Month: May 2021

  • Azərbaycanda son sutka ərzində koronavirusdan ölənlərin sayı açıqlandı – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 963 yeni yoluxma faktı qeydə alınıb, 2091 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 322 761 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 296 875 nəfər müalicə olunaraq sağalıb, 4 597 nəfər vəfat edib.

    Aktiv xəstə sayı isə 21 289 nəfər olub.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 328, bu günə qədər isə ümumilikdə 3 279 163 test icra olunub.

  • Bakının çirkab suyunun yarısı təmizlənmədən dənizə axıdılıb

    “Ötən il Bakı şəhəri üzrə gün ərzində 330 milyon kubmetr çirkab suyu formalaşıb”.

    Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib.

    Onun sözlərinə görə, onlardan yalnız 182 milyonu bioloji təmizlənmədən keçib:

    “147 milyon kubmetr su isə mexaniki təmizlənmədən keçib. Qalan su isə təmizlənmədən dənizə və ya göllərə axıdılıb. Əlbəttə ki, bu, bizi düşündürür”.

    “Bu məsələ ilə bağlı çirkab sularını dənizə və göllərə axıdan müəssisələrə məcburi göstəriş verilir. Onların istehsalat fəaliyyətinin dayandırılması ilə bağlı məhkəmələrə müraciət edilir, cərimələr tətbiq olunur”, – deyə M.Əbdülhəsənov əlavə edib.

  • Daha bir müəllim koronavirusdan öldü – FOTO

    Daha bir universitet müəllimi koronavirusdan (COVID-19) vəfat edib.

    Bakı Mühəndislik Universitetinin Fizika kafedrasının müdiri Baba Qasımov koronavirusdan dünyasını dəyişib.

    Qeyd edək ki, B.Qasımov 1951-ci ildə Ağdamda anadan olub.

    O, 2016-cı ildən Bakı Mühəndislik Universitetinin Fizika kafedrasının müdiri vəzifəsində çalışıb.

  • Расчеты БПЛА выполняют учебно-тренировочные полеты – ВИДЕО

    Согласно утвержденному министром обороны плану боевой подготовки на 2021-й год, расчеты беспилотных летательных аппаратов (БПЛА) различного назначения, находящихся на вооружении азербайджанской армии, выполняют учебно-тренировочные полеты.

    Об этом сообщает пресс-служба Минобороны АР.

    В процессе тренировок расчеты развивают свои оперативно-тактические знания, выполняют практические полеты и учебно-боевые задачи в целях совершенствования навыков, накопленных в ходе обучения на самых современных симуляторах.

    Расчеты БПЛА, своевременно и точно обнаруживая цели в глубине обороны условного противника, выполняют поставленные задачи, а также осуществляют разведку на различных высотах и передают полученные данные на пункты управления.

    В ходе выполнения задач применяются специальные БПЛА, предназначенные для ведения оптической и радиоэлектронной разведки местности.

    Расчеты БПЛА также отрабатывают задачи по обнаружению и уничтожению позиций, в том числе целей, находящихся в глубине обороны условного противника, и передаче соответствующих данных на пункты управления огнем артиллерийских подразделений.

    В рамках учебно-тренировочных полетов расчеты выполняют практические боевые стрельбы и прицельным огнем уничтожают цели условного противника.

  • Azərbaycan PUA-ları şərti düşməni dəqiqliklə məhv edirlər – VİDEO

    Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun silahlanmasında olan müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının (PUA) heyətləri təlim-məşq uçuşları yerinə yetirirlər.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, məşq prosesində heyətlər əməliyyat-taktiki biliklərini artırır, ən müasir trenajorlarda əldə etdikləri vərdişlərin təkmilləşdirilməsi məqsədilə praktiki uçuşlar və təlim-döyüş tapşırıqları icra edirlər.

    PUA heyətləri şərti düşmənin müdafiəsinin dərinliyindəki hədəfləri vaxtında və dəqiq aşkar edərək qarşıya qoyulan tapşırıqları icra edir, müxtəlif hündürlüklərdə kəşfiyyat apararaq əldə edilən məlumatları idarəetmə məntəqələrinə ötürürlər.

    Tapşırıqların icrası zamanı ərazinin optik və radioelektron kəşfiyyatının aparılması üçün nəzərdə tutulan xüsusi PUA-lardan istifadə olunur.

    PUA heyətləri şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkarlanması, məhv edilməsi və müvafiq məlumatların artilleriya bölmələrinin atəşin idarəedilməsi məntəqəsinə göndərilməsi üzrə tapşırıqları da icra edirlər.

    Təlim-məşq uçuşları çərçivəsində heyətlər praktiki döyüş atışları icra edərək şərti düşmən hədəflərini dəqiqliklə məhv edirlər.

  • Azərbaycanla həmsərhəd ölkədə “Hindistan ştammı”nın aşkar edilməsi xəbərinə REAKSİYA

    Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze Gürcüstanda “Hindistan ştammı”nın aşkar edilməsinə dair xəbərlərə münasibət bildirib.

    Bu barədə “Sputnik Gürcüstan” xəbər verib.

    “Gürcüstanda indiyədək koronavirusun “Hindistan ştammı”na yoluxma halı qeydə alınmayıb. Biz ştammların öyrənilməsini aparırıq, onun mövcud olma ehtimalı var, ancaq bu laboratoriya şəraitində təsdiqini tapmayıb” – deyə Gürcüstanın baş epidemioloqu vurğulayıb.

    Xatırladaq ki, bir neçə saat əvvəl Gürcüstan parlamentinin deputatı Lado Kaxadze ölkədə “Hindistan ştammı”nın aşkar edildiyini açıqlayıb.

  • Зангезур – последнее китайское предупреждение – ВИДЕО

    Прошло уже почти полгода с момента окончания 44-дневной войны в Карабахе. За это время эксперты не раз обсуждали, как боевые действия в регионе изменили геополитику Южного Кавказа.

    Об этом говорится в новом видеоматериале военно-аналитического YouTube-проекта Caliber.

    “Это и возросшая роль Турции, и усиление позиций, присутствующих в регионе треугольников Баку-Анкара-Москва и Баку-Тегеран-Москва, а также падение роли Запада, в особенности ЕС и такого института как ОБСЕ”, – продолжают авторы проекта.

    Подробнее – в видеосюжете:

  • “Caliber” Zəngəzur dəhlizinin regiona təsiri barədə – VİDEO

    Artıq Qarabağda 44 günlük müharibənin bitməsindən təxminən yarım il keçib. Bu müddət ərzində ekspertlər regiondakı hərbi fəaliyyətlərin Cənubi Qafqazın geosiyasətini necə dəyişməsini dəfələrlə müzakirə ediblər.

    Bu barədə “Caliber” hərbi-analitik “Youtube” layihəsinin növbəti videomaterialında qeyd olunur.

    “Bu həm Türkiyənin artan rolu, həm regionda mövcud Bakı-Ankara-Moskva və Bakı-Tehran-Moskva üçbucaqlarının mövqeyinin güclənməsi, həmçinin Qərbin, xüsusən də Aİ və ATƏT kimi institutun rolunun azalmasıdır”, – deyə layihə müəllifləri davam edir.

    Ətraflı videosüjetdə:

  • Протестуют ли врачи Шамкирской ЦРБ? – ЗАЯВЛЕНИЕ + ВИДЕО

    В Шамкирской центральной районной больнице (ЦРБ) медработники протестуют против невыплаты надбавок к зарплате.

    Соответствующая видеозапись опубликована в социальных сетях.

    Медработники больницы утверждают, что надбавки к зарплатам были сокращены по неизвестной им причине. Они заявили, что не выйдут на работу и перекроют дорогу, если вопрос не будет решен.

    Редакция Oxu.Az направила запрос в Шамкирскую ЦРБ, где в ответ сообщили, что видео, распространенное в соцсетях, было снято давно.

    “В настоящее время нет проблем с зарплатой медработников, – заявили в больнице.

  • Şəmkir Mərkəzi Rayon Xəstəxanasında həkimlər etiraz aksiyası keçirir? – AÇIQLAMA + VİDEO

    Şəmkirdə tibb işçiləri əməkhaqlarına əlavələrin ödənilməməsinə etiraz ediblər.

    Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Söhbət Şəmkir Mərkəzi Rayon Xəstəxanasından gedir.

    Belə ki, xəstəxananın tibb işçiləri onlara ödənilməli olan əlavələrin kəsildiyini və bunun hansı səbəbdən baş verdiyini bilmədiklərini iddia edirlər. Onlar məsələnin həll olunmayacağı təqdirdə işə çıxmayacaqları və yolu bağlayacaqlarını deyiblər.

    Məsələ ilə bağlı Şəmkir Mərkəzi Rayon Xəstəxanasına (MRX) sorğu ünvanladıq. Oxu.Az-ın sorğusuna cavab olaraq Şəmkir MRX-dan bildirilib ki, sosial şəbəkədə yayılan videogörüntülər köhnədir:

    “Həmin məlumat hazırda aktual deyil, video köhnədir. Hazırda əməkhaqlarının alınmasında hər hansı problem yoxdur”.