Month: May 2021

  • Azərbaycan Gürcüstandan yumurta idxalını 70 %-ə yaxın artırıb

    Bu ilin I rübündə Gürcüstandan Azərbaycana 273,9 min ABŞ dolları dəyərində yumurta ixrac olunub.

    Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

    Məlumata əsasən, bu, ötən ilin eyni dövrünə nisbətdə 69,3 % çoxdur. Hesabat dövründə Gürcüstandan bu qida məhsulunun yeganə idxalçısı Azərbaycan olub.

    Yanvar-martda Gürcüstanın yumurta idxalı illik müqayisədə 95,1 % azalaraq dəyəri 53,6 min ABŞ dolları təşkil edib. Qonşu ölkənin əsas yumurta tədarükçüləri Türkiyə, Çexiya, Fransa və Macarıstan olub.

  • “İnter” Türkiyə millisinin qapıçısı üçün klub prezidentinə müraciət etdi

    “İnter” Türkiyə millisinin qapıçısı üçün klub prezidentinə müraciət etdi

    Türkiyə millisinin və “Trabzonspor” klubunun qapıçısı Uğurcan Çakır karyerasını İtaliyada davam etdirə bilər.

    Yeni çempion “İnter” 25 yaşlı qolkiperi heyətinə qatmaq istəyir.

    Klub rəhbərliyi Qara dəniz təmsilçisinin prezidenti Ahmet Ağaoğlu ilə əlaqə yaradıb. Onlar Ağaoğlunun Çakırı satıb-satmayacaqları ilə bağlı fikrini soruşub. “Trabzonspor”un rəhbəri təklifləri dəyərləndirəcəklərini bildirib.

    Funksioner bu məsələ ilə bağlı İtaliya mətbuatına da açıqlama verib. Ağaoğlu hazırda hansısa klubla razılaşmadıqlarını və onun Türkiyənin ən yaxşı qapıçısı olduğunu söyləyib.

    Qeyd edək ki, Uğurcan Çakır 2014-cü ildən “Trabzonspor”un əsas komandasında çıxış edir.

  • Примирилась ли избитая невестка со свекровью? – ВИДЕО

    Завершено расследование в связи с инцидентом, имевшем место между невесткой и ее свекровью в Лянкяране.

    Хотя в СМИ сообщалось, что женщины примирились, Госкомитет по проблемам семьи, женщин и детей опроверг эту информацию.

    Государственные органы взяли под контроль ситуацию, чтобы предотвратить повтор домашнего насилия.

    Подробнее – в сюжете Baku TV:

  • Bakıda evlərdən 9 min manatlıq oğurluq edildi

    Bakıda evlərdən oğurluq edən şəxslər tutulub.

    Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Suraxanı Rayon polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 4 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Mayılov saxlanılıb.

    Bundan başqa, Binəqədi RPİ 5-ci PB və Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisindəki evlərin birindən 5 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini Ə.Ələkbərov müəyyən edilərək saxlanılıb.

  • Календарь и молитва двадцать первого дня месяца Рамазан – ФОТО

    Завтра 21-й день священного месяца Рамазан.

    Согласно его календарю, объявленному Управлением мусульман Кавказа (УМК), время имсака 4 мая – в 03:55, а время ифтара – в 19:54.

    Субх азан – 04:05

    Зухр азан – 12:37

    Аср азан – 17:34

    Магриб азан – 19:54

    Иша азан – 21:04

    Молитва, читаемая после имсака:

    “Аллахуммадж’аль ли фихи иля мардатикя далиля уа ля тадж’аль лишшайтани фихи алейа сабиля уа дж’алиль джанната ли манзилян уа макыля йа кадийа хава́иджит талибин”.

    Перевод:

    “О, мой Аллах! Укажи мне в этот день дорогу к деяниям, заслуживающим Твоего согласия! И отврати меня от пути, желательного для Сатаны! И определи райские кущи моим пристанищем!”.

    Молитва, читаемая перед разговением (ифтар).

    “Аллахумма лака сумту ва аля ризкика афтарту ва алейка таваккалту. Бисмиллахир-Рахманир-Рахим. Я василь-магфирати игфирли”.

    Перевод:

    “О, Аллах! Ради Тебя я держал пост, в Тебя уверовал и на Тебя лишь уповаю, разговляюсь тем, что Ты мне послал. Прости, о прощающий мои грехи, прежние и будущие!”.

    Да примет Аллах ваш пост!

  • Bu il uşaqlara ən çox qoyulan adlar – SİYAHI

    Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

    Cari ildə uşaqlara qoyulan adlar arasında ilk onluq müəyyənləşib.

    Belə ki, ötən müddət ərzində oğlan uşaqları arasında ən çox qoyulan ad Əli olub. Bu il ərzində bu ad 427 uşağa verilib.

    Bundan əlavə, doğumu qeydə alınmış körpələrdən oğlan cinsindən olanlardan 406 uşağa Yusif, 399 uşağa Uğur, 393 uşağa Hüseyn, 280 uşağa Məhəmməd, 262 uşağa Ömər, 247 uşağa Murad, 188 uşağa Raul, 184 uşağa Ayxan və 178 uşağa isə Tunar adı verilib.

    Həmçinin car ildə qızlar arasında Zəhra adı birinciliyi qoruyub. Bu il ərzində bu ad 466 uşağa verilib.

    Bundan əlavə, doğumu qeydə alınmış körpələrdən qız cinsi olanlardan 361 uşağa Zeynəb, 336 uşağa Aylin, 326 uşağa Məryəm, 325 uşağa Mələk, 308 uşağa Fatimə, 275 uşağa Nilay, 248 uşağa Nuray, 240 uşağa İnci və 211 uşağa isə Mədinə adı qoyulub.

    Beləliklə, bu il ərzində uşaqlar arasında ən çox qoyulan ad Əli və Zəhra olub.

  • Немецкое общество по международному сотрудничеству внедряет в агросектор Азербайджана “умные” проекты

    Немецкое общество по международному сотрудничеству внедряет в агросектор Азербайджана “умные” проекты.

    Об этом сказал Trend специалист по геоинформационным системам, дистанционному зондированию и устойчивому землеустройству Немецкого общества по международному сотрудничеству (GIZ) Шахин Гусейнли.

    Министерство сельского хозяйства Азербайджана проделало огромную работу в направлении цифровизации процессов сельскохозяйственной деятельности в стране, сказал он.

    Эксперт отметил, что создание электронной сельскохозяйственной информационной системы является значительной частью работы, осуществленной в этом направлении.

    “Система ECOserve носит справочный характер при проведении мероприятий по “умному” и устойчивому сельскому хозяйству. В качестве примера ГИС, совместно с Министерством сельского хозяйства и Космическим агентством Германии, в 2019 году разработало проект “Картографическое масштабирование и текущее состояние луговых полей в Азербайджане”. Кроме того, в настоящее время мы занимаемся разработкой методологии ГИС под названием “Анализ спроса на водные ресурсы для устойчивого сельского хозяйства в Азербайджане”, в которой активно участвуют местные и зарубежные эксперты”, – сказал Гусейнли.

    Он отметил, что в рамках “Применения адаптированных практик для устойчивого, ориентированного на биоразнообразие управления природными ресурсами в сельских районах Южного Кавказа” в настоящее время GIZ, совместно с Министерством сельского хозяйства Азербайджана, проводит работы по внедрению передовых аграрных практик (Good Agricultural Practice – GAP) на пилотном участке площадью 100 гектаров регионального центра аграрной науки и инноваций, расположенного в Кюрдамирском районе.

    “Мы можем наблюдать, как потенциал сельского хозяйства в нашей стране расширяется со временем. Опросы и наблюдения, которые мы провели как с представителями министерства, так и с фермерами, в рамках программы ECOserve, показывают, что интерес к нему достаточно высок. В этом направлении мы можем увидеть переход к устойчивому сельскому хозяйству в ближайшее время, если расширить материально-техническую базу и еще больше ускорить процесс проведения тренингов”, – заключил Шахин Гусейнли.

  • Uşağına Polad və Xudayar adı qoyanların sayı artıb

    2021-ci ildə yeni doğulan 99 uşağa Polad adı qoyulub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin adlar üzrə elektron statistika bölməsində qeyd olunub. Bundan əlavə, cari ildə yeni doğulan 18 körpəyə isə Xudayar adı verilib.

    Qeyd edək ki, ötən il isə ümumilikdə 3 nəfərə Xudayar, 193 uşağa isə Polad adı qoyulub.

    Xatırladaq ki, Polad adı ötən il Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra məşhurlaşıb. Xudayar adı isə Vətən müharibəsi zamanı “Vətən yaxşıdır…” təsnifi ilə məşhurlaşan şəhid gizir Xudayar Yusifzadənin adıyla bağlıdır.

  • Bu gecə ikinci Qədr gecəsidir

    Bu gecə Azərbaycanda Ramazan ayının ikinci Qədr (əhya) gecəsidir.

    Ramazan ayının ikinci Qədr gecəsi mayın 3-dən 4-nə keçən gecəyə təsadüf edir.

    Ramazanın üçüncü Qədr gecəsi isə mayın 5-dən 6-na keçən gecə olacaq.

    Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.

    Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (13 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 14-dən başlayıb.

  • Ölkənin qatarları ilə sərnişin daşınma bütün istiqamətlər üzrə kəskin azalıb

    2021-ci ilin birinci rübündə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC 476 min 232 sərnişin daşıyıb ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 2,2 dəfə azdır.

    “Report” bu barədə ADY-nin hesabatına istinadən xəbər verir.

    Hesabata əsasən, daşınmış sərnişinlərin 438 min 965 nəfəri və yaxud 92%-i şəhərətrafı qatarların payına düşüb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,3% azdır.

    Hesabat dövründə beynəlxalq sərnişin daşımaları qeydə alınmayıb. Abşeron yarımadasından kənar daxili sərnişin daşımaları isə 81, 6% azalaraq 37 min 267 nəfər təşkil edib.