Month: May 2021

  • ETSN: “Xəzərə çirkab su axıdan qurumla bağlı tədbir görüləcək”

    Səbail rayonu Bibiheybət qəsəbəsindəki boru kəmərindən çirkab suların Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

    Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı ərazidə formalaşan çirkab suların Azərsu ASC-nin Bakı Sukanal İdarəsinin tabeliyində fəaliyyət göstərən nasoslar vasitəsilə təmizlənmədən Xəzərə axıdıldığı müəyyən edilib:

    “Mütəxəssislər tərəfindən boru xəttindən axan sudan mikrobioloji təhlillərin aparılması üçün nümunələr götürülüb”.

    H.Əlizadə qeyd edib ki, araşdırmaların və analizlərin nəticələrinə uyğun olaraq tərəfimizdən müvafiq tədbirlər görüləcək və ictimaiyyətə əlavə məlumat veriləcək.

  • Lənkəranda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

    Lənkəran rayonunda ağır yol qəzası baş verib.

    “Report” xəbər verir ki, hadisə şəhərin Akademik Zərifə Əliyeva küçəsində qeydə alınıb.

    Belə ki, “Chevrolet” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən “Chevrolet” markalı avtomobil suötürücü xəndəyə aşıb.

    Nəticədə Lənkəran şəhər sakinləri – 1956-cı il təvəllüdlü Mahirə Mirzağa qızı Məmmədova və 1959-cu il təvəllüdlü Nahidə Mirzağa qızı Rəhimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Календарь и молитва двадцать четвертого дня месяца Рамазан – ФОТО

    Завтра 24-й день священного месяца Рамазан.

    Согласно его календарю, объявленному Управлением мусульман Кавказа (УМК), время имсака 7 мая – в 03:50, а время ифтара – в 19:57.

    Субх азан – 04:000

    Зухр азан – 12:37

    Аср азан – 17:36

    Магриб азан – 19:57

    Иша азан – 21:08

    Молитва, читаемая перед имсак:

    “Аллахумма инни ас’алюка фихи ма йурдик уа аузу бикя мимма йу’зик уа ас’алюкат тауфика фихи лиан утиакя уа ля а’сик йа джавадас саилин”.

    Перевод:

    “Во имя Аллаха, Милостивого и Милосердного. О, Аллах! В этом месяце я прошу у Тебя то, в чем заключено Твое довольство и ищу у Тебя убежища от деяний, вызывающих Твое неодобрение. Прошу Тебя помочь мне быть покорным Тебе во всем и не ослушиваться. О, Великодушный ко всем просящим!”.

    Молитва, читаемая перед разговением (ифтар).

    “Аллахумма лака сумту ва аля ризкика афтарту ва алейка таваккалту. Бисмиллахир-Рахманир-Рахим. Я василь-магфирати игфирли”.

    Перевод:

    “О, Аллах! Ради Тебя я держал пост, в Тебя уверовал и на Тебя лишь уповаю, разговляюсь тем, что Ты мне послал. Прости, о прощающий мои грехи, прежние и будущие!”.

    Да примет Аллах ваш пост!

  • Buraxılış imtahanında bir nəfər maksimum bal toplayıb

    Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15-16 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarında bir nəfər ən yüksək nəticə toplayıb.

    Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan iştirakçıları arasında bir nəfər – Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu maksimal – 300 bal toplayıb.

    Həmin şagird 2 il əvvəl 9-cu sinif səviyyəsi üzrə buraxılış imtahanında da 296 bal toplamaqla yüksək nəticə göstərib.

  • Buraxılış imtahanlarının nəticələri açıqlanıb

    Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15-16 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

    Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, imtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2021/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

    Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

    Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi respublikada keçirilən sosial izolyasiya tədbirlərinə uyğun olaraq onlayn şəkildə həyata keçirilib. Belə ki,hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” prosesinin (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

    Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə buradan tanış ola bilərsiniz.

    Bu imtahanlarda iştirakı nəzərdə tutulan 26491 nəfərdən 376 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 7 nəfərin nəticəsi ləğv olunub.

    İmtahan iştirakçıları arasında 1 nəfər – Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu maksimal olan 300 bal toplayıb. Həmin şagird 2 il əvvəl 9-cu sinif səviyyəsi üzrə buraxılış imtahanında da 296 bal toplamaqla yüksək nəticə göstərib.

    İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən bütün istiqamətlər üzrə nəticələr elan olunduqdan sonra onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən il imtahanların təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 20-25%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

    Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 16-19 may tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər.Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

    Qeyd: 22-23 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin bayramdan sonrakı həftə ərzində elan olunması nəzərdə tutulur.

  • Müharibə veteranları faşist Njdeninin heykəli ilə bağlı Sergey Lavrova müraciət edib

    Azərbaycan Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Rusiyanın Xarici işlər naziri Sergey Viktoroviç Lavrova müraciət edib.

    Median.Az müraciəti təqdim edir:

    “Hörmətli Sergey Viktoroviç Lavrov!

    Faşizm üzərində tarixi qələbənin 76-cı ildönümü ərəfəsində biz – Böyük Vətən Müharibəsi veteranları Sizə müraciət edərək Hitler nasizminin erməni əlaltılarının qəhrəmanlar kimi qələmə verilməsi cəhdlərinin bizi narahat etdiyini bildirmişdik. Həmin müraciətdə nasist canilərin həm Ermənistanın özündə, həm də faşistlərin qətlə yetirdikləri milyonlarla insanın xatirəsinə ehtiram bəsləyən Rusiyanın informasiya-mədəniyyət məkanında həyasızcasına təriflənməsindən söhbət gedirdi.

    Biz ürək ağrısı ilə sizin diqqətinizi ona cəlb etmişdik ki, Ermənistan bədnam generallar Dro və Njde kimi məşhur olan SS erməni cəza legionunun başçıları Drastamat Kanayan və Qaregin Ter-Arutyunyanın təmizə çıxarılması üçün Rusiyanın resurslarından istifadə edir. Nasist rejimin əlaltısı, Hitlerin və Gimmlerin dostu olmuş Njde məşhur KİV-lərdə qəhrəmanlara bərabər tutulur.

    Bundan əlavə, Moskvada “Qaregin Njde ilə söhbətlər və ya Njdenin 125 illiyinə abidə” adlı kitabın təqdimatı keçirilib. Paradoks ondan ibarətdir ki, bu tədbirin təşkilatçılarının fikrincə, “Njdenin ideyaları bu gün həmişəkindən daha aktualdır və müasir cəmiyyətdə fəal təbliğ olunmalıdır”. Bir daha xatırlatmaq yersiz olmaz ki, 1948-ci ildə Njde hərbi cani kimi 25 il həbs cəzasına məhkum edilib və 1957-ci ildə Vladimir mərkəzi həbsxanasında ölüb. Ona bəraət verilməyib. Məhkəmə əvvəl çıxarılmış hökmü qüvvədə saxlayıb.

    Buna baxmayaraq, Rusiyanın erməni diasporu hər il Vladimirdə, knyaz Vladimir qəbiristanlığında Njdenin qəbrinin ziyarət olunmasını, bu faşist cəlladın xatirəsinin ehtiramla yad olunmasını təşkil edir. Adı çəkilən qəbiristanlıqda bu faşist əlaltısına xatirə kompleksi tikilməsi barədə məsələ də qaldırılır.

    Sizə böyük təşəkkürümüzü bildirərək vurğulamaq istəyirik ki, bizim keçənilki müraciətimizi diqqətsiz qoymadınız və bizə verilən cavabdan göründüyü kimi, yerli ermənilərin nümayəndələri ilə müəyyən iş aparılıb. Görünür, məhz bu işin nəticəsində keçən il bu nasist caninin xatirəsinin Rusiyada əbədiləşdirilməsi cəhdinin qarşısı alınıb.

    Bununla belə, Ermənistanın özündə faşist Almaniyası üzərində qələbənin 71-ci ildönümünün bayram edilməsindən iki həftə sonra Yerevanın mərkəzində Qaregin Njdenin abidəsinin təntənəli açılış mərasimi keçirilib. Faşist caninin xatirəsinin əbədiləşdirilməsi mərasimində hələ bir il bundan əvvəl Moskvada faşizm üzərində qələbə paradında Sizinlə yanaşı dayanmış Ermənistan prezidenti Serj Sarkisyan şəxsən iştirak edib.

    Hörmətli Sergey Viktoroviç Lavrov!

    Siz Böyük Vətən Müharibəsinin yekunlarının yenidən yazılmasının və təhrif edilməsinin yolverilməz olduğunu dəfələrlə vurğulamısınız. Məhz Rusiya Federasiyasının təşəbbüsü ilə BMT Baş Məclisi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və onunla bağlı dözülməzliyə qarşı mübarizə” adlı 70/139 nömrəli Qətnamə qəbul edib.

    Həmin sənədin 4-cü bəndində deyilir ki, BMT Baş Məclisi “nasizm hərəkatının, neonasizmin və “Vaffen SS” təşkilatının keçmiş üzvlərinin hər hansı formada məşhurlaşdırılması, o cümlədən abidələr və memoriallar ucaldılması, nasist keçmişin, nasizm hərəkatının və neonasizmin üzə çıxarılması məqsədilə kütləvi nümayişlər keçirilməsi, eyni zamanda, antihitler koalisiyasına qarşı mübarizə aparmış və nasizm hərəkatı ilə əməkdaşlıq etmiş belə şəxslərin milli azadlıq hərəkatlarının iştirakçıları elan edilməsi və ya elan etmək cəhdləri vasitəsilə məşhurlaşdırılmasına görə dərin narahatlığını bildirib.

    Bu qətnaməyə qoşulmuş və özünü Rusiyanın strateji müttəfiqi kimi qələmə verən Ermənistanda isə Sovet əsgərlərinin və dinc sakinlərin, o cümlədən erməni xalqının özünün nümayəndələrinin də qətlə yetirilməsinə bais olmuş faşizm rejiminə sadiq şəxslərə geniş miqyaslı pərəstiş yaradılır.

    Bizi təəccübləndirən odur ki, başqa ölkələrdə bu cür hadisələrə həmişə münasibət bildirən Rusiyanın özündə buna hər hansı reaksiya yoxdur. Nasist canilər Dro və Njdenin şərəfinə xatirə sikkələri kəsilən, filmlər çəkilən Ermənistanın bu cür davranışına xüsusi haqq verilməsinin səbəbi bizə aydın deyil. Yerevanda bir meydana və metrostansiyasına Qaregin Njdenin adı verilib. Orada Drastamat Kananyanın adını daşıyan küçə də var. İndi hökumət binaları kompleksi və Ermənistanın hakim partiyasının qərargahı ilə yanaşı Njdenin abidəsi də ucalır.

    Onu da nəzərinizə çatdırırıq ki, faşist Njdenin daha bir heykəli vaxtilə Ermənistanın işğalına məruz qalan, hazırda isə Rusiya sülhməramlılarının məsuliyyəti zonasında olan Xocavənd rayonunda ucalır ki, bu heykəlin də sökülməsi vacibdir. Azərbaycan ərazisində belə bir heykəlin mövcudluğu sadəcə dövlətimizin və xalqımızın deyil, bütövlükdə ümumbəşəri insani və əxlaqi dəyərlər baxımından yolverilməzdir və əsla qəbul edilə bilməz.

    Sovet xalqının igidliyinin nurlu xatirəsi Azərbaycanda bu gün də böyük ehtiramla yad edilir, 9 may günü əvvəlki kimi yenə də ən mötəbər dövlət bayramlarından biri olaraq qalır.
    Biz, faşizm ilə müharibənin bütün ağrı-acısını görmüş, döyüşlərdə yoldaşlarını itirmiş insanlar nasist canilərin ətrafında qəhrəmanlar oreolu yaradılmasını ürək ağrısı ilə müşahidə edirik. Biz Ermənistanın vaxtı ilə ümumi vətənimiz uğrunda həlak olmuş insanların xatirəsinə və bütün sülhsevər bəşəriyyətə açıq-aşkar hörmətsizlik olan hərəkətlərinə görə hiddətlənirik.

    Əminik ki, biz Böyük Vətən müharibəsi qurbanlarının nurlu xatirəsinə sadiq qalaraq Ermənistan tərəfindən təbliğ edilən faşizm ideologiyası timsalında ümumi şərə qarşı mübarizədə öz səylərimizi yenidən birləşdirməliyik”.

  • Paşinyan: “Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırıq”

    İrəvan Qarabağla bağlı üçtərəfli razılaşmaların yerinə yetirilməsi üçün hər cür səy göstərməyə hazır olduğunu təsdiqləyir.

    “RİA Novosti”nin məlumatına görə, bu sözləri Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüş zamanı deyib.

    “Sizi əmin etmək istərdim ki, Ermənistan bundan sonra da 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarında əldə edilmiş razılaşmaları həyata keçirmək üçün bütün tədbirləri görməyə davam edəcək. Biz həmçinin tərəflər arasında üçtərəfli formatda konstruktiv dialoqun təmin olunması üçün səylər göstərməyə hazırıq”, – deyə N.Paşinyan bildirib.

  • Кто должен контролировать продажу бензина в пластиковых бутылях? – ВИДЕО

    В поселке Нардаран перед торговыми объектами открыто выставлены на продажу пластиковые бутыли с бензином. Никакие стандарты безопасности при его реализации не соблюдаются.

    Жители заявили Baku TV, что в Нардаране практически нет заправочных станций.

    Исполнительная власть Сабунчинского района также не осведомлена о сложившейся ситуации. При этом, на территориях, подведомственных ИВ, невозможно осуществить даже мелкие строительные работы без разрешения.

    В Министерстве энергетики также заявили, что не знают о данной проблеме. На самом деле, по правилам, бензин следует хранить в специальных баках, которые необходимо регулярно очищать. Особый контроль должен осуществляться как за условиями его хранения, так и за продажей. Однако, что из-за спроса на бензин, продаваемый в пластиковых бутылках, этот процесс “процветает”. Данной тенденции необходимо противодействовать административными методами.

    Подробнее – в сюжете:

  • Plastik qabdakı “bomba”: Vətəndaş benzini həyətində satır, bəs nəzarəti kim etməlidir? – VİDEO

    Nardaran qəsəbəsində marketlərin qarşısına müxtəlif tutumlu benzin çəlləkləri düzülüb və açıq-aşkar satış həyata keçirilir. Nə təhlükəsizlik, nə də ki, benzin satışını müəyyən edən standartlar var.

    Vətəndaşlar Baku TV-yə bildirib ki, Nardaran ərazisində yanacaqdoldurma məntəqəsi demək olar ki, yoxdur.

    Sabunçu Rayon İcra Hakimiyyəti də mövcud vəziyyətdən demək olar ki, bixəbərdir. Halbuki, qurumun tabeliyində olan ərazilərdə icazəsiz daşı-daş üstə belə qoymaq mümkünsüzdür.

    Bir sözlə qurumlar xəbəri eşidib, yaxasını kənara çəkmək üçün ötür-ötür oyununu oynadılar. Elə Energetika Nazirliyi də hadisədən xəbərsiz olduğunu bildirdi. Əslində qaydalara görə, benzin mütəmadi olaraq təmizlənən xüsusi çənlərdə saxlanılmalıdır. İstər onun saxlanılma şəraiti, istərsə də satışı zamanı xüsusi nəzarət həyata keçirilməlidir. Ancaq məsələ ondadır ki, plastik qablarda satılan benzinə tələb olduğundan, həmin proses də belə demək mümkünsə, “çiçəklənir”. Bu tendensiyaya qarşı adminstrativ yolla mübarizə aparılmalıdır.

    Məsələn, vergi xidməti plastik qablarda benzin satanları vergiyə cəlb etməklə onları kassa çeki vermədikləri üçün həmin prosesdən uzaqlaşdıra bilər.

    Ətraflı süjeti təqdim edirik:

  • На одной из улиц Баку ограничат движение

    В связи со строительством в рамках второго этапа проекта Центрального парка, расположенного на территории под названием “Советский” Ясамальского района города Баку, и реконструкцией близлежащих улиц, с 7 мая будет ограничено движение на участке улицы Башира Сафароглу между проспектом Наримана Нариманова и улицей Исмаил бека Гутгашинли.

    Об этом сообщает Государственное агентство автомобильных дорог Азербайджана.

    Ограничение будет действовать до окончания ремонтно-восстановительных работ.