Month: May 2021

  • Azad olunan ərazilərdə daha 104 mina aşkarlanıb

    Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

    ANAMA-dan “Report”a verilən məlumata görə, mayın 24-dən 29-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 90, tank əleyhinə 14 mina və 75 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

    Nəticədə 1 783 989 m² (178 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

  • Daha 14 adda baytarlıq preparatı, yem və yem əlavəsi qeydiyyata alınıb

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 24-27 mayda ümumilikdə 14 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alaraq qeydiyyat şəhadətnaməsi sifarişçiyə təqdim olunub.
    AQTA-dan “Report”a verilən məlumata görə, qeydiyyata alınan baytarlıq preparatlarından 4 ədədi Polşa, 5 ədədi İtaliya, 5 ədədi isə Almaniya istehsalıdır.

    İstehsalçı ölkə İstehsalçı şirkət Preparatın adı Preparatın növü
    1 Polşa P.W. HOBBY Piotr Matuszewski LOLO pets Basic, Complete Pet Food For Hamster yem
    2 Polşa P.W. HOBBY Piotr Matuszewski LOLO pets Basic,
    Vegetable Smakers For Rodents and Rabbit
    yem
    3 Polşa P.W. HOBBY Piotr Matuszewski LOLO pets Basic,
    Complete Pet Food For Rabbit
    yem
    4 Polşa P.W. HOBBY Piotr Matuszewski LOLO pets Basic,
    Complete Pet Food For Budgie
    yem
    5 İtaliya Agras Delic S.p.A SCHESIR (For Dog Bio) yem
    6 İtaliya Agras Delic S.p.A SCHESIR (Cat Pouch) yem
    7 İtaliya Agras Delic S.p.A SCHESIR (Cat Jelly) yem
    8 İtaliya Agras Delic S.p.A STUZZY (CAT POUCH) yem
    9 İtaliya Agras Delic S.p.A STUZZY (Dog MONOPROTEİN) yem
    10 Almaniya 8 in 1 Pet Products GmbH 8 in1 Exel Browers Yeast (skin and coat) yem əlavəsi
    11 Almaniya 8 in 1 Pet Products GmbH 8 in1 Exel Multi Vitamin Adult (daily supplement) yem əlavəsi
    12 Almaniya 8 in 1 Pet Products GmbH 9 in1 Exel Glucosamine (joint care) yem əlavəsi
    13 Almaniya 8 in 1 Pet Products GmbH 8 in1 Exel Calcium (teeth and bones) yem əlavəsi
    14 Almaniya 8 in 1 Pet Products GmbH 8 in1 DELİGHTS (Pro Dental XS) yem əlavəsi

  • “Azərkosmos”un ixrac gəlirləri cüzi artıb

    Bu ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC 27 ölkəyə 16,9 milyon ABŞ dolları dəyərində və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% çox dəyərdə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

    Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda bildirilir.

    Sənədə əsasən, səhmdar cəmiyyətinin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirinin 91%-ni təşkil edib.

    4 ay ərzində “Azərkosmos”un xidmət ixracı həyata keçirdiyi ölkələrin siyahısında ilk beşlikdə ABŞ (5,1 milyon dollar), Malayziya (3,6 milyon dollar), Böyük Britaniya (3,3 milyon dollar), Fransa (2,8 milyon dollar) və BƏƏ (579 min dollar) qərarlaşıb.

    Təkcə aprel ayında isə “Azərkosmos” 26 ölkəyə 6,3 milyon dollarlıq xidmət ixrac edib.

  • По результатам расследования уволена заведующая отделом образования Абшеронского района

    На основе обращения гражданина, поступившего в Министерство образования, было проведено расследование в школе № 5, расположенной в поселке Мехдиабад Абшеронского района.

    Как сообщили oxu.az в ведомстве, в результате расследования было выявлено наличие серьезных недостатков школе.

    На основе соответствующего приказа Исполнительной власти Абшеронского района, был расторгнут трудовой договор, заключенный с начальником отдела образования данного района Назилей Мамедовой.

  • Almaniya sakinlərinin 60%-dən çoxu COVID-19-a qarşı vaksinasiya edilib

    Almaniya sakinlərinin 60 faizindən çoxu koronavirusa qarşı vaksinasiya edilib.

    “Report” TASS agentliyinə istinadən xəbər verir ki, bunu Almaniyanın səhiyyə naziri Yens Şpan tvitter səhifəsində elan edib.

    Nazir deyib ki, vaksinasiya edilənlərdən 17,7 faizi (14,6 milyon) koronavirusa qarşı tam peyvənd edilib, 43 faizinə isə (35,75 milyon) vaksinin bir dozası vurulub.

  • Azərbaycanın sığorta bazarı 9% böyüyüb

    Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 339,107 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

    “Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,9% çoxdur.

    Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 179,789 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 70,3% çoxdur.

    Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 53 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 33,9 manat olub.

  • Обнародованы решения Исполнительного комитета АФФА

    Сегодня в формате видеоконференции состоялось заседание Исполнительного комитета АФФА.

    После проведенных обсуждений был принят ряд решений.

    Представляем некоторые из них:

    – Утвердить председателя и указанных членов исполкома учреждения:

    Председатель – Эркин Гусейнов

    Члены исполкома: Джахангир Гасанзаде, Магомед Исмайылов;

    – Утвердить новое Положение Комитета о статусе игроков и трансферах;

    – Продлить срок контракта Фрица Штухлика в качестве председателя Комитета судей;

    – Утвердить Бабека Гулиева в качестве члена (на вакантное место) Комитета судей;

    – Утвердить Положение “Премии Тофика Бахрамова” для судей, представлять награду начиная с сезона 2021/2022;

    – Определить лимит в I Дивизионе следующим образом:

    пять футболистов, родившихся до 2000 года, шесть футболистов без возрастного ограничения, двое из которых могут быть легионерами.

  • Azərbaycanda daha bir müəssisə yerli uşaq bezi istehsal edəcək

    “Sumqayıt Kimya Sənaye Parkında yerləşən “Bakı Tekstil Fabriki” MMC-nin tibbi maska istehsalı müəssisəsində uşaq bezi istehsalına başlanılacaq”.

    Bu barədə “Report”a şirkətin rəhbəri Səkinə Babayeva bildirib.

    Onun sözlərinə görə, müəssisədə istehsal davam edir: “Lakin biz maska istehsalı ilə yanaşı digər istehsal sahəsinə keçmək istəyirik. Müəssisədə olan 4 istehsal xəttindən iki xətt uşaq bezi üzrə istehsal sahəsinə keçiriləcək”.

    S.Babayeva qeyd edib ki, son bir ayda müəssisədə 3 milyon 200 min maska istehsal edilib: “Hazırda ehtiyatda 5 milyon ədəd tibbi maskamız var. Həmçinin, 10 milyon ədəd tibbi maska üçün xammalımız var. Satışımız kəskin azalıb. Ümid edirik ki, metronun açılması ilə müəyyən qədər satışlarımız artar. Lakin tibbi maska strateji məhsul olduğuna görə biz burda mənfəəti düşünmürük. Əsas hədəfimiz təlabatı ödəməkdir”.

    O əlavə edib ki, müəssisədə antibakterial tibbi maskalar istehsal olunur, onların satış qiyməti 8- 12 qəpik arasıdır.

    Xatırladaq ki, müəssisə 2020-ci ilin aprelin 6-da açılıb. İstehsalçıya İqtisadiyyat Nazirliyinin yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün ümumi investisiya xərcləri 3,9 milyon manat təşkil edib. Pandemiya başlanandan bu ilin aprelinə qədər 38,6 milyondan çox tibbi maska istehsal olunub.

  • В Баку перевернулся грузовик – ФОТО

    В Баку произошло дорожно-транспортное происшествие.

    Авария зарегистрирована на территории Ясамальского района столицы.

    Так, водитель потерял управление грузовиком, в результате чего транспортное средство перевернулось.

    Автомобилю нанесен серьезный ущерб.

    По данному факту ведется расследование.

  • Azərbaycanlı ailə Almaniyadan deportasiya edilib

    Ötən gün Gürcüstan vətəndaşı olan 4 azərbaycanlı Almaniyadan deportasiya edilib.

    “Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, bir ailənin üzvü olan 4 azərbaycanlı ötən gecə polis və miqrasiya idarəsinin əməkdaşlarının müşayiəti ilə Berlin Şönefeld hava limanına gətiriliblər. Onlar hava limanında sürətli koronavirus testi verdikdən sonra Münhen-Tbilisi reysini həyata keçirən Türkiyə Hava Yollarına məxsus təyyarəyə mindiriliblər.

    Məlumata görə, ailə 2016-cı ildə Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyib. Lakin onlar Berlin Miqrasiya İdarəsi tərəfindən rədd cavabı alıblar. Ailə daha sonra məhkəməyə müraciət edib. Məhkəmə miqrasiya idarəsinin verdiyi qərarı qüvvədə saxlayıb. 2020-ci ildə ailəyə möhlət hüququ verilsə də, onlar ölkəni tərk etmələri ilə bağlı bir neçə dəfə xəbərdarlıq alıblar.

    Məlumat üçün bildirək ki, bu ilin fevral-aprel aylarında aralarında azərbaycanlıların da olduğu 505 nəfər Gürcüstan vətəndaşı Almaniyaya gələrək qaçqın statusu üçün müraciət edib.