Month: May 2021

  • В бакинском поселке пожилого мужчину сбила машина

    В поселке Кюрдаханы Сабунчинского района Баку произошло ДТП, есть пострадавший, сообщает Report.

    Автомобиль сбил переходившего дорогу Адиля Мустафаева (1951 г.р.).

    Мужчину госпитализировали. В больнице ему поставили диагноз: закрытая черепно-мозговая травма и сотрясение мозга.

    По данному факту ведется расследование.

  • Sabunçuda ahıl kişini maşın vurdu: Vəziyyəti ağırdır

    Bakıda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

    Kürdəxanı qəsəbəsində yolu keçən 1951-ci il təvəllüdlü Mustafayev Adil Rza oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

    Hadisənin təfərrüatı araşdırılır.

  • В Азербайджане начинается применение вакцины AstraZeneca

    С сегодняшнего дня в Азербайджане при вакцинации лиц в возрасте 60 лет и старше против коронавируса также будет использоваться вакцина Vaxzevria (компания-производитель AstraZeneca) производства Оксфордского университета Великобритании.

    Препарат Vaxzevria будет применяться в городе Баку и шести регионах – Лянкяране, Шеки, Гяндже, Мингячевире, Абшероне и Сумгайыте. Для этого в медицинских учреждениях выделены специальные помещения.

    84 000 доз вакцины Vaxzevria, поставляемой в нашу страну в рамках платформы COVAX, расширяют возможность выбора и обеспечивают гражданам доступ к различным препаратам.

    Следует отметить, что препарат Vaxzevria, разработанная англо-шведской компанией AstraZeneca, одобрена Всемирной организацией здравоохранения (ВОЗ).

  • Azərbaycanda “AstraZeneca” peyvəndinin tətbiqinə başlanılır

    Bu gündən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər COVID-19 xəstəliyinə qarşı peyvəndlənmə zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan “Vaxzevria” vaksinindən (İstehsalçı şirkət “AstraZeneca“) də istifadə edə biləcəklər.

    “Vaxzevria” peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda – Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılacaq.

    COVAX platforması çərçivəsində ölkəmizə gətirilən 84 000 doza “Vaxzevria” peyvəndi insanlar arasında seçim imkanlarını artırır və vətəndaşların müxtəlif peyvəndlərə əlçatanlığını təmin edir.

    Qeyd edək ki, “AstraZeneca” İngilis-İsveç şirkəti tərəfindən hazırlanan “Vaxzevria” vaksinini Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təsdiq edib.

  • Кыргызстан и Таджикистан отвели войска от границы

    Кыргызстан и Таджикистан завершили отвод войск от границы, сообщает ТАСС со ссылкой на пограничную службу кыргызского Государственного комитета нацбезопасности.

    “Стороны завершили отвод дополнительных сил и средств от линии государственной границы вглубь своих территорий”, – указано в сообщении ведомства.

    Как отмечает служба, в настоящее время продолжается работа совместной комиссии по осмотру территорий, занимаемых войсками двух стран. При этом обстановка на границе оценивается как стабильная, инцидентов и перестрелок за минувшую ночь не зафиксировано, добавили в погранведомстве.

    Напомним, 28 апреля на границе Кыргызстана и Таджикистана между местными жителями произошел конфликт в районе водораспределительного пункта “Головной”, который таджикская сторона считает своей территорией, киргизская – спорной. В результате столкновений с обеих сторон погибли около 40 человек, более 200 пострадали. 1 мая Бишкек и Душанбе договорились о полном прекращении огня на кыргызско-таджикской границе.

  • Qırğızıstan və Tacikistan qoşunları sərhəddən geri çəkildi

    Qırğızıstan və Tacikistanın qoşunlarının sərhəddən geri çəkilməsi prosesi başa çatıb.

    TASS bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidmətinə istinadən xəbər yayır.

    “Tərəflər dövlət sərhəd xəttindən ərazilərinə qədər əlavə qüvvə və vasitələrin çıxarılmasını başa çatdırdılar”, – deyə nazirlikdən bildirilib.

    Qeyd olunur ki, ölkələrin qoşunları tərəfindən tutulan ərazilərin yoxlanılması üzrə müştərək komissiyanın işi davam edir. Eyni zamanda, sərhəddəki vəziyyət sabit olaraq qiymətləndirilir, son bir gecə ərzində hər hansı bir insident və ya atışma qeydə alınmayıb.

    Xatırladaq ki, aprelin 28-də Qırğızıstan və Tacikistan sərhədində Tacikistan tərəfinin öz ərazisi hesab etdiyi Qırğızıstanla mübahisəli “Qolovnoy” su paylama məntəqəsi rayonunda yerli sakinlər arasında münaqişə baş verib. Hər iki tərəfdəki qarşıdurmalar nəticəsində təxminən 40 nəfər ölüb, 200-dən çox adam yaralanıb. Mayın 1-də Bişkek və Düşənbə Qırğızıstan-Tacikistan sərhədində tam atəşkəs barədə razılığa gəliblər.

  • İsraildə ölkə əhalisinin 55%-i peyvənd olunub

    İsrailin yetkinlik yaşına çatmış əhalisinin dörddə üçünün vaksinasiya prosesi tamamlanıb.

    Bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatına əsasən newsru.co.il resursu xəbər verib.

    Qeyd olunub ki, ölkə əhalisinin 55%-nə, yaşı 16-dan yuxarı şəxslərin isə 75%-nə peyvəndin hər iki dozası vurulub. 5,4 milyon vətəndaş isə hələ ki, vaksinin birinci dozası ilə təmin edilib.

    Hazırda İsrail vaksinasiya tempinə görə dünya lideri olaraq qalır.

  • Dörd yaşlı qız Mendeleyev cədvəlindəki elementləri sadalayaraq rekorda imza atıb

    Dörd yaşlı qətərli qız Mendeleyev cədvəlindəki kimyəvi elementlərin hamısını sadalayıb.

    “The Peninsula Qatar” qəzetinin məlumatına görə, o, bunu hamıdan tez – 2 dəqiqə 28 saniyəyə edərək adını Beynəlxalq Rekordlar Kitabına (Ginnesin Rekordlar Kitabının analoqu) yazdırıb.

    Yaşının az olmasına baxmayaraq, artıq Dohadakı Müasir Hindistan Məktəbində oxuyan qız həmçinin insan bədəninin vacib orqanlarını, Günəş sistemi planetlərini və Hinidistanın 14 Baş nazirinin adlarını da sadalayıb.

  • Finlandiyada naməlum narkotik maddədən kütləvi ölüm halları qeydə alınıb

    Finlandiyanın Turku və Helsinki şəhərlərinin sakinləri naməlum narkotik maddədən kütləvi şəkildə ölməyə başlayıblar.

    Bu barədə “Yle” nəşri məlumat yayıb.

    Polisə istinadən yayılan xəbərlərə görə, təkcə ötən ay Turkuda 5, Helsinkidə isə 50 gənc qeyd olunan maddənin istifadəsi nəticəsində vəfat edib.

    Müvafiq təşkilatlar ölkə əhalisini qara bazarda satılan zəhərli narkotik barədə xəbərdar edib. Onun həyat üçün təhlükəli olduğu bildirilib.

  • Britni Spirsin diaqnozu məlum olub

    Tanınmış pop ifaçısı Britni Spirsin atası onun diaqnozunu açıqlayıb.

    Məlum olub ki, 39 yaşlı müğənni ağıldankəmdir.

    Bu barədə BBC-nin “Britni uğrunda savaş” sənədli filmində məlumat verilib.

    Jurnalistlər aşkar ediblər ki, pop-ulduzun atası onun üzərində qəyyumluq hüququnu əldə etmək üçün məhz bu diaqnozu əsas gətirərək məhkəməyə müraciət edib. Belə ki, bu diaqnozun daşıyıcıları müstəqil şəkildə düzgün qərar vermək bacarığından məhrum olurlar.

    Qeyd edək ki, 2008-ci ildə məhkəmə Spirs üzərində qəyyumluq hüququnu atası Ceymsə həvalə edib. Bununla da, ifaçı öz həyatı və mülkiyyəti üzərində nəzarət imkanını itirib. Uzun illərdir ki, o, maşın sürə və övladları ilə atasının izni olmadan görüşə bilmir.