Month: May 2021

  • İlham Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC-yə 20 milyon manat ayırdı – SƏRƏNCAM

    Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması işlərinin davam etdirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC xəbər yayıb.

    Sərəncama əsasən, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əkin dövriyyəsinə əlavə torpaqların cəlb olunması işlərinin davam etdirilməsi və bu istiqamətdə yeni layihələrin hazırlanması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 20 milyon manat ayrılıb.

  • Bakıda yerüstü metrostansiya tikilir

    Bakıda yerüstü metrostansiya tikilir.

    Bu barədə Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

    O bildirib ki, hazırda stansiyanın tikinti işləri sürətlə davam etdirilir:

    “Yeni yerüstü stansiya “Xocahəsən” Elektrik deposunun yanında inşa edilir. Bu stansiya Xocahəsən və ətraf ərazidə yaşayan insanların istifadəsi üçün nəzərdə tutulur. Stansiya “Bənövşəyi xətt” üzərində yerləşir, tikinti işləri yekunlaşmaq üzrədir. Stansiyanın adı hələlik məlum deyil. İstismara hazır olandan sonra onun adı veriləcək. Bu məsələ bizə aid deyil”.

  • Bakıda yeni marşrut xətti fəaliyyətə başlayır

    Bakıdakı Binə Atçılıq yaşayış massivini metronun “Ulduz” stansiyası ilə əlaqələndirən yeni 169 nömrəli müntəzəm marşrut xətti təşkil edilib. Yeni xəttin təşkili ilə bağlı qərar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla verilib.

    Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

    “General Auto Company” şirkətinin istismarında olan marşrut xətti mayın 31-dən fəaliyyətə başlayacaq. Sərnişin təlabatına uyğun olaraq marşrut üzrə daşımalara ortatutumlu avtobuslar cəlb ediləcək. Marşrutun hərəkət intervalı sərnişin təlabatına uyğun olaraq tənzimlənəcək. Marşrut xətti üzrə gedişhaqqı 40 qəpik təşkil edəcək.

    Yeni marşrut xəttinin təşkil edilməsi ilə 14 000 nəfərdən çox əhalisi olan Atçılıq yaşayış massivi sakinlərinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirilməsi təmin olunacaq.

    Dövlət başçısının şəhərətrafı kənd və qəsəbələrdə yaşayan vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərində keyfiyyətin artırılması ilə bağlı tapşırığına uyğun olaraq analoji işlər bundan sonra da davam etdiriləcək.

  • Стали известны имена подростков, пострадавших в результате нападения стаи волков – ОБНОВЛЕНО + ВИДЕО

    В результате нападения стаи волков в одном из сел Ордубадского района Нахчыванской Автономной Республики четыре человека, включая двоих взрослых и двоих подростков, получили различные травмы, передает Trend.

    В службе скорой медицинской помощи сообщили, что пострадали Али Бадалов (1977 г.р.), Акбер Мамедов (1966 г.р.), Таяр Гахраманов (2008 г.р.) и Марьям Гахраманова (2005 г.р.).

    Ввиду удовлетворительного состояния последняя была выписана из больницы. Один из пострадавших в результате нападения животных находится в тяжелом состоянии и был отправлен в город Нахчыван.

    Отметим, что инцидент произошел 27 мая.

    * * * * *

    В одном из сел Ордубадского района Нахчыванской Автономной Республики стая волков атаковала школьников.

    Об этом свидетельствуют публикации в соцсетях.

    В результате нападения диких зверей дети получили тяжелые травмы. Школьников госпитализировали.

  • Azərbaycanda dəhşət: Canavarların hücumuna məruz qalanların adları bəlli oldu – YENİLƏNİB + VİDEO

    Naxçıvanda canavar sürüsünün hücuma məruz qalanın şəxsiyyəti məlum olub.

    Trendin məlumatına görə, canavarların hücumu nəticəsində iki böyük, iki yeniyetmə olmaqla, ümumən dörd nəfər xəsarət alıb.

    Naxçıvan təcili tibbi yardım xidmətindən bildirilib ki, onlar 1977-ci il təvəllüdlü Bədəlov Əli Məcnun oğlu, 1966-cı il təvəllüdlü Məmmədov Əkbər Cavad oğlu, 2008-ci il təvəllüdlü Qəhrəmanov Təyyar Əbülfəz oğlu və 2005-ci il təvəllüdlü Qəhrəmanova Məryəm Rafiq qızıdır.

    Hazırda həmin şəxslərdən bir nəfəri – M. Qəhrəmanovanın vəziyyəti yaxşı olduğundan evə buraxılıb. Digər şəxslərdən birinin isə vəziyyəti nisbətən ağır olduğundan Naxçıvan şəhərinə göndərilib.

    Qeyd edək ki, hadisə may ayının 27-də baş verib.

    * * * * *

    Ordubadın kəndlərindən birində canavar sürüsü şagirdlərə hücum edib.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    Bildirilib ki, hadisə nəticəsində şagirdlər ağır yaralanıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Həmin görüntüləri təqdim edirik:

  • В Шеки уничтожены кусты дикорастущей конопли

    В результате оперативно-разыскных мероприятий, проведенных сотрудниками Шекинского РОП, на территории села Чешмели были обнаружены кусты конопли.

    Об этом сообщили в шекинской региональной группе пресс-службы МВД.

    8 156 кустов дикорастущей конопли общим весом более 600 кг были уничтожены.

  • Şəkidə yabanı halda bitən çətənə kolları məhv edilib

    Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Çeşməli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 600 kiloqramdan artıq olan 8156 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

  • Ermənistanda kütləvi istefalar gözlənilir

    Yaxın günlərdə Ermənistanda istefalar və işdən çıxarılmalar davam edəcək.

    Bu barədə “Joxovurd” qəzeti yazıb.

    Məqalə müəllifinin sözlərinə görə, yaxın günlərdə Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisinin müavini Stepan Qalstyan istefa verəcək.

    “Baş Qərargahın keçmiş rəisi Onik Qasparyan vəzifəsindən azad edildikdən sonra onu Qalstyan əvəz etdi. Müxtəlif vədlərlə motivasiya edilməyinə baxmayaraq, o da tezliklə gedəcək. Demək olar ki, bütün erməni rəsmiləri Nikol Paşinyanın sərhəd məsələləri və Azərbaycanla münasibətlərə dair davranışlarından və bəyanatlarından narazıdırlar”, – deyə nəşr qeyd edib.

  • İqtisadiyyat Nazirliyinin yeni binasının xüsusiyyətləri AÇIQLANIB

    İqtisadiyyat Nazirliyinin yeni inzibati binasında 772 əməkdaş rahat və səmərəli fəaliyyət göstərə biləcək.

    Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevi yeni binada görülən işlərlə bağlı məlumatlandırarkən deyib.

    Bildirilib ki, bina mərkəzi dairəvi özəyə bağlanmış bir-birindən asılı olmayan beş kub formasında tikilidən, hər kub isə beş ofis mərtəbəsindən ibarətdir və sütunsuz açıq bağçalı terasla yuxarıdakı qonşu kubdan unikal formada ayrılır.

    Bundan əlavə, hər bir mərtəbə aşağıdakı növbəti mərtəbələrlə müqayisədə 1,2 dərəcə dönür və nəticədə ümumilikdə aşağıdan yuxarıya 40 dərəcəlik fırlanma effekti yaranır.

    Qeyd edilib ki, inşaat qrupu dəmir beton sütunları və perimetr boyu yerləşən tirlərdən gələn yükləri bina özəyinə ötürən bir sistem dizayn edib.

    Tikintinin dizaynı 2020-ci ildə ABŞ-da “İnşaat Mühəndisliyində Mükəmməllik” və “Ləyaqət” mükafatlarına layiq görülüb.

  • Şirvanda dörd evdən oğurluq edənlər saxlanıldı

    Şirvan rayonu ərazisindəki 4 evdən oğurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki dörd evdən ümumilikdə 13 190 manat, 10 450 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş P.Hüseynov və M.Allahverdiyev saxlanılıblar.