Month: May 2021

  • Баку проявил жест доброй воли и освободил троих военнослужащих Армении

    Согласно информации, полученной Caliber.Az от достоверных источников, в соответствии с гуманизмом и гуманистической политикой, продемонстрированной президентом Азербайджанской Республики Ильхамом Алиевым, трое армянских военнослужащих, разоруженных в Карабахе после трехстороннего заявления, подписанного 10 ноября 2020 года, были освобождены.

    В ближайшие часы эти лица будут доставлены в Ереван на военном самолете Баку-Ереван в сопровождении командующего российскими миротворцами Рустама Мурадова.

    Были освобождены следующие лица: Варданян Роверт, Шухян Самвел, Тамразян Сейран.

    Несмотря на то, что в ходе расследования было подтверждено, что эти лица являются армянскими военнослужащими, их причастность к преступной деятельности, включая операции, в результате которых были убиты или ранены азербайджанские военнослужащие или гражданские лица, не была установлена.

    К сожалению, на продемонстрированную Азербайджаном политику высокого гуманизма Армения не отвечает аналогичными принципами.

    Армения до сих пор не выдает карты минный полей в Карабахе, а заложенные мины приводят к гибели мирных жителей и военнослужащих, а также наносят вред их здоровью.

    Также Армения не предоставляет информацию о более чем 4000 граждан Азербайджана, пропавших без вести во время Первой Карабахской войны. Большинство из них были убиты и похоронены в братских могилах. Одно из таких кладбищ было обнаружено в селе Башлыбель Кельбаджарского района.

    Между тем Армения до сих пор не предоставляет информацию и о гражданах Азербайджана, которые находились в плену во время Первой карабахской войны. Тот факт, что они живы, был подтвержден представителями Международного комитета Красного Креста, которые вели с ними различные переписки. Вероятно, эти люди подверглись пыткам и были жестоко убиты. Тем не менее Ереван отказывается предоставлять о них какую-либо информацию. На каком основании Армения говорит о гуманизме и предъявляет претензии к Азербайджану?!

  • Bakı xoş niyyətini nümayiş etdirərək üç erməni hərbçini sərbəst buraxdı

    Caliber.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin növbəti dəfə nümayiş etdirdiyi humanizmə və humanist siyasətə uyğun olaraq, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatdan sonra Qarabağda tərksilah edilmiş və barələrində həbs qətimkan tədbiri seçilmiş üç nəfər Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu azad edilib.

    Həmin şəxslər yaxın saatlarda Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun müşayiəti ilə Bakı-İrəvan istiqamətində uçuş edəcək hərbi təyyarə ilə İrəvana çatdırılacaqlar.

    Azad olunan şəxslər bunlardır: Rovert Vardanyan, Şuxyan Samvel, Tamrazyan Seyran.

    İstintaq prosesi çərçivəsində Ermənistan vətəndaşları olan bu şəxslərin Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları olması təsbit edilsə də, onların əməllərində cinayət tərkibi, o cümlədən mülki və ya hərbi Azərbaycan vətəndaşlarının öldürülməsi və ya yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakı müəyyən edilməyib.

    Azərbaycanın nümayiş etdirdiyi yüksək humanizm siyasətinə Ermənistan tərəfindən humanizm prinsipləri ilə cavab verilmir.

    Ermənistan minalanmış ərazilərin xəritələrini hələ də gizlədir. Minalanmış ərazilər mülki və hərbi şəxslərin ölümü və yaralanması ilə nəticələnir.

    Birinci Qarabağ müharibəsi dövründən itkin düşmüş hesab olunan 4000-dən artıq Azərbaycan vətəndaşı barəsində Ermənistan tərəfindən məlumat verilmir. Onların əksəriyyəti öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Belə məzarlıqlardan biri Kəlbəcərin Başlıbel kəndində müəyyən edilib.

    Birinci Qarabağ müharibəsində Ermənistan tərəfdə əsirlikdə olduğu və sağlığı Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən də təsbit edilmiş və müxtəlif yazışmalar aparılmış Azərbaycan vətəndaşları barəsində Ermənistan hələ də məlumat vermir. Yəqin ki, həmin şəxslər işgəncələrlə öldürülüblər. Amma Ermənistan onlar barəsində hər hansı məlumat verməkdən boyun qaçırır.

    Ona görə də Ermənistan hansı əsaslarla humanizmdən danışır və hətta bu əsaslarla Azərbaycana qarşı iddialar irəli sürür.

  • “Real”ın transferdə əsas hədəfi bəlli oldu

    Madrid “Real”ı üçün yay transfer mövsümündə prioritet məsələ PSJ-dən Kilian Mbappenin transferidir.

    Bu barədə Sports.ru məlumat yayıb.

    “Kral klubu”nun hədəfində həm PSJ-dən Kilian Mbappe, həm də “Borussiya”dan Erlinq Holan var. Lakin əsas məqsəd Mbappenin transferinə nail olmaqdır. Çünki fransalının transfer ehtimalı daha yüksəkdir.

    Mbappenin keçidi alınmayacağı halda “Real” diqqətini norveçli futbolçuya yönəldəcək.

  • Məşhur restoranlar cərimələndi – SİYAHI

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

    AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il mayın 3-də ölkə üzrə 457 ictimai iaşə obyektində 770 monitorinq keçirilib.

    Monitorinqlər zamanı 23 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

    Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

    1. Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev 11 ünvanında yerləşən, fiziki şəxs Əliyev Cavid Cabir oğluna məxsus restoran;

    2. Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küç., ev 3m ünvanında yerləşən, fiziki şəxs Allahverdi Teymur Tofiq oğluna məxsus restoran;

    3. Bakı şəhəri, Binəqədi ‎rayonu, Şövkət Məmmədova küçəsində yerləşən, hüquqi şəxs “Retro Holding” MMC-yə məxsus “Retro Şam” restoranı;

    4. Bakı şəhəri, Nizami ‎rayonu, Qarayev pr., ev 34S ünvanında yerləşən, hüquqi şəxs “AZEMAT” MMC-yə məxsus “Dominos pizza” evi;

    5. Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi 7 ünvanında yerləşən, fiziki şəxs Axundov Fuad Taryel oğluna məxsus çay evi;

    6. Bakı şəhəri, Xəzər ‎rayonu, Şüvəlan ştq, Almas İldırım küçəsində yerləşən, fiziki şəxs Şəkərov İmran İslam oğluna məxsus kafe;

    7. Bakı şəhəri, Binəqədi ‎rayonu, S.Axundov küç., ev 15/1 ünvanında yerləşən, fiziki şəxs Şükürov Fariz Hümmət oğluna məxsus kafe;

    8. Bakı şəhəri, Binəqədi ‎rayonu, Əhməd Rəcəbli küç., ev 5 ünvanında yerləşən, fiziki şəxs Kərimov Cahangir Xalid oğluna məxsus kafe;

    9. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 43b ünvanında‎ yerləşən, fiziki şəxs Məmmədov Abubəkr Bəhram oğluna məxsus “Darçın” restoranı;

    10. Bakı şəhəri, Sabunçu rayonu, Xasməmmədov 5 ünvanında yerləşən, fiziki şəxs Məcidov Mahir Şirxan oğluna məxsus kafe;

    11. Bakı şəhəri, Binəqədi ‎rayonu, S.Axundov 249 E/F ünvanında yerləşən, fiziki şəxs Mamedova Həqiqət Müzəffər qızına məxsus “Taksim Kebab” restoranı;

    12. Bakı şəhəri, Binəqədi ‎rayonu, S.Axundov 7D ünvanında yerləşən, fiziki şəxs Həşimov Elburus Yaşar oğluna məxsus kafe;

    13. Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi ilə Səməd Vurğun və M.Əliyev küçələrinin kəsişməsində yerləşən, hüquqi şəxs “ÖZSÜT AZƏRBAYCAN” MMC-yə məxsus “Özsüt qış parkı” restoranı;

    14. Bakı şəhəri, Nəsimi rayonu, Qış Parkı ərazisində yerləşən, fiziki şəxs Qüdrətzadə İmran Ziyafət oğluna məxsus çay evi;

    15. Bakı şəhəri, Nəsimi rayonu,‎ Rəşid Behbudov küç., ev 17 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Yunis Həsənalı oğluna məxsus dönər evi;

    16. Bakı şəhəri, Nəsimi rayonu,‎ Aslanov 101 ünvanında yerləşən, fiziki şəxs Salmanova Səbinə Etibar qızına məxsus “Road” pub;

    17. Sumqayıt şəhəri, Azərbaycan küçəsi, 18-ci məhəllədə yerləşən, fiziki şəxs Abdulhəşimova Xatın Bəxtiyar qızına məxsus “Sünbül” kafesi;

    18. Bərdə rayonu, Nazırlı küçəsində yerləşən, fiziki şəxs İbrahimov Allahverdi Səyyat oğluna məxsus kafe;

    19. Bərdə rayonu, Hacılar kəndində yerləşən, fiziki şəxs Yahyalı Musa Zahid oğluna məxsus kafe;

    20. Saatlı rayonu, H.Əliyev prospekti 285 ünvanında yerləşən, fiziki şəxs Süleymanov Ülvi Nazim oğluna məxsus kafe;

    21. Gəncə şəhəri, Hacıkənd qəsəbəsində yerləşən, fiziki şəxs Əliyev Seymur Davud oğluna məxsus kafe;

    22. Cəlilabad rayonu, Qurtuluş prospektində yerləşən, fiziki şəxs Əliyev Emin Nazim oğluna məxsus kafe;

    23. Kürdəmir rayonu, Xırdapay ünvanında yerləşən, fiziki şəxs İsrafilov Azər Rza oğluna məxsus kafe.

    Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib.

    Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

  • Bakı-Xırdalan-Sumqayıt qatarı 9 aydır niyə işləmir? – SƏBƏB məlum oldu

    Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının fəaliyyətinin bərpasının yubanma səbəbi məlum olub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, yubanmaya səbəb Bakı-Quba yolu üzərində inşa edilən yol ötürücüsünün (dəmiryolu körpüsünün) standartlara cavab verilməməsidir.

    “Bildiyiniz kimi Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının intensivliyini təmin etmək üçün Bakı-Quba yolunun Xırdalan dairəsinin yaxınlığından keçən hissəsində körpünün yenilənməsi həyata keçirildi. Körpünün inşasını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə “Körpü-Bina-Tikinti” MMC (KBT) həyata keçirib.

    Tikinti işləri bitdikdən sonra körpüdə test keçidi həyata keçirilib. Sınaq qatarı ilk olaraq 20 km/saat, daha sonra 40 km/saat sürətlə hərəkət edib. Hər iki halda körpünün əsməsi yoxlanılıb. Aşkar edilən nöqsanlar barədə həm AAYDA, həm də KBT-yə məlumat verilib”.

    Mənbənin fikrincə, yay aylarında qatarların fəaliyyətinin bərpası gözlənir:

    “Hazırda nöqsanların aradan qaldırılması istiqamətində işlər aparılır. Qaldırılan məsələlər nə qədər tez həll edilsə və aidiyyəti strukturlar körpünü istismara qəbul etsə qatarların hərəkəti də həmin vaxt bərpa ediləcək. Yay aylarında sərnişinlər yenidən Bakı-Sumqayıt-Bakı qatarından istifadə edə biləcək”.

    Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt qatarının fəaliyyəti 2020-ci ilin avqustun 10-da 3 aylıq dayandırılmışdı. Amma rəsmən açıqlanmayan səbəblərə görə, qatarların hərəkətindəki fasilə hələ də davam edir.

    Əlavə edək ki, Bak-Sumqayıt və əks istiqamətdə hərəkət edən sərnişinlər Bakı-Pirşağı-Sumqayıt qatarı ilə mənzilbaşına çata bilərlər.

  • Sürücülərə və piyadalara xəbərdarlıq – sabah diqqətli olun!

    Mayın 5-i tarixində müşahidə ediləcək güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırırıq.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

    Qurumun yaydığı məlumatda bildirilir: “Sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməli, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə edilməlidir.

    Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər”.

  • Azərbaycanda neçə məscid və pir var?

    “Azərbaycanda 970 dini qurum qeydiyyatdan keçib. Məscidlərin sayı isə 2463-dür. Hər bir məsciddə icma olmalıdır”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik layihəsinin III oxunuşda müzakirəsi zamanı çıxış edərkən deyib.

    Onun sözlərinə görə, Azərbaybcanda 765 pir var: “Onların qeydiyyat məsələsində problemlər var. Bu problemlərin aradan qaldırılması üçün işlər görülməlidir”.

  • Ermənistan Baş Qərargah rəisinin müavini işdən çıxarıldı

    Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini general-leytenant Karen Abramyanı vəzifəsindən azad edib.

    Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

    O, baş nazir Nikol Paşinyanın təqdimatı ilə işdən çıxarılıb.

    K.Abramyan 2020-ci ilin fevralına qədər qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müdafiə naziri” olub. Həmin ilin iyununda Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini təyin edilib.

    ///Report

  • Bu ölkədə 8 şir koronavirusa yoluxdu

    Dünyada ən çox gündəlik yoluxma və ölümün qeydə alındığı ölkə olan Hindistanda yoluxma sayı 2 milyonu keçib.
     
    AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla yanaşı Nehru heyvanxanasında 8 Asiya şirinin koronavirus testi də pozitiv çıxıb.
     
    Baytarların dediyinə görə, şirlərdə iştahsızlıq, öskürək kimi əlamətlərin ortaya çıxmasıyla tətbiq edilən testin nəticələri pozitiv çıxıb. Virusun insanlardan və ya heyvanlardan keçdiyini müəyyənləşdirmək məqsədiylə analizlər alınıb.
     
    Qeyd edək ki, aprel ayından etibarən yoluxmanın sürətlə artdığı Hindistan, Çin və ABŞ-dan sonra ən çox peyvəndlənmə prosesinin həyata keçirildiyi ölkədir. Digər tərəfdən ortaya çıxan yeni növ mutasiyanın yayılmasıda narahatlığa səbəb olmaqdadır.
     
    Hindistanda, son 24 saatda 357 min 229 yeni növ yoluxmanın müşahidə edilməsiylə, cəmi yoluxma sayı 20 milyon 282 min 833-ə yüksəlib. 

    Son sutkada 3 min 449 nəfərin dünyasını dəyişməsi ilə ölənlərin sayı 222 min 408, müalicəsi davam edən xəstələrin sayı isə 3 milyon 447 min 133-ə çatıb.
     

  • В Азербайджане за сутки выявлено 963 новых случая инфицирования коронавирусом – ФОТО

    В Азербайджане за минувшие сутки выявлено 963 новых случая инфицирования коронавирусом, 2 091 человек вылечился и был выписан домой.

    Об этом 4 мая сообщает оперативный штаб при Кабинете министров.

    За прошедшие 24 часа от COVID-19 скончались еще 17 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразился 322 761 человек, 4 597 – скончались, 296 875 – вылечились, 21 289 – находятся в активной фазе лечения в больницах особого типа.

    В республике проведены 3 279 163 теста на COVID-19 (за последние 24 часа – 11 328).