Month: May 2021

  • Bill Qeytsin qızı valideynlərinin boşanmasını şərh etdi

    “Microsoft” şirkətinin təsisçisi və milyarder Bill Qeytsin qızı Cennifer valideynlərinin boşanma xəbərini şərh edib.

    Bu barədə o, özünün “Instagram” səhifəsində yazıb.

    Gənc xanım bildirib ki, bu, bütün ailə üçün çox çətin bir mərhələdir.

    “Mən hələ ki, öz hisslərimdən baş açmağa və ailə üzvlərimə dəstək olmağa çalışıram”, – deyə Cennifer qeyd edib. O, abunəçilərinə diqqətli və anlayışlı davrandıqlarına görə də təşəkkür edib.

    Xatırladaq ki, dünən dünyanın ən varlı şəxslərindən biri olan Bill Qeyts və həyat yoldaşı Melinda Qeyts 27 illik ailə həyatından sonra ayrılmağa qərar verdiklərini açıqlayıblar.

  • Ebeko vulkanının külü üç kilometr yüksəkliyə çatıb

    Rusiyanın Şimali Kuril adaları ərazisində aktivləşən Ebeko vulkanı üç kilometr hündürlüyə kül sütunu püskürüb.

    TASS agentliyi xəbər verir ki, bu barədə bölgənin (Saxalin əyaləti) Fövqəladə Hallar Nazirliyinin saytında məlumat verilib.

    Rəsmi məlumatda şleyfin vulkandan şərqə doğru beş kilometr məsafədə yayıldığı bildirilir.

  • İsveçdə peyvənd olunmuş altı min nəfər koronavirusa yoluxub

    İsveçdə peyvəndin ən az birinci dozasını almış iki milyon nəfərdən altı mini vaksinasiyadan sonra koronavirusa yoluxub.

    TASS İsveç Səhiyyə İdarəsinin məlumatlarına istinadən xəbər verir ki, yoluxma halları orta hesabla vaksinasiyadan üç həftə sonra baş verib.

    Yoluxanlardan 20 nəfər reanimasiyaya düşüb, 187 nəfər isə vəfat edib.

    Ölkədə 700 min tam peyvənd olunmuş şəxsdən 1624 nəfərində COVID-19 aşkarlanıb ki, onların da altısı reanimasiyada müalicə keçib, 67 nəfər isə vəfat edib.

    Bu məlumatlar bir daha sübut edir ki, peyvənd olunmuş şəxslər arasında ağırlaşma və ölüm halları xeyli aşağı olur.

  • İtaliyada peyvəndləmə sayəsində “Kovidsiz ada” yaradılıb

    İtaliyanın turizm adası Proçidada təxminən 6 900 nəfər peyvənd edilib.

    “Anadolu” agentliyi xəbər verir ki, bu, qeydiyyatda olan əhalinin 92 faizini əhatə edir.

    Yüksək səviyyəli vaksinasiyanın virusun adada yayılma riskini azaltmağa kömək edəcəyi gözlənilir.

    İtalyan mətbuatında yer alan digər xəbərlərdə Proçidadan “Kovidsiz ada” kimi bəhs edilib.

    Qeyd edək ki, İtaliyada bu zamana qədər 4 050 708 nəfər koronavirusa yoluxub, 121 433 nəfər ölüb.

  • Bərdədə dayanacaqda saxlanılmış avtomobil anidən alovlandı

    Bərdədə BMW markalı avtomobil yanıb.

    “Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb.

    Belə ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Quliyev Elçin Sahib oğluna məxsus 90-LV-709 dövlət qeydiyyat nişanlı avtomobil anidən dayanacaqda alışıb.

    Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

  • UEFA avrokubok iştirakçısı klubların gəlirlərini açıqladı

    UEFA öz fəaliyyətinə dair maliyyə hesabatını açıqlayıb.

    “Marca” nəşrinin yaydığı xəbərə görə, sənəddə ötən mövsüm avrokuboklarda iştirak etmiş klubların gəlirləri qeyd olunub.

    Bildirilib ki, ən çox gəlir qazanan PSJ olub. Fransa klubu ötənilki Çempionlar Liqasındakı çıxışı sayəsində 126 806 avro qazanıb.

    “Bavariya” 125 468 avro, “Barselona” 100 251 avro gəlir əldə edərək ilk üçlükdə qərarlaşıb.

    Avropa Liqasının ən çox qazanan klubları isə “İnter” (61,4 min avro) və “Seviliya” (34,6 min avro) olub.

    Qeyd edək ki, ötən övsüm ÇL-in ümumi mükafat fondu 1,6 milyard, Avroliqanın isə 478 milyon avro təşkil edib.

  • В Баку автомобиль сбил 31-летнего мужчину

    В Баку произошло дорожно-транспортное происшествие с наездом на пешехода.

    Как сообщает Report, инцидент зарегистрирован в Сабаильском районе столицы.

    Так, в поселке Байыл автомобиль сбил 31-летнего Эльбруса Аскерова.

    Пострадавший был госпитализирован бригадой врачей скорой медицинской помощи.

    У него диагностирован ушиб правой руки и закрытая черепно-мозговая травма.

    По данному факту ведется расследование.

  • Paytaxtda 31 yaşlı kişini avtomobil vurdu

    Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb.

    Belə ki, Bayıl qəsəbəsində 31 yaşlı Əsgərov Elbrus yolu keçmək istəyərkən avtomobil onu vurub.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Ona sağ qolun əziyi və qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

  • Эльмира Рагимова госпитализирована

    Народная артистка Азербайджана Эльмира Рагимова заразилась коронавирусом.

    Как сообщает Qafqazinfo, 79-летняя певица помещена в госпиталь модульного типа “Зыг”, находящийся на баланс МЧС.

    Она находится на лечении уже пять дней.

  • Elmira Rəhimova xəstəxanaya yerləşdirilib

    Xalq artisti Elmira Rəhimova koronavirusa yoluxub.

    “Qafqazinfo” xəbər verir ki, 79 yaşlı sənətçi FHN-nin “Zığ” Modul Tipli Hospitalına yerləşdirilib.

    O, artıq beş gündür ki, müalicə alır.