiq tapşırıq verib.

    Bildirilib ki, Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşı, konsul və diaspor nümayəndələri xəstəxanadakı yaralılara baş çəkiblər.

    Eyni zamanda onlar Ukrayna hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə görüşərək araşdırmanın gedişatını nəzarətə götürüblər.



  • Ильхам Алиев распорядился выделить ОАО “Мелиорация и водное хозяйство Азербайджана” 20 млн манатов

    29 мая Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о дополнительных мерах по улучшению обеспечения поливной водой посевных площадей.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, с целью улучшения обеспечения поливной водой посевных площадей, а также проведения работ по привлечению в посевной оборот дополнительных земель и подготовки новых проектов в этом направлении из резервного фонда Президента АР, предусмотренного в госбюджете на 2021 год, ОАО “Мелиорация и водное хозяйство Азербайджана” выделено 20 млн манатов.