Month: May 2021

  • Kürdəmirdə 45 yaşlı kişi keçmiş məhkum tərəfindən bıçaqlanıb

    Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.

    “Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayonun A.M.Şərifzadə küçəsində qeydə alınıb.

    Belə ki, 45 yaşlı rayon sakini Cəfərov Famil Əlişiraz oğlu aralarında yaranan mübahisə zəminində rayon sakini, əvvəllər məhkum olunmuş Qurbanov Famil Zeynal oğlu tərəfindən 5 bıçaq xəsarəti alıb.

    Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və cərrahiyyə şöbəsinə yerləşdirilib.

    Xəstənin vəziyyəti ağır qiymətləndirilir.

    Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Rusiyada yumurta çatışmazlığı barədə xəbərdarlıq

    Rusiyada istehsalçılar toyuq yumurtasının çatışmazlığı riski barədə xəbərdarlıq edirlər.

    “Vedomosti” qəzeti bazar nümayəndələrinə istinadən xəbər verir ki, bunun səbəbi məhsullarının alış qiymətlərinin sürətlə enməsi ilə əlaqədardır.

    Rusiyanın Sənaye və Ticarət Nazirliyində yumurtanın alış qiymətləri məsələsi müzakirə edilib. Onların fikrincə, alış qiyməti hazırda istehsalın maya dəyərindən aşağıdır.

    İstehsal xərclərinin artmasına səbəb taxıl, yem qatqıları, qablaşdırma və digər komponentlərin bahalaşmasıdır. Belə şəraitdə istehsalçılar gələcəkdə yumurta çatışmazlığı ilə üzləşə bilərlər.

  • В Баку на автобусной остановке ударили ножом 51-летнюю женщину

    В Наримановском районе столицы произошла поножовщина, сообщает Report.

    Марзие Абдуллаевой (1970 г.р.) на автобусной остановке ножевое ранение нанес знакомый.

    Пострадавшая была госпитализирована.

    По данному факту ведется расследование.

  • Paytaxtda 51 yaşlı qadın dayanacaqda bıçaqlandı

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

    Belə ki, 1970-ci il təvəllüdlü Abdullayeva Mərziyə Musa qızı avtobus dayanacağında tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ bazunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

  • Baydenin oğlu narkotikdən istifadə etdiyini bildirib

    ABŞ prezidenti Co Baydenin oğlu Hanter Bayden dostu ilə telefon danışığı zamanı Vaşinqton şəhərinin keçmiş meri Merion Berri ilə birlikdə narkotikdən istifadə etdiyini etiraf edib.

    Bu barədə “Daily Mail” məlumat yayıb.

    Nəşrin yaydığı audioyazıda Hanter bildirir ki, Corctaun Universitetinin ikinci kursunda oxuyan zaman Merion Berri ilə krek çəkib.

    “Daily Mail” audioyazının 2019-cu ildə prezident oğlunun notbukundan götürüldüyünü bildirib.

    Qeyd edək ki, 51 yaşlı Hanter Bayden “Gözəl işlər” (Beautiful Things) adlı xatirə kitabında narkotik maddələrlə bağlı problemlər yaşadığını qeyd edib. O, hələ yeniyetmə olarkən, kokain saxladığına görə həbs olunub və bundan sonra narkotiklərdən uzaq durduğunu bildirib.

  • UEFA səfər qolu qaydasını ləğv edəcək

    UEFA səfərdə vurulan qolun üstünlüyü qaydasını ləğv etməyə hazırlaşır.

    Bu barədə jurnalist Martin Ziqler özünün “Twitter” səhifəsində məlumat yayıb.

    Məlumata əsasən, sözügedən qərar Avropanın aparıcı klublarının nümayəndələri tərəfindən dəstəklənib.

    Dəyişikliyin UEFA İcraiyyə Komitəsi tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcəyi bildirilib.

    Qeyd edək ki, bu vaxtadək iki görüşün nəticəsinə görə, komandalar arasındakı hesab bərabər olduqda, səfərdə daha çox qol vuran tərəf üstün sayılırdı.

  • İran yerli istehsal peyklərini orbitə çıxaracaq

    İran yaxın zamanlarda yerli istehsal olan bir neçə peykini orbitə çıxaracaq.

    Bu barədə IRNA xəbər yayıb.

    Məlumata əsasən, peyklər ilk növbədə 160 – 2 min km yüksəklikdəki aşağı Yerətrafı orbitə buraxılacaq. Bu məqsədlə hazırda “Nahid 1”, “Nahid 2”, “Simurq”, “Tolo”, “Zülcənah”, “Pars 1” və “Zəfər 2” peykləri üzərində işlər aparılır.

    Bununla yanaşı, Yerin sinxron günəş orbitinə çıxarılması planlaşdırılan aparatların da işlənib hazırlanması istiqamətində fəaliyyətlər davam etdirilir.

  • В Баку открылась станция метро “8 Ноября” – ФОТО

    29 мая введена в эксплуатацию станция “8 Ноября” Бакинского метрополитена.

    Об этом сообщает АЗЕРТАДЖ.

    Президент Азербайджана Ильхам Алиев ознакомился с условиями, созданными на станции.










  • “8 Noyabr” stansiyası istifadəyə verildi – FOTO

    Mayın 29-da Bakı Metropoliteninin “8 Noyabr” stansiyası istifadəyə verilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyada yaradılan şəraitlə tanış olub.










  • Belçikalı diplomat həyat yoldaşına görə vəzifəsini itirdi

    Belçikanın xarici işlər naziri Sofi Vilmes ölkəsini Cənubi Koreyada təmsil edən diplomat Piter Leyskueri vəzifəsinin icrasına xitam verib və sabiq səfir geri çağırılıb.

    “RİA Novosti” agentliyi xəbər verir ki, bunun səbəbi belçikalı diplomatın xanımının Seulda geyim mağazalarından birində qalmaqal salmasıdır.

    Qeyd olunur ki, hadisə aprel ayında baş verib. Səfirin həyat yoldaşı geyimi yoxlamaq məqsədi ilə təzə paltarı geyinərək mağazada gəzişməyə başlayıb.

    Lakin satıcılar qadının paltarın pulunu ödəmək istəmədiyindən şübhələnib və tərəflər arasında mübahisə başlayıb.

    Mübahisə nəticəsində belçikalı diplomatın qadını işçilərdən birinə zərbə endirib, digərini itələyib.

    Hadisə Cənubi Koreyada ciddi müzakirələrə və etirazlara səbəb olub. Qadın öz statusundan sui-istifadə etməkdə günahlandırılıb.