Month: May 2021

  • Böyük Dəbilqə: “Cüdoçularımızın ilk rəqibləri məlum oldu”

    Mayın 5-də Rusiyanın Kazan şəhərində start götürəcək cüdo üzrə Böyük Dəbilqənin püşkatma mərasimi keçirilib.

    “Report” xəbər verir ki, püşk nəticəsində Azərbaycan təmsilçilərinin də rəqibləri müəyyənləşib.

    Kişilər
    60 kq
    1/16 final. Davud Məmmədsoy – Albert Oğuzov (Rusiya)

    66 kq
    1/32 final. Elçin Hüseynov – Karmine Maria Di Loreto (İtaliya)

    73 kq
    1/16 final. Rəşad Məmmədəliyev – Antoni Zinqq (Almaniya) / Maxmadbek Maxmadbekov (Rusiya) cütünün qalibi
    1/32 final. Nurlan Osmanov – Georgios Azoidis (Yunanıstan)

    81 kq
    1/16 final. Murad Fətiyev – Terens Kuamba (Qabon)
    1/32 final. Hidayət Heydərov – Asad Masabirov (Qırğızıstan)

    +100 kq
    1/16 final. Camal Feyziyev – Marius Fizel (Slovakiya)

    Qadınlar
    48 kq
    1/16 final. Leyla Əliyeva – Melani Vieu (Fransa)
    1/16 final. Aişə Qurbanlı – Katarina Ments (Almaniya)

    52 kq
    1/16 final. Gültac Məmmədəliyeva – Lus Olvera (Meksika)

    İlk yarış günündə kişilərdən Məmmədsoy və Hüseynov, qadınlardan Əliyeva, Qurbanlı və Məmmədəliyeva tatamiyə çıxacaq.

    Mayın 6-da Məmmədəliyev, Osmanov, Fətiyev və Heydərov, mayın 7-də isə Feyziyev mübarizə aparacaq.

  • Maska qadağası götürülən İsraildə koronavirusun 3 ştammı aşkarlandı

    İsraildə ilk dəfə koronavirusun “Braziliya” və “Çili” variantları meydana çıxıb.

    Median.Az
    xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

    Eyni zamanda İsrail vətəndaşı olmayan 19 nəfərdə koronavirusun “Hindistan” ştammı da aşkarlanıb. Bununla da ölkədə ümumilikdə bu ştamm 60 nəfərdə qeydə alınıb.

    Xatırladaq ki, İsraildə aprelin 18-dən açıq havada maska taxma qadağası ləğv edilib.

  • На саммите ЕС обсудят новые санкции против России

    Все варианты мер в отношении России будут обсуждаться на саммите ЕС в конце мая, заявил госсекретарь при МИД Франции Клеман Бон, передает РИА Новости.

    “Я хотел бы указать на то, что мы будем твердо отстаивать стратегию, изучая все варианты мер в отношении России на европейском саммите в конце месяца, в котором примет участие президент республики”, – сказал он, выступая на заседании Национальной ассамблеи.

    Перед ним выступил докладчик ПАСЕ Жак Мэр, который призвал использовать все юридические инструменты, чтобы “заставить Россию соблюдать свои обязательства” в ситуации с Алексеем Навальным. Он также заявил, что ЕС не принял никаких мер после того, как Россия запретила ряду европейских чиновников въезд на свою территорию.

  • Azərbaycanın Xankəndinə nəzarəti bu tarixdən başlayacaq – Marqaryan açıqladı

    Ermənistanda seçkidən sonra Qarabağda idarəçiliyin Azərbaycanın nəzarətinə keçməsi prosesi başlanacaq.

    Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Robert Marqaryan deyib.

    Onun sözlərinə görə, Nikol Paşinyan seçkilərə görə bu prosesin dayandırılmasını xahiş edir.

    “Seçkidən sonra isə proses başlanacaq, Azərbaycan rəsmilərinin açıqlamaları da bunu göstərir”, – o deyib.

  • Türkiyədə karantin tədbirləri sərtləşdirilir

    Mayın 7-dən etibarən Türkiyədə karantin rejimi ilə bağlı məhdudiyyətlər daha da sərtləşdiriləcək.

    “Haber Global”ın ölkənin Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata əsasən, məhz bu tarixdən sonra marketlərdə yalnız əsas tələbat malları və gigiyena vasitələrinin satışına icazə veriləcək.

    Elektronika, oyuncaq, dəftərxana ləvazimatları, geyim, avtomobil aksesuarları, qab-qacaq və bağ-baxça üçün nəzərdə tutulmuş məhsulların satışı isə qadağan olunacaq.

    Qeyd edək ki, daha əvvəl ölkə mağazalarında spirtli içkilərin satışı qadağan edilmişdi.

    Məhdudiyyətlər mayın 17-dək qüvvədə qalacaq.

  • Календарь и молитва двадцать второго дня месяца Рамазан – ФОТО

    Завтра 22-й день священного месяца Рамазан.

    Согласно его календарю, объявленному Управлением мусульман Кавказа (УМК), время имсака 5 мая – в 03:53, а время ифтара – в 19:55.

    Субх азан – 04:03

    Зухр азан – 12:37

    Аср азан – 17:35

    Магриб азан – 19:55

    Иша азан – 21:06

    Молитва, читаемая после имсака:

    “Аллахуммафтах ли фихи абваба фадлик уа анзиль алейа фихи баракятик уа уаффикни фихи лимуджибаты баракятик уа аскинни фихи бухбухати джаннатик йа муджиба да‘ватиль мудтарин”.

    Перевод:

    “О, Аллах! Отвори предо мною в этом месяце врата Своей милости и щедрости, ниспошли Свое благословение, окажи мне помощь в совершении того, что вызовет Твое довольство и введи меня в рай. О Внемлющий просьбам несчастных рабов!”.

    Молитва, читаемая перед разговением (ифтар).

    “Аллахумма лака сумту ва аля ризкика афтарту ва алейка таваккалту. Бисмиллахир-Рахманир-Рахим. Я василь-магфирати игфирли”.

    Перевод:

    “О, Аллах! Ради Тебя я держал пост, в Тебя уверовал и на Тебя лишь уповаю, разговляюсь тем, что Ты мне послал. Прости, о прощающий мои грехи, прежние и будущие!”.

    Да примет Аллах ваш пост!

  • Премьер-министр Грузии посетит Азербайджан

    Премьер-министр Грузии Ираклий Гарибашвили посетит Азербайджан с государственным визитом.

    Как сообщает грузинское бюро Report, об этом сообщила пресс-служба премьер-министра.

    В рамках визита И.Гарибашвили встретится со своим азербайджанским коллегой Али Асадовым и спикером Милли Меджлиса Сахибой Гафаровой.

    Премьер-министра будет сопровождать заместитель министра иностранных дел Давид Залкалиани.

  • Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

    Gürcüstanın baş naziri İrakli Qaribaşvili sabah Azərbaycana rəsmi səfər edəcək.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə hökumət başçısının Mətbuat xidmətindən bildirilib.

    İ.Qaribaşvili səfər çərçivəsində azərbaycanlı həmkarı Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüş keçirəcək.

    Baş naziri rəsmi səfərdə müavini, xarici işlər naziri David Zalkaliani müşayiət edəcək.

  • Ramazan ayının 22-ci gününün imsak, iftar və namaz vaxtları – FOTO

    Sabah Ramazan ayının 22-ci günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 5-də imsak vaxtı saat 03:53-də, iftar vaxtı isə 19:55-dədir.

    Mayın 5-i üçün namaz vaxtları:

    Sübh azanı 04:03
    Zöhr azanı 12:37
    Əsr azanı 17:35
    Məğrib azanı 19:55
    İşa azanı 21:06

    22-ci günün imsak vaxtı üçün duanı təqdim edirik:

    “Allahumməftəh li fihi əbvabə fəzlik. Və ənzil əleyyə fihi bərəkatik. Və vəffiqni fihi limucibati mərzatik. Və əskinni fihi buhbuhati cənnatik. Ya mücibə də-vətil-muztərrin!”

    Tərcüməsi: “İlahi, bu gün fəzl qapılarını üzümə aç, bərəkətlərini mənə göndər. Bu gün sənin razılığına bais olan işlərdə məni müvəffəq et, məni behiştin ən yaxşı yerində sakin et. Ey biçarələrin duasını qəbul edən Allah!”

    İftar duası:

    “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

    Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

    Allah orucunuzu qəbul etsin!

  • Aİ sammitində Rusiyaya qarşı yeni sanksiyalar müzakirə olunacaq

    Avropa İttifaqının mayın sonlarında keçiriləcək sammitində Rusiyaya qarşı tədbirlərin bütün variantları müzakirə olunacaq.

    “RİA Novosti” xəbər verir ki, bunu Fransa XİN yanında dövlət katibi Kleman Bon ölkə parlamentindəki çıxışı zamanı bəyan edib.

    O bildirib ki, sammitdə Fransa Rusiyaya qarşı sərt siyasət strategiyasını müdafiə edəcək.

    XİN rəsmisindən əvvəl çıxış edən AŞPA məruzəçisi Jak Mer isə Rusiyanı Aleksey Navalnı işindəki bütün öhdəliklərini yerinə yetirməyə məcbur etmək üçün bütün hüquqi vasitələrdən istifadə olunmasına çağırıb.