Month: May 2021

  • Reza Deqati Şuşanın işğalından bir neçə gün öncə çəkilmiş şəkli paylaşıb – FOTO

    Dünyaca məşhur Azərbaycan əsilli fransalı fotoqraf Reza Deqati vaxtilə Şuşada çəkdiyi bir fotonu paylaşıb.

    Məşhur fotoqraf öz “Facebook” səhifəsində fotonun tarixçəsi və o günlər barəsindəki xatirələrini yazıb:

    “Şuşa 1992.

    Şuşadakı son jurnalist idim. Rusiyanın hərbi yardımı və ağır texnika vasitəsilə erməni qüvvələrinin mühasirəyə aldıqları şəhəri onun işğalından bir az əvvəl tərk etməli idim.

    Birinci Qarabağ müharibəsini işıqlandırdıqdan sonra başa düşdüm ki, Azərbaycanın həqiqi peşəkar ordusu yox idi, döyüşçülərin çoxu könüllü və ya polis idi. Mülki şəxslər də Qarabağı qorumaq üçün birləşmişdilər. Vəziyyət çox gərgin və tələfatlar çox yüksək olsa da, öz daimi işlərini tərk edən və Azərbaycanın hər yerindən gəlmiş müdafiəçilərin yüksək ruhu məni heyrətləndirirdi. Bir gün skripkasını cəbhəyə gətirən bu virtuoz skripkaçı ilə tanış oldum. Skripka atəş nəticəsində məhv oldu, lakin yayı qaldı və həmin skripkaçı öz “Kalaşnikov”undan istifadə edərək bəzi melodiyalar ifa etdi. Azərbaycanlılar çox yaxşı musiqiçidirlər. Mən Parisə qayıtdım və Qarabağda çəkdiyim şəkillərimi azərbaycanlıların davam etməkdə olan faciəsinə, bir milyon qaçqının mövcudluğuna, minlərlə mülki şəxsin qətlə yetirilməsinə göz yummağa qərar verən media üçün gətirdim”, – deyə R.Deqati qeyd edib.

  • В Вене выпущен альбом, в который было включено произведение композитора Аяза Гамбарли

    Произведение азербайджанского композитора Аяза Гамбарли включено в альбом на CD-диске, выпушенном в Вене (Австрия), сообщили Trend в Министерстве культуры Азербайджана.

    Произведение Mirage (İlğım/Мираж) выпускника Латвийской музыкальной академии имени Язепа Витола, члена Союза композиторов Азербайджана Аяза Гамбарли, совместно с сочинениями известных композиторов вошло в CD-диск, подготовленный Венским университетом музыки и исполнительского искусства.

    Отметим, что выпуск диска не носит коммерческий характер. Задача альбома – познакомить слушателей с музыкой народов мира.

    Произведение Mirage заняло первое место на международном конкурсе композиторов имени Маурисио Кагеля, проведенном в 2019 году в Вене.

  • В Нахчыване похоронен шехид, останки которого были найдены восемь месяцев спустя – ВИДЕО

    Останки шехида Али Юсифова, которые были найдены спустя восемь месяцев после окончания Отечественной войны, отправлены в его родное село в Нахчыван.

    Он был похоронен на Аллее шехидов в Шаруре.

    В церемонии похорон приняли участие представители правительства, официальные лица Отдельной общевойсковой армии, Государственной службы по мобилизации и призыву, члены Верховного меджлиса АР, а также представители общественности и тысячи местных жителей.

  • Naxçıvan səkkiz ay sonra nəşi tapılan qəhrəman şəhidini qarşıladı – VİDEO

    Səkkiz ay sonra nəşi tapılan qəhrəman şəhidimiz Əli Yusifovun nəşi Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra doğulduğu rayona yola salınıb.

    Şərur Şəhidlər xiyabanı onun sonuncu mənzili oldu.

    Şəhidin dəfn mərasimində dövlət və hökumət nümayəndələri, Əlahiddə Ümumqoşun Ordunun, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət xidmətinin rəsmiləri, ali məclisin deputatları, ictimaiyyət nümayəndələri və minlərlə sakin iştirak edib.

  • Обнародована последняя статистика по коронавирусу в Турции

    В Турции за последние 24 часа 347 человек скончались от коронавируса.

    Как сообщает Haber Global, за сутки было проведено 243 648 тестов на выявление COVID-19. Результаты 24 733 из них оказались положительными.

    35 438 человек вылечились и вернулись к повседневной жизни.

    В настоящее время 2 501 пациент продолжает лечение в отделениях интенсивной терапии. Их состояние оценивается как тяжелое.

  • Türkiyədə koronavirusla bağlı son statistika açıqlanıb

    Türkiyədə son 24 saat ərzində 347 nəfər koronavirusdan vəfat edib.

    “Haber Global”ın yaydığı məlumata görə, sutka ərzində ölkə miqyasında 243 648 COVID-19 testi həyata keçirilib və 24 733 yeni yoluxma faktı aşkarlanıb.

    Sağalanlara gəlincə, 35 438 nəfərin müalicəsi və ya karantin müddəti başa çatıb.

    Hazırda 2501 nəfər intensiv terapiya şöbələrində müalicə alır. Onların vəziyyəti ağır olaraq qiymətləndirilir.

  • “Türk ocaqları” Şuşada kitabxana açmaq istəyir

    Mərkəzi Qərargah Ankarada yerləşən, 110 yaşlı “Türk ocaqları” təşkilatı Şuşada kitabxana yaratmaq istəyir. “Türk ocaqları”nın əsas qurucu babalarından olan Əhməd bəy Ağaoğlunun adını daşıyacaq kitabxananın ərsəyə gəlməsi üçün “Türk ocaqları” bütün imkanlara sahibdir.

    Bu barədə Azərbaycan “Türk ocağı”nın sədri, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı Modern.az-a məlumat verib.

    A.Aşırlı qeyd edib ki, Türkiyədə və Avropanın bir çox ölkəsində 200-dən çox şöbəsi olan “Türk ocaqları” Şuşanın tarixi önəmini və mədəniyyət paytaxtı kimi gərəkliyini çox gözəl anlayır və azad Şuşada gözəl bir kitabxana tikib, Türk Dünyası mütəfəkkirlərinin əsərləri ilə zənginləşdirməyi arzu edir.

    Türkiyənin dövlətçilik tarixində böyük rolu olan “Türk ocaqları”nın əsasının Əhməd bəy Ağaoğlunun evində qoyulmasına diqqət çəkən A.Aşırlı deyib: “Cənab Ali Baş Komandan İlham Əliyev “Türk ocaqları”nın bu təklifinə müsbət rəy versə, qısa müddət ərzində bu proseslərə başlanıla bilər.

    “Türk ocaqları”nın hər bir üzvü bu işi qəlbən, ruhən həyata keçirməyə hazırdır”.

    A.Aşırlı qeyd edib ki, Ə.Ağaoğlu, Əli bəy Hüseynzadə kimi mütəfəkkirlərin Türkiyədə quruculuğunda iştirak etdiyi “Türk ocaqları” 44 günlük Vətən Savaşında daim Azərbaycanın yanında olub, qızğın döyüşlər zamanı Tərtərə, Bərdəyə və Gəncəyə 420 ailə üçün humanitar yardım göndərib.

    Əksər hospital və xəstəxanalarda “Türk ocağı”na mənsub onlarla milliyyətçi türk həkimi təmənnasız yaralıları əməliyyat edib həyata qaytarıblar.

  • Сегодня в Азербайджане вторая ночь Гадр

    Сегодняшняя ночь – вторая ночь предопределения (Лейлят аль-кадр, Ахъя, Гадр) священного месяца Рамазан в Азербайджане.

    Вторая ночь Лейлят аль-кадр приходится с 3 на 4 мая.

    Третья ночь предопределения приходится с 5 на 6 мая.

    В ночь Гадр пророку Мухаммеду был полностью ниспослан священный Коран, который открывался ему частями в течение 23 лет.

    В ночь предопределения принято просить прощения у Аллаха за совершенные грехи и читать Коран.

    Отметим, что в связи с коронавирусной пандемией в мечетях запрещено проводить ночь Гадр.

    Напомним, что 1 число (13 мая) месяца Шавваль – это праздник Фитр (Рамазан). Месяц Рамазан в Азербайджане начался 14 апреля.

  • Fəxrəddin Qoca: “Uğurlu nəticələr əldə olunsa, sentyabr ayında yerli vaksinin istehsalına başlanacaq”

    Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Ədirnə şəhərində keçirilən regional qiymətləndirmə toplantısında maraqlı açıqlamalar verib.

    “Anadolu” Agentliyinin məlumatına əsasən, nazir bildirib ki, Türkiyə bütövlükdə 240 milyon doza peyvəndın alınması məqdsədilə müxtəlif ölkələrlə müqavilələr bağlayıb ki, bunun da 100 milyon dozası Çin istehsalı olan “Sinovak” vaksinidir.

    Onun sözlərinə görə, hazırda Türkiyənin Erciyes Universitetində istehsal olunan yerli peyvənd könüllülər üzərində sınaqdan keçirilir. Vaksinin kütləvi tətbiqi isə sentyabr ayına planlaşdırılıb.

    “Hazırda könüllülər üzərində aparılan təcrübənin nəticələri nəzərədən keçirilir. Əgər planlaşdırdığımız şəkildə uğurlu nəticələr əldə olunsa, sentyabr ayında yerli vaksinin istehsalına başlanacaq”, -deyə F.Qoca qeyd edib.

    Nazir ölkədə tətbiq olunan digər vaksinlərdən də danışıb. O, bildirib ki, növbəti 6 ay ərzində 50 milyon dozalıq “Sputnik-V” peyvəndinin, iyun ayının sonunadək isə 30 milyon dozalıq “Biontek” vaksininin Türkiyəyə gətirilməsi planlaşdırılıb.

  • İraqda Amerika hərbçilərinin olduğu baza atəşə tutulub

    İraqın Balad şəhərində ölkə ordusunun hərbi bazası raket hücumuna məruz qalıb.

    “Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Reuters” agentliyi bildirib.

    Agentliyin məlumatına görə, bazada Amerika hərbi qulluqçuları yerləşdirilib.

    Qeyd edilir ki, bazanın ərazisinə azı 3 raket düşüb. Hələlik ölənlər və ya dağıntılar barədə məlumat verilmir.