Bakı şəhərində intihar hadisəsi baş verib.
Xəzər rayonu, Türkan qəsəbəsində yaşayan 70 yaşlı Zakir Quliyev intihar edib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu olan “Zirə” – “Keşlə” oyunu (2:3) ilə bağlı qərarlarını açıqlayıb.
“Zirə” 18 600 manat cərimələnib.
Belə ki, klub beş futbolçusu sarı vərəqə aldığı üçün 800, qırmızı vərəqə alan serb futbolçusu Lazar Corceviçə görə 3200, oyundan sonra qırmızı vərəqə alan futbolçu Sərtan Taşkına görə 200 manat cərimə olunub.
Bundan başqa, “Zirə” baş məşqçisi Rəşad Sadıqova görə 1600, məşqçi Eltun Yaqubluya görə 8 min manat ödəməlidir. Hər iki məşqçi texniki zona qaydalarını pozduğuna görə qırmızı vərəqə alıb.
Həmçinin, “Zirə” stadiona qanunsuz daxil olanlara görə əlavə olaraq 800 və köməkçi hakim Pərvin Talıbova matçdan sonra naməlum şəxslər tərəfindən fiziki təsir göstərildiyi üçün 4 min manat cərimələnib.
“Zirə” məşqçi və futbolçularının cəza müddəti də açıqlanıb. Lazar Corceviç 4, Sərtan Taşkın 1, Rəşad Sadıqov 2 və Eltun Yaqublu 10 (əlavə olaraq hakimi təhqir edib və ona hədə-qorxu gəlib – S.M.) oyunluq cəzalandırılıb.
Sonda onu da bildirək ki, bu matçda qonaq komanda da cəzalandırılıb. Belə ki, beş futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Keşlə” klubu 800 manat cərimə olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon söhbətində liderlər Qarabağ məsələsini, həmçinin Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini müzakirə ediblər.
Bundan başqa, Ərdoğan və Putin Liviya, Suriya münaqişələri, eləcə də pandemiya ilə mübarizə tədbirləri ətrafında fikir mübadiləsi aparıb.

Azərbaycan ədəbi ictimaiyyətinə ağır itki üz verib. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq şairi Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev) 2021-ci il mayın 5-də ömrünün 86-cı ilində vəfat edib.
Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. O, Ağdaş şəhərində orta məktəbi bitirib, 1953–1957-ci illərdə Bakı dəmir yolu texnikumunda oxuyub və 1957–1959-cu illərdə Bakı şəhərində tikinti idarəsində işləyib.
Ədəbi yaradıcılığa gənc yaşlarından meyil göstərən Fikrət Qoca 1959–1964-cü illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb, Bakıya qayıtdıqdan sonra 1964–1965-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində redaktor, 1967–1970-ci illərdə “Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbi işçi, 1970–1975-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında məsul katib, 1978–1987-ci illərdə “Azərbaycan” jurnalında şöbə müdiri və 1987–2004-cü illərdə “Qobustan” incəsənət toplusunun baş redaktoru vəzifələrində çalışıb. O, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin katibi, 2004-cü ildən birinci katibi olub.
Fikrət Qoca Azərbaycan ədəbi mühitinə yeni ab-hava gətirən sənətkarlardandır. Şair dərin ictimai məzmunlu yaradıcılığı ilə müasir poeziyamızın mövzu dairəsinə, poetik forma və ifadə tərzinə özünəməxsus çalarlar qazandırıb, mühüm hadisələr və cəmiyyətdəki mənəvi-ictimai proseslər fonunda insanın daxili aləminin dolğun təsvirinə nail olub. Mənəvi ucalığa və mənalı yaşamağa səsləyən, insan və zaman haqqında lirik-fəlsəfi ümumiləşdirmələrlə zəngin əsərləri Fikrət Qocanı geniş oxucu kütləsinə sevdirib. Şairin bədii tərcümələri sayəsində Azərbaycan oxucusu dünya poeziyasının dəyərli nümunələri ilə yaxından tanış olmaq imkanı əldə edib. Fikrət Qocanın sözlərinə bəstələnmiş mahnılar tanınmış müğənnilərin repertuarında geniş yer tutur.
Fikrət Qoca istiqlal ideyalarının tərənnümünü həmişə diqqət mərkəzində saxlayıb. Onun xalqımızın azadlıq mübarizəsindən bəhs edən əsərlərinin gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasında əhəmiyyətli rolu vardır.
Fikrət Qocanın uzunmüddətli səmərəli yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilib. O, “Əməkdar incəsənət xadimi” və “Xalq şairi” fəxri adlarını alıb, Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə, Dövlət mükafatına və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.
Görkəmli şair, qayğıkeş və səmimi insan Fikrət Qocanın xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Anar Kərimov
Anar Rzayev
Çingiz Abdullayev
Nəriman Həsənzadə
Elçin Əfəndiyev
Sabir Rüstəmxanlı
Rəşad Məcid

В Азербайджане за минувшие сутки выявлено 1 080 новых случаев инфицирования коронавирусом, 2 074 человека вылечились и были выписаны домой.
Об этом 5 мая сообщает оперативный штаб при Кабинете министров.
За прошедшие 24 часа от COVID-19 скончались еще 20 пациентов.
До сегодняшнего дня коронавирусом в Азербайджане заразился 323 841 человек, 4 617 – скончались, 298 949 – вылечились, 20 275 – находятся в активной фазе лечения в больницах особого типа.
В республике проведены 3 289 864 теста на COVID-19 (за последние 24 часа – 10 701).


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1080 yeni yoluxma faktı qeydə alınıb, 2074 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 323 841 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 298 949 nəfər müalicə olunaraq sağalıb, 4617 nəfər vəfat edib.
Aktiv xəstə sayı isə 20 275 nəfər olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 701, bu günə qədər isə ümumilikdə 3 289 864 test icra olunub.

Səudiyyə Ərəbistanı koronavirusun yayılması riski ilə əlaqədar digər ölkələrdən gələcək zəvvarlara Həcc ziyarətini yasaqlamağı düşünür.
Bu barədə “Reuters” öz mənbələrinə istinadla xəbər yayıb.
Məlumata görə, bu barədə müzakirələr davam edir və yaxın günlərdə qəti qərar açıqlanacaq.
Bildirilir ki, Həcc ziyarətinə ancaq vaksin olunan və ya koronavirusdan ən azı altı ay əvvəl sağalmış Səudiyyə vətəndaşlarına izn veriləcək.
Mənbədən o da vurğulanıb ki, Həcc zəvvarlarına yaş məhdudiyyəti tətbiq oluna bilər.
Hökumətdən bu iddialarla bağlı şərh verilməyib.

Azərbaycan Gürcüstan iqtisadiyyatında ən böyük investorlardan biri olmağa davam edir. Bu da, həmçinin çox müsbət və əlverişli investisiya mühitinin yaradılmasında sizin hökumətinizin həyata keçirdiyi islahatların yaxşı göstəricisidir.
Bu sözləri Prezident İlham Əliyev bu gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edən zaman deyib.
“Bilirəm ki, daha da çox Azərbaycan şirkəti sizin ölkənizdə çalışmaq istəyir və əminəm ki, bu, baş verəcək. Bu gün biz əlbəttə ki, nail olduqlarımızı nəzərdən keçirəcəyik və gələcək addımlarımızı planlaşdıracağıq”, – deyə dövlət başçısı qeyd edib.
Prezident əlavə edib ki, Azərbaycanın və Gürcüstanın birgə enerji və nəqliyyat layihələrinin icrasında yaxşı tarixi var:
“Bu layihələr regionun siyasi, iqtisadi, nəqliyyat və energetika xəritəsini dəyişmişdir. Ölkələrimiz arasında güclü tərəfdaşlıq olmasaydı, bu layihələrin icrası mümkün olmazdı. Ötən ilin sonuncu günü Cənub Qaz Dəhlizi layihəsinin icrasının sonuncu günü idi. Bu layihə təkcə Cənubi Qafqaz regionunda yox, daha geniş Avrasiya regionunda ümumi inkişaf, sabitlik, proqnozlaşdırma, əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir. Bir daha qeyd edirəm, bizim əməkdaşlığımız olmasaydı bu, mümkün olmazdı. Buna görə, bu vacib layihənin icrasına davamlı dəstək göstərdiyinə görə Gürcüstan hökumətinə dərindən minnətdaram. Bizim birlikdə start verdiyimiz bütün digər təşəbbüslərin də yaxşı uğur hekayəsi var. Əminəm ki, gələcəkdə də belə olacaq”.

Azərbaycanda erkən doğumların statistikası azalmağa doğru gedir.
Bunu Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.
Mütəxəssisin sözlərinə görə, erkən yaş dedikdə 15-17 yaş arası nəzərdə tutulur:
“Bu gənc orqanizmin yetkin olmaması bütün daxili orqanların yetişməməsi deməkdir. Gənc qadın hamiləliyi sona çatdırmamaq kimi risklər daşıyır. Onlarda adətən doğuş baş verdikdə doğum travmaları, çanaqdibi əzələlərin yararsızlığı, azçəkili yetişməmiş uşaqların doğulması, qanaxmalar kimi fəsadlaşmalara rastlanır. Onu da qeyd edim ki, ölkəmizdə erkən doğumların statistikası azalmağa doğru gedir”.

“Mayın 5-i gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişikliyi müşahidə olunur”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi gün ərzində davam edəcək:
“Küləyin maksimal sürəti arabir 30-35 metr saniyəyə çatacaq. Axşam saatlarından başlayaraq küləyin tədricən zəifləyəcəyi gözlənilir. Mayın 6-sı səhər mülayim cənub küləyi ilə əvəz olunacaq”.
O qeyd edib ki, bölgələrdə də bu gün ərzində yağıntılı hava şəraiti davam edəcək:
“Bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Mayın 6-sı səhər saatlarından başlayaraq yağıntının kəsəcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir”.