Month: May 2021

  • Parisdə 1 May nümayişində toqquşmalar olub

    Fransanın paytaxtı Parisdə keçirilən 1 May nümayişi zamanı polislə etirazçılar arasında qarşıdurma yaşanıb.

    Bu barədə BFM TV məlumat yayıb.

    Bildirilir ki, polis nümayişçilərin dağıdılması üçün gözyaşardıcı qazdan və xüsusi vasitələrdən istifadə edib.

    Toqquşmalar nəticəsində azı 17 aksiya iştirakçısı saxlanılıb. Qarşıdurmalar zamanı xəsarət alanların da olduğu qeyd olunur.

  • Gəncədə yol polisi reyd keçirdi

    Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, təhlükəsizlik kəmərindən istifadə olunmaması, avtomobilə konstruksiya dəyişikliyi və digər qayda pozuntularının aşkarlandığı reydlər zamanı bir neçə sürücünün avtomobillərində digər texniki nöqsanlar da aşkar edilib. Həmin nəqliyyat vasitələrinin hərəkəti qanunla müəyyən edilmiş qaydada dayandırılaraq mühafizə olunan duracağa yerləşdirilib.

    Bundan başqa keçirilən tədbirlərlə sərxoş halda avtomobil idarə edən sürücülər də aşkar edilib. Həmin sürücülər ilə profilaktiki söhbətlər aparılıb, onlara sərxoş halda avtomobil idarə etməyin həm özləri həm də digər hərəkət iştirakçıları üçün çox təhlükəli olduğu bildirilib. Qeyd edək ki, aprel ayı ərzində keçirilən reydlər zamanı ümumilikdə vətəndaşlar tərəfindən 4 000-dən çox qayda pozuntusu aşkar edilərək barələrində inzibati qaydada tədbir görülüb.

  • Российский депутат: Любая оккупация заканчивается поражением

    “Важно, как можно скорее восстановить освобожденные территории, чтобы вынужденные переселенцы смогли сюда вернуться”.

    Об этом Report, в рамках визита российской делегации в Агдам заявил депутат российской Госдумы от “Единой России” Олег Валенчук.

    “У меня есть информация, что они хотят вернуться в родные края. Если мы внимательно окунемся в историю, то увидим, что любая оккупация заканчивалась поражением. Так как, захватчики приходят с агрессией, не думая о последствиях. Тоже самое было в недавнем прошлом с СССР, в годы оккупации немцами советских земель. Я убежден, что в скором времени здесь зацветут сады и будут слышны детские голоса”, – отметил О.Валенчук.

  • Rusiyalı deputat: İstənilən işğal məğlubiyyətlə qurtarır

    “Məcburi köçkünlərin buraya qayıda bilməsi üçün azad edilmiş ərazilərin qısa müddətdə bərpa edilməsi vacibdir”.

    Bu barədə “Report”a Ağdama səfər etmiş Rusiya nümayəndə heyətinin üzvü, Vahid Rusiya Partiyasından Dövlət Dumasının deputatı Oleq Valençuk bildirib.

    “Məndə məlumat var ki, onlar doğma yerlərinə qayıtmaq istəyirlər. Əgər tarixə diqqətlə nəzər salsaq, görəcəyik ki, istənilən işğal məğlubiyyətlə qurtarıb. Çünki işğalçılar nəticələr haqqında düşünmədən təcavüzə başlayırlar. Yaxın keçmişdə SSRİ vaxtında, almanların işğalı illərində də belə idi. Mən əminəm ki, tezliklə burada bağlar salınaca, və uşaq səsləri eşidiləcək”, – O.Valençuk qeyd edib.

  • Gəncədə kişi meyiti aşkarlandı

    Gəncədə mənzildə 75 yaşlı kişinin meyiti aşkarlanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Quliyev Vaqif Əli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • Мевлют Чавушоглу провел телефонные разговоры с кыргызским и таджикским коллегами

    Турция выражает надежду на мирное разрешение конфликта между Кыргызстаном и Таджикистаном.

    Как сообщает агентство “Анадолу”, об этом глава МИД Турции Мевлют Чавушоглу сказал в ходе телефонных разговоров с главами МИД Таджикистана и Кыргызстана Сирожиддином Мухриддином и Русланом Казакбаевым.

    Глава турецкой дипломатии заверил в готовности Анкары оказать необходимую помощь в решении разногласий между двумя братскими странами.

    Чавушоглу также выразил удовлетворение соглашением о прекращении огня между Таджикистаном и Кыргызстаном.

  • Mövlud Çavuşoğlunun qırğız və tacik həmkarları ilə telefonla danışığı baş tutub

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qırğızıstanlı həmkarı Ruslan Kazakbayev və tacik həmkarı Sirocidin Muhriddin ilə ayrı-ayrılıqda telefonla danışıb.

    Bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.

    M.Çavuşoğlu Türkiyənin iki ölkə arasında imzalanan atəşkəs razılaşmasından məmnun olduğunu ifadə edib.

    Türkiyəli nazir deyib ki, ehtiyac olacağı təqdirdə Türkiyə hər iki ölkəyə dəstək verməyə hazırdır.

    Xatırladaq ki, bu gün Qırğızıstan və Tacikistan arasında atəşkəs barədə razılıq əldə edilib.

  • Bakıda ana və azyaşlı övladı qəzada xəsarət alıb

    Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın xəbərinə görə Səbail rayonu, Bayıl qəsəbəsində hərəkətdə olan iki minik avtomobili toqquşub. Daha sonra arxandan gələn daha bir avtomobil onlara çırpılıb.

    Qəza nəticəsində 1990-cı il təvəllüdlü Hacıyeva Gülşən Türyan qızı və onun 5 yaşlı qızı Ayşən ağır xəsarət alıb.

    Ana travmatologiyaya, azyaşlı övladı isə reanimasiya şöbələrinə yerləşdirilib.

    Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

  • В Шамкире в память о шехидах открыли родник – ФОТО/ВИДЕО

    В поселке Морул Шамкирского района открыли родник с целью увековечения памяти шехидов – участника апрельских боев Тебриза Аскерова (1993 г.р.) и участника Отечественной войны Айхана Гадимова (1999 г.р.).

    Родник открыли 30 апреля – в день рождения шехида А.Гадимова.

  • Şəmkirdə şəhidlərin xatirəsinə abidə inşa edildi – FOTO/VİDEO

    Şəmkir rayonunun Morul qəsəbəsində şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə abidə-bulaq inşa olunub.

    Oxu.Az-ın məlumatına görə, abidə-bulaq Aprel döyüşlərinin iştirakçısı olmuş, 12 yanvar 1993-cü il təvəllüdlü şəhid Əsgərov Təbriz Hamlet oğlunun və Vətən müharibəsi iştirakçısı olmuş, 30 aprel 1999-cu il təvəllüdlü şəhid Qədimov Ayxan Fikrət oğlunun xatirəsinə inşa edilib.

    Bulağın açılışı şəhid Ayxan Qədimovun 22-ci yaş günü münasibətilə 30 aprel tarixində baş tutub.