Month: May 2021

  • ABŞ sahillərində gəmi batıb, iki nəfər həlak olub

    ABŞ-da San-Dieqo sahillərində gəminin batması nəticəsində iki nəfər həlak olub. Xilas edilən 23 nəfər xəstəxanaya yerləşdirilib.

    Bu barədə CNN telekanalı yerli xilasetmə xidmətinə istinadla məlumat yayıb. Məlumata görə, çevrilən gəminin göyərtəsindəki 25 nəfər sudan çıxarılıb. Təəssüf ki, onlardan ikisi həyatını itirib.

    Xəsarət alanların həyatı üçün təhlükə olmadığı, lakin üç nəfərə təcili tibbi yardım tələb edildiyi bildirilir. Qəzanın səbəbləri barədə hələlik məlumat verilmir.

  • Bakıda gənc qız yol qəzasında xəsarət aldı

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Əliyeva Nigar Eldar qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Победителем популярного в России конкурса стал певец-азербайджанец – ВИДЕО

    Победитель проекта “Маска” на российском канале НТВ стал певец Jony (Джахид Гусейнли).

    Jony скрывался под маской крокодила – певец заявил, что очень хотел оказаться в этом проекте и проявить себя по новому и рад, что у него это получилось.

    В свою очередь председатель жюри шоу Филипп Киркоров заявил, что передает ему эстафету на эстраде и очень рад победе Jony.

    Отметим, что второе место в проекте занял народный артист Азербайджана Юсиф Эйвазов.

    Артист признался, что, увидев первый сезон шоу, очень захотел попасть на сцену “Маски2.

    “И вот пришло то время, когда я попал на эту программу и услышал столько невероятных слов. Так сильно это вдохновило, так сильно воодушевило, что я теперь уверен в своих силах и могу дальше идти вперед”, – отметил Jony.

  • Rusiyanın məşhur yarışmasının qalibi azərbaycanlı müğənni oldu – VİDEO

    Rusiyanın NTV kanalında yayımlanan “Maska şou” adlanan yarışmanın qalibi Azərbaycan əsilli müğənni olub.

    Belə ki Coni adı ilə tanınan Cahid Hüseynli yarışmanın finalında digər azərbaycanlı Yusif Eyvazova qalib gəlib.

    Qeyd edək ki, yarışmanın özəlliyi iştirakçıların maskada olmasında, tamaşaçıların onların kimliyini tanımadan səs verməsindədir.

  • Подготовлен документальный фильм “Гейча – утраченная родина” – ВИДЕО

    Подготовлен новый документальный фильм о Гейчинском махале.

    Фильм под названием “Гейча – утраченная родина” создан Центром информационно-коммуникационных технологий “Виртуальный Карабах” при поддержке Министерства молодежи и спорта.

    В нем рассказывается об истории Гейчинского махала, о том, насколько он был важен для азербайджанского народа. Особое внимание уделяется ценностям, которые этот регион придает нашей культуре, истории.

    В фильме подробно рассказывается о политике переселения армян в Гейчинский махал, а также о претензиях армян на эти земли после ее заселения.

  • “Göyçə – itirilmiş Vətən” adlı sənədli film hazırlanıb – VİDEO

    Göyçə mahalı haqqında yeni sənədli film hazırlanıb.

    “Göyçə – itirilmiş Vətən” adlanan film “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

    Filmdə Göyçə mahalının tarixindən, onun Azərbaycan xalqı üçün nə dərəcədə önəmli, müqəddəs məkan olmasından söz açılır. Bu bölgənin mədəniyyətimizə, tariximizə bəxş etdiyi dəyərlər xüsusi vurğulanır.

    Göyçənin oğuz-aşıq sənəti filmdə xüsusi bir xətt kimi keçir. Film boyu səslənən aşıq musiqiləri də ekran əsərinə daha artıq rəng qatır.

    Filmdə ermənilərin Göyçə mahalına köçürülməsi siyasəti, ermənilərin orada yerləşəndən sonra əraziyə olan iddiaları haqqında ətraflı məlumat verilir.

  • Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qızılağac Milli Parkına səfər edib

    Aprelin 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qızılağac Milli Parkına səfər edib.

    Milli parkın ərazisi, zəngin fauna və florası ilə tanış olan Leyla Əliyeva daha sonra ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə sahilyanı və dəniz qoruqları daxil olmaqla, xüsusi mühafizə olunan təbiət ərazilərinin gələcək inkişaf perspektivlərini müzakirə edib.

    Səfər zamanı Leyla Əliyeva Xəzər dənizinin Kiçik Qızılağac körfəzinə körpə balıqların buraxılması, o cümlədən ölkəmizin yaşıllıq və meşə ərazilərinin artırılmasına dəstəyi nümayiş etdirmək məqsədilə milli parkın ərazisində Eldar şamlarının əkilməsi mərasimində iştirak edib.

    Qeyd edək ki, 2018-ci il sentyabrın 26-da yaradılmış Qızılağac Milli Parkı Qızılağac Dövlət Təbiət Qoruğunu və bütöv Qızılağac körfəzini ehtiva edir və Xəzər dənizində ilk mühafizə olunan dəniz ərazisi hesab olunur. Qızılağac Milli Parkına aid su ərazisinin mühafizəsi dünyanın nəsli kəsilmək təhlükəsi ilə üzləşən balıq növlərinin yaşaması üçün zəruridir.

    IDEA İctimai Birliyi və “Blue Marine Foundation” təşkilatının birgə təqdimatına əsasən, 2019-cu ilin noyabr ayında həmin milli park dünya sularının xilası üçün ümid yeri (Hope Spot) kimi seçilib. Ümid yerləri “Mission Blue” təşkilatının beynəlxalq mühafizə kampaniyası çərçivəsində bəyan edilən, ekoloji baxımdan unikal olan dəniz əraziləridir. Ümid yerlərinin elan edilməsində əsas məqsəd okeanların qorunması üzrə qlobal hərəkatı dəstəkləmək və daha geniş su ərazilərinin mühafizə edilməsinə nail olmaqdır.

    Məlum olduğu kimi, son onilliklər ərzində ölkəmizin su hövzələrindəki balıq növlərinin təbii populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri nəticəsində məhvolma təhlükəsi həddinə çatıb.

    Bununla əlaqədar, Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması, ölkəmizin daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir.

    Bu cür təşəbbüslərdən biri keçən ilin may ayından etibarən IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyi “Zəngin hövzələr” layihəsidir. Layihə ölkənin müxtəlif yerlərində yerləşən göl və çaylara məxsus olan balıq növlərinin təbii populyasiyasının artırılması, daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və məsuliyyətli balıq ovunun təşviqi üzrə davamlı və ardıcıl tədbirlərin təşkil edilməsini nəzərdə tutur.

  • Siyəzəndə kişi qohumu tərəfindən bıçaqla qətlə yetirildi

    Mayın 2-də saat 11 radələrində Siyəzən rayonu, Zarat kəndində Hüseynov Hüseyn Zülfüqar oğlunun bıçaqlanması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Siyəzən rayon prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla zərərçəkmişin qohumu Qabil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Hüseyn Hüseynova xəsarətlər yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    Qabil Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

  • Əfv komissiyası üçün saxta sənədlər – Polis araşdırmağa başladı

    Sabunçu rayon Polis İdarəsinin əməkdaşları Dövlət Notariat Kontorunda saxta imzanın təsdiq edilməsi ilə bağlı fakt aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə həmin sənədlər Əfv Komissiyasına təqdim edilmək üçün hazırlanırmış.

    Hansı məhkumun azadlığa çıxması üçün saxta sənədlərin hazırlanması ilə bağlı əlavə məlumat verəcəyik.

  • İranın və Rusiya sülhməramlılarının Qarabağda qanunsuz əməlləri: qalmaqallı görüntülər yayıldı – VİDEO

    Sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Qarabağa “yardım”ların çatdırılmasını əks etdirən qalmaqallı görüntülər yayılıb.

    “Report” xəbər verir ki, bununla bağlı video “Azad İran” “Telegram” kanalında paylaşılıb.

    Bu yüklərin Ermənistandan keçərək, Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə aparıldığı bildirilib. Məlumatda qeyd edilib ki, həmin yük avtomobillərində benzin, qaz, bitum, eləcə də qida, geyim məhsulları, tikinti malları qanunsuz daşınır.

    Bundan başqa, bildirilir ki, həmin avtomobillərlə əraziyə külli miqdarda narkotik daşınır.

    İran hansı haqla bu “yardım”ları Azərbaycan ərazisinə çatdırır, rusiyalı sülhməramlılar isə hansı haqla qaçaqmalçılığa göz yumur?