Month: May 2021

  • AZAL Bakıdan Mineralnıye Vodıya xüsusi reyslər yerinə yetirəcək

    “Azərbaycan Hava Yolları” aviaşirkəti Rusiya Federasiyasının digər bir şəhərinə – Mineralnıye Vodı – aviabilet satışına başlayır.

    Bakı-Mineralnıye Vodı-Bakı marşrutu üzrə xüsusi reyslər mayın 30-dan etibarən həftədə bir dəfə, bazar günləri yerinə yetiriləcək.

    Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından əldə etmək mümkündür.

    Hazırda “AZAL” Rusiyanın paytaxtı Moskva şəhərinə də xüsusi reyslər həyata keçirir.

    Aviaşirkət COVID-19 pandemiyası ilə əlaqədar olaraq sağlamlığın qorunması üçün bütün zəruri tədbirləri görür, aviadaşıyıcının reysləri hökumətin tövsiyələrinə uyğun olaraq həyata keçirilir. Beləliklə, Bakı-Mineralnıye Vodı istiqamətində aviareysin sərnişinlərinin nəzərinə:

    – koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir.

    Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilib: https://www.azal.az/az/information/covid-clinics

    Mineralnıye Vodı-Bakı istiqamətində reysin sərnişinlərinin nəzərinə:

    – Azərbaycana giriş hüququnun olub-olmadığı yoxlanılmalıdır. Azərbaycana giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı aviaşirkətin saytında aşağıdakı link üzrə qeyd edilib: https://www.azal.az/az/information/covid-azerbaijan

    – koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Testin nəticəsində həmçinin QR-kod göstərilməlidir. Bu kod hava limanında qeydiyyat masalarında yoxlanılacaq.

    Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahın qərarına müvafiq olaraq aviareyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

    Hər iki istiqamətin sərnişinləri:

    – testin nəticəsinin reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olduğuna əmin olmalıdırlar;

    – pandemiya dövründə AZAL aviaşirkəti tərəfindən tətbiq edilən xüsusi daşıma qaydaları ilə tanış olmalıdırlar: https://youtu.be/-s-0s4o1L2M.

  • İraqda İŞİD-in rəhbərlərindən biri tutulub

    İraq xüsusi xidmət orqanlarının əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində İŞİD terror təşkilatının dəstələrindən birinin rəhbəri saxlanılıb.

    Median.Az APA-ya istinadən bildirir ki, saxlanılan Əbu Əli əl-Cəmili uzun müddət axtarışda olub və terror əməlləri həyata keçirməkdə ittiham olunub. İraq xüsusi xidmət orqanlarının məlumatına görə, 2005-ci ildə “Əl-Qaidə” terror təşkilatına qoşulan terrorçu 15 il müddətinə azadlıqdan məhrum edilsə də, 2011-ci ildə azadlığa buraxılıb. Bundan sonra əl-Cəmili İŞİD-in silahlı dəstələrinin formalaşmasında iştirak edib, Suriya ərazisində terrorçuluq fəaliyyəti həyata keçirib, bundan sonra İraqa qayıdıb. O, əvvəlcə Mosul “qubernatorunun müavini”, daha sonra isə Əl-Fəllucənin “qubernatoru” təyin edilib.

    İraq Daxili İşlər Nazirliyindən bildirilib ki, əl-Cəmili artıq terror əməlləri həyata keçirməsini, o cümlədən ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı yönəlmiş terror aktları törətdiyini etiraf edib.

  • На “родине” коронавируса – в Ухане прошел грандиозный фестиваль с участием тысяч людей – ФОТО/ВИДЕО

    В то время как весь мир борется с пандемией коронавируса, в Испании и Новой Зеландии прошли концерты с участием большого количества людей.

    Как сообщает Haber Global, к этому тренду также подключился китайский город Ухань, который считается местом распространения новой коронавирусной инфекции.

    Там прошел музыкальный фестиваль Wuhan Strawberry с участием большого количества зрителей.

  • Cəlilabadda 61 yaşlı kişi intihar etdi

    Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

    Hadisə rayonun Muğan kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini, 1960-ci il təvəllüdlü Əmənov Nurəddin Həsən oğlu özünü yaşadığı evdə asaraq intihar edib.

    İntiharın səbəbləri hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • “Manaçester Yunayted” stadionundakı iğtişaşlara görə polisə müraciət edəcək

    İngiltərə Premyer Liqasının 34-cü turu çərçivəsində “Liverpul”la görüşü təxirə salınan “Mançester Yunayted”in rəhbərliyi “Old Taafford”da baş verən iğtişaşlara görə polisə müraciət edəcək.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Məlumata əsasən, “qırmızı şeytanlar”ın rəhbərliyi ixtişaşlarda fəal olmuş şəxslərin tapılıb cəzalandırılmasını istəyirlər. Belə ki, məhz onların davranışları sayəsində “Liverpul”la baş tutmalı olan oyun təxirə salınıb. Bu azmış kimi, ev sahibi komanda olaraq, “Manaçester Yunayted”ə qarşı müəyyən cəza tədbirləri də görülə bilər.

    Qeyd edək ki, təxirə salınmış matçın nə zaman keçiriləcəyi klubla Premyer Liqa arasındakı danışıqlardan sonra müəyyən olunacaq.

  • İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb – FƏRMAN

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

    Fərmanla İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb.

    Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nin 6.2-ci bəndində “637 000 000 (altı yüz otuz yeddi milyon)” sözləri “798 000 000 (yeddi yüz doxsan səkkiz milyon)” sözləri ilə əvəz edilsin.

    Bu Fərmanın 1-ci hissəsinin icrası aşağıdakı maliyyə mənbələri hesabına təmin edilsin:

    – “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinə uyğun olaraq təsdiq edilmiş tədbirlər planına əsasən güzəştli ipoteka kreditləri üçün ayrılan 90,0 (doxsan) milyon manat hesabına;

    – “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.11.7.5.1-ci yarımbəndi ilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2021-ci ilin dövlət büdcəsindən Fonda ayrılan vəsaitin 71,0 (yetmiş bir) milyon manatı hesabına.

    Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Fond bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.

  • Нового главу NASA привели к присяге

    Вице-президент США Камала Харрис привела к присяге нового руководителя Национального управления по аэронавтике и исследованию космического пространства (NASA) Билла Нельсона.

    Как передает Report, об этом сообщила в своем Twitter официальный представитель заместителя главы администрации Сабрина Сингх.

    Церемония прошла в так называемом административном здании имени Эйзенхауэра, входящем в комплекс Белого дома. По свидетельству аппарата вице-президента, в ней приняли участие супруга нового главы космического ведомства США Нэн Эллен Нельсон, его сын Билл Нельсон – младший и двое бывших руководителей NASA – Чарльз Болден (2009-2017) и Джеймс Брайденстайн (2018-2021). Последний, впрочем, присутствовал виртуально. Приглашена на церемонию была и кандидат на должность заместителя главы NASA бывший астронавт Пэм Мелрой. Особый колорит церемонии придало то, что для ее проведения в здание имени Эйзенхауэра доставили образец лунного грунта массой 129 граммов. Этот лунный реголит был доставлен на Землю в 1972 году участниками 16-й экспедиции американской программы Apollo. Этот проект предусматривал высадку человека на естественном спутнике нашей планеты.

  • İraqda İŞİD-in rəhbərlərindən biri tutulub

    İraq xüsusi xidmət orqanlarının əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində İŞİD terror təşkilatının dəstələrindən birinin rəhbəri saxlanılıb.

    Median.Az APA-ya istinadən bildirir ki, saxlanılan Əbu Əli əl-Cəmili uzun müddət axtarışda olub və terror əməlləri həyata keçirməkdə ittiham olunub. İraq xüsusi xidmət orqanlarının məlumatına görə, 2005-ci ildə “Əl-Qaidə” terror təşkilatına qoşulan terrorçu 15 il müddətinə azadlıqdan məhrum edilsə də, 2011-ci ildə azadlığa buraxılıb. Bundan sonra əl-Cəmili İŞİD-in silahlı dəstələrinin formalaşmasında iştirak edib, Suriya ərazisində terrorçuluq fəaliyyəti həyata keçirib, bundan sonra İraqa qayıdıb. O, əvvəlcə Mosul “qubernatorunun müavini”, daha sonra isə Əl-Fəllucənin “qubernatoru” təyin edilib.

    İraq Daxili İşlər Nazirliyindən bildirilib ki, əl-Cəmili artıq terror əməlləri həyata keçirməsini, o cümlədən ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı yönəlmiş terror aktları törətdiyini etiraf edib.

  • Dövlət Agentliyindən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi Xəzər dənizi akvatoriyasında müşahidə edilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edir.

    Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

    Agentliyin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında daxil olan məlumata əsasən mayın 5-i səhər saatlarından Orta Xəzərdə şimal-qərb küləyi 18-23 m/s, arabir 25-28 m/s, gündüz açıq dənizdə isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir. Dənizdə dalğanın hündürlüyü 2-3 m, sonrakı inkişafda 4-6 metrə çatacağı proqnazlaşdırılır.

    Havanın dəyişməsi ilə bağlı gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı rəhbər heyət tərəfindən təlimatlandırılacaq.

    Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran, hərəkətdə olan gəmilərə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar zəruri məlumatlar ötürüləcək və müvafiq təlimatlar veriləcək. Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması da təmin ediləcək.

    Gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz şəkildə lövbərdə dayanması prosesi radarlar vasitəsilə fasiləsiz olaraq müşahidə ediləcək.

    Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən gəmilərin hərəkətinə və limanlara hava şəraitinə uyğun olaraq giriş-çıxışa icazə verilməsi, hərəkətin məhdudlaşdırılması və limanların bağlanması ilə bağlı müvafiq tədbirlər görüləcək.

  • Продлен срок ареста Эльдара Гасанова

    В Бинагадинском районном суде рассмотрено заявление следственного органа о продлении меры пресечения в виде ареста в отношении бывшего посла Азербайджана в Сербии, Черногории, Боснии и Герцеговине Эльдара Гасанова.

    Об этом Report сообщил его адвокат Адем Мамедов.

    По его словам, решение было объявлено на процессе под председательством судьи Вюсала Тагиева. Заявление было удовлетворено, и срок заключения продлен еще на 3 месяца.

    Отметим, что Эльдару Гасанову предъявлено обвинение по статьям 308.2 (злоупотребление должностными полномочиями) и 308.1.1 (нецелевое расходование бюджетных средств) УК АР. В его отношении избрана мера пресечения в виде ареста.