Month: May 2021

  • “Dövlət sərhədi haqqında” qanuna dəyişiklik edilir

    Dənizə çıxarkən balıqçılıq təyinatlı mühərrikli kiçik həcmli gəmilərlə sahildən on dəniz milinədək, digər üzmə vasitələri ilə isə sahildən iki dəniz milinədək uzaqlaşmağa yol veriləcək.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanuna dəyişiklik təklif edilir.

    Əvvəllər sadəcə dənizə və sərhədboyu çayların, çöllərin başqa sututarların sularına çıxmağa qeydə alınmış mühərrikli və mühərriksiz üzmə vasitələrinə dənizə çıxarkən sahildən iki milədək uzaqlaşmağa yol verilirdi.

    Bu zaman Hərbi-Dəniz Qüvvələrinin istifadəsində olan üzmə vasitələri, habelə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət Gəmi Reyestrində qeydiyyata alınan gəmilər və dənizə və sərhədboyu çayların, çöllərin başqa sututarların sularına çıxmağa qeydə alınmış mühərrikli və mühərriksiz üzmə vasitələri nəzərə alınır.

  • Prezidentin yeni rəis təyin etdiyi Mətin Eynullayev kimdir? – DOSYE

    Bu gün Prezident İlham Əliyev Mətin Balasən oğlu Eynullayevi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edib.

    M.Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olub.

    O, 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1997-ci ildə həmin universiteti hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

    “Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiəsi Fondunda baş hüquqşünas, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.

    2013-2016-cı illərdə Təhsil Nazirliyinin aparat rəhbərinin müavini və aparat rəhbəri vəzifələrində çalışıb.

    Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

    M.Eynullayev dövlət qulluğunun kiçik müşaviridir.

    Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.

    Prezidentin 2018-ci il 17 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.

    O, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir.

  • Prezidentin yüksək vəzifə verdiyi şəxs kimdir? – DOSYE

    Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamı ilə, Orxan Faiq oğlu Nəzərli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib.

    Orxan Faiq oğlu Nəzərli 1984-cü il dekabrın 5-də Ağdam şəhərində anadan olub. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib.

    Əmək fəaliyyətinə 2003-cü ildə özəl sektorda başlayıb, 2005-2015-ci illərdə Azərbaycan Respublikasında fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən birində müxtəlif vəzifələrdə çalışıb.

    2014-cü ildə ABŞ-ın Alyaska ştatında sertifikasiyadan keçib “Certified Public Accountant” lisenziyası alıb.

    2015-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016-2017-ci illərdə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifələrində calışıb.

    2018-ci ildə Azərbaycan Respublikası Vergilər nazirinin müşaviri vəzifəsinə təyin edilib. 2019-cu ildən etibarən həmçinin Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini icra edib.

    Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.

    Orxan Nəzərli 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir.

    Ailəlidir, 3 övladı var.

  • Nazir müavinindən vətəndaşlara maska ilə bağlı ÇAĞIRIŞ

    “Vaksinasiya edilənlər digər qoruyucu vasitələrdən imtina etməməlidir”.

    Bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə Azərbaycan Respublikası Səhiyyə nazirinin birinci müavini Teymur Musayev deyib.

    O bildirib ki, digər qoruyucu vasitələrdən istifadə mütləq və məcburidir:

    “Bu, sizin sağlamlığınız üçün vacibdir”.

  • Gəncədə tüfeyli həyat tərzi keçirənlər saxlanıldı

    Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı tədbir keçirib.

    Təbir zamanı ümumilikdə 31 nəfər saxlanılaraq Polis İdarəsinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılıb, 19 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

  • Çavuşoğlu Türkiyə-Rusiya münasibətlərindən danışıb

    Moskvanın və Ankaranın fikirləri bəzi məsələlərdə üst-üstə düşməyə bilər, buna baxmayaraq Türkiyə bölgənin ən əhəmiyyətli oyunçularından biri olan Rusiya ilə dialoqu açıq saxlamalı və qarşılıqlı münasibətlərə davam etdirilməlidir.

    Bu barədə Türkiyənin Xarici İşlər naziri Mevlut Çavuşoğlu “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində bildirib.

    “Biz Rusiya ilə işgüzar münasibətlər qurmağa çalışırıq. Bəzi regional məsələlərdə Rusiya əsas oyunçudur. Eyni zamanda müsbət nəticələr əldə etmək həmişə asan olmur, amma mümkündür. Bu o demək deyil ki, bütün mövzularda eyni fikirdəyik. Ancaq açıq danışmaq iqtidarındayıq. Dialoq kanallarını açıq saxlamaq vacibdir”, – deyə qurum rəhbəri bildirib.

    “Rusiya bunu başa düşür. Mümkün olduğu təqdirdə Rusiya ilə əməkdaşlıq edirik, amma lazım olduqda sarsılmaz qalırıq”, – deyə nazir vurğulayıb.

    O, Rusiya ilə dialoqun regional və beynəlxalq sabitliyə töhfə verməli olduğunu qeyd edib.

    “Suriya buna bir nümunədir. Aydındır ki, fikirlərimiz bir-birindən fərqlənir, buna baxmayaraq birlikdə işləmə yollarını tapdıq. Nəticələrdən biri isə – Konstitusiya komitəsi – BMT-nin 2254 saylı qətnaməsinin yeganə işləmə mexanizmidir”, – deyə o, əlavə edib.

  • Ermənistanda fərarilər əfv olunacaq

    Ermənistan parlamenti hərbi xidmətdən yayınan vətəndaşların amnistiyası (əfv) haqqında qanun qəbul edib.

    “Sputnik Ermənistan” xəbər verir ki, ölkədə “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik edilib.

    Qeyd edilir ki, amnistiya 27 yaşına qədər ehtiyatda olan sıravi vətəndaşlara və hərbi çağırışdan və ya toplanışlardan yayınan 35 yaşadək ehtiyatda olan zabitlərə aiddir (keçən il hərbi əməliyyatlar dövründə çağırış və ya təlimlərdən yayınanlar istisna olmaqla). Əfvə düşmək üçün göstərilən yaşda olan vətəndaşlar 31 dekabr 2021-ci il tarixinədək Ermənistana gəlməlidirlər.

    Xaricdə olan ümumilikdə təxminən 5 400 erməni xidmətdən yayınma maddəsi ilə axtarılır. Cəza çəkən 120 nəfərdən bir qədər çoxu sərbəst buraxılacaq (lakin digər maddələrlə məhkum olduqları təqdirdə, cəzalarına davam edəcəklər).

  • Трое азербайджанских борцов вступают в поединок за олимпийские лицензии

    Сегодня в Софии (Болгария) стартует Мировой Олимпийский квалификационный отборочный турнир.

    В первый день соревнований на ковер выйдут трое борцов вольного стиля из Азербайджана. Для завоевания лицензий им нужно выйти в финал.

    Интересно, что трехкратный чемпион Европы Георгий Эдишерашвили, представляющий нашу страну, в первой встрече сразится со своим соотечественником.

    Вольная борьба

    57 кг

    Классификационный раунд

    Георгий Эдишерашвили – Отари Гогава (Грузия)

    86 кг

    Классификационный раунд

    Абубакр Абакаров – Ури Калашников (Израиль)

    125 кг

    1/8 финала

    Вахид Галалеев – Хосе Куба (Испания)

  • Üç güləşçimiz Olimpiadaya lisenziya qazanmaq üçün mübarizəyə başladı

    Bu gün Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat turnirinə start verilib.

    İlk yarış günündə sərbəst güləşçilər yarışacaq. Azərbaycanın üç təmsilçisi güləşin bu növündə qüvvəsini sınayır və finala çıxmağa çalışır. Finala çıxan idmançılar Olimpiadaya lisenziya qazanmış sayılacaq.

    Artıq üçqat Avropa çempionu olan gürcü əsilli idmançımız Georgi Edişeraşvili ilk görüşündə həmyerlisinə Otari Qoqavaya qalib gəlib. O, 4:0 üstün olduğu görüşdə rəqibi zədələndiyi üçün qalib elan edilib.

    Sərbəst güləş

    57 kq
    Təsnifat Georgi Edişeraşvili – Otari Qoqava (Gürcüstan) +:-

    86 kq
    Təsnifat Əbubəkr Abakarov – Uri Kalaşnikov (İsrail)

    125 kq
    1/8 final Vahid Qalayev – Xose Kuba Vaskes (İspaniya)

  • В Шабране произошло смертельное ДТП

    На участке дороги Губа-Баку, проходящей по территории поселка Гендоб Шабранского района Азербайджана, столкнулись Lada Priora и Mercedes, сообщает Report.

    Находившиеся в Lada Priora житель Баку Хаял Ахмедханлы (1994 г.р.) и житель села Игриг Губинского района Али Азизов (1993 г.р.), скончались на месте.

    Жители Игрига – Кянан Абдуллаев (1994 г.р.), Гусейн Бабаев (1990 г.р.), Амри Ахмедов (1989 г.р.) с тяжелыми травмами были госпитализированы в Шабранскую центральную больницу. Их состояние оценивается как средней степени тяжести.

    Сообщается, что водитель автомобиля Mercedes был доставлен в одну из больниц Губинского района.

    По данному факту проводится расследование.