Month: May 2021

  • Eldar Həsənovun həbs müddəti uzadıldı

    Binəqədi Rayon Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov barəsində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

    Bu barədə “Report”a onun vəkili Adəm Məmmədov məlumat verib.

    Bildirib ki, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, təqdimat təmin edilib və Eldar Həsənov barəsində seçilən həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

    Qeyd edək ki, Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələrilə ittiham irəli sürülüb və Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.

    Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.

    Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub və ona ittiham irəli sürülüb.

  • В МВД произведено новое назначение

    Приказом министра внутренних дел Азербайджана генерал-полковника Вилаята Эйвазова от занимаемой должности освобожден заместитель начальника Уджарского РОП полковник-лейтенант полиции Сабухи Исмаилов, пишет Qafqazinfo.

    Другим приказом министра С.Исмаилов назначен на должность начальника Управления охранной полиции Евлахского района.

  • Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi

    Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daha bir kadr təyinatı həyata keçirib.

    “Qafqazinfo” xəbər verir ki, nazirin əmri ilə Ucar Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı İsmayılov Səbuhi Arif oğlu tutduğu vəzifədən azad edilib.

    Nazirin digər əmri ilə S.İsmayılov Yevlax Rayon Mühafizə Polisi İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

  • İmtahan nəticələri nə vaxt elan olunacaq? – RƏSMİ

    Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci il aprel ayı ərzində 6 növ müxtəlif təyinatlı imtahan keçirilib.

    Mərkəzdən bildirilib ki, bu imtahanlarda ümumilikdə 84 mindən artıq şəxs iştirak edib.

    Qeyd edilib ki, aprelin 15 və 16-da keçirilən buraxılış imtahanlarının materiallarının emalı yekunlaşmaq üzrədir və bu həftənin sonu nəticələrin elan edilməsi nəzərdə tutulur.

    22-23 aprel tarixlərində keçirilən imtahanların materialları “skan” olunub. Bu gündən etibarən etalonların hazırlanmasına və meyarların təkmilləşdirilməsi prosesinə start verilib. Bayramdan sonrakı həftə ərzində işlər yekunlaşmış olacaq və nəticələr elan olunacaq.

    Sonuncu imtahanların materialları (yazı işləri ) isə “skan” olunma mərhələsindədir.

  • Внесены изменения в закон “О донорстве и трансплантации органов и тканей человека”

    Внесен ряд изменений в закон “О донорстве и трансплантации органов и тканей человека”.

    В соответствии с новой редакцией закона Азербайджана “О донорстве и трансплантации органов и тканей человека” от 20 октября 2020 года № 189- VIQ понятие “конечности” было заменено на “орган”, а выражение “консервация” – на “изъятие, подготовка и хранение”.

    Понятие “консервация” сохраняется только по отношению к “крови”.

    Другим постановлением организация и координация донорства и трансплантации органов будет осуществляться “Координационным центром по донорству и трансплантации органов” со статусом юридического лица публичного права, осуществляющего полномочия координирующего органа при Министерстве здравоохранения Азербайджана.

    Также определяется перечень медицинских учреждений, осуществляющих подготовку, хранение, транспортировку, импорт и экспорт донорских органов.

    В то же время был уточнен вопрос о финансировании обследования донора, трансплантации органов и последующей медицинской помощи.

    Согласно постановлению, донорское обследование для физических лиц, здоровье которых застраховано в обязательном порядке, а также трансплантация органов и последующая медицинская помощь, вытекающая из нее, будут осуществляться в рамках пакета услуг в соответствии с законом Азербайджана “О медицинском страховании”, а в случаях, не предусмотренных законом, финансирование донорства органов и трансплантации будет осуществляться за счет источников, не запрещенных законом.

    Кроме того, были внесены различия в понятие “трансплантация органов и тканей”, полученных от живого и мертвого донора.

  • Baş nazirdən orqan donorluğu ilə bağlı QƏRAR

    İnsan orqanı və toxumalarının donorluğuna və transplantasiyasına dair bəzi dəyişikliklər edilib.

    Nazirlər Kabinetinin müvafiq qərarlarında edilən dəyişikliklərdə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun yeni redaksiyasına əsasən “əzalar” ifadəsi “orqan” ifadəsi ilə, daha əvvəl qüvvədə olan Qanunda istifadə olunan “konservasiya” ifadəsi yeni Qanuna uyğun olaraq “götürülmə, hazırlanma və saxlanma” ifadəsi ilə əvəz edilib.

    “Konservasiya” anlayışı yalnız “qan”a münasibətdə saxlanılıb. Belə ki, mövcud qanunvericiliyə əsasən qan tədarük və konservasiya olunur, orqan və toxumalar isə götürülür, hazırlanır və saxlanılır.

    Digər qərar ilə Orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində əlaqələndirici qurumun səlahiyyətlərini həyata keçirən publik hüquqi şəxs statuslu “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” həyata keçirəcək.

    Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısı müəyyən olunacaq.

    Eyni zamanda, donor müayinəsi, orqan köçürülməsi və sonrakı tibbi yardımın maliyyələşdirilməsi məsələsinə aydınlıq gətirilib.

    Qərara əsasən, sağlamlığı icbari qaydada sığortalanmış fiziki şəxslər üçün donor müayinəsi, habelə orqan köçürülməsi və ondan irəli gələn sonrakı tibbi yardım icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edildiyi halda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfi çərçivəsində, bu nəzərdə tutulmayan hallarda isə orqan donorluğu və transplantasiyanın maliyyələşdirilməsi qanunla qadağan olunmayan mənbələr hesabına həyata keçiriləcək.

    Transplantasiya məqsədilə canlı, meyit donordan alınan orqan və toxumalar fərqləndirilib.

  • Президент Ильхам Алиев выделил средства на создание зоны “зеленой энергии” на освобожденных территориях

    Президент Азербайджана Ильхам Алиев 3 мая подписал распоряжение о мерах по созданию зоны “зеленой энергии” на освобожденных от оккупации территориях страны.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, с целью привлечения специализированной международной консалтинговой компании для разработки соответствующей концепции и генерального плана в связи с созданием зоны “зеленой энергии” на освобожденных территориях Азербайджана из предусмотренного в государственном бюджете АР на 2021 год резервного фонда Президента министерству энергетики выделяется сумма, эквивалентная 1 391 040 долларам США в манатах.

  • İlham Əliyevdən işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Bu barədə sənədi AZƏRTAC yayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 1 milyon 391 min 40 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılır.

  • Bakıda narkotik satan şəxslər tutuldu, külli miqdarda heroin müsadirə edildi – VİDEO

    Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilib.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, əməliyyat zamanı rayonun inzibati ərazisinə daxil olan kənd və qəsəbələrdə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Süleyman İsmayılov və Firudin Külmanov tutularaq Suraxanı RPİ-yə gətiriliblər. Onların hər birindən 1 büküm narkotik vasitə heroin aşkar olunub. Bu şəxslər ifadələrində narkotik vasitələri Zığ qəsəbəsində Cəlal adlı şəxsdən aldıqlarını bildiriblər. Keçirilən əməliyyat zamanı həmin şəxs, əvvəllər məhkum olunmuş Cəlal Abdullayev də saxlanılıb. Onun üzərindən və Zığ qəsəbəsində yaşadığı evdən ümumilikdə 2 kiloqrama yaxın heroin, 240 qram metamfetamin və 39 ədəd satışı qadağan olunan tramadol həbi aşkar edilib.

    Bu şəxs narkotik vasitələri onlayn yolla xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib.

    Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Hüseyn Musayev Nardaran qəsəbəsində saxlanılıb. Onun üzəridən və idarə etdiyi avtomobildən ümumilikdə 1 kiloqram 360 qram heroin aşkar edilib. Bu şəxs ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.

    Adları sadalanan şəxslər barəsində Suraxanı və Sabunçu Rayon Polis İdarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • В Джалилабаде в автомобиле обнаружено большое количество героина

    В Джалилабаде в автомобиле бывшего заключенного обнаружено наркотическое средство.

    Об этом сообщили в лянкяранской региональной группе пресс-службы МВД.

    В ходе проведения рейдов на территории города сотрудники дорожно-патрульной службы Джалилабадского РОП и отдела Государственной дорожной полиции установили, что водитель автомобиля марки Hyundai Azera находился в нетрезвом состоянии.

    Он и пассажир его автомобиля, не подчинившись законным требованиям правоохранителей, попытались скрыться, но были задержаны и доставлены в отделение полиции. При осмотре автомобиля в нем было найдено большое количество героина.

    По данному факту ведется расследование.