Month: May 2021

  • США предложили Турции замену российским С-400

    США предложили Турции альтернативу российским зенитным ракетным системам С-400. Об этом сообщает телеканал CNN TURK со ссылкой на заместителя госсекретаря США Уэнди Шерман, передает gazeta.ru.

    “Приобретение С-400 создает проблему в альянсе НАТО. Мы представили альтернативу, они (Турция) точно знают, что делать. Я надеюсь, что мы сможем найти общий путь”, – сказал Шерман.

    Он не сообщил, о какой альтернативе идет речь.

  • ABŞ Türkiyəyə S-400 üçün alternativ təklif edib

    ABŞ Türkiyənin əldə etdiyi Rusiya istehsalı S-400 zenit-raket kompleksinə dair rəsmi Ankaraya alternativ təqdim edib.

    Bunu “CNN Türk”ə müsahibəsində ABŞ Dövlət Katibinin müavini Uendi Şerman bəyan edib.

    “S-400-lərin əldə edilməsi NATO alyansında problemlər yaradır. Biz alternativ təqdim etdik. Onlar nə etməli olduğunu dəqiq bilir. Ümid edirəm ki, ümumi çıxış yolu tapa biləcəyik”, – deyə Şerman bildirib.

    O, hansı alternativdən söhbət getdiyini dəqiqləşdirməyib.

  • Paşinyan: “Ermənistan Azərbaycanla sərhəddə qoşunlarını geri çəkməyə hazırdır”

    ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan sərhədində eskalasiyanı azaltmaq təklifi İrəvan üçün məqbuldur.

    Bu barədə, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan “Mülki Müqavilə” Partiyasının fəalları ilə görüşündə bəyan edib.

    O, həmsədrlərin sərhəddəki gərginliyi azaltmaq, silahlı qüvvələri geri çəkmək, delimitasiya və demarkasiya ilə bağlı danışıqlara başlamaq üçün təcili addımların atılmasına çağırdığını xatırladıb.

    “Həmsədrlərin təklifində göstərilən addımların məntiqi bizim üçün əsaslı şəkildə məqbuldur. Ermənistan hökuməti qətiyyətlə bu yolu tutur və biz hər an qoşunları geri çəkməyə hazırıq. Bunu eyni zamanda etmək üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin Bakı ilə razılaşmasını gözləyirik”, – deyə o, bəyan edib.

  • В Шамкире женщина покончила с собой после ссоры с сыном – ОБНОВЛЕНО

    Жительница села Шиштепе Шамкирского района Самира Гулиева (1980 г.р.) повесилась во дворе собственного дома, передает Oxu.Az.

    По предварительной информации, женщина покончила с собой после ссоры со своим несовершеннолетним сыном.

    Позже подросток обнаружил свою мать повешенной.

    На место происшествия прибыли сотрудники правоохранительных органов.

    По данному факту проводится расследование.

    09:26

    Жительница села Шиштепе Шамкирского района Самира Гулиева (примерно 20-30 лет) обнаружена повешенной во дворе своего дома, сообщает АПА.

    На место происшествия прибыли сотрудники правоохранительных органов.

    По данному факту в районной прокуратуре возбуждено уголовное дело, ведется расследование.

  • Şəmkirdə oğlu ilə mübahisə edən qadın intihar edib – TƏFƏRRÜAT + YENİLƏNİB

    Şəmkir rayonunda qadın yaşadığı evdə özünü asaraq intihar edib.

    Oxu.Az-ın məlumatına görə, hadisə ötən gün rayonun Şiştəpə kəndində baş verib.

    İlkin məlumatlara görə, 1980-ci il təvəllüdlü Samirə Quliyeva yetkinlik yaşına çatmayan oğlu ilə mübahisə edib. Yaranan ailə münaqişəsi zəminində qadın gecə saatlarında yaşadığı evin həyətində özünü ağacdan asaraq intihar edib.

    İlkin məlumatlara görə, qadının meyitini oğlu aşkar edib.

    Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

    09:24

    Şəmkirdə ölüm hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

    Təxminən, 20-30 yaşlarında olan Samirə Quliyeva yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkar edilib.

    Qadın hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    Meyit müayinə edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə təhvil verilib.

    Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

  • Hindistanda son 44 günün ən aşağı yoluxma göstəricisi qeydə alındı

    Hindistanda son 24 saatda 3660 nəfər koronavirusdan ölüb.

    Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

    Ölkədə son sutkada yoluxma sayı 186364 olub.

    Sözügedən göstərici son 44 gündə ən aşağı göstərici olub.

  • ABŞ kəşfiyyatı koronavirusun mənşəyi barədə məlumat əldə edib

    ABŞ kəşfiyyatı koronavirusun mənşəyi ilə bağlı məlumatlar əldə edib.

    Bu barədə “The New York Times” məlumat yayıb.

    Qeyd olunur ki, sözügedən məlumatlar koronavirusun necə peyda olması barədə aydınlıq gətirə bilər.

    Nəşrə danışan rəsmilərin fikrincə, informasiyanın daha yaxşı anlaşılması üçün kompüter tərəfindən təhlil olması mütləqdir.

  • Bakıda gənc qız oğlanı və özünü bıçaqladı

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

    Belə ki, “Koroğlu” metrostansiyasının yaxınlığında 1995-ci il təvəllüdlü Kərimova Günel Cəmil qızı tanışı, 1991-ci il təvəllüdlü Paşayev Nicat Müqəttar oğlunu bıçaqlayıb. G.Kərimova sonra özünə bıçaqla xəsarət yetirib.

    Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. N.Paşayevə sol bazunun kəsilmiş-deşilmiş yarası, G.Kərimovaya isə qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozları qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan millisi Avropa çempionatından qovuldu – QALMAQAL+VİDEO

    Azərbaycan millisi Kiprin Limassol şəhərində keçirilən sambo üzrə Avropa çempionatından qovulub.

    Emil Həsənovun finalda Rusiya samboçusu ilə görüşdə ağrıdıcı fəndlə uduzması azərbaycanlı məşqçilərin xoşuna gəlməyib.

    Onlar bunun qərəzli şəkildə edildiyini bildirib və etirazlarını sərt şəkildə çatdırıblar. Bu səbəbdən də təşkilatçılar Azərbaycan komandasının yarışdan uzaqlaşdırılması barədə qərar çıxarıb.

    Komandanın qazandığı nəticələr isə silinib.

    //oxu.az

  • Поножовщина в Кюрдамире, есть пострадавший

    В Кюрдамирском районе произошла поножовщина.

    Как передает Report, инцидент зафиксирован на улице Шарифзаде.

    Так, ранее судимый Фамиль Гурбанов в ходе конфликта нанес 45-летнему Фамилю Джафарову пять ножевых ранений.

    Пострадавший в критическом состоянии был доставлен в центральную районную больницу.

    По данному факту ведется расследование.