Month: May 2021

  • Müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı YENİLİK

    Mayın 5-dən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib.

    Bu barədə qurumun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat yayıb.

    Bildirib ki, müsabiqənin elektron sənəd qəbulu 5-16 may tarixlərində keçiriləcək:

    “Vətəndaşlar Təhsil Nazirliyinin “WhatsApp” hesabı vasitəsilə müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə dair suallara cavab tapa biləcəklər”.

  • В Азербайджане еще один врач скончался от коронавируса

    В Азербайджане от коронавируса скончался врач.

    Нейрохирург высшей категории, нейроонколог Амраддин Раджабов никоторое время назад заразился COVID-19.

    Несмотря на лечение, врач скончался минувшим днем в больнице.

    Данную информацию в соцсети распространили его коллеги и медперсонал.

  • Azərbaycanda daha bir həkim koronavirusdan öldü

    Azərbaycanda həkim koronavirusdan ölüb.

    Ali dərəcəli neyrocərrah, neyroonkoloq Əmrəddin Rəcəbov bir müddət əvvəl COVID-19 infeksiyasına yoluxub.

    Xəstəxanaya yerləşdirilən həkim aparılan müalicələrə baxmayaraq, ötən gün xəstəxanada vəfat edib.

    Bu barədə onun həmkarları, tibb işçiləri sosial şəbəkədə də paylaşım ediblər.

  • Bir dəfəyə doqquz uşaq dünyaya gətirdi – FOTO

    Qərbi Afrika ölkəsi Malidə Halime Sisse adlı qadın doqquz uşaq dünyaya gətirib.

    Bu barədə ölkənin Səhiyyə və Sosial İnkşaf Nazirliyinin “Facebook” hesabında qeyd edilib.

    Uşaqların beşi qız, dördü oğlandır. Ana və yenidoğulmuşlar özlərini yaxşı hiss edirlər.

    Sisse Malinin paytaxtı Bamakoda martın sonunda xəstəxanada iki həftə qaldıqdan sonra, ölkə prezidenti Ba Ndaunun göstərişi ilə Mərakeşdə klinikaya köçürülüb.

    USM görüntülərinə uşaqların 7 olduğu görünsə də, keysəriyyə əməliyyatı zamanı müəyyən edilib ki, onların sayı 9-dur.

  • Netanyahuya verilən müddət sona çatdı

    Israil Prezidenti Reuven Rivlinin koalisiya hökuməti qurması üçün Baş nazir Binyamin Netanyahuya verdiyi 28 günlük qanuni müddət sona çatıb.

    Rivlin “Twitter” hesabında paylaşdığı mesajda qeyd edib ki, Netanyahu koalisiya hökuməti qura bilməyib.

    İsrail prezidentinin koalisiya qurma vəzifəsi üçün yeni bir ad təyin edib- etməyəcəyi və ya tapşırığı parlamentə göndərib-göndərməcəyi hələ məlum deyil.

    Yerli KİV Rivlinin koalisiya qurma vəzifəsini Netanyahunun rəqibi və “Yesh Atid” partiyasının lideri Yair Lapid və ya “Yamina” partiyası lideri Naftali Bennettə həvalə edə biləcəyini yazır.

    Eyni zamanda, Lapid və ya Bennett təyin edilsə də, hər iki adın koalisiya qurmaq üçün kifayət qədər dəstək tapmaqda çətinlik çəkəcəkləri bildirilir.

  • Türkiyədə koronavirus peyvəndinin üçüncü dozası yerli vaksinlə vurulacaq

    Türkiyyə Səhiyyə naziri Fəxrəddin Qoca koronavirusa qarşı peyvəndin üçüncü dozası barədə açıqlamalar verib.

    Bu barədə “Yeni Şafak” qəzetinə müsahibədə o bildirib ki, ilin sonuna doğru birdən çox yerli peyvənd istifadə ediləcək.

    Qoca qeyd edib ki, ikinci dozadan 6 ay sonra tövsiyə olunan və “üçüncü doza” (xatırlatma dozası) olaraq bilinən doza yerli peyvəndlə tətbiq ediləcək.

    Hazırda Türkiyədə sifariş edilən 240 milyon doza peyvəndin 100 milyonu “Sinovac”ın, 90 milyonu “Biontech”in, 50 milyonu isə “Sputnik”in payına düşür.

  • “WhatsApp”ın qoyduğu müddət bitir: Məxfilik müqaviləsini qəbul etməyən hesablar bloklanacaq

    “WhatsApp” mesajlaşma tətbiqetməsinin yeni məxfilik müqaviləsinin 8 fevralda qüvvəyə mindiyini açıqladıqdan sonra yüz minlərlə istifadəçi alternativ tətbiqetmələrə müraciət etdi.

    “TRT Haber” məlumat verir ki, qısa müddətdə şirkətin səhmlərinin ucuzlaşmasına baxmayaraq, “WhatsApp” yeni məxfilik sazişinin qüvvəyə minəcəyi tarixin vaxtını uzatmaqla kifayətləndi.

    Yeni məxfilik müqaviləsini qəbul etmək üçün son tarixi 15 maydır.

    Ondan 120 gün sonra hesablar avtomatik silinəcək.

    Şirkətin iddiasına görə, müqaviləni qəbul edənlərin mesajları gizliliklərini qorumağa davam edəcək. Bununla yanaşı, “WhatsApp” abunəçilərinin şəxsi məlumatlarına daxil ola biləcək. İstifadəçilər məkana, alış tarixçəsinə və cihaz məlumatlarına daxil ola biləcəklər. Bu məlumatlar “Facebook”la da paylaşılacaq.

    Şirkət telefon nömrələrinin bir müəssisə ilə paylaşılması məsələsinə də aydınlıq gətirib.

    Buna əsasən, qərarı istifadəçi verəcək. “WhatsApp” abunəçiləri istənilən vaxt tətbiqi bloklamaq hüququna sahib olacaqlar.

  • İstanbulda dəhşət: Fidyə üçün girov götürdükləri şəxsin işgəncə görüntülərini ailəsinə yolladılar – VİDEO

    Türkiyənin İstanbul şəhərində dəhşətli hadisənin üstü açılıb. Belə ki, pakistanlı şəxs qaçırılaraq işgəncə edilib, bununla bağlı görüntülər isə ailəsinə göndərilərək fidyə istənilib.

    Bu barədə “Haber Global” xəbər yayıb.

    Bildirilir ki, İstanbulda tək yaşayan pakistanlı M.S.-dan bir neçə gün xəbər çıxmadığını görən müdiri bu barədə polisə məlumat verib. Hüquq mühafizə orqanları gəncin Pakistandakı ailəsi ilə əlaqə yaradıblar. Bu zaman məlum olub ki, naməlum şəxslər M.S.-ya işgəncə etdikləri barədə görüntüləri qohumlarına yollayıb, onu buraxmağın müqabilində 50 min avro fidyə istəyiblər.

    Bundan sonra hüquq mühafizə orqanlarının əməkdaşları M.S.-nın müdirindən fidyəçilərlə görüşünü təşkil edib. Esenyurt rayonunda görüş zamanı şübhəlilərlə pul mübadiləsi aparılan zaman iki nəfər saxlanılıb. Onların dindirilməsi zamanı girovun Arnavutköydə bir evdə saxlanıldığı müəyyənləşib. Hüquq mühafizəçiləri tərəfindən dərhal girov xilasetmə əməliyyatına başlanılıb və həmin evə basqın həyata keçirilib. Günlərlə ağır işgəncəyə məruz qalan pakistanlı gənc xilas edilib.

    Evdən elektrohşok aləti, silah, dəyənək və bıçaq müsadirə edilib.

    Saxlanılan 6 əcnəbi isə həbs olunub.

  • Bakı-Saray yolunda iki avtomobil toqquşdu, xəsarət alan var

    Bakı-Saray yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1978-ci il təvəllüdlü İbrahimov Həsrət Nazim oğlu xəsarət alıb.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

  • Prezident İlham Əliyevin müsahibəsi “Twitter”də sürətlə yayılır – VİDEO

    Prezident İlham Əliyevin BBC telekanalına müsahibəsi “Twitter”də sürətlə yayılır.

    Hazırda videoçarx yarım milyona yaxın baxış toplayıb.

    Xatırladaq ki, dövlət başçısı Böyük Britaniyanın televiziya kanalına Vətən müharibəsi dövründə müsahibə verib.