Month: May 2021

  • Нефть дорожает на сигналах роста спроса и снижении запасов в США

    Цены на нефть поднимаются в среду, Brent приближается к отметке в 70 долларов за баррель на ожиданиях увеличения спроса вслед за снятием коронавирусных ограничений в США и Европе в преддверии летнего туристического сезона, пишет “Интерфакс”.

    Накануне американский президент Джо Байден заявил, что США ставят целью вакцинировать 70% взрослых жителей страны ко Дню независимости 4 июля. Ранее на этой неделе Еврокомиссия предложила смягчить действующие ограничения, разрешив въезд в ЕС привитым от COVID-19 туристам, а также туристам из стран с “хорошей эпидемиологической ситуацией”. Тем временем премьер-министр Великобритании Борис Джонсон обещает отменить карантинные меры к 21 июня.

    Стоимость июльских фьючерсов на нефть Brent на лондонской бирже ICE Futures к 09:20 в среду составляет 69,4 доллара за баррель, что на 0,52 доллара (0,75%) выше цены на закрытие предыдущей сессии. По итогам торгов во вторник эти контракты подорожали на 1,32 доллара (2%) – до 68,88 доллара за баррель.

    Цена фьючерсов на нефть WTI на июнь на электронных торгах Нью-йоркской товарной биржи (NYMEX) к этому времени составляет 66,23 доллара за баррель, что на 0,54 доллара (0,82%) выше уровня на закрытие предыдущей сессии. Во вторник стоимость этих контрактов увеличилась на 1,2 доллара (1,9%) – до 65,69 доллара за баррель.

    Тем временем данные Американского института нефти (API), обнародованные накануне, показали снижение запасов “черного золота” в США на неделе, завершившейся 30 апреля, на 7,7 млн баррелей. Столь существенное падение, если оно будет подтверждено докладом Минэнерго США, станет максимальным с конца января.

  • Dünya bazarında neft qiymətləri

    Dünya bazarında neft bahalaşıb.

    Bu barədə “İnterfaks” məlumat yayıb.

    WTI markalı neftin iyun fyuçersləri 0,82 faiz bahalaşıb və bir barelinin qiyməti 66,23 ABŞ dolları təşkil edib.

    “Brent” markalı neftin iyul fyuçersləri də 0,75 faiz bahalaşıb və bir bareli 69,4 dollara satılıb.

  • Стала известна дата суда над обвиняемым в убийстве Нармин Гулиевой

    Стала известна дата судебного заседания по уголовному делу Илькина Сулейманова, обвиняемого в убийстве 10-летней Нармин Гулиевой в Товузе.

    Оно пройдет 17 мая в Гянджинском суде по тяжким преступлениям под руководством судьи Дадаша Иманова.

    Напомним, что сожженное тело 10-летней жительницы села Дондар Гушчу Н.Гулиевой, пропавшей без вести 19 ноября 2019 года, было обнаружено на территории данного населенного пункта 6 января 2020 года. Подозреваемый в совершении этого тяжкого преступления местный житель И.Сулейманов (1973 г.р.) был задержан и привлечен к следствию. Ему было предъявлено обвинение по статьям 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью или общеопасным способом), 120.2.9 (умышленное убийство лица, заведомо для виновного находящегося в беспомощном состоянии, а равно сопряженное с похищением человека либо захватом заложника), 144.3 (похищение человека) и другим статьям УК АР.

  • Nərmini qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsinin vaxtı məlum olub

    Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.

    “Report”un məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmə mayın 17-nə təyin edilib.

    Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.

    Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci yanvarın 6-da yandırılmış halda tapılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

  • Həbs edilən icra başçılarına xüsusi imtiyazlar yaradılır? – AÇIQLAMA

    Sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında saxlanılan şəxslərə xüsusi rahat şərait yaradıldığına dair məlumatlar paylaşılır.

    Xüsusi imtiyaz yaradılanlar arasında həbs edilən icra başçılarının da olduğu iddia edilir.

    Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə sorğu ünvanladıq. Sorğuya cavab olaraq bildirilib ki, bəzi informasiya saytlarında Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında guya həbs edilmiş ayrı-ayrı şəxslərin imtiyazlı şəraitdə saxlanılmasına dair dərc edilən məlumatlar əsasında araşdırma aparılıb:

    “Həmin məlumatın yoxlanılması üçün dərhal təcridxanaya baş çəkilib. Həbsdə olan şəxslərin saxlanma şəraiti ilə tanış olunub və yerində araşdırma aparılıb. Nəticədə məlumatın yanlış olmaqla həqiqəti əks etdirmədiyi və ictimaiyyətdə yalnız çaşqınlıq yaratmaq məqsədi daşıdığı müəyyən edilib”.

    //oxu.az

  • Şahdağa 5 santimetr qar yağıb – FAKTİKİ HAVA

    Respublika üzrə müşahidə olunan faktiki hava açıqlanıb.

    Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 5-i saat 11:00-a verdiyi məlumata əsasən, ölkə ərazisidə hava şəraiti kəskin dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub.

    Şimal-qərb küləyi əsib, bəzi yerlərdə arabir güclənib. Yağan güclü yağışlar nəticəsində əksər çaylarda sululuq artıb, Əsrik, Əsrikçay Cırdaxan, Kürəkçay, Gəncəçay Alaxançallıdan qısamüddətli sel və daşqın keçib. Şahdağ və Xınalıqda qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 5, Xınalıqda 3 sm olub.

    Düşən yağıntının miqdarı Yuxarı Qarabağda 5-16 mm, Daşkəsəndə 24 mm, Qazax-Gəncədə 3-14 mm, Naftalanda 21 mm, Böyük Qafqazda 2-16 mm, bəzi yerlərdə 25-40 mm, Mərkəzi Aranda 2-6 mm, Tərtərdə 21 mm (aylıq normanın 41 faizi), Mingəçevirdə 17 mm (aylıq normanın 37 faizi), Lənkəran-Astara zonasında 2 mm, Naxçıvan MR-da 1-9 mm olub.

    Şimal-qərb küləyi əsib, arabir Neftçalada 28 m/s, Biləsuvarda 20 m/s, Naftalanda 18 m/s, Abşeron yarımadasında, Bakı, Maştağa, Qum adasında 28 m/s, Pirallahıda 25 m/s, Sumqayıtda 24 m/s, Çilov adası, Neft Daşlarında 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.

  • Gürcüstanın Baş naziri sabah Azərbaycana səfər edəcək

    Sabah Gürcüstan Baş naziri İrakli Qaribaşvili Azərbaycana ilk rəsmi səfərini edəcək.

    APA xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin administrasiyası məlumat yayıb.

    Bildirilib ki, səfər çərçivəsində İ.Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. İ.Qaribaşvilinin azərbaycanlı həmkarı Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşü də planlaşdırılıb.

    Gürcüstanın hökumət başçısını səfərdə Baş nazirin müavini və Xarici İşlər naziri David Zalkaliani müşayiət edəcək.

  • Avtoqəzada ölüb ifası yarım qalan məşhurlar…

    Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında müğənni Aslan Hüseynovun idarə etdiyi “BMW” markalı avtomobil qarşıda hərəkət edən “Kamaz” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində 53 yaşlı ifaçı həlak olub. 

    Aslan Hüseynovdan başqa da avtoqəza nəticəsində həlak olan məşhur şou-biznes nümayəndələri, incəsənət nümayəndələri olub.

    Bənzərsiz səsə malik olmuş xanəndə Səxavət Məmmədov da avtoqəzada dünyasını dəyişib. Məşhur muğam ifaçısı Firuz Səxavətin qardaşı olan Səxavət Məmmədovun ölümünə səbəb olan qəza 1991-ci il sentyabrın 30-da Şirvan rayonu ərazisində baş verib. 37 yaşında dünyasını dəyişən xanəndənin qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırmaq mümkün olmamışdı. Ağdamın Abdal-Gülablı kəndindən olan ifaçının üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qalmışdı.

    Tanınmış reper Hüseyn Dərya da avtoqəza nəticəsində ölən məşhurlardandır. Onun ölümünə səbəb olan qəza 2014-cü ilin martında qeydə alınıb. Bakının Xəzər rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı Hüseyn Dəryanın idarə etdiyi “Opel Astra” markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən “Kamaz” markalı maşına çırpılıb. Qəza nəticəsində kəllə-beyin travması alan reper, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. O, bir gün sonra yerləşdirildiyi xəstaxanada dünyasını dəyişib.

    “Geri dön”, “Sevgi qatarı” kimi mahnıları ilə tanınan müğənni Şəfa Hüseynova da avtoqəza nəticəsində həyatla erkən vidalaşıb. Onun ölümünə səbəb olan qəza 2005-ci ilin dekabrında baş verib. Maraqlıdır ki, Şəfanın içində olduğu avtomobil də “Kamaz”a çırpılıb. Saatlıdan Bakıda qayıdarkən baş verən qəza nəticəsində müğənninin anası vəfat edib, Şəfa isə üç gün komada qaldıqdan sonra dünyasını dəyişib. Qəzada yaralanan Şəfanın qardaşı Səxavət isə 46 gün komada qaldıqdan sonra ayılıb. Avtomobili idarə edən sürücü də qəza nəticəsində sağ qalıb. 

    Vaxtı ilə “Maşın gəlir, qabağa baxım, sağa baxım?…” qafiyəsini tutan meyxanaçı Bayram Kürdəxanlı da yol-nəqliyyat hadisəsi zamanı ölüb. Onun ölümünə səbəb olan qəza 2017-ci ilin avqustunda baş verib. Belə ki, meyxanaçı Kürdəxanı qəsəbəsində yolu keçərkən onu qəsəbə sakini Emin Fərhadovun idarə etdiyi “Peugeot” markalı avtomobil vurub. B.Kürdəxanılı ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, 55 yaşlı söz xiridarının həyatını xilas etmək mümkün olmayıb.  

    Avtoqəza nəticəsində həlak olan digər meyxanaçı isə Nizami Rəmzidir. Meyxananı televiziya ekranlarına çıxaran ilk şəxs olmuş Nizami Rəmzinin ölümünə səbəb olan qəza 1997-ci ilin yanvarında baş verib. Söz xiridarı məclisə gedərkən dostu və meyxanaçı Kəbir Azəri ilə birgə yol qəzasında həlak olub. Ekspertizaya görə, içkili olan Nizami Rəmzi maşını sürərkən şəhərdən çıxan İkarusla toqquşaraq həlak olmuşdu. Bu zaman meyxanaçının 49 yaşı var idi.

    “Yeni Ulduz-2” yarışmasında məşhurlaşan gənc müğənni Rəcəb Musayev də avtomobil qəzasında dünyasını dəyişib. Onun ölümünə səbəb olan qəza 2011-ci ilin yanvarında baş verib.

    Belə ki, ifaçı həmin ilin yanvarın 8-i axşam saatlarında Kürdəxanaı-Ləhic bağları istiqamətində hərəkət edən zaman idarə etdiyi “Mercedes” markalı avtomobilini aşırıb. Yüksək sürətlə hərəkət edən avtomobil bir neçə dəfə çevrilib. Ağır xəsarətlə 3 saylı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 
     
    “Yeni Ulduz” layihəsi nəticəsində tanınan müğənni Leyla Ağamalıyeva da avtoqəzada ölüb. Hadisə 2009-cu ilin avqustunda baş verib. Leyla da Rəcəb kimi idarə etdiyi “Chevrolet” markalı avtomobili aşırmışdı. Nəticədə Ukrayna vətəndaşı olan ifaçı hadisə yerində dünaysını dəyişmişdi. 

  • Mourinyonun “Roma”dakı məvacibi bəlli oldu

    İtaliyanın “Roma” klubunun yeni baş məşqçisi Joze Mourinyonun paytaxt təmsilçisindəki məvacibi məlum olub.

    Portuqaliyalı mütəxəssis ilk mövsümdə ümümilikdə 16 milyon avro qazanacaq.

    Təcrübəli baş məşqçi bu məbləğin 7,5 milyon avrosunu maaş kimi “canavarlar”dan, 8,5 milyon avrosunu isə təzminat kimi əvvəlki klubu olan İngiltərə “Tottenhem”indən alacaq.

    Qeyd edək ki, Joze Mourinyo “Roma” ilə 3 illik müqavilə imzalayıb. O, komandaya 2021/2022 mövsümündən rəhbərlik edəcək.

  • “Sumqayıt” “Sabah”a uduzdu

    Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun son oyunu keçirilib.

    “Kapital Bank Arena”da “Sumqayıt” “Sabah”ı qəbul edib. Baş hakim Kamal Umudlunun idarə etdiyi görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 2:0.

    Hesabı 40-cı dəqiqədə Mario Marina açıb. 69-cu dəqiqədə Tiemoko Fofana “Sabah”ın ikinci qolunu vurub. 85-ci dəqiqədə isə Cəmaləddin Xocaniyazov qırmızı vərəqə alaraq, “Sumqayıt”ı azlıqda qoyub.

    Beləliklə, “Sabah” xallarını 25-ə yüksəldərək, 5-ci pilləyə qalxıb. “Sumqayıt” isə 33 xalla ötən turla müqayisədə 4-cü yerə enib.

    Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” səfərdə “Keşlə”ni 3:0, “Səbail” evdə “Qəbələ”ni 1:0 hesabı ilə yenib. “Qarabağ” – “Zirə” görüşündə isə qalib müəyyənləşməyib – 1:1.