Month: May 2021

  • Qədr surəsinin qısa təfsiri

    1. Həqiqətən, biz onu (Quranı) Qədr gecəsində nazil etdik.

    2. Sən nə bilirsən ki, Qədr gecəsi nədir?

    3. Qədr gecəsi min aydan daha xeyirlidir.

    4. O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir işdən ötrü yerə enərlər.

    5. O gecə dan yeri sökülənə kimi salamatlıqdır!

    “Qədr” surəsi Quranın sayca 97-ci surəsidir. Əksər təfsirçilərin fikrincə, bu surə Məkkə şəhərində Həzrət Mühəmməd Peyğəmbərə (s) nazil olmuşdur.

    “Qədr” surəsini oxumağın savabı barədə bunu demək kifayətdir ki, Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “Hər kim bu surəni oxusa, ramazan ayında oruc tutmuş və əhya gecəsində oyaq qalıb ibadət etmiş şəxsin savabı qədər savab qazanar”. İmam Mühəmməd Baqir (ə) isə belə buyurub: “Qədr” surəsini uca səslə oxuyan adam Allah yolunda qılınc çəkib cihad edən adam qədər savab qazanar. Bu surəni asta səslə oxuyana isə Allah yolunda qanına qəltan olmuş şəxsin savabı qədər savab yazılar”.

    1-ci ayə: “HƏQİQƏTƏN, BİZ ONU (QURANI) QƏDR GECƏSİNDƏ NAZİL ETDİK”
    “Qədr” surəsini oxuyan hər kəs təbii olaraq aşağıdakı sualla rastlaşa bilər: Məlumdur ki, Qurani-kərim Həzrət Mühəmməd Peyğəmbərə (s) 23 il ərzində hissə-hissə göndərilmiş və peyğəmbərimizin dilindən camaata çatdırılmışdır. Belə isə, Quranın Qədr gecəsində endirilməsi barədə ayə və hədislər nə dərəcədə həqiqətə uyğundur?

    Din alimləri bu suala belə cavab vermişlər: Quran Allah-təala tərəfindən iki dəfə endirilmişdir. Bir dəfə Allah Müqəddəs Kitabı bütün hadisələrin qabaqcadan qeyd edildiyi Lövhi-məhfuzdan yer səmasına (yaxud Peyğəmbərin qəlbinə) endirmişdir. Bu zaman Quran bütöv şəkildə, birdəfəlik nazil olmuşdur.

    Həzrət Mühəmmədə (s) peyğəmbərlik verildikdən sonra isə Allah-təala öz məsləhəti əsasında Quran ayələrini hissə-hissə (23 il ərzində tədricən) Cəbrail adlı mələk vasitəsilə Ona çatdırmışdır.

    Elə Quranın öz mətnində onun iki dəfə endirilməsinə işarələr vardır. Ayələrdə Quranın endirilməsindən danışılarkən, eyni kökdən olan, amma müxtəlif formalı iki söz işdədilir: “inzal” və “tənzil”. Məsələn:

    “İnna ənzəlnahu fi leylətil-Qədr” (“Biz onu Qədr gecəsində nazil etdik”) (“Qədr”, 1). “Və nəzzəlnahu tənzila” (“Və onu tənzillə endirdik”) (“İsra”, 106).

    “Tənzilul-kitabi min-Allahil-əzizil-həkim” (“Kitabın (yəni Quranın) tənzillə endirilməsi izzətlə və hikmətli Allah tərəfindəndir”) (“Zümər”, 1).

    Burada “inzal” – Quranın birdəfəlik endirilməsi, “tənzil” isə hissə-hissə göndərilməsi mənalarını verir.

    Ən məşhur Quran mütəxəssislərindən sayılan mərhum Əllamə Süyuti “əl-İtqan” kitabında Peyğəmbərdən aşağıdakı hədisi rəvayət etmişdir: “Quran Qədr gecəsində yer səmasına birdəfəlik endirildi. Sonra Allah onu hissə-hissə, lazım bildiyi vaxtlarda öz peyğəmbərinə göndərdi”.

    2-ci ayə: “SƏN NƏ BİLİRSƏN Kİ, QƏDR GECƏSİ NƏDİR?”
    Ramazan ayının hansı gecəsinin Qədr gecəsi olması dəqiq məlum deyil. Müxtəlif hədislərdə ramazanın birinci, 17-ci, 19-cu, 21-ci, 23-cü, 27-ci yaxud 29-cu gecəsinin Qədr gecəsi olduğu bildirilir. Təbəri öz təfsirində yazır: “Ramazan ayında bir gecə var ki, ona “Qədr gecəsi” deyirlər. Bu gecə mələklərin bayramıdır, onların hamısı yerə enir. Cəbrail, Mikail, İsrafil və xeyli başqa mələklər həmin yerə enirlər. Qədr gecəsi Ramazanın 19-cudan 27-ciyə kimi gecələrindən biridir”.

    “Minhəcüs-sadiqin” təfsirində (Fəthullah Kaşani) isə belə yazılıb: “Fikirlərin ən düzgünü budur ki, Qədr gecəsi ramazanın son on günlüyündədir. Həzrət Əli (ə) rəvayət etmişdir ki, Allahın Rəsulu ramazanın son on gecəsində ailə üzvlərini yuxudan oyadır, onlara deyirdi: “Qədr gecəsini bu on gecənin arasında axtarın”.

    Müstəhəbdir ki, müsəlmanlar ramazan ayının 19-cudan 27-ciyə kimi bütün tək (qeyri-cüt) gecələrində oyaq qalıb (əhya saxlayıb) ibadət etsinlər. Ən mötəbər hədislərdən məlum olur ki, ramazanın 19, 21 yaxud 23-cü gecələrindən birinin Qədr gecəsi olmasına çox ehtimal var. Hal-hazırda İslam aləmində bu üç gecə ərzində kütləvi ibadət mərasimləri keçirilir.

    Qeyd etmək yerinə düşər ki, Qədr gecəsinin dəqiq məlum olmamasının incə bir səbəbi vardır. Məşhur müsəlman alimi əllamə Bəğəvi bunu belə izah edirdi: “Allah Qədr gecəsini müsəlman ümmətindən gizli saxlamışdır ki, müsəlmanlar Ramazan ayının bütün gecələrində Qədr gecəsini görmək ümidi ilə ibadət etsinlər”.

    Hədislərdə deyildiyinə görə, İmam Cəfər Sadiq (ə) öz səhabələrindən birinə buyurmuşdu ki, Qədr gecəsi ramazanın iki gecəsindən (21 yaxud 23-cü) biridir. Səhabə israrla soruşmuşdu: “Əgər bu gecələrin hər ikisində ibadət etməyə imkanım olmasa, hansını seçim?”. İmam yenə konkret cavab verməyib buyurdu: “Məgər ibadət məqsədi ilə ikicə gecə oyaq qalmaq çox çətindirmi?”.

    Beləliklə, “Qədr” surəsinin 2-ci ayəsində Allah-təala məlum bir həqiqəti bir daha insanlara xatırladır: “Sən nə bilirsən ki, Qədr gecəsi nədir?”.

    Əvvəla, insan Qədr gecəsinin hansı gecə olduğunu dəqiq bilmir. İkincisi, Qədr gecəsi elə əzəmətlidir ki, insan heç vaxt onun dəyərini lazımınca dərk edə və bu gecəyə məxsus ibadətləri layiqincə yerinə yetirə bilməz.

    İslam mənbələrindən məlum olur ki, keçmiş dinlərdə Qədr gecəsi olmamışdır və bu nemət yalnız müsəlmanlara məxsusdur. Həzrət Mühəmməd Peyğəmbərdən (s) rəvayət edilən bir hədisdə buyurulur: “Şübhəsiz, Allah Qədr gecəsini mənim ümmətimə bəxş etmişdir, ondan əvvəlki ümmətlər bu nemətdən məhrum idilər”.

    3-cü ayə: “QƏDR GECƏSİ MİN AYDAN DAHA XEYİRLİDİR”
    Bəzilərinin fikrincə, ayədəki “min ay” ifadəsi sadəcə çoxluq mənası bildirir və konkret məna daşımır. Allah-təala bu ifadə ilə sadəcə olaraq Qədr gecəsinin əzəmətini mübaliğəli şəkildə ifadə etmək istəmişdir. (Müqayisə üçün deyək ki, biz də tez-tez aşağıdakı ifadələri işlədirik: “Sənə min dəfə demişəm ki…”, yaxud “min dəfə xeyirli olmaq”, “min dəfə təşəkkür etmək” və s. Əlbəttə, biz bu sözlərlə konkret kəmiyyət ifadə etmək istəmirik; məqsədimiz – haqqında danışılan mövzunun əhəmiyyətini yaxud miqdarının çoxluğunu başa salmaqdır).

    Lakin bəzi rəvayətlərə görə, ayədəki “min ay” ifadəsi məhz konkret müddət bildirmək üçün göstərilmişdir. Bir gün Peyğəmbər səhabələr üçün qədim dövrlərdə Bəni-İsrail ümmətindən olmuş bir nəfərin (bunun Samson olduğunu yazırlar) əhvalatını danışdı. Həmin adam 80 il ərzində din düşmənləri ilə cihad etmiş və bir gün də olsun, cihaddan yayınmamışdı. Səhabələr bu əhvalatı eşidəndə onun savabına həsəd aparıb dedilər ki, görəsən, biz də belə savab qazana bilərikmi? Peyğəmbər onlara cavab verdi: “Qədr gecəsində yatmayıb ibadət edən şəxsin savabı 1000 ay (80 il) ibadət edənin savabı qədərdir”.

    Bəzi rəvayətlərdə isə ayədəki “min ay” ifadəsində Bəni-Üməyyə sülaləsinin hakimiyyət müddətinə işarə edildiyi bildirilir. Rəvayətə görə, bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) yuxuda görür ki, Onun minbərinə bir-birinin ardınca növbə ilə meymunlar qalxıb-enirlər. Peyğəmbər bu yuxudan xeyli kədərlənir. Cəbrail Allahın əmri ilə Ona yuxunun yozumunu açır, Peyğəmbərin minbərinə növbə ilə qalxıb-enən meymunların Bəni-Üməyyə mənşəli xəlifələrə işarə olduğunu söyləyir. Sonra Allah-təala Peyğəmbərə təskinlik məqsədilə “Qədr” surəsini və “Biz sənə Kövsər bəxş etdik” (“Kövsər”, 1) ayəsini vəhy edir. Bu rəvayətə görə, ayədəki min ay Əməvi xəlifələrinin üst-üstə hakimiyyət müddətinə işarədir (bu barədə rəvayətlər üçün bax: “Sünənüt-Tirmizi”, “Kitabüt-təfsir” (84-cü töhfə), 3350-ci hədis; İmam Zeynülabidinə məxsus “Səhifətüs-Səccadiyyə”nin müqəddiməsi; Hakim Nişaburi – “əl-Müstədrəkü ələs-Səhiheyn”, III, 202-203 (4861-ci hədis) və IV, 649 (8546-ci hədis); Əbu Yəla – “Müsnəd”, VI, 63 (6430-cu hədis); İmam Fəxr Razi – “Məfatihül-ğeyb” (Təfsiri-kəbir), XXXII, 31 və XXXII, 134 və başqa mənbələr).

    Məsudi “Mürucüz-zəhəb” kitabının III cildində Əməvilərin hakimiyyəti barədə bəhsi sona çatdırdıqdan sonra bu sülalənin hökm sürdüyü müddəti tam ciddiyyətlə hesablayaraq, həqiqə¬tən, düz 1000 ay sürdüyünü bildirir (Məsudi – “Mürucüz-zəhəb”, III, 234-235.). Bəzi müasir ta-rixçilər də bu istiqamətdə hesabatlar aparmışlar. İran tədqiqat¬çısı mər¬hum Hüseyn İmadzadə də bir qədər fərqli hesabatlarla eyni nəticəni əldə etmişdir (Hüseyn İmadzadə – “Tarixe-müfəssəle-İslam”, s. 361).

    4-cü ayə: “O GECƏ MƏLƏKLƏR VƏ RUH (CƏBRAİL) RƏBBİNİN İZNİ İLƏ HƏR BİR İŞDƏN ÖTRÜ ENƏRLƏR”
    “Ruh” kəlməsi altında Allah-təalanın nəyi nəzərdə tutduğu barədə alimlər arasında fikir ayrılığı vardır. Əksər təfsirçilər “ruh”un Cəbraildəndən ibarət olduğunu söyləmişlər. Digər bir nəzəriyyəyə görə, “ruh” – Həzrət Peyğəmbərə göndərilmiş vəhydir. Çünki Quranın daha bir ayəsində vəhy mənası altında “ruh” kəlməsi işlənmişdir: “Sənə də beləcə əmrimizdən olan bir ruh göndərdik” (“Şura”, 52). Daha bir nəzəriyyəyə görə, ruh – mələk deyil, ondan fərqli olan tamamilə başqa bir məxluqdur. Islam müqəddəs¬lərindən rəvayət olunan bəzi hədislərdə oxuyuruq ki, ruh – mələklərdən də uca olan bir varlıqdır.

    Bu üç nəzəriyyə arasında əvvəlinci nəzəriyyə daha geniş yayılmışdır.

    Qədr gecəsində mələklərin və ruhun hansı işlərdən ötrü yerə enmələri barədə təfsirlərdə belə məlumat verilmişdir: Qədr gecəsində insanların gələcək bir illik müqəddəratı təyin olunur, ruziləri bölünür, ömürlərinin müddəti müəyyən edilir. Əlbəttə, bu, İslamın təbliğ etdiyi iradə azadlığı və məsuliyyət inancını rədd etmir. Çünki Allah-təala hər kəsin müqəddəratını onun layiq olduğu şəkildə təyin edir. Hər kəs öz iman, niyyət və əxlaqına uyğun olaraq özünə aqibət qazanır.

    5-ci ayə: “O GECƏ DAN YERİ SÖKÜLƏNƏ KİMİ SALAMATLIQDIR”
    Allah-təala niyə Qədr gecəsini salamatlıq gecəsi adlandırır? Bu barədə aşağıdakı nəzəriyyələr irəli sürülüb:

    a) Qədr gecəsində mələklər və ruh yerə nazil olub, möminlərə Allahın salamını çatdırırlar. Həmin gecə əvvəldən axıra kimi salam və salavatla dolu olduğu üçün, salam gecəsi adlandırılmışdır.

    b) Qədr gecəsi Allahın rəhmət və mərhəməti ilə doludur, bu gecədə bəşəriyyətə ən böyük nemət – Quran nazil olub. Hətta bəzi rəvayətlərə görə, Qədr gecəsində şeytan zəncirlənir və möminlərə zərər vura bilmir.

    Bu gecəyə niyə “Qədr gecəsi” deyilməsi də maraqlı məsələlərdən biridir. Məlumdur ki, gələcəkdə baş verəcək hadisələrin irəlicədən müəyyən olunması “təqdir” adlanır. Deyirlər ki, Qədr gecəsində gələcək bir ilin hadisələri təqdir olunduğundan, ona eyni kökdən olan ad verilmişdir.

    Bəzi alimlərin fikrincə, “Qədr” sözü darlıq və sıxlıq mənalarını ifadə edir. Çünki həmin gecədə yerə o qədər mələk enir ki, onların əlindən darısqallıq hiss olunur.

    Bir qrup təfsirçinin rəyincə, bu gecəni yatmayıb ibadət edən hər kəs Allah yanında qədr-qiymət qazandığı üçün ona bu ad verilmişdir.

    Bəziləri də demişlər ki, Qədr gecəsi özü qədr-qiymətli olduğuna görə, bu cür adlandırılmışdır. Ayələrin birində də “qədr” sözü məhz bu mənada işlənmişdir: “Onlar Allahın qədrini lazımınca bilmədilər” (“Həcc”, 74).

    Qədr gecələrinin səhərində bəzi başqa əlamətdar hadisələr də baş verib. Ramazanın 19-da sübh vaxtı Həzrət Əli ibn Əbu Talib (ə) məsciddə namaz qılarkən ölümcül yaralanıb, iki gün yataqda qaldıqdan sonra ramazanın 21-də vəfat edib.

  • Udma aktı və pozulmaları

    Udma aktı mürəkkəb fizioloji proses olub 2 fazadan ibarətdir:
    – iradi faza
    – reflektor faza.
    Üçlü, dilaltı, azan və dil-udlaq sinirlərinin mərkəzi və periferik zədələnmləri udma aktının pozulmasına səbəb olur. Bunlar udma aktının iradi xəstəlikləri sayılır:
    – dil əzələlərinin parezi
    – bəzi psixi xəstəliklər
    – sərt damağın anadangəlmə və qazanılma qüsurları
    – yumuşaq damağın anadangəlmə və qazanılma qüsurları
    – angina
    – udlağın selikli qişasının xəstəlikləri (şiş, iltihab).
    Ağız boşluğunun bəzi iltihabı xəstəlikləri də udma aktımım müvəqqəti pozulmasına səbəb olan xəstəliklərdən sayılır.
    Udma aktının qeyri-iradi mərhələsi əzələlərin peristaltikası sayəsində həyata keçir. Bu proses qida borusu əzələlərinin iflici və ya spazmı nəticəsində pozula bilər. Bu tetanus, quduzluq, histeriya və s. xəstəlikləri zamanı baş verir.
    Kliniki şəraitdə qida borusunun daralmaları zamanı udma aktının pozulmasına daha çox rast gəlinir. Termiki və kimyəvi yaralanmalardan sonra da əmələ gələn çapıqlar və şişlər də udma aktının pozulmasına səbəb olan amillərdən hesab edilir.

  • Çavuşoğlu qırğız və tacik həmkarı ilə telefonla danışdı

    Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu qırğız həmkarı Ruslan Kazakbayev və tacik həmkarı Sirocidin Muhriddinlə ayrı-ayrılıqda telefonla danışıb.

    Median.Az “qafqazinfo”-ya istinadən xəbər verir ki, Çavuşoğlu həmkarları ilə söhbətində imzalanan atəşkəslə bağlı məmnunluğu dilə gətirib.

    Diplomatik mənbələrin məlumatına görə, Çavuşoğlu hər iki həmkarı ilə telefon söhbətində iki qardaş ölkə arasındakı problemin dinc və sülh yolu ilə həllinin ən böyük dilək olduğu və ehtiyac olan dəstəyin veriləcəyini bildirib.

  • Ramazan ayının gündəlik müstəhəb əməlləri

    Ramazan ayının bir çox müstəhəb (savabı çox olan, amma vacib olmayan) əməlləri var ki, onların da bəzilərini bu məqalədə dəyərli oxucularımızın nəzərinə çatdırırıq.

    Məlum olduğu kimi (bu barədə saytımızda dərc olunan digər məqaləmizdə məlumat vermişik), Ramazan günlərinin hər birinin ayrıca duaları var. Amma bunlarla yanaşı aşağıda diqqətinizə təqdim etdiyimiz duanı hər gün oxumaq da böyük savabdır:

    “Bismillahir-Rəhmanir-Rəhim. Ya əliyyu, ya əzim. Ya ğəfuru, ya rəhim. Əntərrəbbul-əzim. Əlləzi ləysə kəmislihi şəy. Və huvəs-səmiul bəsir. Və haza şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu ələşşuhur. Və huvəş-şəhrulləzi fərəztə siyaməhu ələyy. Və huvə şəhru Rəməzan. Əlləzi ənzəltə fihil-Quran. Hudəl-linnasi və bəyyinati minəl-huda vəl-furqan. Və cəəltə fihi ləylətəl-qədr. Və cəəltəha xəyrən min əlfi şəhr. Fəyazəl-mənni və la yumənnu ələyk. Munnə ələyyə bifəkaki rəqəbəti minən-nar. Fimən təmunnu ələyh. Və ədxilnil-cənnəh. Birəhmətikə ya ərhəmər-rahimin”.

    Tərcüməsi:
    Bağışlayan və mehriban Allahın adı ilə! Ey uca, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən! Sən böyük Allahsan. Elə Allah ki, Ona bənzəri yoxdur. O, eşidən və görəndir. Bu Ramazan ayı Sənin bütün aylardan böyük və kəramətli etdiyin, şərəfli və üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etmisən. O, Sənin insanların hidayəti üçün Quranı və haqqı batildən ayıran, doğru yola yönəldən aydın dəlilləri nazil etdiyin Ramazan ayıdır. O Ramazan ayında qədr gecəsini qərar verib, onu min aydan xeyirli etdin. Ey minnət sahibi, Sənə minnət qoyulmaz. Mənə, minnət göstərilən bəndələrinin dəstəsində əzabdan azad etməklə minnət qoy. Məni cənnətə daxil et, ey mərhəmətlilərin ən mərhəmətlisi!

    Elektron poçtumuza daxil olan məktublarda izləyicilərimiz Ramazan ayının müstəhəb namazları haqqında suallar verirlər.

    Buna cavab olaraq aşağıda gündəlik müstəhəb namazları təqdim edirik.
    1-ci gün: 4 rükət =1 Həmd, 15 İxlas (hər rükətdə)

    2-ci gün: 4 rükət =1 Həmd, 20 Qədr (hər rükətdə)

    3-cü gün: 10 rükət =1 Həmd, 50 İxlas (hər rükətdə)

    4-cü gün: 8 rükət =1 Həmd, 20 Qədr (hər rükətdə)

    5-ci gün: 2 rükət =1 Həmd, 50 İxlas (hər rükətdə).

    6-cı gün: 4 rükət =1 Həmd, 1 Mülk (hər rükətdə)

    7-ci gün: 4 rükət =1 Həmd, 13 Qədr (hər rükətdə)

    8-ci gün: 2 rükət =1 Həmd, 10 İxlas (hər rükətdə) və namazdan sonra 1000 dəfə “Sübhanəllah”.

    9-cu gün: 6 rükət (Şam və Xiftən namazlarından sonra) =1 Həmd, 7 Ayətəl-kürsi (hər rükətdə) və namazdan sonra 50 salavat.

    10-cu gün: 20 rükət =1 Həmd, 30 İxlas (hər rükətdə)

    11-ci gün: 2 rükət = 1 Həmd, 20 Kövsər (hər rükətdə)

    12-ci gün: 8 rükət =1 Həmd, 30 Qədr (hər rükətdə)

    13-cü gün: 4 rükət =1 Həmd, 25 İxlas (hər rükətdə)

    14-cü gün: 6 rükət =1 Həmd, 30 Zəlzələ (hər rükətdə)

    15-ci gün: 4 rükət =1 Həmd, 100 İxlas (birinci rükətdə), 1 Həmd, 50 İxlas (ikinci rükətdə)

    16-cı gün: 12 rükət =1 Həmd, 12 Təkasur (hər rükətdə)

    17-ci gün: 2 rükət =1 Həmd, 1 İxlas (birinci rükətdə), 1 Həmd, 100 İxlas (ikinci rükətdə)

    18-ci gün: 4 rükət =1 Həmd, 25 Kövsər (hər rükətdə)

    19-cu gün: 50 rükət =1 Həmd, 1 Zəlzələ (hər rükətdə)

    20-ci gün: 8 rükət = 1 Həmd, 1 istənilən surə (hər rükətdə)

    21-ci gün: 8 rükət =1 Həmd, 1 istənilən surə (hər rükətdə)

    22-ci gün: 8 rükət =1 Həmd, 1 istənilən surə (hər rükətdə)

    23-cü gün: 8 rükət =1 Həmd, 1 istənilən surə (hər rükətdə)

    24-cü gün: 8 rükət =1 Həmd, 1 istənilən surə (hər rükətdə)

    25-ci gün: 8 rukət =1 Həmd, 10 İxlas (hər rükətdə)

    26-cı gün: 8 rükət =1 Həmd, 100 İxlas (hər rükətdə)

    27-ci gün: 4 rükət =1 Həmd, 1 Mülk (28 İxlas da oxuna bilər, hər rükətdə)

    28-ci gün: 6 rükət = 1 Həmd, 100 Ayətəl-kürsi, 100 İxlas, 100 Kövsər (hər rükətdə) və namazdan sonra 100 dəfə salavat.

    29-cu gün: 2 rükət =1 Həmd, 20 İxlas (hər rükətdə)

    30-cu gün: 8 rükət =1 Həmd, 20 İxlas (hər rükətdə) və namazdan sonra 100 dəfə salavat.

  • Gəncədə gəlin qaynanasının çənəsini, ərinin qolunu sındırdı

    Gəncə şəhərində ailə münaqişəsi zamanı ailənin gəlini həyat yoldaşı və qaynanasına xəsarət yetirib.

    Median.Az Baku.ws-ə istinadən bildirir ki, 1968-ci il təvəllüdlü Məmmədova Gülxar Xankişi qızı və onun oğlu 1988-ci il təvəllüdlü Bəhruz Məmmədov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

    İlkin məlumata görə, 53 yaşlı qadının çənəsi sınıb, 33 yaşlı oğlunun isə qolu qırılıb. Bu şəxslərə ailənin gəlini xəsarət yetirib.

    Faktla bağlı artıq araşdırma başlanılıb.

  • Azərbaycanda kənd təsərrfüatı məhsullarının istehsalı artıb

    Azərbaycanda kənd təsərrfüatı məhsullarının istehsalı artıb.

    Median.Az
    Trend-ə istinadən bildirir ki, 2021-ci ilin yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 994,8 milyon manat təşkil etmişdir ki, onun da 946,1 milyon manatı heyvandarlıq, 48,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

    Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,2 faiz, bitkiçilik məhsulları üzrə 2,5 faiz artıb.

  • Mars helikopteri növbəti sınaqda uça bilmədi

    Mars şəraitində uçuşlar üçün nəzərdə tutlan “Ingenuity” helikopteri naməlum səbəblərdən havaya qalxa bilməyib.

    Bu barədə NASA-nın saytında xəbər verilib.

    “Mars helikopteri ən iddialı dördüncü sınaq uçuşunda səthdən qalxmadı, lakin mütəxəssislər məlumatları öyrənir və tezliklə yenidən cəhd ediləcək”, – deyə məlumatda deyilir.

    Qeyd edək ki, “Ingenuity” Marsda beş uçuş həyata keçirməlidir, sınaqlardan üçü uğurlu olub.

  • Фонд молодежи Азербайджана выразил соболезнования в связи с кончиной Азада Рагимова

    Фонд молодежи Азербайджана выразил соболезнования в связи с кончиной министра молодежи и спорта страны Азада Рагимова.

    «Азербайджанское общество понесло тяжелую утрату. После продолжительной болезни скончался выдающийся государственный деятель, друг молодежи – Азад Рагимов.

    Его вклад в молодежную политику Азербайджана, в частности искренние отношения с претворяющими ее в жизнь организациями, а также молодым поколением навсегда останутся в памяти каждого из нас.

    Он сыграл важную роль в формировании многих инновационных проектов главы государства, в том числе в создании Фонда молодежи.

    Мы всегда ощущали поддержку А.Рагимова в нашей работе и неоднократно были свидетелями того, как чутко и внимательно он оценивает инициативы, выдвигаемые молодыми людьми.

    Азад Рагимов, который на всем протяжении своего пребывания на посту министра стремился быть рядом с азербайджанской молодежью, разделять ее заботы и помогать реализовывать творческий потенциал, останется в памяти как видный государственный деятель и гражданин, отличавшийся бесконечной преданностью своему народу и государству.

    От имени Фонда молодежи и Центров развития и карьеры молодежи выражаем свои соболезнования его близким и семье!», – говорится в соболезновании, приводит которое Oxu.Az.

  • Азербайджанские писатели стали лауреатами Международной премии мира 2020/2021

    Азербайджанские писатели стали лауреатами Международной премии мира 2020/2021, причем сразу в одной номинации «Исторический роман», сообщает Trend Life. Об этом было объявлено на онлайн-платформе творческого форума – II Большой международный литературный онлайн-проект.

    Лауреатом Гран-при в номинации «Исторический роман» стал Рамиз Гасымов (Дениз) за роман «Война и гуманизм». Лауреатом второй степени стал Юнус Огуз за роман «Тамерлан».

    Лауреаты Международной премии Мира 2020–2021 были определены по номинациям: «Исторический роман», «Проза», «Фантастика», «Детская литература», «Поэзия», «Песенная поэзия», «Нон-фикшен», «Детективный роман», «Публицистика».

    Среди авторов, включенных в шорт-лист Международной премии мира 2020/2021, были также представлены азербайджанские литераторы: в номинации «Проза» – Чингиз Абдуллаев и Рамиз Аббаслы (Бархударов); в номинации «Поэзия» – Нариман Гасанзаде и Сабир Рустамханлы; в номинации «Публицистика» – Сария Мамедова.

    Литературная «Международная премия мира» учреждена Интернациональным союзом писателей и членами Всемирного круга послов мира (Париж-Женева) в 2020 году в целях укрепления межнационального мира и согласия, гармонизации межнациональных, межрасовых и межэтнических отношений, укрепления семейных ценностей, патриотического воспитания подрастающего поколения посредством современной литературы.

  • В Азербайджане изменен список предметов ручной клади, допущенных к перевозке на борту самолета

    Внесены изменения во «Временные правила по организации полетов и пассажирских перевозок воздушным транспортом в Азербайджанской Республике в период коронавирусной пандемии». Об этом сообщает пресс-служба Кабинета Министров страны.

    Согласно изменениям, внесенным в подпункт 2.1.1 второй части Правил, пассажиры, сдавшие ПЦР-тест на COVID-19 за 48 часов до вылета и имеющие отрицательный результат, допускаются к рейсу после предоставления сответствующей справки. Таким образом, в постановлении был определен тип теста на COVID-19, отмечает Oxu.Az.

    Также были проведены согласования по другим пунктам. Были внесены изменения в подпункты 2.1.3 и 2.1.4. По пункту 2.1.3 были классифицированы обязательства всех авиаперевозчиков, выполняющих полеты в АР. После подпункта 2.1.4 добавлен подпункт 2.1.5, согласно которому при проверке справки в электронном порядке будет обеспечен быстрый пропуск лиц, имеющих справку с атрибутами электронного подтверждения (QR-код, идентификационный номер и т.д.)

    Также, поправкой в пункт 2.6, определен перечень предметов ручной клади, разрешенных к перевозке на авиарейсах. По правилам авиакомпании в качестве ручной клади разрешается перевозить только предметы личного пользования, а именно, женскую сумочку или мужской портфель, фото- и видеокамеру размером не более 30х35х10 см, переносную сумку для компьютера (сумки должны использоваться только по назначению), верхнюю одежду, пальто или плащ, костюм в портпледе (должны использоваться только по назначению), букет цветов, детское питание, которое предусмотрено для кормления детей во время полета, и дорожную колыбель, зонт, газеты, журналы и другие издания для чтения, перевозка домашних животных допускается с соблюдением соответствующих правил, регламентирующих перевозку питомцев.