Month: May 2021

  • Bayram günlərində məhdudiyyətlər tətbiq edilməyəcək – RƏSMİ

    “Bayram günlərində məhdudiyyətlər tətbiq edilməyəcək”.

    Bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini Teymur Musayev deyib.

    O bildirib ki, bu Nazirlər Kabineti tərəfindən qəbul edilən qərardır:

    “Bayram günlərində yeganə məhdudiyyət ictimai nəqliyyata olacaq. Başqa məhdudiyyət olmayacaq”.

  • Zəfər yolunun minalardan tamamilə təmizlənəcəyi vaxt AÇIQLANDI

    “2020-ci ilin sentyabrın 27-dən bugünədək 16 layihə üzrə minatəmizləmə əməliyyatları tamamlanıb”.

    Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov bildirib.

    “10 kilometr uzunluğunda Çaylı-Suqovuşan avtomobil yolu, həmçinin elektrik xətləri üzrə Füzulidən Hadrut istiqamətində 35 kilovoltluq elektrik xəttinin, Fuzuli-Şusa 110 kilovoltluq elektrik xəttinin keçdiyi ərazilər tam olaraq təmizlənib. Hazırda həmin istiqamətlər elektrik enerjisi ilə təmin olunub”, – deyə o qeyd edib.

    İ. İsmayılovun sözlərinə görə, hazırda 19 layihə üzrə əməliyyatlar davam etdirilir:

    “Bura dəmiryolu və avtomobil yolları üzrə layihələr daxildir. Bərdə-Ağdam dəmiryolu xətti, Füzuli-Zəngilan-Ağbənd istiqamətində olan xətlərin təmizlənməsi həyata keçirilir.

    O cümlədən, Füzuli-Şuşa avtomobil yolu və Zəfər yolunun təmizlənməsi davam etdirilir. 2-3 gün ərzində Zəfər yolu tam olaraq təmizlənərək təhvil veriləcək”.

    //oxu.az

  • Azərbaycanda koronavirusa ən aktiv yoluxma hansı yaş aralığındadır?

    “Yeni yoluxmalarda yaş faktorunda dəyişiklik yoxdur. Ən aktiv yoluxma 30-59 yaş qrupunda olan insanlarda müşahidə edilir”.

    Bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib.

    “Virusa yoluxanlar arasında epidemioloji vəziyyət başlayandan bu günə qədər qadınların sayı üstünlük təşkil edir. Regionlarla yanaşı paytaxtda yoluxma sayı daha çoxdur. Amma ümumilikdə ölkədə epidemioloji vəziyyət nəzarət altındadır”, – deyə Y.Qarayeva qeyd edib.

  • Yoluxma sayında enmə müşahidə edilir – RƏSMİ

    “Yanvar ayında vaksinasiya başlayandan iki minə qədər yüksək yoluxma oldu”.

    Bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib:

    O bildirib ki, bu gün biz xəstələyə yoluxma sayında enmə müşahidə edilir:

    “Ölkədə yoluxma 10 faizə yaxınlaşır. Ölkədə epidemioloji vəziyyət nəzarətdədir və müsbət dinamika müşahidə edilir”.

  • Оперативный штаб проводит брифинг – ПРЯМОЙ ЭФИР

    Проводится очередной брифинг оперативного штаба при Кабинете министров АР.

    В нем принимают участие замминистра здравоохранения Теймур Мусаев и руководитель Департамента по профилактике и контролю заболеваний Объединения по управлению территориальными медицинскими подразделениями (TƏBİB) Ягут Гараева.

  • Operativ qərargah brifinq keçirir – CANLI YAYIM

    Nazirlər Kabineti yanında operativ qərargahın növbəti brifinqi keçirilir.

    Brifinqdə Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini Teymur Musayev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva iştirak edirlər.

    Həmin görüntüləri təqdim edirik:

  • Operativ Qərargahın iclası olacaq: Hansı məsələlər müzakirə ediləcək? – VİDEO

    Azərbaycanda mövcud vəziyyət nəzərə alınaraq yumşaldılmaların aparılması nəzərdən keçirilə bilər”.

    Bunu “ARB 24”ün “Nə baş verir?” verilişində Operativ Qərargahın iclasında müzakirə olunması gözlənilən məsələlərə aydınlıq gətirən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib.

    O bildirib ki, dekabr və yanvarda virusun kəskin yayılması və vaksinasiya prosesi nəticəsində Bakı 60 faizlik kollektiv immunitet həddinə artıq çox yaxındır:

    “Lakin burada söhbət tək Azərbaycan daxili epidemioloji vəziyyətdən getmir. Bilirsiniz ki, indi sürətlə yayılan Hindistan ştammı var. Düzdür, bizdə sərhədlər iyunun 1-dək qapalıdır. Buna görə də hesab edirəm ki, Azərbaycanda yumşaldılmanın aparılması nəzərdən keçirilə bilər. Bu, davamlı olaraq müzakirə mövzusudur. Havanın artıq isinməsi ilə əlaqədar insanların kütləvi toplaşmadığı açıq məkanlarda maskalardan istifadə, idman zallarının açılıb-açılmaması məsələsi də buraya daxildir”.

    N.Seyidov onu da qeyd edib ki, Ramazan bayramında rayonlara səfər edən vətəndaşların karantin davranış qaydalarına riayət etməsi məsləhət görülür.

  • Azərbaycanda dörd direktor işdən qovuldu – RƏSMİ

    Təhsil nazirinin müvafiq əmrinə əsasən, 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində araşdırma aparılıb.

    Təhsil Nazirliyindən verilən məlumata görə, araşdırma zamanı bir sıra ciddi nöqsanlar aşkar edilib, yol verdiyi nöqsanlara görə 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Məhərrəmov Raqub Ərşad oğlu işdən azad edilib.

    Salyan Rayon Təhsil Şöbəsinin müdiri Piriyev Xudaverdi Əliyusif oğluna əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına və rayonun ümumi təhsil müəssisələrinin işinə zəif nəzarət etdiyinə görə töhmət verilib.

    Həmçinin, rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Salyan rayonu Qarabağlı kənd 2 nömrəli tam orta məktəbin direktoru Bayramov Emin Knyaz oğlu, Yeni Uluxanlı kənd tam orta məktəbinin direktor səlahiyyətlərini icra edən Qəmbərov Lətif İsbəndiyar oğlu işdən azad edilib.

    Əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə, əmək müqavilələri ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdıqlarına görə Salyan rayonu Çuxanlı kənd tam orta məktəbinin direktoru Heybətov Firdovsi Əlihüseyn oğluna, I Varlı kənd tam orta məktəbinin direktor əvəzi Nəzərov Bəylər Möhtəbər oğluna və Cəbrayıl rayonu Əmirvarlı kənd tam orta məktəbinin direktoru Məmmədova Lətafət Aşir qızına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

    Eyni zamanda, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirmiş, əmək müqavilələri ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşmış 13 saylı ƏMHM-nin məsul əməkdaşları barəsində intizam tənbehi tətbiq edilib.

    Həmçinin, Masallı Rayon Təhsil Şöbəsi tərəfindən aparılmış yoxlamaların nəticəsinə əsasən, Təhsil Nazirliyinin müvafiq əmri ilə işlərində yol verdiyi nöqsanlara görə Masallı şəhər 1 nömrəli tam orta məktəbin direktoru Hüseynova Mirxanım Mirhəbib qızı və Masallı şəhər 6 nömrəli tam orta məktəbin direktoru Nəzərov Elman Eldar oğlu tutduqları vəzifədən azad edilib.

    Hazırda aidiyyəti struktur bölmələr tərəfindən araşdırmalar davam etdirilir və müvafiq tədbirlər görülür.

  • Mirşahin Ağayev bayram tətilində sərt qapanma tələb etdi

    “Real” televiziyasının direktoru Mirşahin Ağayev Operativ Qərargahı karantini sərtləşdirməyə çağırıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, M.Ağayev qeyd edib ki, bayram günlərində tam qapanma tələb edir: “Bir vətəndaş kimi, az-çox tanınan bir jurnalist kimi, insan kimi! Novruz tətilinin fəsadlarını hələ hiss etməkdəyik.

    Nə qədər bədbəxt dünyadan məhz bizim eksperimentlərimizə görə köçdü. Sərt qapanma! Yalnız sərt və tam qapanma! Bu bəlaya qalib gəlməyin yolu gerçək qapanmadan keçir!

    Bütün “aç-burax!” tipli populizmləri, populistləri rədd edirəm! Türkiyə normal yay keçirmək üçün tam qapanmanı seçdi.

    Bir millət, İki dövlət! deyirik! Bir millət, iki dövlət deyilik? Bu gün qapanmaqla sabahın normal şəraitini yaradaq! Vaksinasiyanı isə tam məcburi edək! Qurtar bu sosial şəbəkə şantajından, Dövlət! Öz işini gör!”

  • Bakıda əkizlər doğuş zamanı ölüb

    Bakıda doğuş zamanı əkizlər boğularaq ölüb.

    Bu barədə “Report”un Aran bürosuna körpələrin babası, Salyan rayonunun Ərəbqardaşbəyli kənd sakini İmanov Əlisahib Balaşoğlu məlumat verib.

    Ə.Balaşoğlunun sözlərinə görə, o, gəlini, 2000-ci il təvəllüdlü Nəcəfova Pərvanə Məhəmməd qızını doğuş vaxtına az müddət qaldığından Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparıb. Bir neçə gün həkim nəzarətində qalan P.Nəcəfova bu gün səhər saat 09:00 radələrində qeysəriyyə əməliyyatına hazırlanıb. Lakin qeysəriyyə əməliyyatı saat 14:30 radələrində aparılıb. Cinsi oğlan olan əkizlər ana bətnində boğularaq ölüb.

    Ə.İmanovun sözlərinə görə, körpələr səhər saatlarında ana bətnində sağ olub. Həkimlər tərəfindən qeysəriyyə əməliyyatı gecikdirdiyindən körpələr ana bətnində boğularaq ölüb. O, körpələrin ölümündə həkimləri günahlandırıb.

    Faktla bağlı araşdırma aparılır.