Month: May 2021

  • Yaponiya millisindən iki oyunda 24 cavabsız qol

    Futbol üzrə Myanma millisi tarixinin ən pis nəticəsinə imza atıb.

    Bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində Yaponiya millisi öz meydanında Myanmanı 10:0 hesabı ilə darmadağın edib.

    Tokioda keçirilən görüşün ilk hissəsində yaponlar dörd, fasilədən sonra altı qol vurub. Almaniyanın “Verder” klubunun hücumçusu Yuya Osako bu matçda beş qol vurub, iki məhsuldar ötürməyə imza atıb. “Liverpul”a məxsus olan hücumçu Takumi Minamino isə dubl edib.

    Bu məğlubiyyət Myanma millisinin tarixinə düşüb. Belə ki, indiyədək Myanma millisi belə böyük hesabla uduzmayıb.

    Xatırladaq ki, Yaponiya millisi martın 30-da Monqolustan millisini də 14:0 məğlub etmişdi.

  • Телебашня в Тбилиси окрасилась в цвета флага Азербайджана

    Тбилисская телебашня, являющаяся одним из главных символов столицы Грузии, окрасилась в цвета азербайджанского флага.

    Как передает Report, по случаю 28 мая – Дня Азербайджанской Республики, расположенная на самой высокой точке Тбилиси телебашня начала подсвечиваться синим, красным и зеленым светом.

    Отметим, что азербайджанский флаг был также на здании Тбилисского городского совета (сакребуло).

  • Nigeriyada qayıq qəzası zamanı ölənlərin sayı 76 nəfərə çatdı

    Nigeriyanın Kebbi ştatının hakimiyyət orqanları mayın 26-da Niger çayında baş vermiş qayıq qəzası nəticəsində 70 nəfərin öldüyünü təsdiqləyib.

    Bu barədə ştatın rəsmi nümayəndəsi Əbubakar Dakinqari mətbuat konfransında bildirib.

    O, eyni zamanda “Reuters”ə açıqlamasında həlak olanların sayının artdığını əlavə edib. “İndiki saata qədər 76 nəfərin meyiti sudan çıxarılıb, 22 nəfər xilas edilib. İtkinlərin axtarışları davam etdirilir”, – Əbubakar Dakinqari agentliyə bildirib.

    Qeyd edək ki, 150 sərnişinin olduğu iri qayıq Tunqan Mayrakumi kəndinin sahilindən Birnin-Kebbi şəhərinin sahilinə doğru üzürmüş. Qayıq yolun yarısında çevrilib.

    Faktla bağlı araşdırma aparılır. Hakimiyyət orqanları qəzanın qayığın normadan artıq sərnişinlə yüklənməsi səbəbindən baş verdiyini istisna etmirlər.

  • Dondurmanı mütləq su ilə yeyin – SƏBƏBİ

    Dondurmanı su ilə birlikdə yemək boğaz infeksiyasını azaldır.

    Median.Az xəbər verir ki, dondurma süd, yağ, şəkər, protein və kalsium tərkiblidir. Bunlar isə orqanizm üçün önəmli maddələrdir. Xüsusən yayda uşaqların vazkeçilməzidir. Şirniyyat sevənlər üçün də sağlam qidadır. Təbii meyvələrdən hazırlanan meyvəli növləri ilə isə antioksidan qaynağıdır.

    Necə yeməliyik?

    Su ilə birlikdə yedikdə boğaz infeksiyası riskini azaldır. Bundan başqa, dondurma qabından çıxarıldıqdan sonra o dəqiqə yeyilməməlidir. Bir müddət gözləmək mədə və bağırsaqlar üçün də faydalı olacaq.

    Nələrə diqqət etməliyik?

    Dondurmanı çox yemək artıq çəkililər üçün problem yarada bilər.
    Tox qarnına yemək daha düzgündür.

    Soyuq su ilə yeməyin!

    Dondurma yedikdən sonra dişlərimizi qorumaq üçün ağız yuyulmalıdır.

    Paketli dondurmalar mütləq soyuducuda qorunmuş olmalıdır. Bundan başqa, alarkən tarixinə diqqət etməlisiniz. /medicina.az

  • Təhsil Nazirliyi VACİB məlumat yayıb – Sentyabrın 15-dən…

    “44 günlük Vətən müharibəsi zamanı Türkiyə dövləti və xalqı bizim yanımızda oldu. Bu tarixi köklərimiz təhsilə də öz töhfəsini verir”.

    Median.Az cebhe.info-ya istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

    “İnanırıq ki, sentyabr ayında şagirdlərimiz əyani şəkildə məktəbə qayıdacaq”, – deyə nazir bildirib.

    Nazir həmçinin əlavə edib ki, ilyarım ərzində 13 STEAM mərkəzinin Azərbaycanda istifadəyə verilməsi proqnozlaşdırılıb.

  • Koronavirusa yoluxanlarda immunitet illərlə qala bilər – New York Times

    ABŞ-da aparılan son yeni araşdırmalara görə, koronavirusa qarşı antitel və immunitet ən azı 1 il sürsə də, orqanizmdə illərcə dayanıqlı olan immunitet potensialı da var.

    Median.Az xəbər verir ki, pandemiyanın ilk ilində alimlər anticisimlərin 6 ay və daha az qaldığını, yoluxanın bir də yoluxacağını bildirirdi. Yeni araşdırmalar bu fikirləri saf çürük edib.

    Koronavirusa qarşı immunitet qorunması qısa ömürlü deyil. Həm yoluxub sağalanlarda, həm peyvənd olunanlar bu hətta illərlə sürə bilər.

    Söhbət qanda yaranan anticisimlərdən getmir. İnfeksiya ilə savaşdıqdan sonra sümük iliyində, onurğa beynində xüsusi immunitet güclənməyə davam edir.

    Tədqiqatda son bir ildə koronaya yoluxan insanlar iştirak edib. Onların çoxunda virusu yaddaşında tutan B hüceyrələri aşkarlanıb. Onlar sümük iliyində olur və lazım olduqda anticisim səviyyəsini artırır. /medicina.az

  • Bunları qarışdırıb yeyəndə, xəstəlik yaradır – Kola ilə dönər, pizza və…

    Yemək yeyərkən əsasən yediyimiz qidaların faydaları haqqında düşünürük. Ancaq qidalanarkən yol verdiyimiz bəzi səhvlərə görə vücudumuz heç bir vitamini qəbul edə bilmir.

    Median.Az çox insanların hər gün yanlış olaraq qarışdırdığı qidaları təqdim edir.

    1. Kakao və süd

    İçərisində bol miqdarda oksalit asid olan kakao süddəki kalsiyum ilə birləşdiyi zaman bədəndə sorulma prosesi getmir. Bu da qısa vaxtda böyrək xəstəliklərinin yaranmasına səbəb olur.

    2. Pizza, dönər və Coca Cola

    Pizzanın yanında Coca Colaya kim yox deyə bilər ki? Ancaq bu çox zərərlidir. Pizza yeyərkən Coca Cola içmək ağır həzm pozğunluğuna səbəb olur. Bu vəziyyət də mədənin işini ləngidərək köpə səbəb olur.

    3. Salata qatılan limon və sirkə

    Vitamin baxımdan zəngin olan salatlar ancaq yağsız, limonsuz və sirkəsiz olduğu halda lazımlı maddələrlə bədənimizi təmin edə bilir. Buna görə də, salat yeyərkən limon və sirkəni uzaq tutmaq məsləhət görülür.

    4. Soğan və sarımsaq

    Soğan və sarımsağın faydaları heç kimə sirr deyil. Ancaq bu tərəvəzlər birlikdə yeyildiyi zaman ciddi şəkildə təklükə yarada bilər. Belə ki, bu halda dəridə ləkələr, baş dönməsi və həzm pozğunluğu kimi problemlərlə qarşılaşa bilərik.

    5. Düyünü şoraba ilə yemək

    Düyü ən çox istifadə etdiyimiz qidalar arasında yer alır. Bəziləri düyünün zərərli olduğunu söylədiyi halda, bəziləri tərəfindən düyü əvəzsiz vitamin mənbəyi hesab olunur. Ancaq dəqiqliklə deyilən bir şey var ki, düyü yeyərkən turşu və ya salat yemək olmaz. Əgər düyünü belə yesəniz, ciddi mədə xəstəlikləri, hətta daha da irəlidə bağırsaq problemləri ilə qarşılaşa bilərsiniz.

  • Azərbaycanda dəhşətli hadisə: Yaralılar var

    Gəncədə 5 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. “VAZ-2107”, “VAZ-21015”, “Nissan”, “VAZ-21099” və “GAC” markalı avtomobillərin iştirakı ilə baş vermiş zəncirvari avtomobil qəzasında 4 nəfər xəsarət alıb.

    Xəsarət alanlar 1983-cü il təvəllüdlü Ramin İsmayılov, 1983-cü il təvəllüdlü Ramiz İsmayılov, 1980-ci il təvəllüdlü Ramiz Qurbanov və 1985-ci il təvəllüdlü Çingiz Məmmədovdur.

    Yaralılar xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Rusiyanın ən varlı varisi azərbaycanlı seçildi

    “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərovun oğlu Yusuf ard-arda altıncı ildir ki, “Forbes” jurnalı tərəfindən Rusiyada ən varlı varis seçilib.

    Atasından ona 24 milyard dollar qalacaq.

    Reytinqin yaradıcıları milyarderin sərvətini bütün tanınan uşaqları arasında bölüşdürüblər.

    Ümumilikdə siyahıda 20 ailə var. Varislərin ümumi sayı 50 nəfərdir. Onların hər birinə azı 3,1 milyard dollar qala bilər.

  • Məscidlərdə cümə namazı belə qılınacaq – Yeni Qayda

    “İki ilə yaxındır ki, məscidlər pandemiya səbəbindən bağlıdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə iyunun 10-dan etibarən dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla fəaliyyəti bərpa ediləcək. Bu qərar bütün dindarları sevindirdi”.

    Median.Az xəbər verir ki, bunu “report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay deyib.

    Hacı Surxay bildirib ki, say məhdudiyyəti ilə namazların qılınması normal qəbul edilir:

    QMİ rəsmisi hesab edir ki, bu gün üçün ibadət edilməsi üçün 50 nəfər say tələbi qənaətbəxşdir:

    “Axundu olduğum İçərişəhərdə məscidində insanların giriş-çıxışına nəzarət üçün müvafiq göstərişlər verilib. Hətta ibadətə gələnlərin hərarətinin ölçülməsi üçün cihaz da alınıb. Cümə namazları zamanı adətən sıxlıq müşahidə olunur. Bu səbəbdən həmin gün insanların növbəli şəkildə içəri girməsi təmin ediləcək. Hesab edirik ki, hər bir inanclı insan bizim tövsiyələrimizə əməl edəcək”.

    “Ötən gündən başlayaraq QMİ sədrinin tövsiyələrinə uyğun olaraq ölkədə fəaliyyət göstərən məscidlərdə lazımi işlərə başlanılıb. Onsuz da məscidlər təmiz olur, amma yenə də təkrar olaraq təmizlənir. Məscidlərə ibadətə gələn şəxslər maskadan istifadə edəcək, sosial məsafə qorunacaq, tibbi spirtlərdən istifadə təşkil ediləcək. Həmçinin dindarlar pak və dəstəmaz alaraq məscidə gəlir”, – din xadimi fikirlərinə əlavə edib.