Month: May 2021

  • Ramazan ayının 21-ci gününün imsak, iftar və namaz vaxtları

    Sabah Ramazan ayının 21-ci günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 4-də imsak vaxtı saat 03:55-də, iftar vaxtı isə 19:54-dədir.

    Mayın 4-ü üçün namaz vaxtları:
    Sübh azanı 04:05
    Zöhr azanı 12:37
    Əsr azanı 17:34
    Məğrib azanı 19:54
    İşa azanı 21:04

    21-ci günün imsak vaxtı üçün duanı təqdim edirik:

    “Allahumməc-əl li fihi ila mərzatikə dəlila. Və la təc-əl liş-şeytani fihi əleyyə səbila. Vəc-əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin!”

    Tərcüməsi: “İlahi, bu gün sənin razılığına bais olan əməllərə doğru mənə yol göstər! Bu gün şeytanın mənə hökmranlıq yollarını bağla! Cənnəti mənim üçün mənzil və aramgah et! Ey tələb əhlinin ehtiyacını yerinə yetirən Allah!”

    İftar duası:

    “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

    Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

    Allah orucunuzu qəbul etsin!

  • Ədliyyə Nazirliyinin Kommunikasiya Strategiyası hazırlanacaq

    Ədliyyə Nazirliyində videokonfrans formatında kollegiya iclası keçirilib.

    “Report” xəbər verir ki, kollegiyada Prezident İlham Əliyevin dövlət başçısı kimi 17 illik fəaliyyətinin ümummilli lider Heydər Əliyevin yaratdığı müasir Azərbaycan dövlətinin hərtərəfli inkişafını, xalqımızın böyük qələbəsini təmin etdiyi vurğulanıb.

    Fikrət Məmmədov çıxışında dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq bu illər ərzində respublikamızın iqtisadi, siyasi, hərbi cəhətdən möhkəmləndiyini və regionun lider ölkəsinə çevrildiyini, Vətən müharibəsində Azərbaycan Ordusunun dövlətimizin gücünü, hərb tarixinə düşən və öyrənilən unikal əməliyyatları ilə dünyanın ən güclü 50 ordusundan biri olduğunu nümayiş etdirdiyini qeyd edib.

    Bildirib ki, işğaldan azad olunmuş doğma torpaqlarımız Prezidentin rəhbərliyi ilə yenidən dirçəlir. Çoxşaxəli islahatlara dəyərli töhfələr verən respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mühüm layihələr reallaşdırılır.

    Dövlət başçısının qeyd etdiyi kimi, bu gün müstəqil Azərbaycan dövləti ən şanlı dövrünü yaşayır. Nüfuzlu beynəlxalq reytinq təşkilatlarının verdiyi yüksək qiymət – ölkəmizin davamlı olaraq 10 ən islahatçı dövlətlərdən olması, hökumətin uzunmüddətli strategiyasına görə 10-cu yerdə qərarlaşması respublikamızın hərtərəfli və davamlı inkişafının əyani təzahürüdür.

    Bununla əlaqədar sosial-iqtisadi tərəqqiyə, əhalinin rifahına xidmət edən uzunmüddətli strategiyaların, o cümlədən 2030-cu ilədək milli prioritetlərin, digər dövlət proqramlarının və milli fəaliyyət planlarının müstəsna əhəmiyyəti qeyd olunaraq ölkə həyatının ayrı-ayrı sahələri üzrə tədbirlərin sistemli, ardıcıl və kompleks şəkildə həyata keçirildiyi bildirilib.

    Kollegiyada ölkə rəhbərinin 06.03.2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nın bu sahədə işin təkmilləşdirilməsində, layihələrin hazırlanması ilə bağlı vahid standartların müəyyən edilməsində, məlumatların sistemli toplanılmasında, monitorinq və qiymətləndirmənin daha səmərəli aparılmasında mühüm rolu qeyd edilərək nazirliyə verilmiş tapşırıqların həmin sənədin tələbləri nəzərə alınmaqla vaxtında, dürüst və keyfiyyətlə icrasına nəzarətin gücləndirilməsi tapşırılıb.

    Eyni zamanda açıq hökumətin təşviqi, şəffaflığın və ictimai iştirakçılığın genişləndirilməsi, vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı tədbirlər müzakirə olunub. Bildirilib ki, dövlətimizin başçısı ölkəmizin uğurlu inkişafının təminatında ictimai nəzarətə hər zaman müstəsna əhəmiyyət verir. Bu məqsədlə “İctimai iştirakçılıq haqqında” mühüm Qanun, vətəndaş cəmiyyəti və media ilə səmərəli işin təşkili və bu sahəyə dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı yeni fərmanlar qəbul olunub. Həmçinin ictimaiyyətlə əlaqələr sahəsində işin çevik və səmərəli təşkili məqsədilə vahid kommunikasiya siyasəti həyata keçirilir.

    Bununla bağlı müvafiq təlimatlara və tövsiyələrə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən görülən işlər qeyd olunub, media və vətəndaş cəmiyyəti ilə fəaliyyətin vahid strategiya əsasında həyata keçirilməsi, bu məqsədlə ədliyyə fəaliyyəti üzrə Kommunikasiya Strategiyasının işlənib hazırlanmasına dair tapşırıqlar verilib.

    Həmçinin uzun illərdən bəri ictimai iştirakçılığı təmin edən mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər müzakirə olunaraq müvafiq Seçki Komissiyasının yeni tərkibi formalaşdırılıb.

    Kollegiyada ölkə başçısının rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı çərçivəsində nazirliyin tabe qurumlarının, o cümlədən regional ədliyyə idarələrinin fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, kadr islahatlarının aparılması, yerli ədliyyə orqanları ilə əlaqəli işin və nəzarətin səmərəliliyinin artırılması, cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rol oynayan məhkəmə ekspertizası fəaliyyətinin dövlət başçısının yüksək tələbləri səviyyəsində müasirləşdirilməsi ilə bağlı əlavə tədbirlər müəyyən edilib.

    Eyni zamanda nazirliyin beynəlxalq hüquqi əməkdaşlığına toxunularaq cari ildə ölkəmizin cinayətkarlığa, korrupsiyaya qarşı mübarizəyə, hüquqi sahədə rəqəmsal çağırışlara həsr olunan mötəbər beynəlxalq hüquq forumlarında fəal təmsil olunduğu, Azərbaycan həqiqətlərinin, təcavüzkar Ermənistanın insanlıq əleyhinə və müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə geniş çatdırıldığı vurğulanıb, bu sahədə ardıcıl tədbirlərin davam etdirilməsi, beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi, o cümlədən Yaponiya ilə ədliyyə sahəsində əməkdaşlıq sənədinin razılaşdırılması, bu ərəfədə Özbəkistanla imzalanmış Əməkdaşlıq Proqramının səmərəli implementasiyası ilə bağlı tapşırıqlar verilib.

    Sonda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ sənəd layihələrinə baxılaraq təsdiq edilib, vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan bir sıra qeyri-hökumət təşkilatları dövlət qeydiyyatına alınıb.

  • Названа страна, где больше всего появляются новые штаммы коронавируса

    Пандемия COVID-19 в Бразилии остается вне контроля властей, таким образом страна превращается в гигантскую “лабораторию” по выведению новых штаммов коронавируса.

    Как передает Median.Az со ссылкой на Lenta.ru, об этом заявил Доминго Альвес, профессор медицинского факультета Университета Сан-Паулу.

    Неделю назад Институт Бутантан сообщил об обнаружении в стране трех новых штаммов вируса SARS-CoV-2, в том числе южноафриканского и амазонского вариантов.

    “У нас сложился “идеальный шторм”, поскольку наряду с высоким уровнем инфицирования не существует санитарного контроля. Мы превратились в идеальную лабораторию. Уже известный список новых штаммов – лишь вершина айсберга, их должно быть намного больше”, – сказал специалист.

    Он обратил внимание на особую опасность амазонского штамма (P.1), который был впервые обнаружен в городе Манаус. После его выявления Бразилия переживает “откат сценария” – в группу риска начинают входить все более и более молодые люди, в том числе беременные женщины, сказал собеседник агентства.
    “Вариант (вируса) из Манауса распространился по всей стране, потому что никто ничего не контролирует. Выявление новых штаммов носит спорадический характер, когда мы говорим о мутациях, необходимо подразумевать самое худшее развитие событий”, – предупредил эксперт.

    По его словам, другим фактором риска служит появление новых штаммов во время кампании по вакцинированию населения. Контакты вируса с вакцинированными людьми создают биологическое давление, которое приводит к дальнейшим мутациям уже мутировавшего вируса и может привести к возникновению штаммов, пробивающих “щит антител”.

    Бразилия – одна из самых пострадавших стран из-за пандемии коронавируса. В общей сложности в стране подтверждено 14 754 910 случаев заражения коронавирусом, скончались 407 639 пациентов с подтвержденным COVID-19.

  • Азербайджан увеличит производство граната

    В 2021 году в Азербайджане ожидается рост производительности граната на 10 процентов.

    Об этом сообщил Trend председатель Азербайджанской ассоциации производителей и экспортеров граната Фархад Гарашов, передает Median.Az.

    По его словам, только 10-11 процентов производимого по стране граната идет на экспорт при условии, что продукция, изготовленная на производственных предприятиях граната, полностью удовлетворяет потребности внутреннего рынка, но дефицит качественной продукции все еще существует.

    “По причине распространения в мире пандемии спрос на гранат вырос еще больше. Пока рано говорить о производительности и росте экспорта, так как ситуация в мире сегодня нестабильна”, – подчеркнул Гарашов.

    Он сообщил, основной целью Ассоциации производителей и экспортеров граната в 2021 году является выход на рынки других европейских стран при поддержке Фонда поощрения экспорта и инвестиций в Азербайджане.

    Отметим, что Азербайджанская ассоциация производителей и экспортеров граната начала деятельность в ноябре 2016 года. В 2019 году деятельность ассоциации оказалась крайне плодотворной, и число членов увеличилось почти в 10 раз – 345 человек против 34 в 2018 году. Ассоциация также тесно сотрудничает с международными организациями в направлении развития гранатоводства.

  • “Keşlə”nin baş məşqçisi: “Kubokdan sonra bərpa olunmaq çətin idi”

    “Sıx qrafiklə oynayırıq. Oyunçu dəyişmək şansımız azdır. Futbolçulara güc düşür. Kubokda 120 dəqiqə meydanda olduq. Bərpa olunmaq çətin idi. “Neftçi”də istedadlı oyunçular var. Belə hesabla uduzmaq bizi üzür. Oyunu təhlil edəcəyik”.

    Bu fikirləri “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov “Neftçi”yə 0:3 hesabı ilə uduzduqları Premyer Liqanın XXV tur matçından sonra mətbuat konfransında deyib.

    41 yaşlı mütəxəssis qol imkanlarından yararlana bilmədiklərini söyləyib: “Futbolda əsəbi hallar olur. Bütün köməkçilər dəyərlidir. Hirsli vaxtımızda bir-birimizin yanındayıq. Kimə hirsləndiyimi xatırlamıram”.

    Qurbanov görüş ərzində boşluqlar buraxdıqlarını sözlərinə əlavə edib: “Buna görə əsəbiləşmişdik. Bəzən hər şey istədiyimiz kimi olmur. Çalışacağıq ki, səhvlər komandaya mənfi təsir etməsin. Pozitivliyi qorumalıyıq”.

  • Döyülən gəlin qayınana ilə barışıb? – VİDEO

    Lənkəranda gəlin və qayınana arasında baş verən hadisə ilə bağlı araşdırma başa çatıb.

    Mətbuatda gəlinin qayınanası ilə barışması xəbəri yayılsa da, Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsindən bu xəbər təkzib edilib.

    Lakin ailədə ikinci zorakılıq hadisəsinin yaşanmaması üçün dövlət qurumları gəlin və qayınananı nəzarətə götürüb.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • СМИ: Саудовская Аравия не будет пускать паломников без страховки от коронавируса

    Мусульманские паломники смогут принять участие в хадже к святым местам в Мекке и Медине только при наличии медицинской страховки от коронавируса. Такое решение приняли власти Саудовской Аравии, сообщает ТАСС со ссылкой на газету Saudi Gazette.

    Медицинская страховка должна покрывать лечение от коронавируса, прохождение карантина, если человек заболел, а также его транспортировку на родину в случае чрезвычайной ситуации.

    В воскресенье было объявлено, что Саудовская Аравия открывает границы и снимает ограничения на путешествия своих подданных в другие страны с 01:00 по местному времени 17 мая. Ограничения были введены 21 декабря.

    В Саудовской Аравии за сутки было зафиксировано 953 новых случаев инфицирования коронавирусом, COVID-19 унес в этой стране жизни более 6,9 тыс. человек.

    В этом году большой хадж к святыням ислама выпадает на вторую половину июля. Малый хадж можно совершить в любое время года.

  • Gürcüstanın baş epidemioloqu Çin vaksini vurduracaq

    Sabahdan Gürcüstanda Çinin “Sinopharm” peyvəndinin tətbiqi ilə vaksinasiya prosesinə başlanılacaq.

    Ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze peyvəndi ilk vurduranlardan olacaq.

    Gürcüstanda “Sinopharm” vaksini 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub. Qonşu ölkə 100 min dozadan ibarət Çin peyvəndinin ilk partiyasını aprelin əvvəlində tədarük edib.

    Qeyd edək ki, Gürcüstanda martın 15-dən “Astrazeneca”, martın 30-dan isə “Pfizer” preparatı ilə peyvəndlənmə aparılır. Aprelin 29-da Çin qonşu ölkəyə 100 min doza “Sinovac” peyvəndi göndərib.

  • В Азербайджане за сутки выявлено 418 новых случаев инфицирования коронавирусом – ФОТО

    В Азербайджане за минувшие сутки выявлено 418 новых случаев инфицирования коронавирусом, 1 095 человек вылечились и были выписаны домой.

    Об этом 2 мая сообщает оперативный штаб при Кабинете министров.

    За прошедшие 24 часа от COVID-19 скончались еще 19 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 321 798 человек, 5 180 – скончались, 294 784 – вылечились, 22 434 – находятся в активной фазе лечения в больницах особого типа.

    В республике проведены 3 267 835 тестов на COVID-19 (за последние 24 часа – 5 180).

  • Azərbaycanda bir gündə 418 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 418 yeni yoluxma faktı qeydə alınıb, 1095 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.